fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb. Azərbayc
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb. Azərbaycan millisi A qrupunda mübarizə aparacaq. Sizcə Azərbaycan qrupda neçənci olacaq?

Lukaşenko ilə Serj Sarkisyanın səs yazısı yayılıb. Luka Serjikə deyir ki, İlham Əliyev sənə 5 milyard verir, 7 rayonu qaytar. O da deyir ki, xeyrola elə-belə verim? Batya da deyir, elə-belə niyə, sənə 5 milyard dollar verir. Serjik də deyir, mən ona 6 milyard verirəm qoy vaz keçsin. Sonra deyir mən bunu edə bilmərəm, çünki o rayonlar uğrunda mənim xalqım döyüşüb alıb, 5 min insanımız ölüb orda. Batya da deyir hə, nolsun? Almaniya ilə 30 milyon adamimiz öldü, indi Almanlarla vuruşaq? Bir sözlə Əliyev 5 milyard verəcəkdi 7 rayon üçün, xalqımız isə 2783 nəfər şəhid verdi, yüzlərlə yaralı, itkin, əsir. 5 milyard yox, elə bu şəhid ailələrinə, döyüşdə iştirak edən hərbçi ailələrinə, yaralılara, zərərçəkən ailələrə yüksək səviyyədə qayğı və diqqət göstərilsin, kifayət edər. Amma dildə yox, əməldə. P.S. Lukaşenko görüşlərin birində şəxsən bu söhbəti 2018-ci ildə özü danışıb. Sadəcə o söhbətdə 5 milyard söhbəti yox idi bircə. Bu da link.

Türkiyədə gizli çəkiliş etməkdə ittiham olunaraq saxlanılan 2 rusiyalı jurnalist sərbəst buraxıldı və Türkiyədən deportasiya edildi. Qeyd edim ki, saxlananlardan biri azərbaycanlı jurnalist Aytac Carçıyeva idi, artıq sərbəst buraxılıb.

Dekabr ayının 12-i Azərbaycanda hərbi vəziyyət ləğv edilir.

Cəlilabadın icra başçısı Namiq Zeynalovun saxlanıldığı bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarının Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirdiyi bildirilir. Saxlananlar var.

Türkiyədə saxlanılan 2 rus jurnalistdən savayı bir nəfər azərbaycanlı, Türk vətəndaşı olan, Rusiyanın Türkiyədəki müxbiri Aytac Carçıyeva da olub. Bu gün jurnalistin evində xüsusi axtarış aparılıb, şəxsi kompyuteri araşdırılmaq üçün müsadirə edilib. Qeyd edim ki, jurnalistlər icazəsiz olaraq PUA-ların istehsal edildiyi ərazidə qanunsuz çəkiliş etməkdə ittiham olunurlar.

Rusiya ilə Türkiyənin Qarabağ üzrə ortaq monitorinq mərkəzinin Ağdamda yerləşəcəyi deyilir. Türk hərbçiləri pilotsuz təyyarələrin istifadəsi ilə müşahidə aparacaq, ərazilərin minalardan təmizlənməsinə cəlb olunacaqlar. Rusiya sülhməramlıları isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin mövcud olduğu ərazilərdə sərhədlərin müəyyənləşdirilməsi prosesini təmin edəcəklər.

Qarabağ xəbərləri: - Türkiyə Ordusuna məxsus hərbi yük təyyarələrin Azərbaycan səmasına daxil olduğu bildirilir. - Paşinyan: "Əsir və girovların dəyişilməsi sadəcə son müharibəni deyil, əvvəlki dövrləri də əhatə edəcək". - Azərbaycan Ordusu Laçınla həmsərhəd olan erməni kəndləri Kornidzor, Aravus və Tex sakinlərinin bir neçə km geri çəkilməsini tələb edir. - Paşinyan Naxçıvandan Azərbaycana çəkiləcək olan hər hansı bir karidorun mövcudluğunu təkzib edib. - Qondarma rejim yeni müharibəyə hazırlaşmadığını elan edib.

İndi keçək ermənilərin itirdiklərinə rəqəmlərlə nəzər salaq: - Ermənilərə görə Dağlıq Qarabağdakı 15 mis-qızıl mədənindən 13-ü Azərbaycanın nəzarətinə keçib. - Müharibəyə qədər rəsmi 148 min erməni əhali yaşayırdı, hazırda 30 mindən çoxu geri qayıdıb. - Ermənilərə görə müharibə nəticəsində əkin sahələrinin 70% və bağların 70%-ni itiriblər. - Azad olunan ərazilərdən savayı 181 yaşayış məntəqəsi (ermənilərin inzibati ərazi bölgüsünə görə) Azərbaycana təhvil verilib. - İddiaya görə təxminən 12.000 kv. km. ərazidən hazırda təxmini 3000 kv. km. ərazi erməni-rus nəzarətində qalıb. - Azərbaycan işğal altında olan ərazilərin 40%-ini döyüşsüz, 33%-ini isə döyüşərək azad edib. - Ermənilər isə işğalda olan ərazilərin 73%-ini itirib, 27% isə erməni-rus nəzarətində qalıb. - Ermənilər həm işğal etdikləri Dağlıq Qarabağ, həm də Ermənistandakı onlarla turizm mərkəzləri və səyahət məkanlarından məhrum ediliblər. - Həmçinin Ermənistanda yeni çəkdikləri Gorus-Qafan avtomobil magistral yolu və Qafan hava limanı da təhlükəsizliyə görə qapadılıb.

Kəlbəcərə səfər edən Alban-Udin xristian icması nümayəndələri Xudavəng monastrını rahat ziyarət etmək istəyiblər amma mübahisə yaranıb.

Türkiyədə Rusiyanın “NTV” kanalının 2 jurnalisti saxlanılıb. Onlar Bayraktar PUA-larının istehsal edildiyi ərazidə qanunsuz çəkiliş ediblər.

Qarabağ xəbərləri: - Rusiya sülhməramlıları Qarabağda ikinci xəstəxana inşa edəcək. - Erməni rəsmilər iddia edir ki, Rusiyanın dəstəyi ilə Qarabağda ermənilər üçün 8000 yaşayış binası tikilişi planlaşdırılır. - Kreml: "Qarabağda başçı zad yoxdur, konfliktin iki tərəfi var: Ermənistan və Azərbaycan". - Azərbaycan hərbçiləri rus sülhməramlıların dəstəyi ilə Xankəndi mağazalarından alış-veriş edə bilirlər. - Tərəflər əsirlərin tam siyahısını təqdim ediblər. Son yoxlamalar aparılandan sonra əsirlər təhvil veriləcək.

Sosial şəbəkərlərdə, səhifələr filan çoxusu şəhid ailələrinin maddi problemlərindən, çətinliklərdən yazırlar, ailələrin vəziyyətlərindən gileylənirlər, yas məclisini verə bilməməkdən şikayətlənirlər. Rəsmi olaraq şəhid ailələrinin alacağı birdəfəlik təminatları yazıram, xahiş edirəm tanıdığınız olsa onlara çatdırsın, maksimum paylaşın: - Qanpulu deyilən sığorta pulu - 11.000 manat - Dəfn xərcləri Səfərbərlik ödəməlidir - 3.000 manat - Yas məclisinin xərclərini icra hakimiyyəti özü təşkil etməlidir - Maddi dəstək üçün Heydər Əliyev Fondu - 10.000 manat - İşlə təminat, heyvan və avadanlıq əldə etmə- Məşğulluq Agentliyi

Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 21-ci maddəsində yazılıb: Səfərbərlik elan olunarkən hərbi xidmətdə olan bütün şəxslər onlar üçün müəyyən edilmiş normada pul və natural təminat saxlanılmaqla xüsusi sərəncam verilənədək hərbi xidmətdə saxlanılırlar. Amma nə baş verir? Oxuyun və paylaşın aidiyyatı qurumlar mütləq ölçü götürsünlər: Səfərbərliklə döyüşlərə çağırılan hərbi qulluqçulara maaş verilmir. Zabitlərə maaş kartları paylanılıb içi boşdur. Əsgərlərə isə heç nə verilməyib. Adamlar var günəmuzd işləyib ailə dolandırırdılar. İki aydır bu insanlar nə yeyib, nə içsinlər? Hərbçilərin ailələrini nəzərə alan yoxdur. Təcili maaş kartlarına 2-3 qat əməkhaqları ödənilməlidir. Vətən, bayraq öz yerində, bu insanlar hər şeyindən keçiblər, ailələrini bizə əmanət ediblər. Dövlətin də vəzifəsi üzərinə düşəni ən yaxşı şəkildə etməkdir. Mülkülər tərəfindən gətirilən yardımların bəziləri qərargahdan o tərəfə keçmirdi. Bir çox hallarda postlara belə çatmırdı. Bu da ön postda yeyintilərə səbəb olurdu və hərbçilər qıtlıq yaşayırdılar. Bu kimi hallar araşdırılmalı, xalqın göndərdiyi yardımları mənimsəyən şəxslər mütləq cəzalanmalıdır. Hazırda azad olunan ərazilərimizdə qalan hərbçilər də qıtlıq yaşamaması üçün, ora da diqqət mərkəzindən kənarda qalmamalı, hərbi qulluqçular heç bir halda şikayət etməməlidir. Yol gediş-gəlişi çətin də olsa onlar hər cür gündəlik ərzaq və su təlabatları ilə təmin edilməlidir. Müharibədir deyib müəllimələrin, təhsil işçilərinin və digər qurumlarda çalışanların əməkhaqlarından 30-40% kəsib, oğurluqla məşğul olan qurumlar var. Büdcədən hər il milyardlar ayrılır, bu qədər xalqın etdiyi yardımlar var, Silahlı Qüvvələr Yardım Fonduna yığılan milyonlar hara xərclənir, niyə xalqın cibindən icazəsiz kəsib oğurlayırsız? Vətəndaşlar müharibə dövründə üzərinə düşən vəzifəni mükəmməl şəkildə edib, yardımlarını göndəriblər. Gedin milyonlar oğurlayan oliqarxlarınızın, deputatlarınızın, icra başçılarınızın cibini kəsin, maaşa baxan adamları incitməyin. Şəhid ailələri, hərbçi ailələri, yaralı əsgərlər ehtiyac içində sosial şəbəkələrdə kömək, yardım istəyirlər. Bu insanlara təcili şəkildə dəstək olunmalı, dövlət qurumları mənasız işlərlə məşğul olmaq əvəzinə müharibədən zərər çəkən vətəndaşlarının dadına çatmalıdır. Parad, muzey filan öz yerində amma ilk növbədə zərərçəkən insanlarımızdır ki, onların bircə nəfəri belə şikayətlənməməlidir. Buna ciddi nəzarət olmalıdır. Çox xahiş edirəm, maksimum paylaşaraq rəsmilərin hərəkətə keçməsinə şərait yaradaq. Var olun.

Deputat Rasim Musabəyov: "Türkiyə hərbçiləri üçün gəlib, ermənilərlə azərbaycanlılar arasında durmağın bir mənası yoxdur. Ermənilər üçün Türkiyə hərbçilərinin orada olması təhlükəsizlik hissi yaratmır, əksinə".

Rusiyanın aparıcı mobil operatorlarından olan “Beeline” şirkəti erməni-rus nəzarətində olan Qarabağ ərazisində fəaliyyətə başlayıb. Qarabağdan Ermənistana zənglər üçün "0 qəpik" tarifi müəyyən edilib. Azərbaycan hökumətinin buna 0 reaksiyası qəbuledilməzdir. Şirkət Rusiyanın olsa da prezidenti Bakıda anadan olan Rəşid İsmayılovdur. 2014-2018 illər ərzində Rusiyada Rabitə nazirinin müavini olub. Direktorlar şurasında olan 5 nəfərdən 3-ü isə türkiyəlidir: Kaan Terzioğlu, Murat Kırkgöz və Serkan Okandan. Şirkət elan edib ki, Qarabağda bütün telekomunikasiya xidmətlərinin yenidən bərpa edilməsi və quraşdırılması işlərində köməklərini əsirgəməyəcəklər. Şirkət əvvəllər də qondarma “Artsax Telekom” adlı şirkətlə əməkdaşlıq edib.

Vacib xəbər başlıqları: - Ərdoğan 9 dekabrda Azərbaycana gəlir. - Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb. - Rusiyanın “Beeline” telekom şirkəti Xankəndidə telekomunikasiya işlərində iştirak edəcək. - Ermənistanda döyüşdə ölən hərbçilərin ailəsinə 5 milyon dram (17.700 manat) veriləcək. - Daha 1479 nəfər erməni qaçqın Dağlıq Qarabağa qayıdıb. - Tanınmış vəkil, Ramil Səfərovun da vəkili olmuş Adil İsmayılov vəfat edib.

Azərbaycan Müdafiə Nazirliyi: "2783 nəfər hərbi qulluqçu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçu isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir".

⚡️ Erməni mənbələri iddia edirlər ki, girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev koronavirusa yoluxublar.