fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Dünən İstanbulun Beşiktaş səmtində, lüks otellərin birində SOCAR-da satış direktoru vəzifəsində çalışan Nihad Əliyevin özünü başından güllələyərək öldürdüyü deyilir. Bəzi mənbələr isə onun öldürüldüyünü iddia edirlər. Nihad Əliyev SOCAR-dakı fəaliyyətinə görə hamının tanıdığı Anar Əliyevin (Əlizadə) qardaşı, SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev də Neft Emalı Zavodunda Qaz sektorunun müdiridir.

Neçə gündür əcnəbi şəxslərin Qaxda nəsli tükənməkdə olan heyvanları soyqırım etməsi ilə bağlı real faktlar tirajlanır. Ekologiya nazirliyi isə bu gün 2 turistin cərimələndiyini bildirib. Qeyd edim ki, bu turistlər hər il fövqəlnazir Kəmaləddin Heydərovun qonağı olur və hər dəfə qanunsuz ovçuluqla məşğul olmaq üçün onlara şərait yaradılır. Ekologiya nazirliyi də, icrabaşıları da, rəsmi qurumlar da buna göz yumurlar. Sosial şəbəkələrdə nəsə yayılan kimi, 5-10 manat cərimə verib qurtulurlar. Başda fövqəlnazir olmaqla, ekonazir də bu cinayətdə əlbirdir, heç bir ciddi tədbirin görülməməsi idarəetmə sisteminin rüsvayçılığı, ictimai rəyin iqnor olunması, dərəbəyliyin göstəricisidir.

Bu gün Qondarma Dağlıq Qarabağ Respublikasının parlamenti rus dilini ikinci rəsmi dövlət dili olaraq qəbul edib.

Mediada sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki Emirates Palace Hoteldə istirahət görüntüləri yayılıb. Panemiyadan dolayı görüntülərin köhnə olduğu qənaətindəyəm, amma yeni də ola bilər. Hər bir şəxs kimi, məmurların da istirahət etmək haqları var. Ancaq əli Azərbaycan əsgərinin qanına bulaşan, hərbi sistemdə qanunsuzluğun, rüşvətxorluğun, qohumbazlığın, yeyintilərin və xəyanətin səbəbkarı olan adamın azadlıqda olması anormallıqdır. Bu şəxs və onunla əlbir olanların dərhal həbs olunması lazımdır, vəzifədən kənarlaşdırmaq cəza üsulu deyil.

Əzizlərim, o gün olsun ki, üzünüzdən maskanız əskik olsun. Məsafələr aradan qalxsın. İnsanı nevroz edən karantin bitsin. Sağlıqlı, bərəkətli, azad, ədalətli və pandemiyasız gözəl illərə. Bayram tonqalımız Xankəndidə qalansın. Novruz bayramınız mübarək.

Müdafiə Nazirliyi Vətən müharibəsi ilə bağlı yeni görüntülər yayıb

Karantinlə bağlı verilən yeni qərarlar: 🚌 Rayonlara gediş-gəliş sərbəstdir. 🍱 Kafe və restoranlar açıq olacaq. 🚇 Bakı metrosu iyunun 1-dək işləməyəcək. 🚍 Bayram günlərində ictimai nəqliyyat bağlıdır.

Azərbaycanda koronavirusla əlaqədar xüsusi karantin rejimi 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb. Bayram günlərində, yəni martın 20-i saat 00.00-dan martın 29-u saat 06.00-dək ölkə ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır. Aprel-may aylarında həftəsonu ictimai nəqliyyat işləməyəcək.

Bu gün İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə Emin Səlhab oğlu Məmmədovu sədr təyin edib. Buna qədər o Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri olub. Emin Məmmədov AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun qardaşıdır. O həmçinin "Q Gallery", "ART Baget", "ART-Q" şirkətlərinin sahibidir. Xatırladım ki, “Azərxalça”nın keçmiş sədri Vidadi Muradov dövlət büdcəsindən 4 milyona yaxın vəsaiti mənimsəməkdə ittiham edilərək həbs olunmuşdu.

Natiq Orucov II Qarabağ müharibəsinin könüllü iştirakçısı olub. 2005-ci ildən keçdiyi ilk hərbi xidmət zamanı ağciyərin vərəmi xəstəliyinə yoluxduğunu və sonra tamamilə sağaldığını deyir. Sentyabrda başlayan döyüşlərə qatılan Natiq döyüşlərdən sonra tərxis olunanda onda xəstəliyin yenidən baş qaldırdığını öyrənib. Hərbi hospitala müraciət edib, amma onu mülki xəstəxanalara yönləndiriblər. 1 saylı Vərəm Əleyhinə Dispanserdə isə onu tam müalicə etmədən evə buraxıblar. Müharibə iştirakçısı hazırda YAŞAT fondunun da xidmətindən istifadə edə bilmir. Çünki fond onun Müdafiə Nazirliyinin yaralılar siyahısında olmadığını bildirir. Natiq Orucovsa iddia edir ki, hərbi xidmət zamanı xəstəliyi yenidən baş qaldırsa da, hazırda onu həmin siyahıya əlavə etmirlər.

İlham Əliyev əfv sərəncamı imzalayıb. 475 nəfər azadlığa buraxılıb. Bəzi siyasi məhbuslar, o cümlədən AXCP fəalları, Nardaran, Gəncə məhbusları azadlığa buraxılanlar arasındadır.

Martın 19-da Operativ Qərargahın brifinqi gözlənilir. Azərbaycanda koronavirusun Britaniya növlü təhlükəsindən dolayı qapanma istisna olunmur.

Ermənistan mənbələrinin verdiyi məlumata görə Ermənistan ordusu Qırmızı Bazar yolundan çəkilib, o istiqamətdə rus sülhməramlıları mövqeləniblər. İddiaya görə yoldan istifadə Azərbaycan tərəfinə verilir.

Ehtiyatda olan general-leytenant, Milli Qəhrəman Rövşən Əkbərovun hüquq mühafizə orqanları tərəfində həbs edildiyi deyilir.

Fransada yaşayan blogger Məhəmməd Mirzəliyə 6 nəfər naməlum şəxs hücum edib və qollarını doğrayıblar. Məhəmməd Mirzəli Azərbaycan siyasi elitasını sərt tənqid edən videoları ilə tanınır. Bir neçə gün öncə onu Azərbaycandakı ailə üzvlərinin gizli görüntüləri ilə də şantaj edirdilər.

Səbail rayon məhkəməsinin qərarı ilə Ata Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələri ilə ittiham edilir. Dünən məhkəmə prosesində çıxış üçün söz verilərkən bloqer Abdullayev zalda diz çöküb yalvararaq hakimdən onu bağışlamasını xahiş edib. Onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.

Videoblogger kimi tanınan Ata Abdullayevin məmurları şantaj edərək külli miqdarda pul aldığı üçün DTX tərəfindən saxlanıldığı bildirilir.

Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatına istinadən Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexanizmi tətbiq olunacaq. Hazırlaşın, ictimai nəqliyyatda gedişhaqqının qalxacağı gözlənilir.

Erməni sosial media kanallarının verdiyi məlumata görə Qazaxın 7 kəndinə də növbə çatdı. Sərhədlərin demarkasiyası davam edərkən, artıq Bərxudarlı kəndi boşaldılıb, digər kəndlər də rus sülhməramlıları və Azərbaycan ordusunun nəzarəti altında, növbə ilə təhvil veriləcək.

YAP yeni qurultay keçirib. Dəyişilməyən sədr, yəni İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edilib. Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni formalaşan partiya rəhbərliyindən kənarda qalıblar. Ramiz Mehdiyev Veteranlar Şurasına üzv seçilib.