fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Bir millət, iki dövlət 😀
+1
Bir millət, iki dövlət 😀

Əziz bakılılar və şəhərimizin qonaqları. 15 il gənclər və idman naziri olmuş Azad Rəhimovun oğlu Arif Rəhimov deyir ki, biz Formula 1 yürüşlərini gələcəkdə də Bakıda, iyun ayında keçirmək istəyirik. Nə düşünürsünüz? Bağışlayın, amma güya sizin fikrinizi alan var?

Xaçmazda müəllim işləyən 37 yaşlı Nuranə Orucova ikinci Qarabağ müharibəsi zamanı Xocavənddə şəhid olan Əliheydər Hüseynlinin anası Zabilə Musayevaya zəng edib özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edib. Şəhid anasını inandırıb ki, oğlu sağdır və əsirlikdədir. Nuranə müəllimə Əliheydərin sağ-salamat gələcəyini vəd verməklə şəhid anasından 4000 manat pul alıb. Hazırda ona qarşı cinayət işi açılıb, vətəndaşlara qarşı ümumilikdə 20 min manat dələduzluq etməkdə təqsirli bilinir.

Yüzlərlə Azərbaycan hərbçisinin işgəncələrə məruz qaldığı, onlarla hərbçisinin vəhşicəsinə öldürüldüyü "Tərtər işi"nin ictimailəşməsində müstəsna rolu olmuş hüquqşünas İlham Aslanoğlu (Təhməzov) dünən ikinci dəfə şərlənərək həbs olundu. Yevlax rayon Məhkəməsi ona xüsusi ittiham qaydasında 6 aylıq həbs cəzası kəsib. Bu gün İlham Təhməzovun oğlunun toyudur. Toyu da "Tərtər işi"ndə rolu olmuş Tərtərin icrabaşı Müstəqim Məmmədovun xalası oğlu Tərtər rayon polis rəisinin müavini Əfqan Qurbanov basaraq, gələn qonaqların qabağını kəsib, pandemiyanı bəhanə gətirərək toy mərasiminə mane olmağa çalışıb. Polkovnik-leytenant Əfqan Qurbanovun da "Tərtər işi"ndə adı hallanır.

Ötən il Azərbaycanda 98 nəfər tələbənin diplomu saxta çıxıb. Məktəblərdə isə 5 alan şagirlərin 70 faizi attestat imtahanında qiymətləri doğrulda bilmir. Məsələn, Bakıda 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul ola bilməyıb. Ümumilikdə 9-cu sinif şagirdləri arasında oxuyub, yaza bilməyən şagirdlərin sayı 38 nəfər olub. Mənbə: DİM

Azərbaycanda ali təhsil müəssisələrinin sonuncu kursunda oxuyan 30 minə yaxın tələbə dövlət imtahanı verməlidir. Lakin pandemiyadan dolayı 5 semestr onlayn təhsil alan tələbələr, universitetlərin onları tam auditoriya proqramı ilə imtahan etməsindən narazıdır. Artıq birinci imtahandan tələbələrin 90% kəsilib. Çünki onlayn təhsil dövründə proqramlar daim ixtisar olunub, onun keçirilməsi çox keyfiyyətsiz, "yolaverdi" olub, bir hissəsi də məlum İkinci Qarabağ Müharibəsi dövrünə, yəni 2 aya yaxın müddətdə internetin məhdud olduğu zamana təsadüf edib. Tələbələr ötən iki pandemiya təhsil ilində olduğu kimi, yekun dövlət attestasiyanın standart dövlət imtahanı ilə deyil "Ümumi Ortalama Müvəffəqiyyət Göstəricisi" (ÜOMG) ilə əvəz edilməsini istəyirlər. Qeyd edim ki, Azərbaycanda karantin rejimi hələ də ləğv edilməyib, hətta tam şəkildə onlayn təhsil sistemi də ləğv edilməyib, hibrid adlanan sistemlə, qarışıq, necə gəldi formada keyfiyyətsiz və bərbad şəkildə tələbələrə dərs keçirlər, amma imtahana gələndə normal şəraitdə keçirilən imtahanla onları sınamaq istəyirlər, bu düzgün qərar deyil. Belə görünür ki, bu qərarı verənlər, universitetlər qeyri-ədalətli şəraitdən istifadə edib, kəsiri olan çarəsiz tələbələri, onların ailələrini pul ilə soymaq istəyirlər. Artıq neçə həftədir ki, gələcəyimiz olan 30 minlik bir auditoriyanı, tələbələri nə eşidən var, nə dinləyən. Nazir Emin Əmrullayev, rəsmi qurumlar tələbələrin səsinə səs verməli, onların çağırışına münasibət bildirməlidir.

Hindistanda İslam dininin təhqir edilməsinə görə Bakıdakı səfir XİN-ə çağrılaraq Azərbaycanın etirazı bildirilib. Azərbaycanda isə polislər Allahı təhqir etdiyi üçün Taleh Bağırzadənin başlatdığı aclıq aksiyasına, bu gün 6-cı inanclı vicdan məhbusu da qoşuldu. Hətta onlardan birinin vəziyyəti ağırlaşıb, xəstəxanaya yatırılıb.

Bu gündən rəsmi olaraq Formula 1 başlayır. Yarışın Bakıda keçirilməsi üçün 2016-cı ildə 10 illik müqavilə imzalanıb. Onun 5 ili məcburi, növbəti 5 il isə Azərbaycanın öz istəyinə əsasən dayandırıla bilər. Xatırladım ki, hökumət bu yarışın keçirilməsi üçün ilk ildə 34 milyon ödəyib. Və hər keçən il bu məbləğ 10 faiz artır. Gələn ildən etibarən Azərbaycan hökuməti istəsə bu yarışı öz istəyi ilə ləğv edə bilər, amma gərək cərimə ödəsin. Siz necə düşünürsünüz, yarış ləğv olunmalıdırmı? Son 5 ildə bu yarış Azərbaycana nə qazandırdı, sizin rifahınıza, dünyada tanınmanıza faydası oldumu? Həyatınıza hansı məna qatdı, nəyiniz artdı?

Şuşada elmi konfrans keçiriləcəkmiş. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-Tədqiqat Mərkəzinin elmi işçisi Əlvan Cəfərov 470 nəfər alimi Şuşaya aparmaq adıyla aldatdığı iddia edilir. Konfransın keçiriləcəyi ərəfədə bəlli olub ki, cəmi 100 nəfər seçilmiş alimlər artıq gediblər. Hətta onların içində bir ailədən 4 nəfər və alim olmayanlar da var. Hər alimdən qaytarmamaq şərti ilə 70 manat alıb, (bəzilərindən 110) ümumi 370 nəfərdən 25 900 manat edir. Əlvan isə iddia edir ki, konfransı AMEA təşkil edir, mənlik deyil. Ölkəyə bax, kim kimi harda tutdu atır, torba tikir, alimi də, cahili də. Özü də vətən, şəhid adı ilə... Ramiz Mehdiyevin alimləri bundan artıq olmayacaq ki... Ramiz Mehdiyev 470 alimi aldadan elmi işçiyə akademik adı verməlidir.

Bu gün Berlində 29 yaşlı erməni əsilli bir Almaniya vətəndaşı şəhərin mərkəzində maşını izdihamın üzərinə sürüb. Hadisə zamanı 1 nəfər ölüb, azı 6 nəfər isə ağır yaralanıb. Ölən şəxs Hessendən olan 51 yaşlı qadın müəllim olub. Hücum edən şəxsin avtomobilindən Türkiyə əleyhinə afişalar tapılıb. Hadisənin qəsdən törədildiyi ehtimal edilir.

Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və q
Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanıdığı və Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələndiyi xəbəri yayılıb. Halbuki Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat katibi Əli Vəliyev şəxsən özü, Facebook profilində Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayevi tag edərək, yaradılan parkinqə görə özünü xoşbəxt hiss etdiyini qeyd edib. Səkiləri kəsib, piyadaların yolunu daraldaraq, yaşlı ağacların axırına çıxan, öz şəxsi avtomobillərinə düz binanın önündə parkinq düzəltmək təşəbbüsü gösrərən bu məmurları kim cəzalandıracaq bəs?

İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş, general-mayor Mövlam Şıxəliyevin 8 milyon manatlıq əmlakının üzərinə həbs qoyulub. Bunlar əsasən Bakının mərkəzində bahalı mənzillər, obyektlər, Novxanıda içində 1000 kvadrat metrdən böyük mənzil tikilmiş bağ evi və başqa onlarla daşınmaz əmlaklardır. Bu əmlaklar generalla yanaşı, onun həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Nəqliyyatda Baş Polis İdarəsində əməliyyat müvəkkili çalışmış Elgün Şıxəliyev, qızı Samirə Əliyeva və başqa qohumlarının adınadır. Söhbət aşağıdakı əmlaklardan gedir: - Səbail rayonu, Nizami küçəsi 78 ünvanında (Fəvvarələr meydanı), 482 min manat dəyərləndirilmiş obyekt, - Nizami küçəsi 78, mənzil 6 ünvanında 214 min manat dəyərləndirilmiş ev, - Səbail rayonu, Nizami küçəsi 96, mənzil 37 ünvanında 360 min manatlıq ev, - Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 400 000 manat, - Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında, 974 min manat dəyərləndirilmiş obyekt, - Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9-25, mənzil 63 ünvanında yerləşən ev; Dəyəri 31 500 manat, - Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı. Dəyəri 39 528 manat, - Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 37 600 manat, - Novxanı kənd, 686 ünvanında yerləşən 214,3 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 257 172 manat, - Novxanı kəndi, 685V ünvanında yerləşən 1087,7 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 1 305 240 manat, - Nərimanov rayonu, M.Əlizadə küçəsi ev 134a ünvanında 403 kvadrat metr sahə, Dəyəri 1 milyon 452 min manatlıq ərazi, - Səbail rayonu, Bülbül prospekti 7 ünvanında yerləşən binada, ümumilikdə 3 milyon 397 min dəyərləndirilmiş 5 mənzil, - Binəqədi rayonu, Novxanı kəndində 1 milyon 305 minlik bağ evi, - Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 26 240 manat, - Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kvadratmetr əmlak. Dəyəri 17 000 manat. İstintaqın diqqətindən yayınanlar: - Xaçmazda "Çoban Bulaq” İstirahət Mərkəzi, ümumi dəyərinin 10 milyon manat civarinda olduğu bildirilir, - “Sahil” metrosunun üstündəki dəbdəbəli binada istintaqın diqqətindən yayınan 2 obyekti, - Binəqədi rayonu, Novxanı kəndində daha 2 imarəti, - Bakıdakı məşhur “Praqa” restoranı, - “Praqa” restoranının altındakı market, - Metronun “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu” stansiyaları ətrafında mebel mağazaları şəbəkəsi. Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. O, mütəşəkkil dəstə yaradıb, ümumilikdə 20 milyon manatdan çox rüşvət alma, təhdid, şantaj etmə maddələri ilə ittiham olunur. Sahibkarlara aylıq "şapka" qoyaraq, onları oğurlayıb girov saxlamaqda təqsirləndirilir. Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbslərində də hallanıb.

Şamaxının Məlikçobanlı kənd sakini, əsgər Səid Abdullayevin Kəlbəcər istiqamətində atəşkəsin pozulması nəticəsində şəhid oldu
Şamaxının Məlikçobanlı kənd sakini, əsgər Səid Abdullayevin Kəlbəcər istiqamətində atəşkəsin pozulması nəticəsində şəhid olduğu deyilir. Hələlik isə rəsmi məlumat yoxdur.

Bakıda Rafət Qəniyev adlı iş adamı “Kaspian İnşaat MB” MTK adlı şirkət yaradır. Şirkət sayəsində bina tikilir və bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq edir. Daha sonra axtarışa verilir. Adam götürür ölü itə öz geyimlərini geyindirib, maşını yandırır. Sonra ekspertizaya pul verərək, özünü maşında yanmış kimi qeydiyyatdan keçirir. Yas, məclis, aparırlar, basdırırlar, hamı inanır ki, adam ölüb, cinayətdən yayınır. Adam 1 il sonra Yasamalda mağazaların birində, şəxsiyyət vəsiqəsi ilə televizor alarkən həbs olunaraq, istintaqa cəlb olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində Qarabağ qazilərinin nazirliyin mətbuat katibi Fazil Talıbovla dialoqu. Qazilərin əlillik dərəcəsi, sığorta pulları verilməmiş qalır. Vətəndaşlara söz verirlər amma əməl etmirlər. Onların yüksək maaşlı işlərə, güclü psixoloji yardıma, maddi və mənəvi dəstəyə ehtiyacları var.

Yardımlıda polislər rayon sakini Rövşən Əliyevi tutub bölməyə aparıblar, sonra da bölmədə döyərək öldürüblər. Mərhum birinci Qarabağ müharibə veteranı idi. Lənkəranda isə 17 yaşlı tələbəni polislər polis bölməsinə aparıb, bir neçə nəfər bölmədə döyüblər. Uşaq xəstəxanaya yerləşdirilib, xoşbəxtlikdən sağ qalıb.

Dünən ikinci Qarabağ müharibəsi iştirakçısı, Qusar rayon Yasaboba kənd sakini, 22 yaşlı əsgər Gümrah Fuad oğlu Səfərquliyev X
Dünən ikinci Qarabağ müharibəsi iştirakçısı, Qusar rayon Yasaboba kənd sakini, 22 yaşlı əsgər Gümrah Fuad oğlu Səfərquliyev Xaçmazın Seyidli kəndində, meşədə özünü asaraq intihar edib. Qeyd edim ki, müharibədən sonra intihar edən hərbçilərin sayı 30 nəfəri keçdi.

Min cür fırıldaqla xalqın sərvətini talayan, özünə yaxın adamları vəzifələrə təyin elətdirən, bir agentliyindən qovdurub, digər agentliyində pul müqabilində işə qəbul elətdirən, tanış-tunuşlar hesabına şirkətlər açıb, tenderlərdə qalib elətdirən, mənzil maxinasiyaları ilə var-dövlətə yiyələnənlər Qarabağ qazilərini qanuna tabe olmağa səsləyirlər. Qazilər, müharibə veteranlarının hər cür dövlət qayğısı və maddi dəstəyə sahib olmaqları həm qanuni, həm mənəvi haqlarıdır. O insanların problemləri həll edilməlidir, dövlət güzəştə getməlidir onlara, onları incitməməlidir. Milyonlar xərcləyib mənasız festivallar, konsert və tədbirlər keçirməkdənsə, ilk növbədə müharibədən zərər çəkmiş vətəndaşları razı salmaq lazımdır. Ölkənin sərvəti sadəcə prezident, məmur, nazir və onların qohum-əqrabasını bəsləmək üçün deyil.

Əlillik və sığortalarını ala bilməyən Qarabağ qaziləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə nazir Sahil Babayevlə görüş tələbi ilə aksiya keçiriblər. Nazirlik tərəfindən qəbul edilməyən qazilər qapının şüşələrini qıraraq, nazirliyin binasına daxil olublar. Hadisə zamanı qazilərdən birinin ürəyi gedib, gərginlik yaşanıb. Nazirliyin mətbuat katibi Fazil Talıbov bildirib ki, onların sağlamlıq vəziyyəti əlilik təyinatına əsas vermirsə, burada qanundankənar hər hansı addım atmaq mümkün deyil. Yenə də hər bir müraciət qeydə alınacaq, araşdırılacaq və məlumat veriləcək.

Dünən Naxçıvan MR, Şahbuz rayonu, Badamlı qəsəbə sakini, hərbçi Rəşad Füzuli oğlu Məmmədov özünü asaraq intihar edib. 3 övlad
Dünən Naxçıvan MR, Şahbuz rayonu, Badamlı qəsəbə sakini, hərbçi Rəşad Füzuli oğlu Məmmədov özünü asaraq intihar edib. 3 övladı yetim qaldı. İntiharın səbəbi bəlli deyil.