fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Yeni dəyişilən qanunla maaşı artacaq olanlar: Milli Məclisin sədri - 3550 manat, Konstitusiya Məhkəməsinin sədri - 3500 manat, Ombudsman - 3060 manat, Deputatlar - 2485 manat, Bunlar sadəcə aylıq məvacibdir. Bundan başqa hər ay vəzifə maaşlarının 2 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. Üstəlik məzuniyyət pulu da 2 aylıq vəzifə maaşı miqdarındadır. Bəs siz nə qədər maaş alırsınız?

DTX-nın dünən Gömrük Komitəsində keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılan şəxslərdən birinin “Azərterminalkompleks” birliyinin direktoru, general-mayor Ehtiram Xəlilov olduğu bildirilir. Aksiz Baş Gömrük idarəsinin rəisi və Sumqayıt gömrüyünün rəhbəri olan general, Göyçayın Bığır kəndində anadan olub.

Deputat Siyavuş Novruzovun maaşı ilə bərabər onun həyat yoldaşı, ombudsman Səbinə Əliyevanın da maaşı artdı. Yeni qanuna əsasən, müvəkkil 3060 manat (əvvəl 2230 manat idi) məbləğində vəzifə maaşı alacaq. Həmçinin o, məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində ona pul təminatı veriləcək. Qeyd edim ki, Səbinə Əliyeva həm də Azərbaycanın ABŞ-dakı səfiri olmuş, diplomat Yaşar Əliyevin qızıdır.

DTX-nın Dövlət Gömrük Komitəsində keçirdiyi xüsusi əməliyyat nəticəsində komitənin sədr müavini, general-mayor İqbal Babayevin saxlanıldığı bildirilir. Qeyd edim ki, professor İqbal Babayev Yardımlı rayonunda anadan olub.

Azərbaycanda yeni qanun dəyişikliyi ilə deputatların maaşı artırılır. Hazırda deputatlar 2500-3500 manat civarında maaş alırlar.

DTX-nın Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında xüsusi əməliyyat keçirdiyi və saxlananların olduğu deyilir.

Narkotiklə şərlənərək 6 il azadlıqdan məhrum edilən Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun məhkəməsi zamanı saxlanılan və 1 aylıq inzibati qaydada həbs edilən inanclı Elgiz Məmmədov iddia edir ki, onu polis idarəsindən apararaq işgəncə verib, təcavüz ediblər. Qeyd edim ki, Taleh Bağırzadə və tərəfdarları Allah və İslam müqəddəslərinin təhqir olunmasına görə 17 gündür ki, həbsxanada aclıq aksiyası keçirir.

Müdafiə Naziri Zakir Həsənov Kəlbəcər və Laçında hərbi obyektləri ziyarət edib. Bu əsnada Ermənistanla sərhəddə, Kəlbəcər istiqamətində Azərbaycan mövqelərinin atəşə tutulduğu deyilir. Erməni mənbələri iddia edir ki, atəşkəsin pozulması nəticəsində bir erməni hərbçi həlak olub.

Naxçıvanda qulluq edən hərbçi, Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini - kapitan Nizami Vahid oğlu Yolçuzadənin xidməti vəz
Naxçıvanda qulluq edən hərbçi, Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini - kapitan Nizami Vahid oğlu Yolçuzadənin xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğu deyilir. Mərhumun yaxınlarından əldə edilən məlumata görə, hərbçinin olduğu maşın dərəyə aşıb. Rəsmi məlumat yoxdur. Kürdəmirdə isə yol qəzasına düşən iki hərbiçi - 1988-ci il təvəllüdlü mayor Yusif Mahir oğlu Məmmədli və 1999-cu il təvəllüdlü Fərid Samir oğlu Nəsibov Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Azərbaycan sosial mediasında ermənilərin Laçın şəhərini boşaltması xəbəri dezinformasiyadır. Laçın dəhlizinə alternativ yol çəkilir, yol tamamlanıb, istifadəyə verildikdən sonra Laçın şəhəri və Zabux kəndi Azərbaycana təhvil ediləcək. İmzalanan bəyanatda da bu öz əksini tapıb. AZTV-nin yaydığı kadrlar isə sadəcə olaraq Azərbaycan ordusu və heyətinin Laçın dəhlizindən keçid görüntüləridir.

Avropa Komissiyası Ukrayna və Moldovaya Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsini tövsiyə etsə də, Gürcüstana mənfi rəy verib.

Ukrayna iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir.

"Apple Pay"dən sonra Google Pay və Revolut Azərbaycana gəlir. Yavaş-yavaş müasir dünyaya qədəm qoyursuz. O gün olsun Paypal üzü görəsiz. Cibiniz dolu olsun, imkan versələr...

3 fərqli vaxtlarda hərbi prokuror Xanlar Vəliyevin açıqlamaları. Sizcə özü xalqa nağıl danışan adam istefa verməyib, nə etməlidir? Aprel 2021: “Tərtər işi" söhbətləri yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir. Noyabr 2021: Tərtərdə kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib. İyun 2022: Mənim istefamı tələb etmək absurddur, Tərtərdə hərbçilərə işgəncələrin qarşısını mən almışam.

Sabirabad rayonu, Cavad kənd sakini, 1986-cı il təvəllüdlü, ikinci Qarabağ müharibəsi qazisi Maşallah Gülağa oğlu Mənəfov çöl sahədə yerləşən pay torpaq ərazilərinin birində, ağacdan özünü asaraq intihar edib. Yaxınları bildirir ki, qazi icra hakimiyyətindən narazı idi.

Ölkədə ən böyük siqaret istehsalçılardan birincisi olan "European Tobacco Baku" müəssisəsinin 18 il rəhbəri olmuş, tütün monopolisti olan deputat Rüfət Quliyev deyib ki, siqaretin qiyməti ona görə bahalaşır ki, çəkənlərin sayı azalsın. Sizi sizdən çox düşünən deputatınız var, daha nə istəyirsiz?

Paşinyanın bugünkü parlament çıxışından bir daha aydın olur ki, Ermənistan Dağlıq Qarabağın statusundan demək olar ki, vaz keçib, onun hədəf yox, vasitə olduğunu bildirib. Vurğulayıb ki, Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi, hüquq və azadlıqları onlar üçün əsasdır.

Bakıda “Azərbaycan” kinoteatrının arxasında, Əbdülkərim Əlizadə küçəsində bir neçə ay öncə üç ədəd böyük və sağlam ağac var i
Bakıda “Azərbaycan” kinoteatrının arxasında, Əbdülkərim Əlizadə küçəsində bir neçə ay öncə üç ədəd böyük və sağlam ağac var idi, birdən üçü də yox oldu. Hazırda onun yerində “PAUL” restoranı açılıb. Bakıdakı 9 ədəd "Paul Azerbaijan" restoranlarının sahibi bilirsiz kimdir? Bu yaxında parkinq söhbətinə müdaxilə edən ölkə başçısı İlham Əliyevin bibisi nəvələri Rüstəm və Ramin Hacıyevlər. Ataları 11 ildir Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevdir. Ekologiya və təbii sərvət sayılan ağacları görün kimlər məhv edir də. İlham Əliyev bu məsələyə niyə müdaxilə etmədi, bilmirdi? İndi bildi, edə bilərmi?

Bakının Səbail rayonunda Rusiyanın Ukraynadakı müharibəsinə dəstək rəmzi olaraq “Z” hərfi çəkən 1955-ci il təvəllüdlü Aleksandr Saprıkin Borisoviç adlı Azərbaycan vətəndaşı saxlanılıb.

Xaçmaz rayonu Xudat şəhər sakini, hərbçi Əliyarov Riyad Məmməd oğlunun Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurmas
Xaçmaz rayonu Xudat şəhər sakini, hərbçi Əliyarov Riyad Məmməd oğlunun Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində vəfat etdiyi bildirilir.