ch
Feedback
Ormilitarism

Ormilitarism

前往频道在 Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

显示更多
7 138
订阅者
-124 小时
-57 天
-7330 天
帖子存档
Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumatına görə, Rusiya Kiyevə qarşı yay aylarında həyata keçirilən raket zərbələrində
Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumatına görə, Rusiya Kiyevə qarşı yay aylarında həyata keçirilən raket zərbələrindən biri zamanı ilk dəfə 9M723-2 indeksli, “İskəndər-1000” kimi tanınan yeni raketdən istifadə edib. Raket “Bora-M” kompleksinin tərkibinə daxildir və təkmilləşdirilmiş mühərrik və buraxılış qurğusu hesabına 550 km-ə qədər məsafədəki hədəfləri vura bilir. Əvvəllər isə onun uçuş məsafəsinin 1000 km-ə qədər olduğu bildirilirdi. “İskəndər-M” operativ-taktiki raket kompleksi üçün uçuş məsafəsi 1000 km-ə qədər olan yenilənmiş raketin mövcudluğu barədə ilk dəfə 2024-cü ilin iyulunda məlumat yayılmışdı. Qeyri-rəsmi olaraq “İskəndər-1000” adlandırılan bu raketin 2025-ci ilin dekabrında artıq 800 km-ə qədər məsafədə istifadə edildiyi barədə məlumatlar yayılmışdı. 2025-ci ilin oktyabrında Ukrayna resursları Rusiya Silahlı Qüvvələri üçün raketlərin satın alınmasına dair sızdırılmış Rusiya sənədlərini dərc etmişdi. Həmin sənədlərdə 9M723-2 indeksli 18 ballistik raketin istehsalı qeyd olunurdu.

+1
Bu ssenaridə dron atıcı silahlardan açılan atəş nəticəsində hərəkətsiz qalmış texnikanı məhv etmək üçün istifadə olunub. Nəzəri olaraq, daşıyıcı düşmənə atəşlə basqı göstərdiyi müddətdə bu dronlardan düşmənin istehkamlarını və ya blindajlarda gizlənən hərbçiləri məhv etmək üçün istifadə etmək mümkündür. Lakin Ukrayna müharibəsi kontekstində təqdim olunan yerləşdirmə və istifadə üsulu müəyyən suallar doğurur. FireAnt komplekslərinin özləri maşının bortunda dinamik mühafizə elementlərinin yerləşdiyi sahəni tutur və bununla da PDM-nin qorunma səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Bundan əlavə, görünür, onları maşından çıxarmaq və mövqelərə əl ilə yerləşdirmək ekipaj və ya desant tərəfindən həyata keçirilməlidir. Bu isə aktiv hücum şəraitində, ön xəttdə qəbuledilməzdir. Mövcud döyüş maşınlarından yerüstü robotik komplekslərin ön xəttə sürətli çatdırılması üçün istifadə edilməsi özü maraqlı görünür. Sadəcə bunun üçün sistemin daha da inkişaf etdirilməsi və ciddi şəkildə təkmilləşdirilməsi tələb olunur.

ABŞ ordusu M2A4 Bradley piyada döyüş maşınını bortlarına asılmış FireAnt yerüstü robotik kompleksləri üçün daşıyıcı platforma
+1
ABŞ ordusu M2A4 Bradley piyada döyüş maşınını bortlarına asılmış FireAnt yerüstü robotik kompleksləri üçün daşıyıcı platforma kimi sınaqdan keçirib. Kiçik ölçülü FireAnt yerüstü robotik kompleksi cəmi 27 kq ağırlığındadır. O, radioelektron mübarizə, radioelektron kəşfiyyat avadanlıqları üçün daşıyıcı kimi istifadə oluna, həmçinin kamikadze rolunda çıxış edə bilər. Gələcəkdə bu dronların vahid sürü tərkibində fəaliyyət göstərməsi nəzərdə tutulur. Texasdakı Fort-Hood bazasında keçirilən Pegasus Charge 3 təlimləri zamanı FireAnt-ın yerüstü kamikadze dronu kimi istifadəsi nümayiş etdirilib.

+3
“Rostex” dövlət korporasiyası bildirir ki, Rusiya Aerokosmik Qüvvələrinə yeni seriyalı Su-35S çoxfunksiyalı qırıcıların növbəti partiyasını təhvil verib. Xatırladaq ki, Su-35S qırıcılarının əvvəlki partiyası bu ilin may ayında təhvil verilmişdi.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, Rusiya ordusu SVO zonasında bütün istiqamətlər ü
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, Rusiya ordusu SVO zonasında bütün istiqamətlər üzrə azalmayan templə irəliləyir. Gerasimovun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin hücum qrupları artıq Slovyanskdan 4 km, Kramatorskdan 3 km və Drujkovkadan 1,5 km məsafədə uzaqda yerləşir.

+6
Kiyev ətrafından, Borispol rayonundan görüntülər. Zərbələrdən sonra “Fozzy Group” şirkətinə və “Rozetka”ya məxsus anbarlar yanır.

Donetskə zərbələrdən sonra aşkarlanan SCALP-EG (Storm Shadow) qanadlı raketinin qalıqları. Ya zərbə kombinə edilmiş olub və m
+1
Donetskə zərbələrdən sonra aşkarlanan SCALP-EG (Storm Shadow) qanadlı raketinin qalıqları. Ya zərbə kombinə edilmiş olub və müxtəlif tipli raketlərdən istifadə edilib, ya da daha əvvəl aşkarlanan qalıqlar həqiqətən “Storm Shadow” raketlərinə məxsus olub və səhv identifikasiya edilib.

+2
Rusiya Ukrayna ərazisinə pilotsuz uçuş aparatları və ballistik raketlərdən ibarət kombinə edilmiş yeni hücum həyata keçirib. Hücumlar kritik infrastruktura və yaşayış məntəqələrinə zərər vurub. Borispol şəhərində yerləşən Rozetka logistika deposunda yanğın baş verib. Hücumlar nəticəsində bir neçə regionda mülki şəxslər həlak olub və ya yaralanıb, həmçinin binalara ziyan dəyib.

Donetsk şəhərinə USQ tərəfindın ardıcıl olaraq bir neçə raket zərbəsi endirilməsi.

Myanmada piyadalarla dolu çay kateri FPV-dronun hücumuna məruz qalıb.
+1
Myanmada piyadalarla dolu çay kateri FPV-dronun hücumuna məruz qalıb.

Özbəkistan Hərbi Hava Qüvvələri üçün hazırlanmış J-10CE qırıcıları. Daşkənd Çindən təxminən 1 milyard ABŞ dolları məbləğində
+2
Özbəkistan Hərbi Hava Qüvvələri üçün hazırlanmış J-10CE qırıcıları. Daşkənd Çindən təxminən 1 milyard ABŞ dolları məbləğində 24 ədəd bu tipli təyyarə almağı planlaşdırır.

Almaniya Britaniyanın “Trident” nüvə sisteminin maliyyələşdirilməsinə və qorunmasına kömək etmə imkanını nəzərdən keçirir. Av
Almaniya Britaniyanın “Trident” nüvə sisteminin maliyyələşdirilməsinə və qorunmasına kömək etmə imkanını nəzərdən keçirir. Avropa ABŞ-dan asılılığını azaltmağa çalışır. Berlin öz nüvə silahlarını hazırlamaq əvəzinə, Böyük Britaniya və Fransa ilə nüvə sahəsində daha dərin əməkdaşlıq imkanlarını araşdırır. Mümkün variantlara Böyük Britaniyanın gələcək nüvə imkanlarının maliyyələşdirilməsinə dəstək vermək, sualtı qayıq proqramlarına töhfə göstərmək və ya Faslane hərbi-dəniz bazasını qorumaq üçün Almaniyanın “Patriot” sistemlərini yerləşdirmək daxildir.

Ukrayna tərəfi “Mayachnya” layihəsinin həyata keçirildiyini bildirir. Layihənin məqsədi peyk rabitəsinin olmadığı şəraitdə Qa
Ukrayna tərəfi “Mayachnya” layihəsinin həyata keçirildiyini bildirir. Layihənin məqsədi peyk rabitəsinin olmadığı şəraitdə Qara dənizin akvatoriyasında dron-müdaxiləçilərin naviqasiyası və dəqiq mövqeləndirilməsi məsələsini həll etməkdir. Layihənin əsasını Qara dəniz sahili boyunca, Oçakovdan İzmailə qədər olan ərazidə Skyline platforması əsasında muxtar radio mayaklar şəbəkəsinin qurulması təşkil edir. Radio mayaklar avtonom rejimdə fəaliyyət göstərir, ehtiyat enerji mənbələri ilə təchiz olunub və mərkəzləşdirilmiş şəbəkəyə inteqrasiya edilib. Bu isə operatorlara dronların dəqiq yerini izləməyə və mürəkkəb hava şəraitində və ya rabitənin müvəqqəti itirilməsi zamanı onların geri qayıtmasını təmin etməyə imkan verir. Sahil zonasındakı əsas hədəflər kəşfiyyat PUA-larıdır. Bu aparatlarla yalnız kəşfiyyat aparılmır, onlar həmçinin retranslyator kimi çıxış edir və kamikadze dron qruplarından siqnalların qəbulu və ötürülməsini təmin edən mesh şəbəkəsinin bir hissəsi kimi istifadə olunur.

Böyük Britaniya Ukraynaya Storm Shadow qanadlı raketlərinin istehsalı üçün texnologiya ötürüb. Bunu Böyük Britaniyanın yeni b
Böyük Britaniya Ukraynaya Storm Shadow qanadlı raketlərinin istehsalı üçün texnologiya ötürüb. Bunu Böyük Britaniyanın yeni baş naziri Endi Börnhəm açıqlayıb. Bu, son aylarda Qərb silahlarının Ukraynada lisenziyalı istehsalına dair ötürülən texnologiyalar silsiləsində növbəti haldır. Lakin istehsalın real olaraq nə vaxt başlayacağı və ümumiyyətlə başlayıb-başlamayacağı, xüsusilə Rusiya Silahlı Qüvvələrinin müntəzəm və getdikcə intensivləşən zərbələri fonunda, hələlik məlum deyil.

+6
Ukrayna Silahlı Qüvvələri FP-2 idarəolunan kamikadze dronları ilə Rostov vilayətində bir neçə radiolokasiya stansiyasına (RLS), həmçinin Kamensk-Şaxtinski şəhərində yerləşən “Kamenski Kombinatı”na zərbələr endirib. Bundan əlavə, dronların hədəfində Millerovo aviabazasında Ka-52 helikopterinin aşkar maketi və MiQ-29 təyyarəsi də olub. Böyük ehtimalla MiQ-29 da aldadıcı hədəf kimi istifadə edilib, çünki digər aviasiya vasitələri anqarlarda gizlədilib. Rostov vilayəti sahilyanı region deyil. Beləliklə, ya Starlink-in fəaliyyəti tədricən Rusiyanın daxili ərazilərinə qədər yayılır və ABŞ Ukraynaya bu cür zərbələr endirməyə icazə verir, ya da Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi analoji retranslyator şəbəkəsindən yararlanır və dronlarını “Geran-2 seeker”, “Geran-4 seeker” və “Gerbera seeker” seriyalı dronlarda tətbiq olunan mesh şəbəkə vasitəsilə idarə edir.

+8
Ukraynanın Müstəqillik Günü ilə əlaqədar Kiyevdə dron paradı keçirilib. Kreşşatik küçəsində yerüstü pilotsuz robot sistemləri hərəkət edib, səmada müxtəlif təyinatlı dronlar, o cümlədən interceptor dronlar uçub. Dnepr çayında isə pilotsuz döyüş katerləri nümayiş etdirilib.

Sudan sərhədi yaxınlığında, Çadın şərqində yerləşən Abeşe aviabazasında ən azı dörd silahlandırılmış Çin istehsalı CH-4 pilotsuz uçuş aparatı. Abeşenin yerləşdiyi mövqe onu Darfur sərhədi boyunca əməliyyatlar aparmaq üçün əlverişli vəziyyətə gətirir.

Polşa Cənubi Koreya ilə bağladığı 6,7 milyard dollarlıq müdafiə müqaviləsi çərçivəsində 28 ədəd K2 “Black Panther” tankı alıb
Polşa Cənubi Koreya ilə bağladığı 6,7 milyard dollarlıq müdafiə müqaviləsi çərçivəsində 28 ədəd K2 “Black Panther” tankı alıb. Bu tədarük Polşanın K2 tanklarının ümumi sayını 208-ə çatdırıb. Daha 88 ədəd K2GF tankının 2027-ci ilə qədər, Polşaya xüsusi olaraq hazırlanmış 64 ədəd K2PL tankının isə 2028–2030-cu illərdə təhvil verilməsi planlaşdırılır. K2PL tanklarının böyük hissəsi Polşada istehsal olunacaq.

KİV-də yayılan “Ukraynaya taktiki nüvə silahı zərbəsi” barədə daha əvvəl reaksiya vermişdim. https://t.me/Ormilitarism/44156

İnterseptor dronlarının buraxılması üçün uyğunlaşdırılmış Ukrayna Mi-8 helikopteri.