Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Cəlilabadın Əsədli kənd sakini, XTQ giziri Səid Sarıbala oğlu Həsənovun bu gün gecə şəhid olduğu bildirilir. Məlumatı hərbçinin yaxın ailə üzvləri təsdiqləyiblər. Məndəki adbaad siyahıda Azərbaycan Ordusunda 15 nəfər şəhid haqda məlumat var. İtkinin daha çox olduğu ehtimal olunur.
16 874
Kürdəmirin Dəyirmanlı kənd sakini, 1991-ci il təvəllüd, XTQ giziri Nəzər Ağacəlil oğlu Əzizovun son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib.
16 874
Saatlının Qaranuru kənd sakini, 2000-ci il təvəllüd hərbçi Ülvi Əsədulla oğlu Nəsirov və Qubanın Vəlvələ kənd sakini, 2001-ci il təvəllüdlü hərbçi Ümid İlqar oğlu Həsənovun gecə baş verən atışma zamanı şəhid olduqları deyilir. Hər 2 məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənib.
16 874
Zərdab rayonunun Kəndəbil kənd sakini, 1994-cü il təvəllüd Rüstəmov Fərid Nofəl oğlunun son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib.
16 874
Ermənistanın müraciəti əsasında KTMT (ОДКБ) bəyanatı: "KTMT Ermənistan-Azərbaycan sərhədində vəziyyətin nizama salınması üçün struktur mexanizmlərinin işə salınması istiqamətində artıq işlərə başlayıb. Güc tətbiqi qəbuledilməzdir. Siyasi və diplomatik üsullardan və razılaşmalardan istifadə edilməlidir".
16 874
Lerikin Əvilə kənd sakini, 1994-ci il təvəllüdlü Şəmistan Əbdülağa oğlu Sadıxovun son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib. Hazırda doğulduğu kənddə dəfn işləri ilə bağlı tədbirlər görülür, kənd sakinləri cənazəni gözləyir.
16 874
Qazaxın Kəmərli kənd sakini, 1993-cü il təvəllüd Azər Mustafa oğlu Məmmədovun son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib. 20 gün idi ailə həyatı qurmuşdu. Hazırda doğulduğu kənddə dəfn işləri görülür.
16 874
Paşinyan: "Azərbaycan tərəfi Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağı tələb edir. Danışıqlar zamanı Azərbaycan tərəfi Nrnadzordan (Zəngəzurun Nüvədi kəndi) Yeravana kimi ərazi iddiası ilə çıxış edir. Biz Ermənistan ərazisindən dəhliz təmin etmək fikrində deyilik. Lakin biz Ermənistan ərazisindən kommunikasiya xətlərinin açılmasında maraqlıyıq. Hazırda döyüş əməliyyatlarının intensivliyi azalıb, lakin bir-iki istiqamətdə azərbaycanlıların hücumları davam edir".
16 874
Qəbələ rayon Mıxlıqovaq kənd sakini, 1996-cı il təvəllüd MAXE hərbçi Elşən Sahib oğlu Babazadənin son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib.
16 874
Naxçıvanın Şərur rayon Yengicə kənd sakini, 1997-ci il təvəllüd hərbçi Əli Cavad oğlu Əliyevin son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir.
16 874
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın Azərbaycan mövqelərini atəşə tutmasında məqsəd sülh sazişinin imzalanmasının yubadılmasıdır. Bu arada atəşkəsin yenidən pozulduğu, atışmaların davam etdiyi bildirilir.
16 874
Hacıqabul rayonunun N saylı hərbi hissəsində xidmət edən, Masallı rayon Şərəfə kənd sakini, 2003-cü il təvəllüd hərbçi Xəyal Seyfulla oğlu Seyfullayevin naməlum səbəbdən intihar etdiyi bildirilir. Məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənib. Hərbçinin cənazəsi doğulduğu kəndə gətirilir.
16 874
Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının tabeçiliyində olan "Komando" birliyinin hərbçisi, Naxçıvanın Kəngərli rayonu, Qıvraq qəsəbə sakini, 1994-cü il təvəllüd Fərid Kəmaləddin oğlu Mehbalıyevin şəhid olduğu bildirilir.
16 874
Erməni mənbələri 10 yaralı hərbçinin Geğarkunikdən (Göyçə mahalı) Martuniyə (Aşağı Qaranlıq) aparıldığını, onlardan dördünün vəziyyətinin ağır olduğu üçün Yerevana köçürüldüyünü bildirir. İtki sayı açıqlanmır.
16 874
Bu gün saat 09:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı razılıq əldə olunduğu iddia edilir.
16 874
Tiktok və digər sosial şəbəkələrdə yayılan, 7 şəhid xəbəri adbaad, fotoları ilə birgə olan videodakı şəxslər 2021-ci ildə Laçın-Kəlbəcər istiqamətində şəhid olan Azərbaycan Ordusunun hərbçiləridir. Son hadisələrlə əlaqəsi yoxdur. İtkilər barədə rəsmi məlumat hələ ki, açıqlanmayıb.
16 874
Ermənistan Müdafiə Nazirliyi bildirir ki, bu gün səhər saat 08:00-a (Bakı vaxtı ilə) olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət ciddi dəyişməyib. Vəziyyət gərgin olaraq qalmaqdadır.
16 874
📞 Nikol Paşinyanın dünən gecədən indiyə qədər telefonla danışdığı şəxslər:
1. Rusiya prezidenti Vladimir Putin,
2. Fransa prezidenti Emmanuel Makron,
3. ABŞ-ın Dövlət katibi Entoni Blinken.
16 874
Azərbaycan Ordusuna məxsus artilleriya hissələrinin bir neçə dəqiqə əvvəl Sotk (Geğarkunik rayonu) kəndi istiqamətində hərbi infrastruktura zərbələr endirdiyi bildirilir. Bu arada Ermənistan hökuməti Rusiyaya, KTMT-ə və BMT-yə Azərbaycanla bağlı müraciət edərək şikayətlənib.
