Ormilitarism
رفتن به کانال در Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
نمایش بیشتر7 139
مشترکین
-124 ساعت
-57 روز
-7330 روز
آرشیو پست ها
7 138
RRR7224 çağırış kodlu Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus RC-135W “Rivet Joint” elektron kəşfiyyat təyyarəsi bu gün Rusiyanın Kalininqrad eksklavını və Polşa ilə Litva arasında yerləşən Suvalki dəhlizini yaxından müşahidə edib.
7 138
Yunanıstan Patriot batareyasını Karpatos adasından Kritdəki Suda körfəzinə köçürüb.
Batareya 2026-cı ilin martında ABŞ-İran gərginliyinin artdığı dövrdə Karpatosa yerləşdirilmişdi.
7 138
Ukrayna dronları ilk dəfə Rusiyanın Arxangelsk vilayətinə çatıb.
Bu ərazi Ukrayna sərhədindən təxminən 1800~1900 km uzaqda yerləşir. İlkin məlumatlara görə, onlar Plesetsk kosmodromunu hədəfə alıblar.
Rusiya vilayət üzərində təxminən 40 dronun məhv edildiyini iddia edir.
Plesetsk Rusiyanın əsas hərbi kosmodromudur. Buradan peyklər buraxılır, Sarmat da daxil olmaqla qitələrarası ballistik raketlər sınaqdan keçirilir.
Bura əsasən Starlink analoqu olan Rassvet peyklərinin idarə və buraxılışını həyata keçirdir.
7 138
Rusiya səssiz şəkildə ölkə üzrə səfərbərliyə hazırlıq təlimləri həyata keçirir. Bu təlimlər böyük sayda yeni çağırışçını yerbəyer etmək, təmin etmək və silahlandırmaq imkanlarını sınaqdan keçirir.
İyul ayında keçirilən təlimlərdən birində hərbi rəsmilər eksklavın sakinləri üçün səfərbərlik planlaşdırılmasına nəzarət etmək məqsədilə Sankt-Peterburqdan Kalininqrada uçublar.
Kreml tərəfindən hələlik bununla bağlı heç bir qərar qəbul edilməyib.
2022-ci ildəki xaotik səfərbərlikdən fərqli olaraq, Rusiya hazırda hərbi yaşda olan kişilərin elektron reyestrinə malikdir. Bu isə səfərbərliyin daha mərhələli şəkildə həyata keçirilməsinə imkan verə bilər.
Ehtimallar əsasən Rusiyada sentyabr ayında keçiriləcək parlament seçkilərindən sonra yeni çağırış elan edilə biləcəyi üzərində cəmlənir.
7 138
+3
ABŞ Ordusu Fort Bragg bazasında keçirilən Project Sandhills 2.0 təlimi zamanı “Bee Hive Payload” konteyneri ilə təchiz edilmiş qoşqudan Bumblebee V2 FPV-interseptor dronlarının birbaşa buraxılışını nümayiş etdirib.
“Bee Hive” sürətli buraxılış sistemi kimi fəaliyyət göstərir. Bu sistem bir neçə ucuz interseptor dronunun eyni yerdə saxlanmasına, hazır vəziyyətdə yerləşdirilməsinə və dronlara qarşı müdafiə məqsədilə qısa müddətdə buraxılmasına imkan verir.
7 138
Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Rusiyanın 14 hədəfini vurub
3 təyyarə (Su-33, MiQ-29, Orion PUA-sı), 8 radar sistemi, Gelencikdə S-400 mövqeyi və 2 hava hücumundan müdafiə sistemi (Tor və Pantsir).
11 hədəf Rusiyanın Rostov vilayəti və Krasnodar diyarında, 3 hədəf isə işğal olunmuş Krımda vurulub.
7 138
Britaniya mülki gəmiləri Rusiya sualtı qayıqlarını və hərbi gəmilərini 60 mildən (təxminən 97 km) çox məsafədən aşkar edə bilən ucuz, daşınması asan fiber-optik sonar sistemləri ilə təchiz edə bilər.
Artıq Kral Donanması tərəfindən sınaqdan keçirilmiş və Niderland ordusunda istifadə olunan bu texnologiya Rusiya hərbi-dəniz qüvvələrinin Britaniya suları ətrafında və sualtı kabellər yaxınlığında fəaliyyətinin artdığı bir vaxtda, Britaniyanın getdikcə kiçilən hərbi-dəniz donanmasının imkanlarını qismən kompensasiya etməyə kömək edə bilər.
7 138
Hazırkı qiymətləndirmələrə görə, gəmidə Fujian-dakı üç katapultla müqayisədə dörd katapult ola bilər. Hava qrupunun isə 90-dan çox təyyarədən ibarət olması gözlənilir. Buraya J-35 stelz döyüş təyyarələri, J-15T göyərtə qırıcıları, KJ-600 erkən xəbərdarlıq təyyarələri, helikopterlər və gələcəkdə döyüş dronları daxil ola bilər.
Gəminin suya buraxılması ən tez 2027-ci ildə baş verə bilər. Bundan sonra bir neçə il ərzində avadanlıqların quraşdırılması və dəniz sınaqları aparılacaq. Xidmətə qəbulunun isə təxminən 2030-cu ildə baş verəcəyi ehtimal edilir.
7 138
Dalian şəhərində Çinin Type 004 təyyarədaşıyan gəmisinin tikintisi sürətlə davam edir. Yeni peyk görüntüləri gəminin burun hissəsinin daha da formalaşdığını və gövdənin artıq təxminən 320 metr uzunluğa çatdığını göstərir.
Açıq mənbələrdəki ən güclü ehtimala görə, bu, Çinin ilk nüvə enerjili təyyarədaşıyan gəmisi olacaq. Peyk görüntülərində iki reaktor bölməsinə bənzəyən konstruksiyanın olduğu bildirilir.
Gəminin EMALS elektromaqnit katapultları, 90–100-dən çox təyyarədən ibarət hava qrupu və 110 min tondan artıq su tutumu ilə təchiz ediləcəyi ehtimal olunur.
Type 004-ün Fujian təyyarədaşıyan gəmisindən xeyli böyük və daha imkanlı olması gözlənilir. Onun su tutumunun təxminən 110–120 min ton, uzunluğunun isə ABŞ-ın Gerald R. Ford sinfinə yaxın və ya ondan daha böyük ola biləcəyi bildirilir.
7 138
Yeni peyk görüntüləri Sudanın yaxınlığında yerləşən Efiopiyanın Asosa hava limanında yeni uçuş-enmə zolağı nişanlarının çəkildiyini göstərir. Bununla yanaşı, BƏƏ ilə əlaqəli olduğu bildirilən İl-76 ağır yük təyyarələrinin hava limanına dəfələrlə səfər etdiyi müşahidə olunub.
Asosa hava limanı daha əvvəl aparılan araşdırmalarda və peyk görüntülərinin təhlilində RSF-in təlim və logistika fəaliyyətləri ilə əlaqələndirilib. Bu fəaliyyətlərin BƏƏ tərəfindən dəstəkləndiyi barədə də iddialar mövcuddur.
7 138
Üç il əvvəl bu gün “Vaqner” qrupunun təsisçisi Yevgeni Priqojin, hərbi komandir Dmitri Utkin və qrupun əsas rəhbər heyəti Rusiyanın Tver vilayəti üzərində uçuş zamanı təyyarələrinin düşməsi nəticəsində həlak oldular.
Videolarda təyyarənin qanadlarından birini itirərək spiral şəklində yerə düşdüyü, qalıqların isə təxminən 3 kilometrlik əraziyə yayıldığı görünürdü.
Qərb kəşfiyyatının qiymətləndirməsinə görə, təyyarədə partlayıcı qurğu işə salınıb.
Putin isə cəsədlər üzərində qumbara qəlpələrinin aşkar edildiyini bildirmişdi. Lakin bununla bağlı heç bir rəsmi hesabat açıqlanmadı.
Bundan sonra “Vaqner” müstəqil hərbi qüvvə kimi faktiki olaraq fəaliyyətini dayandırdı.
Qrupun döyüşçüləri Rusiya ordusunun tərkibinə daxil edildi, Afrikadakı fəaliyyətləri isə dövlət nəzarətində olan “Africa Corps” adı altında yenidən təşkil edildi.
Hadisədən üç il keçməsinə baxmayaraq, bu günə qədər ictimaiyyətə hadisənin səbəbi ilə bağlı yekun və qəti məhkəmə-tibbi nəticə təqdim edilməyib.
7 138
Peyk görüntüləri Tehranın qərbində, Kərəc yaxınlığında İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus yeni yeraltı obyektin tikildiyini göstərir. Tikinti işlərinin təxminən mayın 21-də başladığı bildirilir.
May ayından avqusta qədər çəkilmiş peyk görüntülərinin müqayisəsi ərazidə qazıntı işlərinin mərhələli şəkildə genişləndiyini, yeni giriş yollarının salındığını və dağlıq ərazidə tunellərə mümkün girişlərin yaradıldığını göstərir.
7 138
ABŞ Hərbi Dəniz Qüvvələri uçuş sınaqlarından keçən yeni AIM-424 “Malice” adlı çox uzaqmənzilli hava-hava raketini təqdim edib.
Raket F/A-18E/F Super Hornet, F-35C və gələcək F/A-XX qırıcılarında istifadə üçün nəzərdə tutulub.
“Malice” raketi ölçülərinə və uçuş məsafəsinə görə AIM-120 və AIM-260-dan əhəmiyyətli dərəcədə daha böyük və uzaqmənzilli görünür. Bildirilir ki, raket çox yüksək sürət və böyük mənzil əldə etmək üçün iki pilləli konstruksiyaya malikdir.
Raketin dəqiq uçuş məsafəsi, istehsalçısı və digər imkanları hələlik məxfi saxlanılır.
7 138
Dünən Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığındakı sənaye ərazisində güclü yanğın baş verib.
Eyni zamanda, Rusiyanın Orenburq şəhərində yerləşən Ozon şirkətinin anbarının da Ukraynanın hücumu nəticəsində vurulduğu bildirilir.
7 138
İranın hərbi rəhbəri yeraltı ballistik raket istehsalı müəssisəsinə baş çəkib və müharibə başlayandan sonra silah istehsalının əhəmiyyətli dərəcədə artırıldığını bildirib.
O, qeyd edib: “Allahın köməyi ilə onlar əvvəlkindən daha üstün avadanlıqlar istehsal edə biliblər. Yeni sistemlər daha geniş imkanlara və daha yüksək keyfiyyətə malikdir.
Kəmiyyət baxımından isə istehsalı əvvəlki səviyyə ilə müqayisədə əhəmiyyətli dərəcədə artırmağı bacarıblar.”
İran dövlət mediası münaqişənin başlanmasından etibarən kamikadze dronların istehsalının üç dəfə artdığını vurğulayıb. Həmçinin İranın hazırda dünyada raket imkanlarına görə ilk 10 ölkə arasında, dron imkanlarına görə isə 6-cı yerdə olduğu iddia edilib.
7 138
BƏƏ Əbu-Dabidə yanacaq saxlama çənlərinin ətrafında İran dronlarının mümkün hücumlarından qorunmaq üçün nəzərdə tutulan böyük metal konstruksiyaların tikintisini başa çatdırıb.
Tikinti işləri təxminən dörd ay davam edib.
7 138
Almaniya Rusiyanı çəkindirmək məqsədilə uzaqmənzilli zərbə silahlarından ibarət yeni arsenal yaratmaq üçün təxminən 12 milyard avro ayırmağı planlaşdırır.
Dörd mərhələdən ibarət planın ilk hissəsində 2027-ci ildən etibarən ucuz və kütləvi şəkildə istehsal oluna bilən qanadlı raketlərin alınması nəzərdə tutulur.
Bunlara təxminən 3000 km mənzilə malik Ukraynanın FP-5 Flamingo raketi də daxildir. Bildirilir ki, onun qiyməti Tomahawk raketinin təxminən beşdə biri qədərdir.
Növbəti mərhələdə ABŞ istehsalı Tomahawk raketlərinin Typhon buraxılış qurğuları ilə birlikdə istifadəyə verilməsi planlaşdırılır.
Ən bahalı hissə isə Böyük Britaniya və Almaniyanın birgə həyata keçirəcəyi proqramdır. Bu proqram çərçivəsində radara daha çətin görünən qanadlı raketlər və 2000 km-dən artıq mənzilə malik hipersəsli uçuş bloku hazırlanacaq. Bu sistemlərin 2030-cu illərin ortalarında hazır olması nəzərdə tutulur.
7 138
Rusiyanın 10 ildən çox müddətdən sonra ilk dəfə Aralıq dənizində heç bir hərbi gəmisi yoxdur. Moskva hərbi gəmilərinin bir hissəsini NATO-nun sanksiyaya məruz qalan neft tankerlərini ələ keçirməsinin qarşısını almaq üçün başqa istiqamətlərə göndərib.
Qərb rəsmilərinin bildirdiyinə görə, Rusiyanın həddindən artıq yüklənmiş hərbi donanması hazırda ciddi vəziyyətdədir. 2013-cü ildə yaradılan Rusiyanın Aralıq dənizindəki daimi hərbi-dəniz qruplaşması isə iyun ayından etibarən bölgədə görünmür.
7 138
Peyk görüntülərində Çadın şimal-şərqində, Sudan sərhədindən təxminən 78 km məsafədə, təxminən 39 yanıq izi və yanan nəqliyyat vasitəsi qeydə alınıb. İlkin ehtimala görə, bu, Sudan Silahlı Qüvvələrinin (SAF) Çevik Dəstək Qüvvələrinə (RSF) məxsus təchizat karvanına endirdiyi zərbə ola bilər.
Əgər bu məlumat təsdiqlənərsə, bu, SAF tərəfindən bu tipdə həyata keçirilmiş ən böyük zərbə olacaq. Zərbələrin Liviyadan Çad üzərindən Darfura uzanan və RSF tərəfindən istifadə edildiyi məlum olan logistika dəhlizinə endirildiyi bildirilir.
7 138
Təqaüddə olan FSB general-mayoru İqor Laptev Moskva şəhərindəki mənzilində güllə yarası ilə ölü vəziyyətdə tapılıb.
Laptev KQB və FSB-də xidmət edib. Daha sonra özəl sektorda fəaliyyət göstərib. Onun şirkətləri Rusiya Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və hərbi rabitə infrastrukturu üçün təhlükəsiz rabitə avadanlıqları təchiz edib.
