Ovqat.com
رفتن به کانال در Telegram
Analitik-xəbər portalı ƏLAQƏ: 📱 Mob: +994557464044 📲 Whatsaapp: https://wa.link/bqhgzz 📧 E-poçt: ovqatcom@mail.ru
نمایش بیشتر4 040
مشترکین
-124 ساعت
-137 روز
-7930 روز
آرشیو پست ها
4 041
🇺🇸🇮🇷ABŞ İranın Buşehr Atom Elektrik Stansiyasının yaxınlığına raket zərbəsi endirib.
⚛️Zərbənin hədəfi nüvə elektrik stansiyasının yaxınlığı olub və hücum zamanı obyektdə 20 rusiyalı - 19 texniki mütəxəssis və bir tibb işçisi var imiş. Onların vəziyyəti və ya stansiyaya dəyən ziyan barədə heç bir məlumat verilməyib.
Cavab olaraq, Tehran Hörmüz boğazına doğru onlarla dron buraxıb və İordaniyadakı Amerika obyektlərinə raket zərbələri endirib.
@ovqatcom
4 041
Pezeşkiyandan ermənicə təşəkkürnamə
İran prezidenti Məsud Pezeşkiyan Ermənistan Baş naziri Nikol Paşinyana Əli Xamenei ilə vida mərasimində iştirak etdiyinə görə erməni dilində təşəkkürünü bildirib.
O, paylaşdığı X paylaşımında yazıb:
“Şəhid Ali Liderlə vida və dövlət dəfn mərasimində iştirakına görə Ermənistanın baş naziri cənab Nikol Paşinyana təşəkkür edirik.@NikolPashinyan pic.twitter.com/V2VrO4Nzg1
— Məsud Pezeşkian (@drpezeshkian) 8 iyul 2026-cı il”.
Ermənicə mətndə isə bunlar yazılıb:
“Biz xoşməramlılıq nümayişini heç vaxt unutmayacağıq. Ümid edirəm ki, iki nəcib İran və Ermənistan xalqı arasında həmişə qarşılıqlı maraqlara, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan tarixi və dostluq münasibətləri inkişaf edəcək və davam edəcək”, - deyə Pezeşin mesajında bildirilir.
O, qeyd edib ki, mərhum İran ruhani lideri həmişə Ermənistanla münasibətlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb və Ermənistanı “dürüst qonşu” adlandırıb.
İran prezidenti öz paylaşımında həmçinin bildir
4 041
ABŞ Prezidenti Donald Tramp Suriyalı həmkarı Əhməd əl-Şaraya məktub göndərib.
Məktubda deyilir:
"Ağ Ev
Vaşinqton
8 iyul 2026
Zati-aliləri Prezident Əhməd əl-Şara
Suriya Ərəb Respublikasının Prezidenti
Dəməşq
Cənab Prezident,
Bu gün Konqresə Suriyanın Terrorizmin Dövlət Sponsoru kimi təyin edilməsini ləğv etmək qərarımı bildirdim. Qanuna uyğun olaraq, Konqres bu qərarı yekunlaşdırmaq üçün 45 günlük araşdırma aparacaq.
Ölkənizin yenidən qurulmasına mane olan bütün maneələri aradan qaldıracağıma söz verdim və çox tezliklə nəhayət bunu edə biləcəksiniz. Suriyaya investisiya qoymağa və ölkənizin əvvəlkindən daha çiçəklənməsinə kömək etməyə hazır olan Amerika şirkətlərimiz var.
Bu qərarın Suriya xalqına və iki ölkəmiz arasında tərəfdaşlığın dərinləşməsinə müsbət təsirini səbirsizliklə gözləyirəm.
Hörmətlə,
Donald J. Tramp
Amerika Birləşmiş Ştatlarının Prezidenti"
@ovqatcom
4 041
Rusiyanın 5 quruşa dəyməyən əsgərlərinin Krımda can bazarlığı
Krımda rus işğalçıları ağır vəziyyətlə üzləşib.
“Операция Z: Военкоры Русской Весны” Telegram kanalı bu barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, düşmən (yəni Ukrayna ordusu) Krımda və cəbhə xəttində logistikanı kəsməyə çalışır: “dron hücumlarını dəf etmək üçün termal görüntüləmə cihazlarına ehtiyac var.
▪️Krımdakı mobil atəş dəstələri və Şimal-Şərq Hərbi Dairəsinin əsgərləri bizdən termal görüntüləmə cihazları istəyirlər.
➖Termal görüntüləyicilər gecələr həyatları xilas edir və düşmən dronlarını vurmağa kömək edir: onlar olmadan əsgərlər qaranlıqda kor olurlar, amma düşmən hər şeyi görür.
❗️Sadə termal görüntüləmə cihazlarının qiyməti yuanın məzənnəsindən asılı olaraq təxminən 70.000 rubldur. 200 ədəd cihaz üçün bizə 14.000.000 rubl lazımdır”.
Qeyd edək ki, 14 milyon rubl bizim pulla 309 890 manat edir. Belə çıxır ki, Rusiya Müdafiə Nazirliyi Krımdakı əsgərlərini qorumaq üçün 309 890 manata qıymır.
4 041
Ukrayna dronları ilə rus dronları arasındakı fərq: Rus dronları da əsgərləri kimi “it günündədir”
Ukraynadan ilham alan Rusiya da dron düzəldib.
Drone Expo 2026 sərgisində nümayiş etdirilən bu “robot it” yaxşı idman etməyi bacarır və kuryer kimi bir səngərdən qonşu səngərə sursat daşıyır.
Ukraynanın istehsal etdiyi dronlar isə 2500 km aralıda yerləşən Omskda hərbi strateji obyektlərin külünü göyə sovurmaqla məşğuldur.
"Mal yiyəsinə bənzəyər", - burda deyiblər.
@ovqatcom
4 041
Dəfn tələsi
İranın dini məqtul dini lideri Seyid Əli Hüseyn Xameneinin nəşi dünən Həzrət Əlinin məzarının yerləşdiyi Nəcəf şəhərindən Əbülfəzl Abbas və İmam Hüseynin məzarlarının yerləşdiyi Kərbəla şəhərinə aparılıb. Plana görə, dini liderin cənazəsi bu gün Kərbəladan Məşhədə gətiriləcək və İmam Rzanın məqbərəsinin yanında dəfn olunacaq.
ABŞ-ın dünən İrana ilk hücumunun Xameneinin nəşi Nəcəfdə olarkən başlayıb. Onun nəşi Kərbəlaya aparılarkən isə ABŞ-ın ikinci hücumu baş verib. İkinci hücum demək olar ki, İranın Oman körfəzinə və Hind okeanına açılan bütün sahil xəttini əhatə edib.
Açığı, ABŞ-ın son hücumlarının zamanlamasının təsadüfi seçilmədiyini düşünürəm. Bəlkə də CENTCOM qəsdən Xameneinin nəşinin İrandan çıxarılıb İraqa aparılmasını gözləyib. Mümkündür ki, CENTCOM bu gün İraq hava sahəsini də bağlasın və Xameneinin nəşinin son mənzilinə aparılmasına mane olsun. Əgər bu ehtimal baş tutarsa, İran öz nümayişkaranə dəfn mərasimi şounun tələsinə düşmüş olacaq.
4 041
ABŞ-ın İrana bu gecəki hücumunun xəritəsi 09.07. 2026
ABŞ-ın zərbə endirdiyi ərazilər: Buşehr, Kəngan limanı, Ləngeh limanı, Bəndər Abbas, Sirik, Cask limanı, Konarak, Çabahar, İranşəhr, Ağ Qala, Qeşm adası, Əbu Musa və Lavan.
Bundan əlavə, Çoqadak və Kiş adasının vurulduğuna dair hələ təsdiqini gözləyən iddialar var.
- Gülüstan əyalətinin Ağ Qala şəhərindəki dəmir yolu körpüsünə də zərbələr endirilib.
@ovqatcom
4 041
Qurbağaları Nobel mükafatı alan həkimlə söhbət: Rəhbərlik etdiyi klinika niyə “bağlanıb”?
Yaşadığım Qaraçuxur qəsəbəsində bir klinika var – General Hospital adında.
Bir çox media orqanları bu klinikanın lisenziyasının ləğv olunduğu barədə məlumatlar yaymışdılar. Vaxtilə həmin klinikada işləyən stomatoloqlarından birinin diş texniki işlədiyindən bu məlumatı oxuyub ona zəng etdim. Lisenziyalarının ləğv olunmadığını, hazırda işini davam etdirdiyini söylədi. “Bəs, bu məlumatlar niyə yayılıb” sualıma şəxsən özü cavab vermək istəmədi. Klinikanın baş həkimi və direktoru ilə söhbətləşmək üçün məni müəssisəyə dəvət etdi. Mən də klinikanın rəhbəri Rüstəm Mikayılovla dərdləşmək üçün dəvəti qəbul etdim. Rüstəm həkim klinikanın bağlanması xəbərinin hardan çıxması barədə sualıma elə cavablar verdi ki, heyrətdən əlim üzümdə qaldı.
Qurbağalarının Nobel mükafatı aldığını deyən Rüstəm həkimlə söhbətimizin videosunu nəzərlərinizə çatdırıram.
4 041
Qeyd edim ki, tatarlar bəbirə Bars (Pars) deyirlər. Bu heyvanlar çeviklik və cəsurluq rəmzi kimi tanınır. Vaxtilə monqolları və səlib yürüşçülərini dəfələrlə məğlub edib Misir və Suriya torpaqlarında Məmlukilər dövlətini quran Baybars da məhz bu keyfiyyətlərinə görə həmin adı almışdı. Köləlikdən xanlığa və hətta dünya cahangirliyinə yüksələn Baybarsın adını daşıyan Ak Bars komandasını xokkey yarışının finalına çıxması münasibətilə təbrik edirəm. Yaroslavlın kubok qazanan “Lokomotiv”i sevinməsin. Qazandığı kuboku belə qaldıra bilmədiyinə görə utansın. Bu əslində “Lokomotiv”in qazandığı kubokun altında qalacağı və “Ak Bars”ın mənəvi qələbəsinin təzahürüdür. İnşallah, növbəti yarışlarda “Ak Bars” komandası kubokun necə qaldırılacağını onlara və bütün Rusiyaya göstərəcək. Necə ki, Orta Asiyanın bağrından qoparılıb Misirə kölə kimi gətirilən Baybars əsl cahangirliyin nə demək olduğunu monqollara və xristian legionerlərə öz qılıncının iti ağzı ilə öyrətdi.
🔰@ovqatcom
4 041
Açığı, bu versiyanı da istisna etmək fikrində deyiləm. Baxmayaraq ki, erməni separatçılarının məsələsi nə Fransa-Azərbaycan münasibətlərinə, nə regional, nə də qlobal problemlərə daxildir. Separatizmlə mübarizə hər bir suveren dövlətin öz daxili işidir və kimsə buna qarışa bilməz. Amma həyat yoldaşı Brijit xanımdan yağlı bir şapalaq yemədən ağlı başına gəlməyən Makron qulağının ardındakı şillə ağrısı bitən kimi, qeyri-adekvat addımlar ata bilər. Mümkündür ki, Makronun qulaqları o şillə ağrısını bərk özləyib və növbəti şapalağı yemək üçün Azərbaycan Prezidentinə zəng edib erməni separatçıları üçün ona saqqal tutub.
Amma bu baş veribsə, İlham Əliyevin ona cavabını təxmin edirəm. Təxmin edirəm ki, İlham Əliyev yenə Makrona qulağının dibini göstərib və onu layiq olduğu hörmət-izzətlə yola salıb. Zira dünyada Makronun qulağını ən yaxşı tanıyan iki nəfər var. Bunlardan biri bayaq da qeyd etdiyim kimi, Brijit xanımdır, bir də Azərbaycan prezidenti İlham Əliyev. İlham Əliyev nəinki Azərbaycanın milli maraqlarının müzakirəyə çıxarıldığı masalarda, hətta Fransanın dəniz aşırı müstəmləkələri kimi qlobal və Gürcüstan kimi regional məsələlərdə Makrona həmişə qulağının dibini göstərib.
Bu fikirləri sadəcə gəlişigözəl və ya mütəşəbbeh anlamda söylədiyimi sanmayın. Yadınızdadırsa, ölkə başçısı Gürcüstan müxaliflərinin 2024-cü ildə qaldırdığı üsyanla bağlı “Rossiya-1” televiziya kanalına verdiyi müsahibəsində Makorunun qulaqlarından danışaraq demişdi: “Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır. Biz Parisdə Məryəm Ana kilsəsindəki mərasimdə nəyin şahidi olduq? Papa Fransisk mərasimdən imtina etdi, o, əlbəttə, Makrona bu Olimpiya rüsvayçılığını bağışlamadı. Düzgün də etdi. O, Korsikaya yollandı. Necə deyərlər, sanki müəyyən bir yerindən tutaraq ağrıtmaq üçün”.
Əminəm ki, Prezident, Makronun “müəyyən bir yerindən” danışarkən onun burulmaqdan xoşlanan uzun qulaqlarını nəzərdə tuturdu.
Uzun sözün qısası, Makron Azərbaycanda saxlanılan erməni terrorçularının azadlığa buraxılmasını arzu və ya tələb edə bilər. Bu, onun hüququdur. Amma bu fransız arzusunun reallaşması əvəzinə qulaqlarının dibini görər.
🔰@ovqatcom
4 041
Makronun qulaqları
Dünən Fransa prezidenti Azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. İlham Əliyevin özünün bildirdiyinə görə, telefon danışığında əsasən 3 məsələ müzakirə olunub: Fransa ilə Azərbaycanın ikitərəfli münasibətləri, həmçinin regional və qlobal proseslər.
Bəzi media qurumlarının iddialarına görə, Makron İlham Əliyevə əsasən Azərbaycanda həbsdə yatan erməni separatçılarının azad olunması məqsədilə zəng edib.
🔰@ovqatcom👇
4 041
Litva xarici işlər naziri Rusiyaya barmaq silkələdi: “NATO Kalininqrada hücum etməlidir”
🔰@ovqatcom
https://ovqat.com/manset/78615-litva-xarici-isler-naziri-rusiyaya-barmaq-silkeledi.html
4 041
Sibir xalqı rus olmaqdan bezib çinliləşmək istəyirlər – Putinə müraciət
İrkutskda yaşayan ruslar Putinə video-mesaj ünvanlayaraq məktəb yerlərinin kəskin çatışmazlığından şikayətləniblər.
Onlar Rusiya hakimiyyətindən məktəb tikintisi üçün Çindən maliyyələşdirmə istəmələrini istəyiblər. Görünür, İrkutsk sakinləri Pekindən Moskvadan daha tez kömək alacaqlarını başa düşüblər.
"Biz Çin dilini öyrənməyə hazırıq, çünki inanırıq ki, ona həqiqətən ehtiyacımız var. Çinlə mədəni əlaqələri fəal şəkildə inkişaf etdirmək bizim üçün yeganə mümkün yoldur", - deyə İrkutsk sakinləri mesajlarında bildiriblər.
İskutsk sakinlərinin çinliləşmək üçün müraciət ünvanladığı Putinin başı isə Ukraynanı "ruslaşdırmağa" qarışıb. Bununla da kifayətlənməyib Moldovanı da, Ermənistanı da, yəqin ki, bizi də ruslaşdırmaq barədə düşünür. Öz ölkəsi isə yavaş-yavaş əldən gedir.
🔰@ovqatcom
4 041
Cinpin-Tramp danışıqlarının şok detalı: Si ABŞ-lı həmkarına “Putinin Ukraynaya hücum etdiyinə görə peşman olacağını” deyib
🔰@ovqatcom
https://ovqat.com/manset/78609-cinpin-tramp-danisiqlarinin-sok-detali.html
