SİNİR SİSTEMİ TUTUMUNU , YƏNİ ENERJİMİZİ ÖLÇMƏK ÜÇÜN AŞAĞIDAKILARA HƏ/YOX cavabları verin. Nəticəni rəylərdə yazın. Sabah davam edəcəyik:
Sizə aiddirsə HƏ, aid deyilsə YOX yazın. Sonra hə/yox sayını hesablayın:
• Perfeksionizm – hər şeyi mükəmməl etməyə çalışmaq.
• Həddindən artıq nəzarət – hər şeyi və hər kəsi kontrol altında saxlamaq istəmək.
• Həddindən artıq nizam-intizam və səliqə ehtiyacı.və ya çox dağınıqlıq və xaos.
• səhvlərə qarşı dözümsüzlük.
• Qeyri-müəyyənliyə dözə bilməmək, hər şeyin əvvəlcədən məlum olmasını istəmək.
• Riskdən qaçmaq, yeni fürsətləri təhlükə kimi qiymətləndirmək.
• komanda qura bilməmək, bütün məsuliyyəti öz üzərinə götürmək.
• Həmişə “yaxşı qız” və ya “yaxşı insan” olmağa çalışmaq.
• İnsanları razı salmaq və konfliktlərdən qaçmaq.
• Özünü müdafiə edə bilməmək, ehtiyaclarını və narazılığını ifadə etməmək.
• Emosional keyləşmə – nə sevinc, nə də kədəri tam hiss edə bilmək.
• Tez qıcıqlanmaq, əsəbiləşmək və təşvişə düşmək.
• Həddindən artıq həssaslıq və başqalarının emosiyalarını öz üzərinə götürmək.
• Davamlı günahkarlıq və utanc hissi yaşamaq.
• Başqaları ilə özünü müqayisə etmək, qısqanclıq və yetərsizlik hissi.
• Keçmiş inciklikləri, konfliktləri və haqsızlıqları zehnində təkrar yaşamaq.
• Fürsətləri görə bilməmək – yalnız mövcud problemlərə fokuslanmaq.
• Strateji nöqtə atışları edə bilməmək – bütün günü işləmək, amma az nəticə almaq.
• Kiçik qərarlara həddindən artıq enerji və vaxt sərf etmək.
• Daim yarımçıq işlərin olması və zehni yüklənmə.
• Yeniliklərə müqavimət göstərmək, köhnə üsulları təkrarlamaq.
• Vacib qərarları təxirə salmaq, əhəmiyyətsiz işlərlə məşğul olmaq.
• Daim məşğul olmaq ehtiyacı – dayananda, dincələndə və heç nə etməyəndə narahatlıq hiss etmək.
• Həddindən artıq yemək, az yemək, siqaret, alkoqol, alış-veriş və sosial şəbəkələr vasitəsilə emosional vəziyyəti tənzimləməyə çalışmaq.(biri olsa bəsdir)
• Həddindən artıq hazırlıq – davamlı öyrənmək, kurslara qatılmaq, amma praktik addımlar atmamaq.
• Öz ehtiyaclarını ikinci plana atmaq, başqalarının ehtiyaclarını prioritetləşdirmək.
• Kömək istəyə bilməmək, hər şeyi tək həll etməyə çalışmaq.
• İstirahət edəndə özünü günahkar və faydasız hiss etmək.
• Yalnız təcili pul gətirən işlərə fokuslanmaq, uzunmüddətli gəlir sistemləri qurmamaq.
• Pul itirmək qorxusundan yeni imkanları araşdırmamaq.
• Pul xərclədikdən sonra peşmanlıq və özünü cəzalandırma hissi yaşamaq.
• Daha böyük gəlir istəmək, amma onun gətirdiyi məsuliyyətdən qaçmaq.
• Kiçik qənaətlərə həddindən artıq vaxt ayırmaq, böyük gəlir fürsətlərinə isə diqqət verməmək.
• Qiymət artırmaqdan, satış təklifi verməkdən və əməkdaşlıq istəməkdən çəkinmək – rədd edilmək qorxusu.
• Qəbul etməkdə çətinlik – pul, hədiyyə, kömək, qayğı və fürsət qəbul edərkən özünü borclu hiss etmək.
•özünü yazıq və məyus hiss etmək
•başqalarını yazıq/məyus hiss etmək
•vaxtın necə keçdiyini anlamamaq və faktiki nəticənin olmaması
•öz potensialını hiss edə bilməmək
•ürəyi istəyəni almamaq-ucuza qaçmaq və ya təxirə salmaq (pul xərcləmə stressi)
•işçi götürəndə maaşına görə narahat olmaq
•biznesdə və ya evdə xırda işləri də özü görmək
•sürətə/lüksə ödəniş etmək əvəzinə “özüm edəcəyəm” yolunu seçmək