fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Cəlilabadın Əsədli kənd sakini, XTQ giziri Səid Sarıbala oğlu Həsənovun bu gün gecə şəhid olduğu bildirilir. Məlumatı hərbçin
Cəlilabadın Əsədli kənd sakini, XTQ giziri Səid Sarıbala oğlu Həsənovun bu gün gecə şəhid olduğu bildirilir. Məlumatı hərbçinin yaxın ailə üzvləri təsdiqləyiblər. Məndəki adbaad siyahıda Azərbaycan Ordusunda 15 nəfər şəhid haqda məlumat var. İtkinin daha çox olduğu ehtimal olunur.

Kürdəmirin Dəyirmanlı kənd sakini, 1991-ci il təvəllüd, XTQ giziri Nəzər Ağacəlil oğlu Əzizovun son hərbi toqquşmalar zamanı
Kürdəmirin Dəyirmanlı kənd sakini, 1991-ci il təvəllüd, XTQ giziri Nəzər Ağacəlil oğlu Əzizovun son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib.

Saatlının Qaranuru kənd sakini, 2000-ci il təvəllüd hərbçi Ülvi Əsədulla oğlu Nəsirov və Qubanın Vəlvələ kənd sakini, 2001-ci
Saatlının Qaranuru kənd sakini, 2000-ci il təvəllüd hərbçi Ülvi Əsədulla oğlu Nəsirov və Qubanın Vəlvələ kənd sakini, 2001-ci il təvəllüdlü hərbçi Ümid İlqar oğlu Həsənovun gecə baş verən atışma zamanı şəhid olduqları deyilir. Hər 2 məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənib.

Zərdab rayonunun Kəndəbil kənd sakini, 1994-cü il təvəllüd Rüstəmov Fərid Nofəl oğlunun son hərbi toqquşmalar zamanı şəhid ol
Zərdab rayonunun Kəndəbil kənd sakini, 1994-cü il təvəllüd Rüstəmov Fərid Nofəl oğlunun son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib.

Ermənistanın müraciəti əsasında KTMT (ОДКБ) bəyanatı: "KTMT Ermənistan-Azərbaycan sərhədində vəziyyətin nizama salınması üçün struktur mexanizmlərinin işə salınması istiqamətində artıq işlərə başlayıb. Güc tətbiqi qəbuledilməzdir. Siyasi və diplomatik üsullardan və razılaşmalardan istifadə edilməlidir".

Lerikin Əvilə kənd sakini, 1994-ci il təvəllüdlü Şəmistan Əbdülağa oğlu Sadıxovun son hərbi toqquşmalar zamanı şəhid olduğu b
Lerikin Əvilə kənd sakini, 1994-ci il təvəllüdlü Şəmistan Əbdülağa oğlu Sadıxovun son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib. Hazırda doğulduğu kənddə dəfn işləri ilə bağlı tədbirlər görülür, kənd sakinləri cənazəni gözləyir.

Qazaxın Kəmərli kənd sakini, 1993-cü il təvəllüd Azər Mustafa oğlu Məmmədovun son hərbi toqquşmalar zamanı şəhid olduğu bildi
Qazaxın Kəmərli kənd sakini, 1993-cü il təvəllüd Azər Mustafa oğlu Məmmədovun son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib. 20 gün idi ailə həyatı qurmuşdu. Hazırda doğulduğu kənddə dəfn işləri görülür.

Paşinyan: "Azərbaycan tərəfi Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağı tələb edir. Danışıqlar zamanı Azərbaycan tərəfi Nrnadzordan (Zəngəzurun Nüvədi kəndi) Yeravana kimi ərazi iddiası ilə çıxış edir. Biz Ermənistan ərazisindən dəhliz təmin etmək fikrində deyilik. Lakin biz Ermənistan ərazisindən kommunikasiya xətlərinin açılmasında maraqlıyıq. Hazırda döyüş əməliyyatlarının intensivliyi azalıb, lakin bir-iki istiqamətdə azərbaycanlıların hücumları davam edir".

Qəbələ rayon Mıxlıqovaq kənd sakini, 1996-cı il təvəllüd MAXE hərbçi Elşən Sahib oğlu Babazadənin son hərbi toqquşmalar zaman
Qəbələ rayon Mıxlıqovaq kənd sakini, 1996-cı il təvəllüd MAXE hərbçi Elşən Sahib oğlu Babazadənin son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib.

Paşinyan Ermənistan tərəfinin 49 canlı itkisinin oilduğunu bildirdi.

Naxçıvanın Şərur rayon Yengicə kənd sakini, 1997-ci il təvəllüd hərbçi Əli Cavad oğlu Əliyevin son hərbi toqquşmalar zamanı ş
Naxçıvanın Şərur rayon Yengicə kənd sakini, 1997-ci il təvəllüd hərbçi Əli Cavad oğlu Əliyevin son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın Azərbaycan mövqelərini atəşə tutmasında məqsəd sülh sazişinin imzalanmasının yubadılmasıdır. Bu arada atəşkəsin yenidən pozulduğu, atışmaların davam etdiyi bildirilir.

Hacıqabul rayonunun N saylı hərbi hissəsində xidmət edən, Masallı rayon Şərəfə kənd sakini, 2003-cü il təvəllüd hərbçi Xəyal Seyfulla oğlu Seyfullayevin naməlum səbəbdən intihar etdiyi bildirilir. Məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənib. Hərbçinin cənazəsi doğulduğu kəndə gətirilir.

Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının tabeçiliyində olan "Komando" birliyinin hərbçisi, Naxçıvanın Kəngərli rayonu,
Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının tabeçiliyində olan "Komando" birliyinin hərbçisi, Naxçıvanın Kəngərli rayonu, Qıvraq qəsəbə sakini, 1994-cü il təvəllüd Fərid Kəmaləddin oğlu Mehbalıyevin şəhid olduğu bildirilir.

Erməni mənbələri 10 yaralı hərbçinin Geğarkunikdən (Göyçə mahalı) Martuniyə (Aşağı Qaranlıq) aparıldığını, onlardan dördünün vəziyyətinin ağır olduğu üçün Yerevana köçürüldüyünü bildirir. İtki sayı açıqlanmır.

Bu gün saat 09:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı razılıq əldə olunduğu iddia edilir.

Tiktok və digər sosial şəbəkələrdə yayılan, 7 şəhid xəbəri adbaad, fotoları ilə birgə olan videodakı şəxslər 2021-ci ildə Laçın-Kəlbəcər istiqamətində şəhid olan Azərbaycan Ordusunun hərbçiləridir. Son hadisələrlə əlaqəsi yoxdur. İtkilər barədə rəsmi məlumat hələ ki, açıqlanmayıb.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, bu gün səhər saat 08:00-a (Bakı vaxtı ilə) olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət ciddi dəyişməyib. Vəziyyət gərgin olaraq qalmaqdadır.

📞 Nikol Paşinyanın dünən gecədən indiyə qədər telefonla danışdığı şəxslər: 1. Rusiya prezidenti Vladimir Putin, 2. Fransa prezidenti Emmanuel Makron, 3. ABŞ-ın Dövlət katibi Entoni Blinken.

Azərbaycan Ordusuna məxsus artilleriya hissələrinin bir neçə dəqiqə əvvəl Sotk (Geğarkunik rayonu) kəndi istiqamətində hərbi infrastruktura zərbələr endirdiyi bildirilir. Bu arada Ermənistan hökuməti Rusiyaya, KTMT-ə və BMT-yə Azərbaycanla bağlı müraciət edərək şikayətlənib.