Ovqat.com
Ir al canal en Telegram
Analitik-xəbər portalı ƏLAQƏ: 📱 Mob: +994557464044 📲 Whatsaapp: https://wa.link/bqhgzz 📧 E-poçt: ovqatcom@mail.ru
Mostrar más4 109
Suscriptores
-624 horas
-237 días
-7730 días
Archivo de publicaciones
4 106
Qeyd edim ki, tatarlar bəbirə Bars (Pars) deyirlər. Bu heyvanlar çeviklik və cəsurluq rəmzi kimi tanınır. Vaxtilə monqolları və səlib yürüşçülərini dəfələrlə məğlub edib Misir və Suriya torpaqlarında Məmlukilər dövlətini quran Baybars da məhz bu keyfiyyətlərinə görə həmin adı almışdı. Köləlikdən xanlığa və hətta dünya cahangirliyinə yüksələn Baybarsın adını daşıyan Ak Bars komandasını xokkey yarışının finalına çıxması münasibətilə təbrik edirəm. Yaroslavlın kubok qazanan “Lokomotiv”i sevinməsin. Qazandığı kuboku belə qaldıra bilmədiyinə görə utansın. Bu əslində “Lokomotiv”in qazandığı kubokun altında qalacağı və “Ak Bars”ın mənəvi qələbəsinin təzahürüdür. İnşallah, növbəti yarışlarda “Ak Bars” komandası kubokun necə qaldırılacağını onlara və bütün Rusiyaya göstərəcək. Necə ki, Orta Asiyanın bağrından qoparılıb Misirə kölə kimi gətirilən Baybars əsl cahangirliyin nə demək olduğunu monqollara və xristian legionerlərə öz qılıncının iti ağzı ilə öyrətdi.
🔰@ovqatcom
4 106
Açığı, bu versiyanı da istisna etmək fikrində deyiləm. Baxmayaraq ki, erməni separatçılarının məsələsi nə Fransa-Azərbaycan münasibətlərinə, nə regional, nə də qlobal problemlərə daxildir. Separatizmlə mübarizə hər bir suveren dövlətin öz daxili işidir və kimsə buna qarışa bilməz. Amma həyat yoldaşı Brijit xanımdan yağlı bir şapalaq yemədən ağlı başına gəlməyən Makron qulağının ardındakı şillə ağrısı bitən kimi, qeyri-adekvat addımlar ata bilər. Mümkündür ki, Makronun qulaqları o şillə ağrısını bərk özləyib və növbəti şapalağı yemək üçün Azərbaycan Prezidentinə zəng edib erməni separatçıları üçün ona saqqal tutub.
Amma bu baş veribsə, İlham Əliyevin ona cavabını təxmin edirəm. Təxmin edirəm ki, İlham Əliyev yenə Makrona qulağının dibini göstərib və onu layiq olduğu hörmət-izzətlə yola salıb. Zira dünyada Makronun qulağını ən yaxşı tanıyan iki nəfər var. Bunlardan biri bayaq da qeyd etdiyim kimi, Brijit xanımdır, bir də Azərbaycan prezidenti İlham Əliyev. İlham Əliyev nəinki Azərbaycanın milli maraqlarının müzakirəyə çıxarıldığı masalarda, hətta Fransanın dəniz aşırı müstəmləkələri kimi qlobal və Gürcüstan kimi regional məsələlərdə Makrona həmişə qulağının dibini göstərib.
Bu fikirləri sadəcə gəlişigözəl və ya mütəşəbbeh anlamda söylədiyimi sanmayın. Yadınızdadırsa, ölkə başçısı Gürcüstan müxaliflərinin 2024-cü ildə qaldırdığı üsyanla bağlı “Rossiya-1” televiziya kanalına verdiyi müsahibəsində Makorunun qulaqlarından danışaraq demişdi: “Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır. Biz Parisdə Məryəm Ana kilsəsindəki mərasimdə nəyin şahidi olduq? Papa Fransisk mərasimdən imtina etdi, o, əlbəttə, Makrona bu Olimpiya rüsvayçılığını bağışlamadı. Düzgün də etdi. O, Korsikaya yollandı. Necə deyərlər, sanki müəyyən bir yerindən tutaraq ağrıtmaq üçün”.
Əminəm ki, Prezident, Makronun “müəyyən bir yerindən” danışarkən onun burulmaqdan xoşlanan uzun qulaqlarını nəzərdə tuturdu.
Uzun sözün qısası, Makron Azərbaycanda saxlanılan erməni terrorçularının azadlığa buraxılmasını arzu və ya tələb edə bilər. Bu, onun hüququdur. Amma bu fransız arzusunun reallaşması əvəzinə qulaqlarının dibini görər.
🔰@ovqatcom
4 106
Makronun qulaqları
Dünən Fransa prezidenti Azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. İlham Əliyevin özünün bildirdiyinə görə, telefon danışığında əsasən 3 məsələ müzakirə olunub: Fransa ilə Azərbaycanın ikitərəfli münasibətləri, həmçinin regional və qlobal proseslər.
Bəzi media qurumlarının iddialarına görə, Makron İlham Əliyevə əsasən Azərbaycanda həbsdə yatan erməni separatçılarının azad olunması məqsədilə zəng edib.
🔰@ovqatcom👇
4 106
Litva xarici işlər naziri Rusiyaya barmaq silkələdi: “NATO Kalininqrada hücum etməlidir”
🔰@ovqatcom
https://ovqat.com/manset/78615-litva-xarici-isler-naziri-rusiyaya-barmaq-silkeledi.html
4 106
Sibir xalqı rus olmaqdan bezib çinliləşmək istəyirlər – Putinə müraciət
İrkutskda yaşayan ruslar Putinə video-mesaj ünvanlayaraq məktəb yerlərinin kəskin çatışmazlığından şikayətləniblər.
Onlar Rusiya hakimiyyətindən məktəb tikintisi üçün Çindən maliyyələşdirmə istəmələrini istəyiblər. Görünür, İrkutsk sakinləri Pekindən Moskvadan daha tez kömək alacaqlarını başa düşüblər.
"Biz Çin dilini öyrənməyə hazırıq, çünki inanırıq ki, ona həqiqətən ehtiyacımız var. Çinlə mədəni əlaqələri fəal şəkildə inkişaf etdirmək bizim üçün yeganə mümkün yoldur", - deyə İrkutsk sakinləri mesajlarında bildiriblər.
İskutsk sakinlərinin çinliləşmək üçün müraciət ünvanladığı Putinin başı isə Ukraynanı "ruslaşdırmağa" qarışıb. Bununla da kifayətlənməyib Moldovanı da, Ermənistanı da, yəqin ki, bizi də ruslaşdırmaq barədə düşünür. Öz ölkəsi isə yavaş-yavaş əldən gedir.
🔰@ovqatcom
4 106
Cinpin-Tramp danışıqlarının şok detalı: Si ABŞ-lı həmkarına “Putinin Ukraynaya hücum etdiyinə görə peşman olacağını” deyib
🔰@ovqatcom
https://ovqat.com/manset/78609-cinpin-tramp-danisiqlarinin-sok-detali.html
4 106
ABŞ İrana qarşı ağır bombardmana hazırlaşır? - Fairford hərbi bazasında hərəkətlilik
https://ovqat.com/manset/78607-abs-irana-qarsi-agir-bombardmanlara-hazirlasir.html
🔰@ovqatcom
4 106
🌧 Bu gün YAĞIŞ YAĞACAQ
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-24° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, axşam isə şərq rayonlarında bir qədər güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13°, bəzi yerlərdə 17° isti olacaq.
4 106
⚡️ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə danışıqlardan sonra Tayvanla bağlanan 14 milyard dollarlıq silah müqaviləsini hələ təsdiqləmədiyini bildirib.
4 106
⚡️NYT: ABŞ və İsrail gələn həftə İrana qarşı zərbələri yenidən başlada bilər.
Məlumata görə, Trampın müşavirləri hücumların bərpası ilə bağlı planlar hazırlayıblar, lakin prezident hələ yekun qərar verməyib.
4 106
Lakin Florian Tardifin əmindir ki, Emmanuellə Gülşiftə arasında ciddi bir əlaqə yoxdur. Onlar sadəcə “platonik” eşqlə bir-birilərini sevirlər. Jurnalist bu barədə qələmə aldığı kitabında yazır: “Parisdə bu barədə davamlı şayiələr gəzirdi, lakin onlar şayiədən başqa bir şey deyildi. Makron 42 yaşlı aktrisaya sadəcə məzmunu çox uzağa gedən mesajlar göndirmişdi, o qədər”.
Bir sözlə, Emmanuel Gülşiftə ilə siftə etməmiş Brijit xanım qaratikan kolu kimi araya girib iki ürəyi birdən yıxıb. Buna bizim məhəllədə "siftəni kor etdi" də deyirdilər.
🔰@ovqatcom
4 106
Brijit xanım ərini niyə döyüb? – Sirlər su üzünə çıxır - Siftəpozan firs-ledi
Binəva Emmanuelllə Gülşiftənin siftəsi kor olub
Fransa mediası ölkə prezidenti Emmanuel Makronun Vyetnamda təyyarədən düşərkən hər kəsin gözü qarşısında öz sevimli həyat yoldaşından şillə yeməsinin sirrini araşdırmağa başlayıb.
“Paris Match” jurnalisti Florian Tardifin iddiasına görə, binəva Emmanuel Makronun bir il əvvəl həyat yoldaşı tərəfindən aşağılanması gözlənilməz və təsadüfi deyilmiş. Sən demə, bu şorgöz kişi İran aktrisası Golshifteh (bizim dillə desək, Gülşiftə) Farahaniyə aşiq olubmuş. Və Brijit xanım təyyarədə onları yazışarkən “suç üstündə” yaxalayıb. Beləcə, ərinin ağzının payını verməyə başlayıb. Təyyarənin qapısı anidən açıldığından Emmanuel Makron rəzil-rusvay olub.
🔰@ovqatcom👇
4 106
Bizim Fərid müəllim - Gənclər və İdman naziri
Azərbaycanın bir Gənclər və İdman naziri var: Fərid Fazil oğlu Qayıbov. Vəzifəsinin adından da göründüyü kimi, bu adamın rəsmi görəvinin iki əsas istiqaməti mövcuddur: Gənclik və İdman.
Fərid müəllim 1979-cu ilin aprel ayının 24-də anadan olub. Yəni 3 həftədir ki, 47 yaşını tamamlayıb, 48 yaşına qədəm qoyub. Zənnimcə, dünyanın ən uzunömürlü ölkəsi sayılan Yaponiyada belə 47-48 yaşlı birisinə gənc desən, adama gülərlər. Qısası, Fərid Qayıbov əsla gənc sayılmaz. Bəs, bu adam nə qədər idmançıdır? Gəlin, çox uzatmadan Fərid müəllimin idmandakı nailiyyətlərinə nəzər salaq. Baxın, görün, bizim Cəbiş… pardon, Fərid müəllim Şabanın idman müəllimindən hansı keyfiyyəti ilə geri qalır?
🔰@ovqatcom
4 106
Naxçıvan Ali Məclisinin sədr əvəzi Bəxtiyar Məmmədova erməni həmkarından ibrət dərsi: “Biz niyə rusca danışmalıyıq?”
👇
4 106
Ermənilərin post-sovet ölkə təmsilçiləri ilə rus dilində deyil, ingiliscə danışmasına Moskvadan çox ağrılı reaksiyalar gəlir. Paşinyanla Zelenskinin ingiliscə təmas qurmasına Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu sözlərlə qarşı çıxıb:
“Avropa Siyasi Birliyinin sammiti zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ingilis dilində aparılan söhbət ucuz bir şou və istehzadır. Bu, bir növ ucuz şoudur. Bu, əsasən rus dilində danışan Ukrayna xalqına və Ermənistan xalqına qarşı istehza idi”.
Zaxarovanın bu tənqidinə cavabı isə Ermənistan parlamentinin sədri Alen Simonyan verib. Erməni spiker Almaniyanın DW kanalına müsahibəsində jurnalistin bu barədə sualını cavablandırarkən deyib:
“Zelenskinin ölkəsinin Rusiya ilə müharibə vəziyyətində olduğunu bildiyimiz halda, biz onunla niyə rus dilində danışmalıyam?”.
Qeyd edək ki, Ermənistan indiyədək Rusiyanın forpostu sayılırdı. Hazırda onların belə, rəsmi danışıqlarda rus dilindən imtina etməsi həqiqətən də Moskvaya “Cənubi Qafqazda sənin yerin yoxdur” mesajı təsiri bağışlayır.
Naxçıvan Ali Məclisi də Muxtar Respublikanın parlamenti hesab olunur. İldə iki dəfə əl qaldırmaqla ayda 7000-15000 manat maaş alan bu məclisin bir də spikeri var. İddialara görə, bu adam nəinki xarici qonaqlarla, hətta öz deputatları ilə də rusca danışır. Elədirsə, buyursun, bəyənmədiyi erməni həmkarından ibrət dərsi alsın.
4 106
"Şillə cənnətdən çıxıb" deyənlər yanılmayıblar.
II Qarabağ döyüşlərində Azərbaycan ordusunun gurultulu şapalağını dadan İrəvan axır ki, Qarabağ probleminin onlar üçün hazırlanmış bir tələ olduğunun fərqinə varıb və bu səhifənin artıq bağlandığını ən yüksək ağızdan bəyan etməyə başlayıblar.
🔰@ovqatcom
4 106
Utanmasan, parad keçirməyə nə var?
Bəzi iddialara görə, II Dünya müharibəsində 50 milyondan çox insan öldürülmüşdür. Bunun 27 milyonu SSRİ-nin payına düşür. Hardan baxsaq, SSRİ bu müharibədə ən çox canlı itki verən tərəf olub.
Müharibənin sona çatmasının üzərindən 81 il zaman keçsə də ruslar hələ də onu qələbə kimi qeyd edir hər il 9 mayda kağızdan qaplan əsgərləri ilə parad keçirirlər. İnsafən, hərbi yerişləri də pis deyil. Nizam-intizam təsiri bağışlayır. Buna baxmayaraq, bu qədər itki qarşılığında nə həmin yürüş, nə də “vüqarlı” duruş məşhur atalar sözünü xatırlamağa mane olmur: “Utanmasam, oynamağa nə var?”.
🔰@ovqatcom
4 106
Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşıb
🔰@ovqatcom
https://ovqat.com/iqtisadiyyat/78601-azerbaycan-neftinin-qiymeti-110-dollara-yaxinlasib.html
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
