cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Guney AZfront

O taylı, bu taylı Azərbaycanımız!

Mostrar más
Publicaciones publicitarias
4 334
Suscriptores
-224 horas
-277 días
-12730 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Traktor tədarükünün azalması fermerlərin narazılığına səbəb olub Kənd Təsərrüfatının Mexanikləşdirilməsinin İnkişafı Başçısı: “70.000 nəfər traktor almaq üçün gözləyir və çatdırılma hamı üçün çətinləşib. Bu yığılmış tələb son illərdə təklifin azalması ilə artmışdır. Ölkədəki 600 min traktorun 55 faizi, 12 min kombaynının 60 faizi köhnəlib və dəyişdirilməlidir”. #İran
Mostrar todo...
BMT ekspertləri, o cümlədən İranda insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Cavid Rəhman İran rejimini siyasi məhbus Mahmud Mehrabinin edam hökmünü ləğv etməyə çağırır. Qeyd edək ki, 5 may tarixində İsfahanın Dəstgərd həbsxanasında saxlanılan Mahmud Mehrabi barəsində ölüm cəzası verilib. Məhkəmə hökmü Mehrabini “İnstagram-da yalan məlumatların geniş yayılmasında” ittiham etməklə əsaslandırıb. #İran #SiyasiMehbus
Mostrar todo...
Şahrud polis rəisi kiber polisin "qeyri-etik və vulqar məzmun yaymaq" iddiası ilə 56 Instagram səhifəsini sildiyini açıqlayıb. #İran
Mostrar todo...
Hökumət “Dövlət Qulluğunun İdarə Edilməsi haqqında” Qanunun 87-ci maddəsinə dəyişikliyi təsdiqləyib. Belə ki, hökumət işçilərinin iş vaxtını həftədə 44 saatdan 40 saata endirib.  #İran
Mostrar todo...
İranda işsizlik səviyyəsi 8,1%-ə enib Əmək Nazirliyi: “İran Statistika Mərkəzinin 2023-cü ildə verdiyi məlumata görə, bütün ölkədə işsizlik səviyyəsi 8,1%-ə çatıb ki, bu da son onilliklərdə ən aşağı işsizlik səviyyəsidir”. #İran
Mostrar todo...
Təbrizin Nəhənd bəndi daşdı Keçən il davamlı quraqlıq səbəbindən quruyan Nəhənd bəndi indi su bolluğundan daşmağa başlayıb.  Qeyd edək ki, Təbrizin şimalında yerləşən bu bənd Təbriz suyunun 15%-ni təmin edir. #GuneyAzerbaycan
Mostrar todo...
1
Əcnəbi məhbuslar İran həbsxanalarında özlərini hoteldəki kimi hiss edirlər Ədliyyə nazirinin müavini Əsgər Cəlalyani: “Ölkədə 8 min əcnəbi məhbusumuz var və onların bir çoxu ölkəmizdə yaxşı şərait olduğuna görə öz ölkələrinə getmək istəmir. Dustaqlarla söhbət edirdik, dedilər ki, sizin həbsxanalar hoteldir.  Biz əcnəbi məhkumlar üçün ən yaxşı şəraiti yaradırıq, amma bizi sağa-sola ittiham edirlər”. #İran
Mostrar todo...
Amerikanın düşmənlərinin adları açıqlandı: İran siyahıda üçüncü yerdədir Çin artıq dördüncü ildir ki, ABŞ-nin ən böyük düşmənidir və Amerika vətəndaşları Çini ölkələrinin ən böyük düşməni hesab edirlər. Bu, ABŞ-nin "Gallup" araşdırma təşkilatının sorğusunun nəticələrində bildirilib. Araşdırmanın nəticələrinə görə, amerikalıların 41%-i Çini ən böyük düşmən hesab edir və Çindən sonra Rusiya 26%-lə Amerikanın düşmənləri arasında ikinci yeri tutur. Sorğu nəticələrinə əsasən, ABŞ-nin düşmənləri sırasında İran üçüncü yerdə qərarlaşıb. Bildirilib ki, İranın ABŞ-yə qarşı düşmənçilik və təhlükə səviyyəsi 2023-cü illə müqayisədə artaraq 2%-dən 9%-ə çatıb və əvvəlki ildə 3-cü yerdə olan Şimali Koreyanın yerini tutub. #İran #Amerika
Mostrar todo...
👏 1
Soydaşımız, İsveç Əyalət Parlamentinin üzvü Aidə Kərimli “İlin ən başarılı debatçısı" ödülünü qazanıb 1990-cı ildən bəri - 2 yaşından İsveçdə yaşayan Aidə Kərimli Güney Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Anası Sulduzdan, atası isə Urmiyadandır. O, Avropa Şurasının əslən Güney azərbaycanlı olan ilk nümayəndəsidir və Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilginin qızıdır. #GuneyAzerbaycan
Mostrar todo...
❤‍🔥 2 1
Doktorantura pilləsində “Yaxşılığa Əmr Edib Pislikdən Çəkindirmə” ixtisası tədris olunacaq “Yaxşılığa Əmr Edib Pislikdən Çəkindirmə” Baxışının Bərpası Qərargahının sədri Mehran Səmədi magistratura və doktorantura pillələrində “Yaxşılığa Əmr Edib Pislikdən Çəkindirmə” ixtisasının tədris olunacağını bildirib: “Hicab və iffət məsələsi çox önəmlidir. Lakin unutmamalı olduğumuz digər sahələr də var. Həmin ixtisas üzrə dərsliklər hazırlanacaq. Mütəxəssis elmi heyətlərin üzvləri və bu sahəyə maraqları olanlar dərsliklərin hazırlanması üçün qərargahla əməkdaşlıq edə bilərlər”. Xatırladaq ki, Quranın çoxlu surələrində qeyd olunmuş “Yaxşılığa Əmr Edib Pislikdən Çəkindirmə” ifadəsi, əsasən, qadınlarıın azadlıqlarını məhdudlaşdırmaq üçün Allahın əmridir deyə istifadə olunur. #İran
Mostrar todo...
🤣 1