Ormilitarism
رفتن به کانال در Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
نمایش بیشتر7 262
مشترکین
-124 ساعت
-197 روز
-8530 روز
آرشیو پست ها
7 261
Çinin CH-7 stelz pilotsuz uçuş aparatı ilk uçuşunu həyata keçirib. Bununla onun uçuş sınaqları mərhələsi başlayıb.
7 261
Rusiya Shahed tipli pilotsuz uçuş aparatlarında iki ədəd 100 kiloqramlıq döyüş başlığı quraşdırmağa başlayıb.
7 261
Amerikalıların C-5 səviyyəsində bir təyyarə yaratması çətin görünür. Ən azı ona görə ki, NGAL konsepsiyası çevik istifadəyə əsaslanır. Bu isə C-17-nin əsas üstünlüklərindən biridir. C-5 isə bu baxımdan zəifdir.
ABŞ Hərbi Hava Qüvvələrinin Hava Hərəkətliliyi Komandanlığının (AMC) planlarına görə, yeni təyyarələrin sayı hazırkı C-17 parkına uyğun olacaq. Hazırda ABŞ-ın 222 ədəd C-17-si var. Bundan əlavə, AMC-nin balansında 52 ədəd C-5M mövcuddur.
ABŞ-ın “strateji” hərbi-nəqliyyat aviasiyasının ümumi yükdaşıma qabiliyyəti təxminən 23,8 min ton təşkil edir. Bu səviyyənin qorunmasının vacibliyini nəzərə alsaq, yeni nəqliyyat təyyarəsinin yükqaldırma imkanları böyük ehtimalla 110 ton civarında ola bilər.
Gözləntilərə görə, NGAL proqramı üzrə ilk təyyarə 2038-ci ildə ilk uçuşunu edə, 2041-ci ildə isə ilkin əməliyyat hazırlığı mərhələsinə çata bilər. Bununla yanaşı, C-5-lərin 2045-ci ilə qədər, C-17-lərin isə hətta 2075-ci ilə qədər istismarda qalması planlaşdırılır.
Nəzərə alsaq ki, C-5 1968-ci ildən xidmətdədir, bu müddət kifayət qədər uzundur. Lakin C-5M-lərin əksəriyyəti daha sonralar qoşunlara verilmiş C-5B versiyasından modernləşdirilib. C-17-lərin bir qismi isə 2038-2040a dək vaxt 80 ilə yaxın yaşa çatmış olacaq. Bu isə artıq çox ciddi rəqəmdir. Üstəlik, nəqliyyat aviasiyasının uçuş saatları adətən digər aviasiya növlərindən daha çox olur. Bu da aşınmanı artırır və döyüş hazırlığını saxlamağı çətinləşdirir.
Üstəlik, NGAL proqramının planlaşdırılan vaxtda reallaşacağı da qəti deyil. Ölçü və konsepsiya seçiminin mürəkkəbliyindən başqa, tərtibatçıları digər çətinliklər də gözləyir. AMC komandanlığı yeni nəqliyyat təyyarəsini daha sürətli və manevr qabiliyyətli görmək istəyir. AMC komandanı Con Lamonteyn hesab edir ki, yeni təyyarə “yüksək təhlükə şəraitində” effektiv fəaliyyət göstərə bilməlidir. Hərbi Hava Qüvvələrinin maliyyələşmə problemləri də layihənin vaxtında başa çatacağına ümidləri azaldır.
Bu arada, NGAL-a ümid bağlayan təkcə amerikalılar deyil. C-17-lər Böyük Britaniya, Avstraliya, Hindistan, Kanada, Qətər, BƏƏ və Küveytin Hərbi Hava Qüvvələri tərəfindən də istismar olunur. Daha 12 ölkə isə bu təyyarədən “Strateji Hava Nəqliyyatı” adlı çoxmillətli proqram çərçivəsində istifadə edir. Görəsən onlar öz nəqliyyat təyyarələrinin əvəzini vaxtında görə biləcəklərmi.
7 261
NGAL (Next-Generation Airlift) proqramı çərçivəsində hazırlanan yeni hərbi-nəqliyyat təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinə ən tez 2040-cı illərin əvvəllərində daxil olmağa başlayacaq.
Bu təyyarə eyni anda iki ağır nəqliyyat təyyarəsini – Lockheed Martin C-5M Super Galaxy və Boeing C-17A Globemaster III-ni əvəz etməlidir.
Bu, asan iş deyil. C-17 77,5 ton faydalı yük daşıya bilir və maksimum qalxış çəkisi 265 tondur.
C-5M isə 348 ton kütlə ilə 127,5 tona qədər yük daşımaq imkanına malikdir. Üstəlik, bu yükü 4600 kilometrdən artıq məsafəyə aparır, enir, boşaldır və havada yanacaq doldurmadan daha 900 kilometr məsafədə yerləşən bazaya uça bilir.
7 261
ABŞ Hərbi Dəniz Qüvvələri Electromagnetic Attack Squadron 142-yə (VAQ-142) məxsus iki EA-18G “Growler” radioelektron müharibə təyyarəsi (GRIZZLY1 və GRIZZLY2) Venesuela sahilləri yaxınlığında, Karib dənizinin cənub hissəsi üzərində əməliyyatlar aparıb.
7 261
Ukrayna cəbhəsinə yeni döyüşçülər xeyirli olsun. Vaxtında çıxın ordan demişdi bir nəfər…
7 261
Rusiyada Mərkəzi Asiya və Qafqazdan olan əmək miqrantlarına qarşı sərt tədbirlər fonunda Hindistandan olan miqrantların ölkəyə kütləvi axını müşahidə olunur.
Rusiya hakimiyyəti miqrasiya siyasətində dəyişikliklər fonunda əmək bazarındakı boşluqları əsasən Hindistandan gələn işçilər hesabına doldurmağa çalışır. Bu proses isə son dövrlərdə hindistanlı miqrantların sayında nəzərəçarpacaq artıma səbəb olub.
7 261
Tayland Hərbi Hava Qüvvələri tərəfindən yayımlanan görüntülərdə, ötən həftəsonu Tayland Hərbi Hava Qüvvələrinə məxsus F-16A/B qırıcıları tərəfindən həyata keçirilmiş dərin və yüksək dəqiqlikli hava zərbələri əks olunub.
Zərbələr Şimali Kambocanın Banteay Meanchey vilayətinin Thmor Puok dairəsində yerləşən Kamboca hərbi obyektləri və sursat anbarlarını hədəf alıb.
7 261
Polymarket platformasında treyderlər Tayland və Kamboca arasında yenidən alovlanan hərbi toqquşmaların ayın sonuna qədər dayanacağına çox da inanmırlar. Məlumatlara görə, 2025-ci il dekabrın 31-dək iki ölkə arasında atəşkəsin əldə olunma ehtimalı cəmi 36% qiymətləndirilir.
7 261
Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Qara dəniz üzərində ölkənin hava sərhədlərinə yaxınlaşan, idarəetmədən çıxmış pilotsuz uçan aparat F-16 qırıcıları tərəfindən vurulub.
Açıqlamada dronun kimə məxsus olduğu göstərilmir. Lakin əvvəlki insidentlər nəzərə alınaraq, bu PUA həm rus, həm də ukrayna mənşəli ola bilər.
7 261
Ukrayna-Rusiya müharibəsindən Lesoto camatı necə narahat deyilsə, Rusiya Qara Dəniz Donanmasının hərbiçiləri də elə o qədər narahat deyil.
7 261
+2
Görünür zərbə “Varşavyanka”nın arxa hissəsi yaxınlığından endirikib. Məhz burada şaquli və üfüqi sükanlar, eləcə də pər yerləşir.
Buradan zərbə alıbsa birbaşa sualtı qayığın özünə dəyməsə belə, son dərəcə vacib və həssas mexanizmlər ciddi zədələnmiş ola bilər.
Bu isə “Kalibr” raketlərinin daşıyıcısı olan sualtı gəmini potensial olaraq uzun müddət sıradan çıxara bilər.
7 261
Novorossiysk limanındakı Rus Hərbi Dəniz Qüvvələrinin Proyekt 636 “Varşavyanka” dizel-elektrik mehərrikli sualtı qayığın partladıldığı iddia olunur.
Hücum zamanı SBU-ya məxsus Sub Sea Baby adlı sualtı pilotsuz dəniz vasitəsindən istifadə edilib.
7 261
+1
Kamboca hərbçiləri döyüşlər zamanı ələ keçirilmiş Tailand ordusuna məxsus BTR-3E1 zirehli transportyoru ilə.
7 261
+3
Tayland Ordusunun hərbçiləri Şərqi Taylandın Ubon Ratçatani vilayətində, Çonq An Ma yaxınlığında yerləşən 677 yüksəkliyi üzərində baş verən şiddətli döyüşlər zamanı Kamboca Ordusunun istifadəsində olan Çin istehsalı bir neçə ədəd GAM-102LR “at-unut” tipli tank əleyhinə raketini, o cümlədən bir ədəd buraxılış qurğusunu.
7 261
ABŞ Hərbi Hava Qüvvələrinin 33-cü Xilasetmə Eskadrilyasının üç ədəd HH-60W “Jolly Green II” döyüş xilasetmə helikopteri Puerto Rikonun şərqində yerləşən Ruzvelt Rouds Hərbi Dəniz Stansiyasının perronunda görüntülənib.
33-cü Xilasetmə Eskadrilyası və onun HH-60W helikopterləri döyüş zonalarında vurulmuş pilotların və digər şəxsi heyətin xilas edilməsi üçün xüsusi təyinat daşıyır.
