fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
"Haqqın az" yazır ki, bir neçə gün öncə Cəbrayılda ermənilərin hücumu nəticəsində 3 Azərbaycan əsgəri şəhid olub. Cəbrayıldakı hərbçi tanışlardan məlumatı təsdiqləyən olmadı. Hadrutdakı söhbət də bir neçə gün öncəki məlum hadisədəndir. Hazırda orda da sakitlikdir, öyrəndiyim qədəriylə.

Şuşanın işğaldan azad olunmasında xidməti olan hərbçilərdən biri də polkovnik Tehran Mənsimovdur. Barəsində bu aralar xeyli şayiə və məlumatlar dolaşır. Rəsmi heç bir mövqe yoxdur. Amma onun general rütbəsi alması xəbəri dezinformasiyadır. Qeyri-rəsmi məlumata görə isə təqaüdə göndərilib. Mükafatlandırılmaması da dəqiqdir.

Ermənistanın son müharibə dövründəki indiyə qədərki ümumi yekun itkiləri məlum olub, 2996 nəfər. Bunlar kimliyi məlum olanlardır. Məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb. Digər bütün rəqəmlər qeyri-rəsmi və dezinformasiyadır. Bu rəqəmin artacağı şübhəsizdir, çunki itkinlərin və naməlumların sayı da kifayət qədərdir.

İran-Türkiyə-Azərbaycan arasında diplomatik qarşıdurma: - Ərdoğanın paradda "Arazı zorla ayırdılar" şeiri İranı qəzəbləndirib. - İranın XİN başçısı bildirib ki, Ərdoğan Azərbaycan Respublikasının suverenliyinə zərər verir. Heç kim İranın Azərbaycanı (vilayət) haqqında danışa bilməz. - İranın Rabitə naziri də Səfəvi dövlətinin xəritəsini paylaşaraq, etiraz edib. - Türkiyənin Tehrandakı səfiri Derya Örs İranın XİN-nə çağırılıb. - Səfirə bildirilib ki, savaş ultimatumları, imperiyalar dövrü, torpaq iddiaları tarixdə qalıb. İran heç kimin ərazi bütövlüyünə müdaxilə etməsinə icazə verməyəcək. - Azərbaycan və Türkiyə tərəfdən baş verənlərə hələ ki, münasibət bildirilməyib.

Qarabağda bu gün 3 nəfər erməni ölüb. İkisi Xankəndi yolunda rus sülhməramlılarının avtomobili ilə toqquşub. Qəza nəticəsində
Qarabağda bu gün 3 nəfər erməni ölüb. İkisi Xankəndi yolunda rus sülhməramlılarının avtomobili ilə toqquşub. Qəza nəticəsində sürücü və sərnişin yerindəcə ölüb. Digəri iddia olunur ki, Xocavənd sakinidir, azıb düşüb Azərbaycan tərəfə, sonra cəsədini Qırmızı Xaç təhvil alıb. Müharibə dövründə fəal döyüşçülərdən olubmuş.

Qarabağ xəbərləri: - Yeravanda "Paşinyana istefa" aksiyasında 42 nəfər saxlanılıb. - Erməni rəsmiləri daha 33 nəfər hərbi itkilərin adlarını açıqlayıblar. - Azərbaycan 3 əsirlə yanaşı, erməni tərəfinə 1 girov yaşlı kişinin cəsədini təhvil verib. - Laçın şəhərində erməni hüquq mühafizə orqanlarının silahları alınıb və forma geyinmələri qadağan edilib. - Ermənistanın baş nazir müavini Zod yatağı inzibati binasının Ermənistan tərəfində qaldığını iddia edib. - Müharibə dayanandan sonra Ermənistan tərəfi 846 nəfərin cəsədini döyüş bölgəsindən çıxarıb.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib ki, yaxın zamanlarda Türkiyə-Azərbaycan arasında sadəcə şəxsiyyət vəsiqəsi ilə səyahət ediləcək.

Azərbaycan Avropa Məhkəməsinə əsirlərlə bağlı müraciət edib. Hazırda erməni əsirliyində 12 Azərbaycan hərbçisi var. Onlardan yeddi nəfərin adını araşdırıb müəyyən etmişəm. Maksimum paylaşaq ki, yaxınları, ailələrı xəbərsizdirsə xəbərdar olsunlar: 1. Yevlax şəhər sakini Baxşəliyev Emin Zahir oğlu 2. Ağstafa rayon sakini Musayev Amin Alim oğlu 3. Hacıqabulun Ağacanlı kənd sakini Abdinov Yəhya Vüqar oğlu 4. Şəmkirin Dəllər Cırdaxan kənd sakini Əliyev Şərif Elsəvər oğlu 5. Gəncə şəhər sakini Ələkbərov Ömər Teymur oğlu 6. Yevlaxın Marzılı kənd sakini Yolçuyev Nurəddin 7. Gəncə şəhər sakini Kərimov Bayram Yaşar oğlu

Müharibə bitdikdən sonra məzuniyyətə gələn, ailəsini sevindirən hərbçi, 2 gün öncə Hadrut istiqamətindəki meşəlikdən çıxan er
Müharibə bitdikdən sonra məzuniyyətə gələn, ailəsini sevindirən hərbçi, 2 gün öncə Hadrut istiqamətindəki meşəlikdən çıxan ermənilərin şəhid etdiyi, Masallının Yolağac kənd sakini, gizir Əzizov Raqib Vidadi oğlu. 2 övladı olan şəhid dünən doğulduğu kənddə torpağa tapşırıldı.

Az öncə İlham Əliyevin paradda dediyi "Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb" cümlələri hazırda Ermənistanın internet saqmentində ən çox paylaşılan və müzakirə edilən mövzudur. Deyirlər ki, Azərbaycanın hədəfi bəllidir.

Zaqatalanın Əliabad qəsəbə sakini, 2002 təvəllüdlü, Sərhəd qoşunlarının hərbçisi İrapov İsmayıl Nəsrulla oğlu şəhid edilib. O
Zaqatalanın Əliabad qəsəbə sakini, 2002 təvəllüdlü, Sərhəd qoşunlarının hərbçisi İrapov İsmayıl Nəsrulla oğlu şəhid edilib. O bulaqdan su gətirərkən erməni hərbçiləri tərəfindən qaçırılıb. Sonra isə əli-qolu bağlı, ağzına parça tıxanmış vəziyyətdə boğazı kəsilərək videoya çəkilib və yayılıb.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Cəbrayıl və Hadrut alınandan sonra, Füzulinin Şükürbəyli kəndində, hərbi əməliyyat zamanı saxlanılıb. Füzuli istiqamətində xeyli sayda hərbçimizin şəhid olmasına səbəbkar olduğu deyilir. Qaramaskalılar başına torba keçirib aparıblar. Bir neçə günə rəsmi məlumat olmalıdır.

Sabah Bakıdakı parad 12:00-da başlayacaq. Pandemiya qaydalarına görə kütləvi tədbirlər qadağandır. Bu baxımdan paradı televiziyadan canlı izləmək daha uyğundur.

Bu gün İlham Əliyev bir çox hərbi qulluqçunu sərəncamla təltif edib. Bəzi məqamlar diqqətimi çəkdi: - Nə üçün siyahıda döyüşlərdə iştirak etmiş Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun adı yoxdur? Mən bilirəm e, amma niyə rəsmi açıqlanmır? - Nə üçün siyahıda döyüşlərdə iştirak etmiş Azərbaycan Ordusunun birlik komandiri general-mayor Xəqani Cəbrayılovun adı yoxdur? - Nə üçün siyahıda döyüşlərdə iştirak etmiş Azərbaycan Ordusunun Birlik komandiri, milli qəhrəman general-leytenant Rövşən Əkbərovun adı yoxdur? - Polad Həşimov və İlqar Mirzəyev də Milli Qəhrəman, İbad Hüseynov da? Hansı qəhrəmanlığına görə, pafos və yalana görə? Yoxsa qardaşı 28 ildir Xocavəndin icrabaşı Eyvaz Hüseynovdur, ona görə? - 7 ay öncə DTX tərəfindən saxlanılan və barəsində cinayət işi açılan, 4 aylıq həbs qətimkan tədbiri seçilən, ev dustaqlığına buraxılan DSX-nin rəis müavini general-leytenant Əfqan Nağıyev bəraət almadan necə “Qarabağ” ordeni ilə təltif edilib? - Şuşanın azadlığı uğrunda döyüşlərin Komandanı, polkovnik Tehran Mənsimovun adı siyahıda yoxdur, təltif də edilməyib. Maraqlıdır səbəb nədir?

Qarabağ xəbərləri: - Erməni mənbələrinə görə Kəlbəcərdə minaların zərərsizləşdirilməsi zamanı 2 Azərbaycan hərbçisi şəhid olub, bir nəfər yaralanıb. - Azərbaycan polisi Kəlbəcərdə yerləşən "Xudavəng" monastırı ətrafında komendant postu qurub. - Qırmızı Xaç Komitəsi Azərbaycanda saxlanılan erməni əsirlərin təsdiqlənmiş sayının artdığını bildirib. - DTX rəisi Əli Nağıyev və SQ general-mayoru Zaur Məmmədov Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovla görüşüb. - Sabah Bakıdakı paradda 2783 Türkiyə əsgəri iştirak edəcək.

Hadrut istiqamətində meşələrdə gizlənən ermənilərin dünən bir gizirimizi şəhid etdiyi bildirilir, Raqib Əzizov adında. Bəzi mənbələr ərazidə xidmət göstərən Azercell əməkdaşlarının da şəhid olduğunu, bəziləri sadəcə yaralandıqlarını deyirlər. Rəsmi heç bir mənbə yoxdur. Azercell isə təkzib edir.

Müdafiə Nazirliyinin yaydığı Vətən müharibəsində dəfn edilmiş 2723 nəfərlik şəhid siyahısı barədə bir az ətraflı: - Şəhidlərin ən çoxu, 310 nəfəri 19 yaşında əsgərlərdir. - Siyahının ən yaşlı (14.08.1965) şəhidi əslən zəngilanlı, Bakının Qaradağ qəsəbə sakini, tank mexaniki, mülki qulluqçu İbadov Rafiq Baloğlan oğludur. - Siyahının ən cavanı (25.07.2002) isə əsgər Samux rayon sakini Allahverdiyev Vüsal Novruz oğludur. Qardaşı Orxan da qazidir. - Siyahıda bir nəfər qadın hərbi qüvvələrin əsgəri şəhid var, Xaçmazın Qımılqışlaq kənd sakini, 04.05.1989 təvəllüd Baxışova Arəstə Kərim qızı. - Siyahıdakı 2078 nəfər şəhid müharibə dövründən (1992) sonra doğulanlardır.

Yerevandan qalxan xüsusi təyyarə Bakıda eniş edib. Ehtimal olunur ki, əsirlərin dəyişdirilməsi proseduru reallaşır, olmaya da bilər. Rəsmi məlumata görə İtaliyanın XİN başçısının müavini Manlio Di Stefano səfər edib.

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş və dəfn edilmiş 2723 nəfər hərbi qulluqçunun adbaad siyahısını dərc etdi. Ümumi isə rəsmi rəqəmlərə görə 2783 nəfər şəhid olub.

Azərbaycanda karantin rejimi 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirilir: - SMS-lə küçəyə çıxma icazəsi gündə 1 dəfə, 3 saat olacaq - Ticarət obyektləri, restoran və kafelərin fəaliyyəti dayandırılır - Bir sıra şəhər və rayonlara giriş-çıxış dayandırılır - Hazırlıq kurslarının faəliyyəti dayandırılır - Bakı metrosu yanvarın 31-dək işləməyəcək - Şənbə və bazar günləri ictimai nəqliyyat işləməyəcək - Karantinə görə 190 manat yenidən veriləcək - Bərbərxana və gözəllik salonları işləməyəcək - Taksi xidmətlərinin fəaliyyətinə icazə veriləcək