fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Rəsmi məlumata görə Azərbaycan Ordusunun briqada komandiri Vüqar Tofiq oğlu İsbəndiyarov Kəlbəcərdə minaya düşərək xəsarət alıb. Başqa mənbələr isə daha bir neçə yüksək hərbçinin də yaralandığını bildirirlər.

Keçən həftə Cəbrayılda 95 kq-lıq narkotiklə 4 nəfər DSX hərbçisi ittiham olunaraq saxlanılmışdı. Bu gün isə DSX-nin 7 nəfərlik hərbçisi 90 kq-dan artıq narkotik vasitəni İrandan Azərbaycana keçirməyə çalışarkən saxlanılıblar.

18 il icra başçısı olmuş, ən son da Masallıya rəhbərlik etmiş Şahin Məmmədov vəzifəsindən azad edildi. Onun əvəzinə Araz Süleyman oğlu Əhmədov Masallıya İcra başçısı təyin edildi. Araz Əhmədov DTX-da general-mayor rütbəsində olmaqla, idarə rəisi vəzifəsində çalışıb. Bundan başqa 40 yaşlı Elvin Paşayev Göygöl, 34 yaşlı Əkbər Abbasov isə Lerikə başçı təyin edilib.

10 milyon manata qədər dövlət vəsaitinin mənimsənilməsində ittiham olunan, 16 illik icrabaşı Vilyam Hacıyevə 12 il həbs cəzası verildi.

2 gün qabaq Brüsseldə dostlardan biri ilə görüşəndə, dedi ki, qohumumuz Zəngilanda yeni açılan Ağalı kəndinə qayıdıb, amma ağır xəstəliyi var, müraciət edib, ağıllı kənddə xəstəxana olmayıb. 103-ə zəng ediblər, gələn olmayıb. 🤦🏻‍♂️ İndi mediada oxuyuram ki, "29 il sonra Ağalıya qayıdan 57 yaşlı qadının sevincdən ürəyi partlayıb öldü" başlığı ilə paylaşırlar. Sevincdən ölməyib, həkimsizlikdən, xəstəxananın olmamasından ölüb, dəqiq bildiyim üçün yazıram.

Bu gün Müdafiə Nazirliyi əsgər İbayev Kamiz Mübariz oğlunun dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində itkin düşdüyünü açıqlayıb. Bundan 4 ay öncə də 2 hərbçi, əsgər Məmmədov Fərid və Abdullayev Firdovsi Laçın istiqamətində itkin düşmüşdü. Axtarışları davam etsə də hələlik bir nəticə yoxdur.

İyulun 19-da Neftçala rayonunun Bankə qəsəbəsinin 27 yaşlı sakini, "Aprel döyüşləri"nin iştirakçısı Nağıyev Əhməd Nazim oğlu
İyulun 19-da Neftçala rayonunun Bankə qəsəbəsinin 27 yaşlı sakini, "Aprel döyüşləri"nin iştirakçısı Nağıyev Əhməd Nazim oğlu yaşadığı evdə intihar edib.

44 günlük müharibə iştirakçısı, 1987-ci il təvəllüdlü, Ağdaş rayon Nehrəxəlil kənd sakini Vüsal Ədalət oğlu Məmmədov dərman ataraq intihara cəhd edib. Qazinin bu addımı nə üçün atdığı bilinmir. Baş Prokurorluq araşdırma aparır.

İqtisadiyyat nazirinin müavini olmuş, ARDNŞ-nin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəf SOCAR-ın prezidenti təyin edildi.

Bu gün Tofiq Yaqublunun təşəbbüsü, Milli Şuranın dəstəyi ilə Nazirlər Kabinetinin qarşısında “Quru sərhədlərini açın!” tələbi ilə aksiya keçirildi. Polis müdaxiləsi ilə xeyli sayda aksiyaçı saxlanıldı. Daha sonra hamısı buraxılsa da, Müsavat üzvü Əziz Məmiyev inzibati qaydada 30 sutka həbs edilib.

Bu gün Şabran rayonunda əsgər Ümid Heydərov dəfn edilib. Hərbçinin hansı şəraitdə ölməsi ilə bağlı məlumat yoxdur. Bəzi mənbə
Bu gün Şabran rayonunda əsgər Ümid Heydərov dəfn edilib. Hərbçinin hansı şəraitdə ölməsi ilə bağlı məlumat yoxdur. Bəzi mənbələr isə ehtiyatsızlıqdan olduğunu bildirir. Müdafiə Nazirliyi isə rəsmi açıqlama verməyib. Son günlər Azərbaycan ordusunda müəmmalı ölümlərin sayı artıb.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan: "Ermənistan 44 günlük müharibə zamanı cəlb etdiyi silahlı qüvvələrini Qarabağdan çıxarır. Proses sentyabrda yekunlaşacaq. Amma Dağlıq Qarabağın özünümüdafiə ordusu həmişə olub və yenə olacaq".

Azərbaycan 3-cü Qarabağ müharibəsinə hazırlaşır? Müharibə olacaqmı? Bu suallar son günlər tez-tez verilir. Düşünürəm ki, indiki şərait və məqamda belə bir şeyin baş verməsi mümkünsüzdür. Daha ətraflı şərh bölməsində geniş izah edəcəyəm.

Lənkəranda icra başçısının müavini Rasilə Arifqızı və məktəb direktoru Yeganə Əskərova 9-cu sinif şagirdlərindən birini, attestat verilmə bəhanəsi ilə yaşadığı evə gətizdirib, əlbir olaraq döyüblər. Bu gün icrabaşı müavini vəzifəsindən azad edildi, barələrində cinayət işi açıldı.

Azərbaycan Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində sənəd imzaladı. Bununla da Azərbaycan Avropaya qaz nəqlini artıracaq.

Bir neçə gün öncə həbs olunan Dövlət Gömrük Komitəsinin Əməliyyat və istintaq baş idarəsinin rəisi olmuş, general-mayor Məsum Rəsulovun infarkt keçirdiyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Hospitalına yerləşdirildiyi bildirilir. Səfər Mehdiyevin Gömrükdəki bütün qohumları, yaxınları isə istefa ərizəsi yazıblar.

Bu ilin əvvəlindən vəzifəsindən azad edilən məmurlar: -SOCAR prezidenti Rövnəq Abdullayev -Mərkəzi Bank sədri Elman Rüstəmov -Azərbaycan Dəmir Yolları sədri Cavid Qurbanov -Gömrük Komitəsi sədri Səfər Mehdiyev Rövnəq İqtisadiyyat nazirinin müavini, Elman baş nazirin müşaviri, Cavid isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edildi. Bəs sizcə Səfər kimə müavin gedəcək?

⚡️20 ildən çoxdur gömrük komitəsində müxtəlif vəzifələrdə çalışan, son 4 ildə komitə sədri olan general-polkovnik Səfər Mehdiyev vəzifəsindən azad edildi.

İlham Əliyev: "Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd imzalanacaq. Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipini Ermənistan tərəfi qəbul edib. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək".

DTX 2 gömrük generalının həbsini təsdiqlədi. Sən demə general Məsum Rəsulov digər general Ehtiram Xəlilovla əlbir olaraq, Silahlı Qüvvələrin ön cəbhədəki hərbçilərə paylanılması üçün müəyyən olunan müxtəlif adda siqaret məhsullarını öz qohum-əqrəbalarına, yaxınlarının adına keçirib, küllü miqdarda vəsait əldə ediblər. Səfər Mehdiyev?