fa
Feedback
Ormilitarism

Ormilitarism

رفتن به کانال در Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

نمایش بیشتر
7 306
مشترکین
-524 ساعت
-217 روز
-6030 روز
آرشیو پست ها
İcra mexanizminin yoxdur. Maddələrdə: nəzarət mexanizmi yoxdur pozuntu halında nəticə göstərilmir vaxt qrafiki detallı deyil təsdiqləmə proseduru qeyd olunmur

ABŞ qüvvələri yalnız yekun razılaşmadan sonra, 30 gün ərzində geri çəkilməlidir. Bu isə o deməkdir ki, 60 günlük əsas danışıqlar mərhələsi ABŞ hərbi mövcudluğu fonunda keçirilir. Belə vəziyyətdə danışıqlar balanslı yox, təzyiq altında aparılan prosesə çevrilə bilər. Əgər məqsəd etimad yaratmaq idisə, geri çəkilmə ilkin mərhələdə, yəni MoU imzalandıqdan dərhal sonra başlamalı idi. İkinci problem terminologiyadadır. “Proximity of Iran” ifadəsi hüquqi baxımdan çox açıqdır. Bu, müxtəlif cür şərh oluna bilər: coğrafi yaxınlıq konkret məsafə ilə müəyyən olunmayıb hansı qüvvələrin nəzərdə tutulduğu aydın deyil müdafiə sistemlərinin daxil olub-olmaması göstərilməyib regiondakı ümumi ABŞ mövcudluğu ilə konkret əməliyyat çərçivəsində yerləşdirilən qüvvələr arasında fərq qoyulmayıb Bu isə ABŞ-a seçim imkanı verir. Məsələn, yalnız müəyyən hücum qabiliyyətli qüvvələri geri çəkib, hava hücumundan müdafiə sistemlərini saxlaya bilər və bunu öhdəliyin yerinə yetirilməsi kimi təqdim edə bilər.

Yəni 13-cü paraqraf deyir ki, İran 60 günlük yekun razılaşma danışıqlarına daxil olur, amma vəsaitləri real olaraq almamış olur. Çünki şərt kimi vəsaitlərin tam azad olunması yox, sadəcə prosesin başlanması götürülür.

11-ci paraqrafa baxdıqda aydın olur ki, İranın dondurulmuş vəsaitləri dərhal azad edilmir, əksinə onların azad olunma prosesinin başlanacağı qeyd edilir. Paraqrafda bildirilir ki, ABŞ sadəcə vəsaitlərin azad olunması prosesinə başlamağı öhdəsinə götürür (yəni razılaşır) və İranla ABŞ bu vəsaitlərin azad olunması ilə bağlı prosedurlar barədə “qarşılıqlı razılaşma” əldə edəcəklər. Bu məsələ ilə bağlı digər bənd 13-cü paraqrafdır. Orada qeyd olunur ki, ABŞ digər paraqrafların (o cümlədən dondurulmuş vəsaitlərin azad olunmasının) icrasına “başladıqdan” sonra son 60 günlük danışıqlar başlayacaq.

1. ABŞ və İran, həmçinin onların hazırkı müharibədəki müttəfiqləri bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və daimi dayandırıldığını elan edir və bundan sonra bir-birinə qarşı heç bir müharibə və ya hərbi əməliyyat başlatmamağı, güc tətbiq etməmək və ya bununla hədələməmək öhdəliyini götürür, həmçinin Livanın ərazi bütövlüyü və suverenliyini təmin etməyi qəbul edirlər. 2. ABŞ və İran bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi və daxili işlərinə qarışmamağı öhdələrinə götürürlər. 3. ABŞ və İran maksimum 60 gün ərzində yekun razılaşmanı danışıqlar yolu ilə əldə etməyi öhdələrinə götürürlər; bu müddət qarşılıqlı razılıqla uzadıla bilər. 4. Memorandum imzalanan kimi ABŞ İran İslam Respublikasına qarşı dəniz blokadasını və digər maneələri aradan qaldırmağa başlayacaq və 30 gün ərzində blokadanı tam dayandıracaq. Bu müddətdə gəmi hərəkəti müharibədən əvvəlki səviyyəyə uyğun şəkildə bərpa olunacaq. ABŞ həmçinin yekun razılaşmadan sonra 30 gün ərzində qüvvələrini İran yaxınlığından çıxarmağı öhdəsinə götürür. 5. Memorandum imzalandıqdan sonra İran Fars körfəzindən Oman dənizinə və əks istiqamətdə kommersiya gəmilərinin 60 gün ərzində ödənişsiz və təhlükəsiz keçidini təmin etmək üçün tədbirlər görəcək. Texniki və hərbi maneələrin aradan qaldırılması və minalardan təmizləmə nəzərə alınmaqla, 30 gün ərzində gəmi hərəkəti bərpa ediləcək. İran Hörmüz boğazının gələcək idarə olunması və dəniz xidmətləri ilə bağlı Omanla dialoq aparacaq. 6. ABŞ regional tərəfdaşları ilə birlikdə İranın bərpası və iqtisadi inkişafı üçün ən azı 300 milyard ABŞ dolları həcmində plan hazırlamağı öhdəsinə götürür. 7. ABŞ yekun razılaşma çərçivəsində razılaşdırılmış qrafik üzrə İrana qarşı bütün sanksiyaları, o cümlədən BMT Təhlükəsizlik Şurası və MAQATE qərarlarını, həmçinin ABŞ-ın bütün birtərəfli sanksiyalarını ləğv etməyi öhdəsinə götürür. 8. İran nüvə silahı əldə etməyəcəyini və inkişaf etdirməyəcəyini bir daha təsdiqləyir. ABŞ və İran zənginləşdirilmiş materialların taleyi ilə bağlı MAQATE nəzarəti altında yerində zənginliyin azaldılması mexanizmi daxil olmaqla qarşılıqlı razılaşdırılmış həll üzərində işləyəcək. Tərəflər həmçinin zənginləşdirmə və İranın nüvə ehtiyacları ilə bağlı digər məsələləri müzakirə edəcəklər. 9. Yekun razılaşmaya qədər tərəflər mövcud vəziyyəti qoruyacaq: İran nüvə proqramında dəyişiklik etməyəcək, ABŞ isə yeni sanksiyalar tətbiq etməyəcək və bölgəyə əlavə qüvvə yerləşdirməyəcək. 10. Memorandum imzalanan kimi ABŞ İran neftinin, neft məhsullarının və törəmələrinin ixracı üçün, eləcə də bank, sığorta və nəqliyyat xidmətləri daxil olmaqla bütün əlaqəli sahələr üzrə sanksiya istisnaları tətbiq edəcək. 11. ABŞ bu memorandumun icrası ilə birlikdə İrana məxsus dondurulmuş və ya məhdudlaşdırılmış vəsaitlərin istifadəyə verilməsini təmin edəcək. Bu vəsaitlərin azad olunması prosedurları danışıqlar zamanı qarşılıqlı razılaşdırılacaq. 12. Memorandumun və sonrakı yekun razılaşmanın icrasına nəzarət etmək üçün monitorinq mexanizmi yaradılacaq. 13. Memorandum imzalandıqdan və 1, 4, 5, 10 və 11-ci maddələrin icrasına başlanıldıqdan sonra tərəflər yekun razılaşma üzrə danışıqlara başlayacaqlar. 14. Yekun razılaşma BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənəcək.

14 maddədən ibarət qarşılıqlı anlaşma memorandumunun (MoU) tam mətnini yayılıb.
+3
14 maddədən ibarət qarşılıqlı anlaşma memorandumunun (MoU) tam mətnini yayılıb.

MBDA qrupu Ukraynanın “Luç” Dövlət Konstruktor Bürosu ilə Ukrayna istehsalı “Neptun” raketinin birgə inkişafı və yeni uzaqmən
MBDA qrupu Ukraynanın “Luç” Dövlət Konstruktor Bürosu ilə Ukrayna istehsalı “Neptun” raketinin birgə inkişafı və yeni uzaqmənzilli “Neptun-2” qanadlı raketinin hazırlanması barədə qarşılıqlı anlaşma memorandumu imzaladığını bildirib.

Ukrayna tərəfi Çeboksarıda yerləşən “VNİİR-Progress” zavodunun inzibati binasına FP-5 “Flamingo” raketləri ilə edilən ikinci
Ukrayna tərəfi Çeboksarıda yerləşən “VNİİR-Progress” zavodunun inzibati binasına FP-5 “Flamingo” raketləri ilə edilən ikinci hücumun nəticələrinin peyk görüntüsünü yayıb. Hadisə yerindən yayılan fotolarda da göründüyü kimi, raketlərdən biri birbaşa binaya düşərək ciddi dağıntılara səbəb olub. Yaxınlıqda ikinci raketin düşdüyü krater də görünür. O hədəfdən yayınıb. Beləliklə, 5 buraxılan raketdən 3-nün hava hücumundan müdafiə tərəfindən vurulduğu, 2-nin isə zavod ərazisinə çatdığı barədə məlumat təsdiqlənir. Rusiya Müdafiə Nazirliyi isə həmin vaxt 4 Ukrayna raketinin vurulduğunu bildirmişdi.

+4
Belqorodda Ukrayna dronları iki yük avtomobilinə hücum edib, furalardan birinin sürücüsü həlak olub.

Lockheed Martin HIMARS sisteminin HIMARS FLEX adlı yeni versiyasını təqdim edib. Yeni versiyada sistem daha modul və çoxfunks
Lockheed Martin HIMARS sisteminin HIMARS FLEX adlı yeni versiyasını təqdim edib. Yeni versiyada sistem daha modul və çoxfunksiyalı olub, həmçinin döyüş sursatı ehtiyatı ikiqat artırılıb. Həmdə M270-də olduğu kimi iki buraxılış konteyneri daşıya bilir. Əvvəllər 6 ədəd GMLRS/GMLRS-ER raketi, 1 ATACMS və ya 2 PrSM raketi daşıyan tək konteyner əvəzinə, HIMARS FLEX artıq iki konteyner daşıyır. Bundan əlavə, sistem yalnız taktiki ballistik raketlər üçün deyil, həm də Patriot PAC-3 MSE zenit raketləri üçün buraxılış qurğusu kimi istifadə oluna bilər. Bu halda 8 ədəd zenit raketi yerləşdirilə bilir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə aid “PRYMARY” bölməsi də işğal edilmiş ərazilərin və Krımın logistikasın
+9
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə aid “PRYMARY” bölməsi də işğal edilmiş ərazilərin və Krımın logistikasına endirilən dron zərbələrinə qoşulub. Bu bölmə “Rubaka” dronlarından istifadə edir. Onları biz yarımadada və digər bölgələrdə hava hücumundan müdafiə sistemləri və radarların məhv edilməsi əməliyyatlarından tanıyırıq.

Ötən gün Ukrayna Silahlı Qüvvələrinə məxsus, Storm Shadow qanadlı raketlərini daşıyan Su-24M qəzaya uğrayıb. Pilot və şturman həlak olub.

+7
15 iyunda Kiyevdə hərbi-sənaye kompleksinə aid müəssisələrə endirilmiş zərbələrin peyk görüntüləri. “Kiyev “Radar” zavodu” ASC. Sex ciddi zədələnib (qırmızı ilə işarələnib), 21 saylı korpus (narıncı ilə işarələnib) və daha bir korpus (sarı ilə işarələnib) zədələnib. “Mayak” zavodu ASC. Sex zədələnib (qırmızı ilə işarələnib), dəmir yolu yaxınlığındakı anbar məhv edilib (yaşıl ilə işarələnib). Mavi ilə hücum nəticəsində zərər görmüş bazar ərazisi göstərilib. Hücum nəticəsində 410 saylı Mülki Aviasiya Təmir Zavodunun əsas sexi ciddi zədələnib. Hücum nəticəsində Ukrayna Milli Elmlər Akademiyasının E. O. Paton adına Elektrik Qaynaq İnstitutunun Təcrübəvi Qaynaq Materialları Zavodunun korpusu ciddi zədələnib.

Krım körpüsü
Krım körpüsü

"Yəqin ki, Krım, yaxında materikdən təcrid olaraq adaya çevriləcək". - Ukrayna Müdafiə Naziri

Repost from azOSINT
Trump: “İran da digər ölkələr kimi ballistik raketlərə sahib olmalıdır. Hamının var, onların da olmalıdır. Necə olur ki, Səudiyyə Ərəbistanın ola bilər, onların yox? Xeyr, bunu deyənlər ağıllı insanlar deyillər. İranın da ballistik raketləri olmalıdır”

AzSof
AzSof

Ukrayna Silahlı Qüvvələrinin dron zərbələrindən sonra Novoazovskda, Donetsk bölgəsi ilə Rostov vilayəti sərhədinə yaxın ərazi
+4
Ukrayna Silahlı Qüvvələrinin dron zərbələrindən sonra Novoazovskda, Donetsk bölgəsi ilə Rostov vilayəti sərhədinə yaxın ərazidə Qruzskiy Yelançik çayı üzərindəki körpünün vəziyyəti. Şəkillərdə körpü örtüyündə dronların zərbələrindən yaranmış xarakterik deşiklər görünür. Bu izlər 2022-ci ilin yayında Antonovski körpüsünə HIMARS zərbələrindən sonra yarananlara bənzədilir. Bu körpü həmin ərazidə mühüm əhəmiyyət daşıyır, çünki R-280 “Novorossiya” magistralının bir hissəsi kimi Krım və yeni ərazilərə təminat daşınmasında istifadə olunur. Məlumata görə, Ukrayna qüvvələri artıq yalnız Krım yaxınlığındakı deyil, ümumilikdə quru dəhlizi boyunca yerləşən körpüləri hədəf almağa başlaya bilər. Bu səbəbdən Mariupol, Berdyansk və digər istiqamətlərdə də oxşar zərbələr gözlənilə bilər. Belə hücumlarla körpülərin tam məhv edilməsi çətin hesab olunur, lakin müntəzəm zərbələr vasitəsilə təmir işlərini artırmaq və yük axınını azaltmaq mümkündür.

+3
Rusiyanın Starlink-ə qarşı istifadə etdiyi sistemin “Volna Kupol Garant” adlandığı iddia olunur. Yeni radioelektron mübarizə kompleksi bir neçə qoşqu üzərində quraşdırılmış peyk antenalarından ibarətdir. Sistem Starlink peyklərinə güclü radio maneələr göndərərək onun yer terminalları ilə əlaqəsini kəsir. Texniki izaha görə, Starlink peyki terminallardan 14–14,5 GHz diapazonunda siqnallar qəbul edir. Bu diapazon hər biri 62,5 MHz olan 8 kanala bölünüb. İddiaya əsasən, ruslar 8 peyk antenasını həmin peykə yönəldir və hər antena ayrı kanalda maneə siqnalı ötürür. Nəticədə peyk “kor” vəziyyətə düşür. Bir belə radioelektron mübarizə kompleksi təxminən 20 kvadrat kilometr ərazini əhatə edir və hazırda “Novorossiya” magistralını Ukrayna dronlarından qorumaq üçün istifadə olunduğu bildirilir. Bu səbəbdən həmin sistemlər yaxşı göründüyünə görə Ukrayna onları hədəfə almağa çalışır.

Московский нефтеперерабатывающий завод yəni Moskva neft emalı zavodu belə qorunurdu.
Московский нефтеперерабатывающий завод yəni Moskva neft emalı zavodu belə qorunurdu.