Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
رفتن به کانال در Telegram
• Bütöv Azərbaycan tarixinə dair önəmli bilgilər, sənəd və qaynaqlar • Reklam və Təkliflər üçün 👇 📨Contact: @kzmv_227
نمایش بیشتر5 710
مشترکین
-224 ساعت
-467 روز
-20530 روز
آرشیو پست ها
🇦🇿 Azərbaycan Demokrat Firqəsinin yaradılmasının 81-ci ildönümü
3 sentyabr 1945-ci il Azərbaycan türklərinin milli-demokratik mübarizəsi tarixində mühüm dönüş nöqtəsi oldu. Həmin gün Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi yaradıldı və milli-demokratik hökumətin qurulmasına gedən yol açılmış oldu.
Məşrutə İnqilabının mütərəqqi irsindən bəhrələnən Azərbaycan ziyalıları və azadlıq mübarizləri insan hüquqları, milli hüquqlar, demokratiya və sosial ədalət prinsiplərini əsas götürərək 12 maddəlik mütərəqqi bir nizamnamə ortaya qoydular.
Təəssüf ki, Təbrizdə qurulan Azərbaycan Milli Hökuməti 1946-cı ildə şah ordusunun müdaxiləsi nəticəsində devrildi. Ardınca Azərbaycan türklərinə qarşı repressiyalar, edamlar və sürgünlər həyata keçirildi.
3 sentyabr irsi bu gün də Güney Azərbaycan Milli Hərəkatında yaşamaqdadır. Milli Hərəkat demokratiya, insan və milli hüquqlar, öz müqəddəratını təyinetmə və azadlıq tələbləri uğrunda mübarizəni davam etdirir.
🇦🇿 Biz inanırıq ki, Azərbaycan türklərinin milli taleyini müəyyən etmək hüququ heç bir siyasi qüvvənin və ya "qəyyum"un iradəsindən asılı olmamalıdır. Bu taleyi demokratik yollarla Azərbaycan xalqının özü müəyyən etməlidir.
Birlik, həmrəylik və demokratiya milli mübarizənin əsas dayaqlarıdır.
3 Sentyabr – Azərbaycan Milli Hərəkatının tarixi yaddaşında mühüm gündür.
🇦🇿 Yaşasın Azərbaycan!
Yaşasın azadlıq və demokratiya!
📌Bu gün Səməd Behrənginin vəfatının ildönümüdür.
Bu gün Səməd Behrənginin (2 Tir 1318 — Təbriz, 9 Şəhrivər 1347 — Qaradağ) vəfat etdiyi gündür. O, müəllim, sosial tənqidçi, tərcüməçi, yazıçı və Azərbaycan folkloru sahəsində tədqiqatçı idi. Səməd Behrəngi 1347-ci ilin Şəhrivər ayında, cəmi 29 yaşında, ömrünün ən gənc çağında Araz çayında boğularaq həyatını itirdi. Ölümü ilə Azərbaycanı, eləcə də Azərbaycan uşaqlarını böyük kədərə qərq etdi.
🔻 Onun Araz çayında ölümü hər zaman müəmmalı olaraq qalsa da, şübhəsiz olan budur ki, Səmədin üsyankar bir ruhu var idi. Bu üsyankar ruh onun qələmində və əsərlərində öz əksini tapmışdı. Onun qələmi bir ox kimi hər zaman və hər dövrdə tarix boyu müstəmləkəçilərin və diktator rejimin qəlbinə tuşlanmışdı.
🔻 Səməd Behrəngi həmin gün Araz çayında boğularaq həyatını itirsə də, onun üsyankar və azadlıqsevər ruhu əsərlərində yaşamaqda davam edir. Bu əsərlər azadlıq ideyasını gələcək nəsil uşaqlarının ruhuna və qəlbinə aşılayır.
🔻 O, Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə dünyaya gəlmiş və uşaqlığını yoxsulluq içində keçirmişdi. Dövrün ictimai vəziyyəti və özünün sosial mənşəyi ilə əlaqədar solçu yazıçılara böyük maraq göstərirdi. Bu yazıçılardan biri də Türkiyəli yazıçı Əziz Nesin idi. Behrəngi onun «Bizim eşşəklər» adlı əsərini Anadolu türkcəsindən fars dilinə tərcümə etmişdi.
🔻 Bəlkə də Səməd Behrəngini çoxları «Balaca qara balıq» əsəri ilə tanıyır. Dünyanın bir çox dillərinə tərcümə edilən və müxtəlif ölkələrdə nəşr olunan bu kitab Behrənginin yaradıcılığının ən diqqətçəkən nümunələrindən biridir. Lakin «Balaca qara balıq» onun əsərləri arasında nadir və qiymətli nümunələrdən biri olsa da, Səmədin uşaq ədəbiyyatı sahəsində fəaliyyəti bununla məhdudlaşmırdı.
🔻 O, uşaq ədəbiyyatı sahəsində dəyərli əsərlər yaratmaqla yanaşı, cəmiyyətə dair tənqidi məqalələr də yazmış və bununla sosial tənqidçi kimi tanınmışdı. Bu sahədə onun məşhur «Cənab Çoxbəxtiyar» məqaləsini qeyd etmək olar. Məqalədə cəmiyyət və ətraf mühitdə baş verən siyasi və sosial məsələlərə qarşı vətəndaşların laqeydliyi tənqid edilir. Bu, heç nəyi tənqid etməyən, etiraz etməyən və bütün şərtləri sorğu-sual etmədən qəbul etməyə hazır olan, çünki problemlərdən və çətinliklərdən uzaq durmaq istəyən bir laqeydlikdir.
🔻 Səməd Behrəngi dərsliklərin yerli xüsusiyyətlərə uyğunlaşdırılması ilə bağlı da fikirlər irəli sürürdü. O hesab edirdi ki, Tehranda yaşayan bir uşağın oxuduğu dərslik Qaradağ kəndində yaşayan uşağın dərsliyi ilə eyni olmamalıdır. Çünki bu iki uşağın dünyanı və öz ətraflarını anlama və qavrama səviyyəsi eyni deyil.
🔻 Səməd Behrəngi sağlığında Cəlal Al Əhməd və Qulam Hüseyn Səidi kimi ziyalı və yazıçıların mənəvi dəstəyindən yararlanmışdı. Hətta demək olar ki, Təbrizli yazıçı Qulam Hüseyn Səidi Səməd Behrənginin yazıçı kimi üzə çıxmasında və tanınmasında mühüm rol oynamışdı.
🔻 Bütün bunlarla yanaşı, Səməd Behrəngi Azərbaycanlı bir müəllim idi və Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına və folkloruna böyük xidmətlər göstərmişdi. O, türk uşaqlarının ana dilində təhsil almasının tərəfdarı idi. Hətta məktəblərdə Azərbaycan türkcəsinin tədrisi üçün dərslik də hazırlamışdı. Səməd Behrəngi müəllim idi. O, uşaqların öz ana dillərində təhsil almalı olduğuna inanırdı.
🔻 Hər halda, bu mübariz insan haqqında müəyyən qədər məlumatımız varsa, asanlıqla deyə bilərik ki, əgər o, indiki dövrdə yaşasaydı, müstəmləkəçilik və irqçiliklə mübarizəsini davam etdirərdi...
Ruhu şad, yolu davamlı olsun. Azərbaycan səni unutmayacaq!🇦🇿❤️
🇹🇷 30 AVQUST – ZƏFƏR BAYRAMI
1922-ci il avqustun 30-da Dumlupınarda Mustafa Kamal Paşanın Baş Komandanlığı ilə türk ordusu böyük qələbə qazandı. Yunan ordusu ağır məğlubiyyətə uğradıldı və türk qoşunları sürətlə irəliləyərək işğal olunmuş Anadolu torpaqlarını azad etdilər.
Mustafa Kamal Paşanın tarixi əmri isə belə idi:
“Ordular! İlk hədəfiniz Ağ dənizdir. İrəli!”
Bu möhtəşəm qələbə Türk İstiqlal savaşının taleyini həll etdi və müasir Türkiyə Cümhuriyyətinin yaranmasına gedən yolu açdı.
🇹🇷 30 Avqust – Türk millətinin müstəqillik və azadlıq əzminin Zəfər günü!
🇦🇿🇹🇷 Bu gün qardaş Azərbaycan da Türkiyə ilə birlikdə bu şanlı günü böyük coşqu ilə qeyd edir.
Yaşasın Türkiyə!
Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin doğum günüdür. O, Qarabağın acı həqiqətlərinin, xüsusilə də ermənilərin Xocalıda törətdikləri cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz rol oynayıb. Hətta özünün şəhid olmasını belə lentə alıb.
Ruhu şad olsun!
📜 Azərbaycanın qədim əlyazma xəritəsi
Bu tarixi və qiymətli qədim xəritə X əsrə, yəni hicri IV əsrə aid edilir. Xəritənin müsəlman səyyah və coğrafiyaşünas İbn Hövqəl Bağdadi tərəfindən çəkildiyi bildirilir.
Bu sənədin maraqlı cəhətlərindən biri Azərbaycanın şəhər adlarının xəritədə göstərilməsidir. Burada Ərdəbil, əl-Xunəc (Xalxal), Kağızkonan, Rəsən (Vərzəqan), Mərənd, Təbriz, Dəh Cərqən (Dəxvarqan), Əl-Miyanəc (Miyanə), Zəncan, Marağa, Xoy, Ərmiya (Urmiyə) və Əşnə (Üşnəviyyə) kimi şəhərlərin adlarına rast gəlinir.
Tarixi baxımdan diqqətçəkən məqamlardan biri də budur ki, İbn Hövqəl xəritənin üzərində Ərdəbili Azərbaycanın ən böyük və ən abad şəhəri kimi qeyd etmişdir.
Xəritənin başqa maraqlı xüsusiyyəti isə dağların, çayların və dənizin xüsusi rənglərlə bir-birindən fərqləndirilməsidir.
📌Azərbaycanın Kürəsinli (Çəpni) türklərinin tarixi ( II hissə )
✍🏻Dr. Tohid Məlikzadə yazır:
Çəpni tayfası oğuz türklərinin qollarından biri olaraq Osmanlı dövlətində sufi meyllərə malik olmuş və Səfəvi şahlarına bağlı hesab idilər. Lakin sonradan çoxsaylı qarşıdurmalar səbəbi ilə Osmanlı torpaqlarını tərk edərək Səfəvilərə sığınmışlar.
Çəpnilərin Anadoludan Səlmasa gəlişindən sonra, ehtimal ki, XVI əsrdə, onların Osmanlının Giresun mahalından (Anadolunun şimal-şərqi) gəlmələrinə görə Azərbaycan əhalisi arasında Giresünlu və ya Kürəsinli adı ilə tanındılar.
XX əsrin əvvəllərinədək nə Səlmasın, nə də Xoyun yazılı tarixində bu tayfanın adına rast gəlinmir. Birinci Dünya müharibəsi və Ciloluq faciələri zamanı bu tayfa da böyük itkilərə məruz qalmışdır ki, bu hadisələr onların folklorunda və şifahi xatirələrində öz əksini tapmışdır.
İsmayıl Simitqonun Səlmas ətrafı, Urmu ( Urmiya ) və Xoy şəhərlərini, daha sonra isə Maku istisna olmaqla Qərbi Azərbaycanın bütün ərazisini ələ keçirməsindən sonra bu tayfa istər-istəməz Simitqonun "idarəçiliyinə" daxil oldu.
📌Türkiyə tərəfindən mühacir Kürəsünlilərə daimi yaşayış icazəsinin verilməsi
Türkiyə dövləti Birinci Dünya müharibəsindən sonra əhalisi xeyli azalmış Van bölgəsini yenidən məskunlaşdırmaq məqsədilə Şərq vilayətlərinin islahatı layihəsi çərçivəsində 24 sentyabr 1925-ci il tarixində rəsmi şəkildə azı 604 Kürəsünlü mühacir ailəsinə daimi yaşayış icazəsi verdi və hər ailəyə bir neçə hektar münbit torpaq əvəzsiz olaraq ayırdı.
Osmanlı dövlət sənədlərinə görə, 1928-ci ilədək Türkiyədə "Azəri" adı ilə tanınan 604-dən çox Kürəsünlü ailəsi Verdan, Şüküryazı, Yestikan, Kaniyanlı, Şirəki, Əstran, Silav, Qotur və Urban kəndlərindən Türkiyəyə köç etmiş, Van ilə Mardin-Midyat arasındakı bölgələrdə məskunlaşdırılmışdır.
Kürəsinlilər bu köç münasibətilə aşağıdakı yırı söyləmiş və onu nəsildən-nəslə bu günədək yaşatmışlar:
Nəhlət gəlsin qəribliyin adına,
Güvənməyin ləzzətinə, dadına.
Hərdən düşəndə qohum-qardaş yadına,
Heç durmur gözünün yaşı qəribin.
Qərib yerdə xəstə düşsəm mən olsam,
Anam yoxdur, sızıldaya, daş tökə.
Bacım yoxdur, sinə sökə, saç tökə.
Qardaş yoxdur, məzarıma daş tökə.
Satılsın torpağı, daşı qəribin
Bu gün malazgird savaşının ildönümü və anadolunun qapıları türklərə açılan gündür.
Malazgirt Zəfəri Anadolunun siyasi və demoqrafik tarixində mühüm dönüş nöqtəsi hesab olunur. Qələbədən sonra türklərin Anadoluda məskunlaşması və bölgədə siyasi hakimiyyətlərinin möhkəmlənməsi sürətlənib. Bu hadisə sonrakı dövrlərdə Anadolu Səlcuq dövlətinin yaranması və bölgədə türk siyasi varlığının güclənməsi üçün mühüm zəmin yaradıb.
🇦🇿🇹🇷 Bizi izləyin https://t.me/MutluTurkum
🔺 Britaniyanın Məkkə hakimi (Şerif Hüseyn Haşimi) vasitəsilə Azərbaycan və Krım türklərini Osmanlıya qarşı qaldırmağa çalışdığı zaman!
1918-ci il 3 yanvar tarixli məktub:
Təklif olunur ki, biz Ərəbistan padşahını Qafqaza (Azərbaycan, Dağıstan,Çeçenistan) təsirli bir nümayəndə heyəti göndərməyə təşviq edək. Bu heyət oradakı bütün müsəlmanlardan və Krımdan müqəddəs yerlərin Osmanlı yoxsulluğundan azad edilməsi üçün ərəblərin mübarizəsinə kömək istəməli və onları müharibəyə davam etməyə və Qafqaz cəbhəsində mümkün qədər çox türkü saxlamağa təşviq etməlidir.
✍️ yurdumuz1
🇦🇿🇹🇷 Bizi izləyin https://t.me/MutluTurkum
🔴 Nuru Paşa – Bakının xilaskarı
Nuru Paşa, Ənvər Paşanın (Osmanlı İmperiyasının hərbi naziri) qardaşı və Qafqaz İslam Ordusunun komandanı olaraq, 26 avqust 1918-ci ildən 14 sentyabr 1918-ci ilədək davam edən Bakı döyüşündə iştirak etmiş və Bakını bolşevik qüvvələrinin və erməni hərbi dəstələrinin nəzarətindən azad etməyə nail olmuşdur.
Bu döyüşdə Qriqori Korganovun komandanlığı altında bolşevik qüvvələri, general Dakuçayev və polkovnik Avetisovun rəhbərliyi altında erməni silahlı qüvvələri Qafqaz İslam Ordusuna qarşı döyüşürdülər.
Bundan əlavə, Britaniya imperiyasının tərkibində olan Yeni Zelandiya, Kanada və Avstraliya əsgərlərindən ibarət qüvvələr general Lionel Dunstervilin komandanlığı ilə döyüşə qoşulmuş, Ağ Ordu da ruslara və erməni qüvvələrinə yardım göstərmişdi. Lakin yerli əhalinin geniş dəstəyi sayəsində Nuru Paşa Britaniya qüvvələrini geri çəkilməyə məcbur etmişdir.
Bakı azad edildikdən sonra Osmanlı qoşunlarının bir hissəsi Dağıstanın da rus işğalından azad edilməsi uğrunda mübarizəyə qoşulmuşdur.
Bakı döyüşündə Qafqaz İslam Ordusu təxminən 2 min şəhid vermiş, onların 1130 nəfəri Osmanlı türkü olmuşdur.
Ruhları şad olsun!
🔺 Dr. Hüseyn Məhəmmədzadə ( "Düzgün" ) — Tehranda tanınmış türk dili və ədəbiyyatı tədqiqatçısı
▪️Hüseyn Məhəmmədzadə Sədiq, türk dili və ədəbiyyatı sahəsində tanınmış yazıçı və tədqiqatçı, xəstəlik səbəbilə 2022 - ci ilin 24 Avqust tarixində Tehranda dünyasını dəyişib.
O, fəaliyyətinə Təbrizdə nəşr olunan "Hünər və İctimaiyyət" həftəlik əlavəsində, "Məhdi Azadi" qəzetində başlamış, daha sonra 1350 və 1360-cı şəmsi illərdə “Yoldaş”, "İnqilab Yolunda", “Yeni Yol", "Bülleten" kimi nəşrləri və "Səhənd" həftəlik əlavəsini təsis etməklə fəaliyyətini davam etdirmişdir. "Səhənd" "İttilaat" qəzetinin xüsusi əlavəsi idi.
Dr. Sədiqin çoxsaylı əsərləri vardır. Bunlar arasında Məhəmməd Füzulinin farsca və türkcə külliyyatının tərtib və nəşri, Babayırk Quşçuoğlunun divanı, Əmir Əlişir Nəvainin əsərləri, Əbülqasım Nəbatinin divanı, İmadəddin Nəsiminin divanı, Qəribi Təbrizinin divanı, Şeyx Səfiəddin Ərdəbilinin "Qara Məcmuə"si, eləcə də çoxsaylı şeir və məqalə toplularını qeyd etmək olar.
O, həmçinin Əmir Əlişir Nəvainin əsərlərini tərtib və nəşr etdiyinə görə Özbəkistan Respublikasının Dostluq medalı ilə təltif edilmişdir.
