fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Ölkə başçısı tərəfindən 2-ci dərəcəli "Əmək" ordeni və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuş 14 illik icrabaşı Siraqəddin Cabbarovun PA keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə dost olduğu üçün o posta təyin olduğu deyilir. Xalq tərəfindən seçildiyinə görə yox, məhz təyin edildiyi üçün də, qazilər başda olmaqla heç kimi saymır, özbaşınalıq edir. Xalqdan oğurladıqları sayəsində Saatlıda, Sabirabadın özündə, Bakının Binəqədi rayonunda villaları, biznes şəbəkələri, ticarət obyektləri mövcuddur. Bəzilərini sizə təqdim edirəm: - Saatlıda H. Zərdabi, ev 74 ünvanında bir mənzil; - Sabirabadda Füzuli K. DG-1, ev 1 ünvanında bir mənzil; - 7-ci mikrorayonda "Aran Ticarət Mərkəzi"; - 7-ci mikrorayonda "Aran" restoranı; - Binəqədi rayonu ərazindəki "Qədim Qəbələ" restoranı; - "100 cars" avtomobil salonu; - Binəqədidə 1 hektarlıq ərazidə yerləşən dəbdəbəli villa; - Saatlı rayonu və kəndləri ərazisində xüsusi artezan quyuları; - Saatlıda kafe, restoran və obyektləri; - Sabirabadda da restoran və hoteli mövcuddur; - 7-ci mikrorayonda yerləşən xeyli sayda mağaza və obyekt.

“Gömrükdə rüşvət olarsa, istefa verəcəyəm” deyən komitə sədri Səfər Mehdiyevin ən yaxın adamı, sinif yoldaşı əməliyyat və istintaq baş idarəsinin rəisi, general-mayor Məsum Eynalı oğlu Rəsulovun keçirilən xüsusi əməliyyat nəticəsində saxlanıldığı deyilir. Növbə nehrəmli generallara da çatarmış.

2,5 milyon manatlıq dələduzluqda ittiham edilən Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçısı çalışmış Elvin Həşimli məhkəmədən bəraət alıb. O, biznes qurmaq adı ilə yalan vədlər verərək, vətəndaşların pullarını ələ keçirməkdə ittiham olunurdu. E. Həşimli Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimlinin oğlu, eyni zamanda, Xocalı rayon icra başçısının müavini Vahid Əliyevin kürəkənidir. Sonra da deyirsiniz ki, Azərbaycan məhkəmələrində ədalət yoxdur.

Bu dünən Goranboyda N saylı hərbi hissədə intihar etdiyi deyilən Silahlı Qüvvələrin hərbi qulluqçusu, Şəkinin Baltalı kənd sa
Bu dünən Goranboyda N saylı hərbi hissədə intihar etdiyi deyilən Silahlı Qüvvələrin hərbi qulluqçusu, Şəkinin Baltalı kənd sakini Ruslan Şərif oğlu Manafzadədir. Son 15 gün ərzində Azərbaycan ordusunda xidmət edən hərbçilər arasında 7 ölüm faktı qeydə alınıb. Bunun dördünün qəza (avtomobil və texniki ehtiyatsızlıq), üçünün isə intihar hadisəsi olduğu deyilir. Qeyd edim ki, bunlar hamısı rəsmi təsdiq olunan məlumatlardır.

Goranboyda N saylı hərbi hissənin hərbçisi Ruslan Şərif oğlu Mənəfzadənin naməlum şəraitdə həlak olduğu deyilir. Hələ ki, rəsmi məlumat yayılmayıb.

Araşdırdım, məlum oldu ki, Ağdaşdakı qazinin yanmağı ehtiyatsızlıqdan olub, hazırda vəziyyəti stabildir. Amma dedi ki, 3 aydır təaqudünü kəsiblər, problemin həll edilməsini xahiş etdi.

Ağdaşda bu gün qazi Elvin Elçin oğlu Məmmədovun Türyançay sahilində üstünə benzin töküb yandıraraq intihara cəhd etdiyi bildi
Ağdaşda bu gün qazi Elvin Elçin oğlu Məmmədovun Türyançay sahilində üstünə benzin töküb yandıraraq intihara cəhd etdiyi bildirilir. Vəziyyətinin çox ağır olduğu deyilir.

Goranboy sakini, Tərtər N saylı hərbi hissədə xidmət edən, 1995-ci il təvəllüdlü MAXE Namizəd İsrayıl oğlu Bayramovun Mingəçe
Goranboy sakini, Tərtər N saylı hərbi hissədə xidmət edən, 1995-ci il təvəllüdlü MAXE Namizəd İsrayıl oğlu Bayramovun Mingəçevirdə su anbarında boğularaq öldüyü deyilir.

Qaziləri intihara sürükləyənlər, özünü asmasına, yandırmasına göz yuman adamlar, Tərtər cinayətlərini işıqlandırdığı üçün siyasi-ictimai fəal Abid Qafarovu şərləyərək, "qaziləri təhqir edib" maddəsi ilə 1 müddətinə azadlıqdan məhrum etdilər.

Xaçmaz rayonu Müzəffəroba kənd sakini, 1993-cü il təvəllüdlü XTQ giziri Yusif Seyfulla oğlu Əsədullayev özünü yaşadığı evdən
Xaçmaz rayonu Müzəffəroba kənd sakini, 1993-cü il təvəllüdlü XTQ giziri Yusif Seyfulla oğlu Əsədullayev özünü yaşadığı evdən asaraq intihara cəhd edib. Amma onu xilas etmək mümkün olub. Buna səbəb kimi rəsmi qurumların ona etinasiz yanaşdığını bildirib.

Azərbaycanda 13-14 manat olan quzu əti öz qiymətini dəyişərək 15-16 manat oldu. Premium qalxanda "varlılar düşünsün, ehe, ehe" yazanlara da, nuş olsun.

Azərbaycanda daha bir benzin markası, “Aİ-98” super markalı benzinin qiyməti 30 qəpik artaraq 2.30 manat oldu.

II Qarabağ müharibəsi iştirakçısı, Gəncədən olan qazi Etibar Əliyev qolunu doğrayaraq intihara cəhd edib. Əlilliyinin imtinas
II Qarabağ müharibəsi iştirakçısı, Gəncədən olan qazi Etibar Əliyev qolunu doğrayaraq intihara cəhd edib. Əlilliyinin imtinasına görə bu addımı atdığını bildirir. Qubadlı və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib.

Fikir verin hökümətin əlinə su tökən, adını media qoyan orqanlar qiymətin 40 qəpik bahalaşmasını "dəyişdi, tənzimləndi" yazırlar. "Bahalaşıb, qalxıb, artıb yazmaq" qadağandır. Sonra da "Azərbaycanda mətbuat azaddır" nağılını yadımıza salıb, yataq...

Azərbaycanda premium benzinin qiyməti bahalaşaraq 2 manat oldu.

Bir neçə gündür ki, mətbuatda Azərbaycanda Aİ-95 benzinin qiymətinin artırılmasının vacibliyi ilə bağlı materiallar dərc olunur. Qiymətin 1.80 AZN olacağı deyilir. Gecə qiymətin bahalaşması gözlənilir.

Sabirabad rayonunda küçələrindəki vəziyyət
Sabirabad rayonunda küçələrindəki vəziyyət

Hazırda Sabirabad rayonun mərkəzinə iri avtobuslarla polis qüvvələri yeridilib. Qazinin özünü intihar etməsindən dolayı baş verə biləcək hər hansısa bir aksiya, etirazın qarşısını almaq üçündür yəqin ki.

11 il Saatlının, son 3 il də Sabirabadın icra başçısı olan Siraqəddin Cabbarov: "Qazi Elvin Cərəfov özünü İcra hakimiyyətinin qarşısında yandırmayıb, Mədəniyyət Sarayının qabağında yandırıb. Ona hər cür qayğı göstərmişik. Psixoloji durumunda müəyyən problemlər olub. Məsələ araşdırılacaq, bunu siyasiləşdirməyin".

Pensiyası kəsildiyi üçün Sabirabad İcra Hakimiyyəti önündə özünü yandıran qazi, XTQ hərbçisi Elvin Zakir oğlu Cəfərov bu gün
Pensiyası kəsildiyi üçün Sabirabad İcra Hakimiyyəti önündə özünü yandıran qazi, XTQ hərbçisi Elvin Zakir oğlu Cəfərov bu gün Bakıda xəstəxanada dünyasını dəyişdi.