fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən keçirilən, 6 milyon 30 min 258 manat 89 qəpiklik tender müsabiqəsinin qalibi “Bakı Media Mərkəzi” MMC olub. Bu şirkət Turizm Agentliyinin sifarişi əsasında 2022-ci il ərzində xarici ölkələrdə keçiriləcək tədbirlərdə turizmlə bağlı təşkilati işlər və reklam kampaniyasının hazırlanması xidmətlərini həyata keçirəcək. 2013-cü ildən fəaliyyət göstərən şirkətin təsisçisi və prezidenti, ölkə başçısı İlham Əliyevin qızı Arzu Əliyevadır. 1 il öncə İlham Əliyev bunları demişdi: "İcra başçıları tender prosedurlarını kobudcasına pozurdular. Yəni, dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi".

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi Mixail Qorbaçov 92 yaşında öldü. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı hesab olunurdu.

Bakı Ağır Cinayətlər Məhkəməsində hələ bu gün məlum olub ki, sən demə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov şəhid ailələri üçün evlərin tikilməsinə görə ayrılmış 7 milyon manatın bir hissəsini mənimsəyib. Buna baxmayaraq hazırda azadlığa buraxılaraq Bakıda villasında dincəlir.

ABŞ-ın Azərbaycandakı Səfirliyi: "ABŞ Səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur". Mənbə: VOA

Şəkinin Xan Sarayının 20 metrliyində yerləşən qədim binanın divarını malalayırlar. Tarixi abidələri malalamaq da deyəsən, məd
Şəkinin Xan Sarayının 20 metrliyində yerləşən qədim binanın divarını malalayırlar. Tarixi abidələri malalamaq da deyəsən, mədəniyyət nazirliyinin yeni üsul analoqsuz islahatıdır. Foto: Samir Hacıyev

Oktyabrın 23-də Emin Ağalarov Ermənistanda Rusiyadan olan azərbaycanlı müğənnilər üçün konsert təşkil etməyə hazırlaşır. "Azərbaycanlı ermənifoblara yox" şüarı ilə bir çox erməni sosial media fəalları hökumətdən tədbirin ləğv edilməsini tələb edirlər.

Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşaya dəvət olunsalar da, getməyiblər. Rəsmi Bakı bu hərəkəti Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirib. İlham Əliyevin köməkçisi Hikmət Hacıyev bildirib ki, bu ölkələrə görə münaqişə hələ də bitməyib.

Daha bir məmur vəzifə başında öldü Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini, nazirin atasının sürücülüyündən general-leytenant vəzifəsinə qədər yüksələn, 71 yaşlı Nazim Xeyrulla oğlu Məmmədov ağır xəstəlikdən sonra dünən dünyasını dəyişdi. 20 gün komada qalan Kamal müəllimin ordubadlı sadiq dostu, koronavirusa məğlub oldu.

Zaqatalanın Aşağı Tala kənd sakini, MAXE Vahid Vaqif oğlu Ərəblinskinin Goranboy ərazisində qəzaya düşərək öldüyü deyilir. Rə
Zaqatalanın Aşağı Tala kənd sakini, MAXE Vahid Vaqif oğlu Ərəblinskinin Goranboy ərazisində qəzaya düşərək öldüyü deyilir. Rəsmi məlumat yayılmayıb. Onun General Balakişi Ərəblinskinin nəticəsi olduğu bildirilir.

Tovuzda 8 yaşlı oğlan uşağı 36 yaşlı şəxs tərəfindən zorlanaraq, cinsi təcavüzə məruz qalıb. Tibbi müayinə zamanı hadisə öz təsdiqini tapıb. Uşağı zorlamaqda ittiham olunan şəxs rayonun tanınmış təhsil işçisinin oğludur və rayon polis şöbəsində də yaxın qohumu çalışır. Hadisəni ört-basdır etmək istəsələr də ictimailəşəndən sonra şəxs artıq dünən saxlanılıb, barəsində cinayət işi açılıb.

Bərdədə 4 nəfərin 14 yaşlı qız uşağını bir neçə dəfə zorlayaraq videoya çəkdiyi və sonra görüntüləri yaydığı iddia olunur. Zorlayanlardan biri kəndlərdən birində market sahibi olan sahibkarın oğludur. Kənd sakinləri qəzəblənərək toplanıb marketi daşqalaq ediblər, digər bir qismi isə zorlayanlardan birinin evini daşqalaq edib. Hadisə bir neçə gündür baş versə də, zorlayan şəxslər əhalinin narazılığından sonra saxlanılıblar. Ölkədə məhkəmələr, qanunverici qurumlar, hüquq mühafizə orqanları normal çalışmadıqca, vaxtında reaksiya vermədikcə, vətəndaşlar digər qeyri-hüquqi addımlar atmağa məcbur qalacaq.

Bu gün Azərbaycan bayrağı və Azərbaycan baş naziri Avrasiya İqtisadi İttifaqında rəsmi şəkildə iştirak edib. Qeyd edim ki, bu ittifaq Rusiya Federasiyası tərəfindən yaradılıb. Azərbaycan isə bu birliyin üzvü deyil. Azərbaycan hökuməti Əli Əsədovun qonaq qismində iştirak etdiyini bildirib. Bir çox siyasi ekspertlər bu ittifaqı SSRİ-yə gedən yol adlandırırlar.

Salyanda zirzəmilərin birində yaşayan gənc şair İbrahim Xudayi birinci vitse-prezident Mehriban Əliyevanının doğum gününü şeirlə təbrik edib və bu misralarla yekunlaşdırıb: “Sizi təbrik edirəm sidq-ürəklə- ac, susuz, Bir əlimdə göy çörək, bir əlimdə soğan, duz.” Şairi polis idarəsinə çağırıblar.

Azərbaycan Ordusu Laçın şəhəri, Sus və Zabux kəndlərini nəzarətə götürdü. Bu ərazilərdə yaşayan 300-ə yaxın erməni sakinin əksəriyyəti Ermənistana, 4-5 ailə isə Xankəndinə köçürüldü. Laçın dəhlizi isə yeni alternativ yolla əvəz edildi. Laçının 5 kəndi həmin yolun üzərində yerləşir.

Son "Qisas" əməliyyatından sonra Kəlbəcər və Laçında ümumilikdə 62 km-dən çox yeni təminat yolları çəkildiyi bildirilir.

Erməni mənbələri bildirir ki, bir neçə dəqiqə əvvəl Xankəndidə partlayış baş verib, səbəbi və itkilər haqqında məlumat hələ ki, yoxdur.

Razılaşmaya əsasən bu gün Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan ordusuna təhvil verilməlidir. Artıq erməni sakinlər ərazilərdən tamamilə çıxarılıb. Lakin Laçın dəhlizinə alternativ yolla hərəkət yaxın bir həftədə mümkün olacaq. O vaxta qədər isə ermənilər Laçın və Zabuxda avtomobillərini saxlamadan hərəkət edəcəklər. Necə ki, Azərbaycan tərəfi köhnə Ağdərə yolundan istifadə edərək Tərtərdən Kəlbəcər istiqamətinə səfər edirlər. Ermənistan tərəfi yeni yolun təmirini xeyli gecikdirdiyi üçün belə bir vəziyyət yaranıb. Bu arada avqustun 31-i İlham Əliyev və Paşinyan Brüsseldə yenidən görüşəcəklər.

Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırılıb. Bununla da Tarif Şurasına Aİ-92 markalı benzini qaldırılmaq üçün yaşıl işıq yandırdılar.

Laçın şəhərinin işğaldan azad olunması ilə bağlı məruzə videosu 2 il əvvələ aiddir, bir sözlə saxta məlumatdır. Razılığa əsasən şəhər 25 avqustda Azərbaycan Ordusuna təhvil veriləcək.

Siyasi-ictimai fəal Bəxtiyar Hacıyevin DİN əməkdaşlarının hücumuna məruz qalaraq oğurlandığı deyilir. 2 saata yaxındır ki, ondan heç bir məlumat yoxdur. O, son günlər Daxili İşlər Naziri Vilayət Eyvazovu tənqid edirdi. Bundan öncə də siyasi fəal oğurlanaraq, işgəncəyə məruz qaldığını bildirmişdi.