Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Ölkə başçısı tərəfindən 2-ci dərəcəli "Əmək" ordeni və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuş 14 illik icrabaşı Siraqəddin Cabbarovun PA keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə dost olduğu üçün o posta təyin olduğu deyilir. Xalq tərəfindən seçildiyinə görə yox, məhz təyin edildiyi üçün də, qazilər başda olmaqla heç kimi saymır, özbaşınalıq edir. Xalqdan oğurladıqları sayəsində Saatlıda, Sabirabadın özündə, Bakının Binəqədi rayonunda villaları, biznes şəbəkələri, ticarət obyektləri mövcuddur. Bəzilərini sizə təqdim edirəm:
- Saatlıda H. Zərdabi, ev 74 ünvanında bir mənzil;
- Sabirabadda Füzuli K. DG-1, ev 1 ünvanında bir mənzil;
- 7-ci mikrorayonda "Aran Ticarət Mərkəzi";
- 7-ci mikrorayonda "Aran" restoranı;
- Binəqədi rayonu ərazindəki "Qədim Qəbələ" restoranı;
- "100 cars" avtomobil salonu;
- Binəqədidə 1 hektarlıq ərazidə yerləşən dəbdəbəli villa;
- Saatlı rayonu və kəndləri ərazisində xüsusi artezan quyuları;
- Saatlıda kafe, restoran və obyektləri;
- Sabirabadda da restoran və hoteli mövcuddur;
- 7-ci mikrorayonda yerləşən xeyli sayda mağaza və obyekt.
16 874
“Gömrükdə rüşvət olarsa, istefa verəcəyəm” deyən komitə sədri Səfər Mehdiyevin ən yaxın adamı, sinif yoldaşı əməliyyat və istintaq baş idarəsinin rəisi, general-mayor Məsum Eynalı oğlu Rəsulovun keçirilən xüsusi əməliyyat nəticəsində saxlanıldığı deyilir. Növbə nehrəmli generallara da çatarmış.
16 874
2,5 milyon manatlıq dələduzluqda ittiham edilən Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçısı çalışmış Elvin Həşimli məhkəmədən bəraət alıb. O, biznes qurmaq adı ilə yalan vədlər verərək, vətəndaşların pullarını ələ keçirməkdə ittiham olunurdu. E. Həşimli Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimlinin oğlu, eyni zamanda, Xocalı rayon icra başçısının müavini Vahid Əliyevin kürəkənidir. Sonra da deyirsiniz ki, Azərbaycan məhkəmələrində ədalət yoxdur.
16 874
Bu dünən Goranboyda N saylı hərbi hissədə intihar etdiyi deyilən Silahlı Qüvvələrin hərbi qulluqçusu, Şəkinin Baltalı kənd sakini Ruslan Şərif oğlu Manafzadədir. Son 15 gün ərzində Azərbaycan ordusunda xidmət edən hərbçilər arasında 7 ölüm faktı qeydə alınıb. Bunun dördünün qəza (avtomobil və texniki ehtiyatsızlıq), üçünün isə intihar hadisəsi olduğu deyilir. Qeyd edim ki, bunlar hamısı rəsmi təsdiq olunan məlumatlardır.
16 874
Goranboyda N saylı hərbi hissənin hərbçisi Ruslan Şərif oğlu Mənəfzadənin naməlum şəraitdə həlak olduğu deyilir. Hələ ki, rəsmi məlumat yayılmayıb.
16 874
Araşdırdım, məlum oldu ki, Ağdaşdakı qazinin yanmağı ehtiyatsızlıqdan olub, hazırda vəziyyəti stabildir. Amma dedi ki, 3 aydır təaqudünü kəsiblər, problemin həll edilməsini xahiş etdi.
16 874
Ağdaşda bu gün qazi Elvin Elçin oğlu Məmmədovun Türyançay sahilində üstünə benzin töküb yandıraraq intihara cəhd etdiyi bildirilir. Vəziyyətinin çox ağır olduğu deyilir.
16 874
Goranboy sakini, Tərtər N saylı hərbi hissədə xidmət edən, 1995-ci il təvəllüdlü MAXE Namizəd İsrayıl oğlu Bayramovun Mingəçevirdə su anbarında boğularaq öldüyü deyilir.
16 874
Qaziləri intihara sürükləyənlər, özünü asmasına, yandırmasına göz yuman adamlar, Tərtər cinayətlərini işıqlandırdığı üçün siyasi-ictimai fəal Abid Qafarovu şərləyərək, "qaziləri təhqir edib" maddəsi ilə 1 müddətinə azadlıqdan məhrum etdilər.
16 874
Xaçmaz rayonu Müzəffəroba kənd sakini, 1993-cü il təvəllüdlü XTQ giziri Yusif Seyfulla oğlu Əsədullayev özünü yaşadığı evdən asaraq intihara cəhd edib. Amma onu xilas etmək mümkün olub. Buna səbəb kimi rəsmi qurumların ona etinasiz yanaşdığını bildirib.
16 874
Azərbaycanda 13-14 manat olan quzu əti öz qiymətini dəyişərək 15-16 manat oldu. Premium qalxanda "varlılar düşünsün, ehe, ehe" yazanlara da, nuş olsun.
16 874
Azərbaycanda daha bir benzin markası, “Aİ-98” super markalı benzinin qiyməti 30 qəpik artaraq 2.30 manat oldu.
16 874
II Qarabağ müharibəsi iştirakçısı, Gəncədən olan qazi Etibar Əliyev qolunu doğrayaraq intihara cəhd edib. Əlilliyinin imtinasına görə bu addımı atdığını bildirir. Qubadlı və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib.
16 874
Fikir verin hökümətin əlinə su tökən, adını media qoyan orqanlar qiymətin 40 qəpik bahalaşmasını "dəyişdi, tənzimləndi" yazırlar. "Bahalaşıb, qalxıb, artıb yazmaq" qadağandır. Sonra da "Azərbaycanda mətbuat azaddır" nağılını yadımıza salıb, yataq...
16 874
Bir neçə gündür ki, mətbuatda Azərbaycanda Aİ-95 benzinin qiymətinin artırılmasının vacibliyi ilə bağlı materiallar dərc olunur. Qiymətin 1.80 AZN olacağı deyilir. Gecə qiymətin bahalaşması gözlənilir.
16 874
Hazırda Sabirabad rayonun mərkəzinə iri avtobuslarla polis qüvvələri yeridilib. Qazinin özünü intihar etməsindən dolayı baş verə biləcək hər hansısa bir aksiya, etirazın qarşısını almaq üçündür yəqin ki.
16 874
11 il Saatlının, son 3 il də Sabirabadın icra başçısı olan Siraqəddin Cabbarov: "Qazi Elvin Cərəfov özünü İcra hakimiyyətinin qarşısında yandırmayıb, Mədəniyyət Sarayının qabağında yandırıb. Ona hər cür qayğı göstərmişik. Psixoloji durumunda müəyyən problemlər olub. Məsələ araşdırılacaq, bunu siyasiləşdirməyin".
16 874
Pensiyası kəsildiyi üçün Sabirabad İcra Hakimiyyəti önündə özünü yandıran qazi, XTQ hərbçisi Elvin Zakir oğlu Cəfərov bu gün Bakıda xəstəxanada dünyasını dəyişdi.
