cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Guney AZfront

O taylı, bu taylı Azərbaycanımız!

Mostrar más
Publicaciones publicitarias
4 337
Suscriptores
+724 horas
-97 días
-5130 días
Distribuciones de tiempo de publicación

Carga de datos en curso...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Análisis de publicación
MensajesVistas
Acciones
Ver dinámicas
01
İranda bəndlərin 67%-dən çoxu su ilə doludur İrandaki mühüm bəndlərin vəziyyəti ilə bağlı son statistik məlumatlara əsasən, hazırda ölkə üzrə bəndlər 67%, 9 bənd isə tam və 100% doludur. #İran
890Loading...
02
İran Yəmən dağlarında silah fabrikləri tikəcək 100 yəmənli mühəndis İranda İHA kursunu bitirdikdən sonra Yəmənə qayıdır. İran həmçinin Yəmən dağlarında fabriklər tikəcək və Yəmənə daha çox hərbi müşavir göndərəcək. #İran
1160Loading...
03
Güneyli məhbus Nərgiz Məhəmmədi Birləşmiş Millətlər Təşkilatına etiraz məktubu göndərib Həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi Birləşmiş Millətlər Təşkilatının İbrahim Rəisinin xatirəsinə anım mərasimi keçirmək planına etirazını bildirən məktub dərc edərək bu aksiyanın "İran xalqına qarşı edam və kütləvi qırğınların bayramı" olduğunu bildirib. Qeyd edək ki, mayın 30-da BMT-nin mənzil qərargahında mayın 19-da helikopter qəzasında həlak olan İbrahim Rəisinin anım günü keçiriləcək. #ReisiQeza
1300Loading...
04
Bu gün milli və sosial təminat pensiyaçıları Kirmanşahda etiraz aksiyası keçiriblər. #GuneyAzerbaycan
1200Loading...
05
Təbrizdə dördəm dünyaya gəlib Təbrizdəki Əl-Zəhra Tibb Təhsil Mərkəzində 32 yaşlı ana ilk doğuşunda dördəm dünyaya gətirib. Bu dördəmin üçü qız, biri oğlandır. #Tebriz
1462Loading...
06
Asiya Futbol Konfederasiyası İran Federasiyasına məktub göndərərək, futboldakı korrupsiya işində təqsirləndirilən iki şəxsin, yəni liqanın yarışlar komitəsinin keçmiş rəhbəri Sohail Mehdi və Hakimlər Komitəsinin keçmiş rəhbəri Xodadad Əfşarianın adını çəkib. Asiya Futbol Konfederasiyası İran Federasiyasından baş vermiş hadisəni və bununla bağlı görülən tədbirləri izah etməyi tələb edib. #İran
1550Loading...
07
​​İran prezidentliyinə potensial namizəd nüvə sazişi üzrə danışıqlar aparan şəxs ola bilər   İran mətbuatı İranın Ali Rəhbərinin müşaviri Şamxaninin nüvə sazişi üzrə danışıqlar prosesinə qayıtması ilə bağlı məlumatlar yayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani mayın 27-də keçirdiyi mətbuat konfransında deyib ki, İran və ABŞ “nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı mesaj mübadiləsini davam etdirir”. O, Şamxaninin nüvə sazişi üzrə baş müzakirəçi təyin edilməsi ilə bağlı xəbərləri şərh etməyib. Kontr-admiral Əli Şamxani Rəisinin ölümündən əvvəl də İran prezidentliyinə potensial namizəd hesab olunurdu. 1997-2005-ci və 2013-2023-cü illərdə İranın müdafiə naziri vəzifəsində çalışıb. Ali Milli Təhlükəsizlik Şurasının katibi olub. 2023-cü ildən Şamxani Məqsəd Şurasının üzvü və İslam Respublikasının Ali Rəhbərinin müşaviridir. #İran
1460Loading...
08
Avropa ölkələri SEPAH-ni terror təşkilatları siyahısına sala bilər Almaniya başda olmaqla bir sıra Avropa ölkələri SEPAH adının Avropa Birliyinin terror təşkilatları siyahısına daxil edilməsi üçün birliyə təzyiq edir. Bu barədə "Focus" saytı və Almaniyanın DPA xəbər agentliyi Avropa diplomatlarına istinadən məlumat yayıb: "Almaniyanın Avropa Birliyindəki nümayəndə heyətinin tələbi ilə Avropa Birliyi Şurasının Hüquq Xidməti 2023-cü ilin dekabrında Almaniyanın Düsseldorf şəhərində çıxarılan qərarın SEPAH-ni Avropa Birliyinin terrorçu siyahısına salmaq üçün əsas ola biləcəyini nəzərdən keçirib və təsdiqləyib". #İran #SEPAH
1590Loading...
09
İranda müəllimlərin işdən qovulma faktları davam edir Kərəc Müəllimlər Həmkarlar İttifaqının fəalı Ruhullah Mərdani həmkarlar ittifaqı fəaliyyətinə və toplantılarda iştirakına və şəxsi səhifələrində siyasi yazılar dərc etdiyinə görə Əlborz Əyalətinin İnzibati Xətalar Komitəsi tərəfindən müəllimlik işindən məhrum edilib. #İran
1580Loading...
10
Şiban Əhvaz həbsxanasında 134 gündür həbsdə olan Siavaş Hüseyninin qərarsızlığı davam edir İzehdən olan 21 yaşlı gənc Siavaş Hüseyni dörd aydan çoxdur ki, həbsdədir və Əhvazdakı Şiban həbsxanasında hələ də qeyri-müəyyən vəziyyətdədir. Siavaş yanvar ayında kəşfiyyat qüvvələri İsfahanın Qamiyə şəhərindəki evlərinə hücum etdikdən sonra qardaşı ilə birlikdə həbs olunmuşdu. Siavaşın həbsi zorakılıq və işgəncələrlə müşayiət olunub. Həbs edildikdən sonra Əhvaz Korpusunun Kəşfiyyat İdarəsinə köçürülüb və 23 gün təkadamlıq kamerada işgəncələrə və zorakılığa məruz qalıb. Siavaşın ailəsi onun durumundan və ona qarşı irəli sürülən ittihamlardan hələ də xəbərsizdir. #İran #siyasimehbus
1620Loading...
11
​​İran rəsmisindən şok açıqlama: İmam Zaman qəza yerində olub “Mayın 19-da İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması vaxtı İmam Zaman orada olub”, – bu sözləri Nişapur şəhərinin fərmandarı (başçısı) Mehdi Dəvəndə deyib. “Nişapurda İmam Zamanla əlaqədə olan şəxs prezident və onun yoldaşlarını daşıyan helikopterin qəzaya uğradığı gecə üçbucaq görüb. Üçbucağın bir tərəfi imamın dayandığı yer, bir tərəfi helikopterin qəzaya uğradığı yer, digər tərəfi isə səkkizinci imamın ziyarətgahı olub”, – deyə Dəvəndə bildirib. O, adını açıqlamadığı həmin şəxsə istinadla İmam Zamanın həyəcanlı və iztirablı vəziyyətdə helikopter qəzası baş verən yerdə dolandığını, ancaq onları xilas etməyi məsləhət bilmədiyini söyləyib: “Rəisinin şəhid olması həm özünün, həm də ölkənin xeyrinə olduğu üçün İmam Zaman onu xilas etməyib”. İslam Respublikası qəzeti Mehdi Dəvəndənin dediklərini absurd sayıb və vəfat edənləri müqəddəsləşdirməməyə çağırıb: Ölkənin ürəkağrıdan və fəlakətli helikopter qəzasının səbəbini aydınlaşdırmağa ehtiyac duyduğu bir şəraitdə bu hadisəni müqəddəsləşdirməyin məqsədi nə olduğu bəlli deyil”. #İran #ReisiQeza
1820Loading...
12
Rusiya Təhlükəsizlik Şurasının yeni təyin olunmuş katibi iranlı həmkarı ilə ilk telefon danışığı keçirib Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqu mayın 19-da helikopter qəzasında həlak olan prezident Rəisi və digərlərinin ölümü ilə əlaqədar iranlı həmkarı Əhmədyana başsağlığı verib. Müxtəlif sahələrdə əməkdaşlığın davam etdirilməsi müzakirə olunub. Əhmədyan Şoyqunu Tehrana dəvət edib.
1741Loading...
13
Hizbullah liderlərinin qızları prezident Rəisinin ailəsi ilə görüşüb Livanın “Hizbullah” müqavimət hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın qızları prezident Rəisinin evini ziyarət edərək, Seyid Həsən Nəsrullah adından onun ailəsinə başsağlığı veriblər. #İran #Hizbullah
1850Loading...
14
İranın Azərbaycandakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib. #İran #Azerbaycan
2031Loading...
15
Məhəmməd Baqir Qalibaf yenidən İran parlamentinin sədri seçilib 198 səs toplayan M. Qalibaf bir il müddətinə 12-ci parlamentin (İslam Şurası) sədri seçilib. Parlament sədri vəzifəsinə digər namizədlər Müctəba Zülnuri və Mənuçöhr Mutaki müvafiq olaraq 60 səs və 5 səs toplayıblar. #İran
2220Loading...
16
İran Rusiyadan 12 “Mi-17” helikopteri alacaq İran Rusiyadan 500 milyon dollara 12 ədəd “Mi-17” helikopteri alacaq. Bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, texnikalar İran Qızıl Aypara Cəmiyyətinə xidmət üçün istifadə olunacaq. “Rusiyanın helikopterləri” dövlət şirkəti ilk 4 təyyarəni 2025-ci ilin martına qədər təhvil verə bilər. Qeyd olunub ki, müqavilə İran prezidentinin, xarici işlər nazirinin və onları müşayiət edənlərin həlak olduğu helikopter qəzasından az sonra imzalanıb. #İran #Rusiya
2232Loading...
17
Türkiyədə Qaşqay Mədəniyyət və Həmrəylik Mərkəzi fəaliyyətə başlayıb Türkiyəli qaşqay fəal İsa Doğanlı İnstagram səhifəsində video paylaşaraq Türkiyənin İstanbul şəhərində “Türk Qaşqay Kültür və Həmrəylik Mərkəzi”nin fəaliyyətə başladığını elan edib. Bu videoda cənab Doğanlı bu qurumun yaradılması məqsədinin İranın Qaşqay Yurd, Güney Azərbaycan, Türkmən Səhra, Türkan Xorasan və s. ərazilərinin mədəniyyətini, dilini və dəyərlərini qorumaq və təbliğ etmək olduğunu bildirib. #Qaşqay
2150Loading...
18
Azərbaycanda şagirdlərə qədim türk əlifbası öyrədilir Gördüyünüz şəkildə Azərbaycanda qədim türk əlifbasına həsr olunmuş ikinci sinif ibtidai məktəb kitabının səhifəsi göstərilir. Azərbaycan dərsliklərində qədim türk əlifbasına xüsusi diqqət yetirilmişdir.  Bu kitablarda tələbələr əlifbanın yaranma tarixi, hərfləri və onunla oxuyub-yazmağı öyrənirlər. Bu əlifbanı öyrətmək tələbələrə öz şəxsiyyətləri və tarixləri ilə daha yaxından tanış olmağa və ona maraq göstərməyə kömək edir. Dünyanın ən qədim əlifbalarından biri olan və bu gün çoxlu yazıları olan Orxon və Uyğur əlifbaları türk dilinə aiddir. Bu əlifbalar dünya tarixində və türk dili tarixində ən təsirli əlifbalardan olmuşdu. Məsələn Qöy türk və Monqol adlı iki böyük imperiyanın rəsmi dili və əlifbası qədim türk əlifbaları (Orxon və Uyğur) olmuşdur. #Azerbaycan
2100Loading...
19
“Rusiyanın Tatarıstandakı Alabuqa zavodu ildə 6 min “Shahed” pilotsuz uçan aparatı istehsal edəcək. Bu, Ukraynadakı müharibənin gedişatına təsir edə bilər”, – deyə Wall Street Journal yazır. Zavod İran texnologiyasından və Şərqi Afrikadan olan işçilərdən istifadə edir. Aprelin sonunda zavod Rusiya ordusuna vaxtından əvvəl 4500 pilotsuz uçan aparat təhvil verib. #İran #Rusiya
2050Loading...
20
İranda yaşayan səfirlər və xarici nümayəndəliklərin rəhbərləri XİN-də şəhid prezident İbrahim Rəisini və şəhid XİN rəhbəri Əmir Abdullahianın xatirə kitabını imzalamaq üçün növbəyə durublar. #İran
2202Loading...
21
AEBA: İran zənginləşdirilmiş uran ehtiyatlarını 60 %-ə çatdırıb İran zənginləşdirilmiş uran ehtiyatlarını 60 %-ə çatdırıb. Bu barədə "Reuters" Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) hesabatına istinadən məlumat yayıb. Hesabata görə, mayın 11-nə 60% zənginləşdirilmiş uran heksaflorid ehtiyatları 20,6 kq artaraq 142,1 kq-a çatıb. #İran
2160Loading...
22
İranın Azərbaycandakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib. #İran #Azerbaycan
2101Loading...
23
YouTube İran Xarici İşlər Nazirliyinin hesabını bağlayıb İran Xarici İşlər Nazirliyinin YouTube hesabı ingilis dilində “Müqavimət, Fələstin üçün yeganə seçim" başlıqlı video yayımladığı üçün silinib. #İran
2191Loading...
24
Beynəlxalq Atom Enerjisi Agentliyi: “İranın ümumi zənginləşdirilmiş uran ehtiyatları JCPOA-da nəzərdə tutulan limitin 30 qatına çatıb”. #İran
2140Loading...
25
Naser Kənani: İranın Azərbaycanla münasibətləri yaxşı istiqamətdədir İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani keçirdiyi mətbuat konfransında bu ölkə ilə Azərbaycan Respublikası arasındakı əlaqələr haqqında danışıb: “İranın Azərbaycanla əlaqələri yaxşı yoldadır. Azərbaycan Respublikasının İrandakı səfirliyinin fəaliyyətinin bərpası məsələsi iki ölkə arasında əməkdaşlıq və əlaqələrin inkişafında razılaşdırılmış məsələlərdən biri olub. Biz ümid edirik ki, bu məsələ birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək”. #İran #Azerbaycan
2210Loading...
26
“Milli fəalların məhkəmələri açıq və şəffaf keçirilməlidir” aksiyasına daha bir milli fəal qoşulub. Bu dəfə milli fəal Cavad Zəkəri siyasi məhbus olan həmfikirlərinə dəstək olduğunu açıq şəkildə bildirib. Sözügedən məsələni Güney Azərbaycan Milli Hərəkatının fəalı, keçmiş siyasi məhbus Yürüş Mehrəlibəyli ilk dəfə qaldırıb. #SiyasiMehbus #MilliFeal #aksiya #etiraz
2150Loading...
27
Təbrizin cümə imamı Ayətullah Məhəmməd Əli Haşimin vəfatından sonra Məhəmməd Məhəmmədian Təbrizin cümə imamı və dini fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi vəzifəsinə təyin oluna bilər.  #GuneyAzerbaycan #Tebriz
2020Loading...
28
“Milli fəalların məhkəmələri açıq və şəffaf keçirilməlidir” aksiyasına Azərbaycanın Quzeyi də dəstək verib. Bu dəfə Şahmar Abdullayev adlı şəxs siyasi məhbus olan həmfikirlərinə dəstək olduğunu açıq şəkildə bildirib. Sözügedən məsələni Güney Azərbaycan Milli Hərəkatının fəalı, keçmiş siyasi məhbus Yürüş Mehrəlibəyli ilk dəfə qaldırıb. #SiyasiMehbus #MilliFeal #aksiya #etiraz
2150Loading...
29
İran ilk dəfə Ukraynaya qarşı istifadə üçün Rusiyaya hava bombaları verib İran Ukraynaya hücumlar üçün Rusiya Federasiyasını ən son “Qaem-5” hava bombaları ilə təmin edib. Bu barədə “Bild” eksperti məlumat yayaraq, İranın “Qods Mohajer-6” pilotsuz təyyarəsinin mayın 26-da Kursk vilayətində düşməsinin qeydə alınmasına münasibət bildirib. Qeyd olunur ki, adı yuxarıda çəkilən pilotsuz təyyarə əvvəllər Rusiya–Ukrayna müharibəsində istifadə olunmayan “Qaem-5” hava bombasını daşıyıb. #Rusiya #İran #Ukrayna
2250Loading...
30
SEPAH-nin rusdilli Telegram kanalı növbəti dəfə qəribə yazı dərc edərək Azərbaycanı hədələyib: “Əgər bu sübut olunarsa, cavabımız sizin üçün çox ağır olacaq”. Yayılan şəkildə birinin hərbi geyimində Azərbaycan, digərinin isə İsrail bayraqları olan iki əsgər dağdan helikopter qəzasına baxır. Maraqlıdır ki, İsrail bayrağı daşıyan hərbçinin üzərində elektron döyüş texnikası kimi qurğular görünür. Həmçinin Azərbaycan bayrağını daşıyan hərbçinin qolunda İran bayrağının rəngləri olan bayraq görünür ki, bu da, çox güman ki, İran ordusundakı türkəsilli əsgərlərə aiddir. Görünən odur ki, rejim daxilində şübhələr və özünə inamsızlıq o həddə çatıb ki, İnqilab Keşikçiləri Korpusunun yüksəkrütbəli komandirləri artıq ölkənin rəsmi orqanlarının və hətta İran–Türkiyə hərbçilərinin açıqlamalarına inanmırlar. #İran #Azerbaycan #İsrail
2421Loading...
31
Təbriz şəhərində avtomobilin sürücüsü qəzadan sonra qaçmağa çalışarkən vətəndaşlardan biri onu saxlamağa çalışıb. #GuneyAzerbaycan
2441Loading...
32
Vətənimizin quzeyində bu gün 28 May – Müstəqillik Günüdür. Guney AZfront ailəsi olaraq quzeyli qardaş və bacılarımızı bugünkü ortaq bayramımız münasibətilə təbrik edirik! #musteqillikgunu
2480Loading...
33
​​“The Wall Street Journal” yazır ki, Bayden administrasiyası avropalı müttəfiqlərinə İranı nüvə proqramını inkişaf etdirdiyinə görə qınamaq planlarından əl çəkmələri üçün təzyiq edir. Qeyd olunur ki, Ağ Ev noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkiləri öncəsi Tehranla münasibətlərdə gərginliyin artmasının qarşısını almağa çalışır. #İran
2890Loading...
34
​​İranda kürd hüquq müdafiəçisi 21 il müddətinə azadlıqdan məhrum edilib İranın Kürdüstan əyalətinin Sənəndəc İnqilab Məhkəməsi kürd jurnalist və hüquq müdafiəçisi Jine Modarres Qorjini 21 il müddətinə azadlıqdan məhrum edib. O, “rejimi devirmək məqsədilə qeyri-qanuni qrup yaratmaqda” və “düşmən qruplar və ölkələrlə əməkdaşlıqda” ittiham olunub. #İran
2881Loading...
35
​​“İtaətkar bir şəxs hesab edilən Rəisi (İranın keçmiş prezidenti) əvvəlki prezidentlərdən fərqli olaraq, Xameneinin (İranın Ali Rəhbəri) xeyirxah lütfündə qalmağı bacardı. Xamenei və sərt xətt tərəfdarları, çox güman ki, tanınmış mötədilləri və islahatçıları seçkilərə buraxmaqdan çəkinəcəklər, çünki bu, onların Xameneinin varisliyi prosesinə nəzarətini zəiflədə bilər” (Foreign Policy). Türkiyə qəzetləri: bəlkə də İran prezidentinin ölümü hakimiyyət uğrunda daxili mübarizə ilə bağlıdır İranın Ali Rəhbərinin varisi haqqında #İran
2470Loading...
36
Tehran şəhərində bir nəfər yoxsulluq ucbatından özünü yandırıb. #İran
2310Loading...
37
Qazax kəndlərinin Azərbaycana verilməsinə etiraz edən bir neçə erməni bu dəfə Ermənistan–İran avtomobil yolunu bağlayıb. #İran #Ermenistan #Azerbaycan
2340Loading...
38
Bu gün İranda növbəti anti-Azərbaycan tədbiri keçirilib Şahed Universitetində “Azərbaycan və “sionist rejim” arasında münasibətlər və onun İranın milli təhlükəsizliyinə təsirinin araşdırılması” adlı dəyirmi masa təşkil edilib. Məlumata görə, tədbirdə İranın Azərbaycandakı keçmiş səfiri, hazırda ali rəhbərin Əsərlərinin Qorunması və Nəşri Fondunun beynəlxalq məsələlər şöbəsinin müdiri Möhsün Pakayin və milli təhlükəsizlik üzrə ekspert professor Məhəmməd Sadiq Qulami və Azərbaycan üzrə ekspert, İranda anti-Azərbaycan materialları dərc edən “Vətən yolu” jurnalının redaktoru Davud Dəştbani çıxış ediblər. #Azerbaycan #İran
2200Loading...
39
İranlılar BMT-nin qarşısında etiraz aksiyası keçirib: “Rəisinin anım mərasimi ləğv edilsin” ABŞ-də yaşayan bir qrup iranlı bu ölkənin Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyinin ofisi qarşısına toplaşaraq İbrahim Rəisi üçün mərasimin keçirilməsinə etiraz ediblər. Etirazçılar BMT-nin 79-cu Baş Assambleyasında İbrahim Rəisinin anım mərasiminin keçirilməsi ilə bağlı qərarın ləğv edilməsini tələb ediblər. Onlar bu mərasimin keçirilməsini İbrahim Rəisinin də üzv olduğu "Ölüm Komitəsi"nin qərarı ilə edam edilən 30 min siyasi məhbusa hörmətsizlik olduğunu deyiblər. Qeyd edək ki, mayın 30-da BMT-nin mənzil qərargahında mayın 19-da helikopter qəzasında həlak olan İbrahim Rəisinin anım günü keçiriləcək. #ReisiQeza
2310Loading...
Photo unavailableShow in Telegram
İranda bəndlərin 67%-dən çoxu su ilə doludur İrandaki mühüm bəndlərin vəziyyəti ilə bağlı son statistik məlumatlara əsasən, hazırda ölkə üzrə bəndlər 67%, 9 bənd isə tam və 100% doludur. #İran
Mostrar todo...
👏 1
Photo unavailableShow in Telegram
İran Yəmən dağlarında silah fabrikləri tikəcək 100 yəmənli mühəndis İranda İHA kursunu bitirdikdən sonra Yəmənə qayıdır. İran həmçinin Yəmən dağlarında fabriklər tikəcək və Yəmənə daha çox hərbi müşavir göndərəcək. #İran
Mostrar todo...
🖕 2💩 1
00:34
Video unavailableShow in Telegram
Güneyli məhbus Nərgiz Məhəmmədi Birləşmiş Millətlər Təşkilatına etiraz məktubu göndərib Həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi Birləşmiş Millətlər Təşkilatının İbrahim Rəisinin xatirəsinə anım mərasimi keçirmək planına etirazını bildirən məktub dərc edərək bu aksiyanın "İran xalqına qarşı edam və kütləvi qırğınların bayramı" olduğunu bildirib. Qeyd edək ki, mayın 30-da BMT-nin mənzil qərargahında mayın 19-da helikopter qəzasında həlak olan İbrahim Rəisinin anım günü keçiriləcək. #ReisiQeza
Mostrar todo...
👏 1
00:14
Video unavailableShow in Telegram
Bu gün milli və sosial təminat pensiyaçıları Kirmanşahda etiraz aksiyası keçiriblər. #GuneyAzerbaycan
Mostrar todo...
Photo unavailableShow in Telegram
Təbrizdə dördəm dünyaya gəlib Təbrizdəki Əl-Zəhra Tibb Təhsil Mərkəzində 32 yaşlı ana ilk doğuşunda dördəm dünyaya gətirib. Bu dördəmin üçü qız, biri oğlandır. #Tebriz
Mostrar todo...
7
Photo unavailableShow in Telegram
Asiya Futbol Konfederasiyası İran Federasiyasına məktub göndərərək, futboldakı korrupsiya işində təqsirləndirilən iki şəxsin, yəni liqanın yarışlar komitəsinin keçmiş rəhbəri Sohail Mehdi və Hakimlər Komitəsinin keçmiş rəhbəri Xodadad Əfşarianın adını çəkib. Asiya Futbol Konfederasiyası İran Federasiyasından baş vermiş hadisəni və bununla bağlı görülən tədbirləri izah etməyi tələb edib. #İran
Mostrar todo...
​​İran prezidentliyinə potensial namizəd nüvə sazişi üzrə danışıqlar aparan şəxs ola bilər   İran mətbuatı İranın Ali Rəhbərinin müşaviri Şamxaninin nüvə sazişi üzrə danışıqlar prosesinə qayıtması ilə bağlı məlumatlar yayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani mayın 27-də keçirdiyi mətbuat konfransında deyib ki, İran və ABŞ “nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı mesaj mübadiləsini davam etdirir”. O, Şamxaninin nüvə sazişi üzrə baş müzakirəçi təyin edilməsi ilə bağlı xəbərləri şərh etməyib. Kontr-admiral Əli Şamxani Rəisinin ölümündən əvvəl də İran prezidentliyinə potensial namizəd hesab olunurdu. 1997-2005-ci və 2013-2023-cü illərdə İranın müdafiə naziri vəzifəsində çalışıb. Ali Milli Təhlükəsizlik Şurasının katibi olub. 2023-cü ildən Şamxani Məqsəd Şurasının üzvü və İslam Respublikasının Ali Rəhbərinin müşaviridir. #İran
Mostrar todo...

Photo unavailableShow in Telegram
Avropa ölkələri SEPAH-ni terror təşkilatları siyahısına sala bilər Almaniya başda olmaqla bir sıra Avropa ölkələri SEPAH adının Avropa Birliyinin terror təşkilatları siyahısına daxil edilməsi üçün birliyə təzyiq edir. Bu barədə "Focus" saytı və Almaniyanın DPA xəbər agentliyi Avropa diplomatlarına istinadən məlumat yayıb: "Almaniyanın Avropa Birliyindəki nümayəndə heyətinin tələbi ilə Avropa Birliyi Şurasının Hüquq Xidməti 2023-cü ilin dekabrında Almaniyanın Düsseldorf şəhərində çıxarılan qərarın SEPAH-ni Avropa Birliyinin terrorçu siyahısına salmaq üçün əsas ola biləcəyini nəzərdən keçirib və təsdiqləyib". #İran #SEPAH
Mostrar todo...
👍 1