Dövlət Proqramı
Ir al canal en Telegram
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Mostrar más1 783
Suscriptores
-224 horas
+17 días
+630 días
Archivo de publicaciones
1 783
🇦🇿 Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin dünyaya göz açdığı gündür
Heydər Əliyev XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş fenomenal şəxsiyyətdir. O, təkcə öz ölkəsində deyil, bütün dünyada layiqli hörmət və nüfuz qazanmış görkəmli dövlət xadimidir.
Tariximizdə silinməz izlər qoyan, azərbaycanlı olması ilə ömür boyu fəxr edən Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad edirik. Heydər Əliyev azərbaycanlıların qəlbində daim yaşayacaq!
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #dövlətproqramı #10may #ümummillilider #HeydərƏliyev
1 783
🎓📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş məzunlarımızı tanıyaq!
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #məzun
1 783
9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə bütün veteranları və Azərbaycan xalqını təbrik edirik! Bütün dünya xalqları üçün əvəzsiz gün olan 9 May tarixində Azərbaycan xalqının misilsiz xidmətləri və fədakarlığı xüsusi əhəmiyyət kəsb edib.
Veteranlarımız ilə fəxr edir, həlak olan soydaşlarımızın xatirəsini ehtiramla yad edirik...
ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #dövlətproqramı #9may #faşizmüzərindəqələbəgünü
1 783
📢 10 may 2024-cü il tarixində “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı canlı məlumat sessiyası həyata keçiriləcək.
ℹ️ Qeyd edək ki, məlumat sessiyasında “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.
✅ Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək.
✍🏻Məlumat sessiyasına dair detallar:
Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili
Saat: 16:00
👉🏻QEYDİYYAT LİNKİ
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #məlumatsessiyası
1 783
ℹ️ 📈 Aprel ayı üzrə Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən cavablandırılan vətəndaş müraciətiləri.
2024-cü ilin aprel ayı üzrə Dövlət Proqramı İdarəetmə Qrupuna ümumilikdə 1037 müraciət daxil olub. Hər bir müraciət qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və cavablandırılıb.
#ElmVəTəhsilNazirliyi #EduAz #DPİQ #xaricdətəhsil #bakalavriat #magistratura #DövlətProqramı #dpiq #vətəndaşmüraciətləri
1 783
Elm və təhsil naziri Emin Əmrullayev Real TV-nin “Vacib sual” verilişində Dövlət Proqramı çərçivəsində xaricdə təhsilə dair sualları cavablandırıb.
https://youtu.be/0FjwsbrOTvg
1 783
+6
📚 Azərbaycan Dövlət Aqrar Universiteti və Ege Universiteti arasında birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində "Sinifdə məzun var" layihəsi start götürüb
👉🏻Daha ətraflı
1 783
+8
BMU-İNHA İDP üzrə Rəhbər Komitənin iclası keçirilib
Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) üzrə Rəhbər Komitənin növbəti iclası keçirilib.
Hər iki ölkədən Rəhbər Komitə üzvlərinin qatıldığı iclasa Koreya nümayəndələri onlayn qoşulub.
İclasda 2023-cü ilin maliyyə hesabatı, 2023/2024-cü tədris ili üzrə payız semestrinin akademik nəticələri, 2024-cü ildə baş tutacaq fəaliyyətlərin təqvimi, təkrar imtahan meyarlarının dəyişdirilməsi, proqram üzrə tədris planı və digər məsələlər müzakirəyə çıxarılıb. Gündəlikdə yer alan istiqamətlərlə bağlı elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova və digərləri çıxış ediblər. Müvafiq qərarların qəbul olunduğu iclasda bəzi məsələlərə və səsləndirilən təkliflərə qısa müddətdə yenidən baxılması razılaşdırlıb.
👉🏻ƏTRAFLI
1 783
🗓 3 may 2024-cü il tarixində "2022-2026 Dövlət Proqramı" çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinə dair canlı məlumat sessiyası baş tutacaq.
Qeyd edək ki, məlumat sessiyası Dövlət Proqramı İdarəetmə Qrupunun rəsmi Facebook hesabında canlı yayımlanacaq. Məlumat sessiyasında mütəxəssisimiz tərəfindən proqrama dair ətraflı məlumat verilərək və izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.
📌Məlumat sessiyasına dair detallar:
Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili;
Saat: 15.00;
Platforma: Dövlət Proqramı İdarəetmə Qrupunun rəsmi Facebook hesabı
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #məlumatsessiyası #canlıyayın
1 783
+3
ℹ️📚 "2019-2023 Dövlət Proqramı" doktorantının vebinarı baş tutub
26 Aprel 2024-cü il tarixində "2019-2023 Dövlət Proqramı" çərçivəsində Malayziyanın "University of Malaya" ali təhsil müəssisəsində humanitar və sosial ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Elçin Hüseynov, Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya Fakültəsi Elmi Cəmiyyətinin təşkilati dəstəyi ilə vebinar keçirmişdir. Vebinarda sosial elmlər üzrə keyfiyyət tədqiqatlarında “Grounded Theory” metodologiyasının istifadəsi haqqında məlumat verilmişdir və vebinar iştirakçılarıyla fikir mübadiləsi aparılmışdır.
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #doktorantura #vebinar
1 783
ℹ️ Dövlət Proqramı iştirakçısı BMT-nin Sammitində iştirak edib
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının “Columbia University” ali təhsil müəssisəsində “Beynəlxalq Təhsilin İnkişaf etdirilməsi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Günay Məmmədova Birləşmiş Millətlər Təşkilatının Qlobal Öhdəlik Sammitində iştirak edib.
DAHA ƏTRAFLI👇🏻
https://dp.edu.az/az/news/4752
1 783
❗️✍🏻 BMU-da TOPİK imtahanı keçirilib
Bakı Mühəndislik Universitetində (BMU) Koreya dili bacarıqlarının qiymətləndirilməsi üzrə 93-cü TOPİK (Test of Proficiency in Korean) imtahanı keçirilib. İmtahan Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və BMU ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) təşkilatçılığı ilə baş tutub.
👉🏻DAHA ƏTRAFLI
1 783
🎓📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş məzunlarımızı tanıyaq!
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #məzun
1 783
📚"Grounded Theory" metodologiyası mövzusunda vebinar
👥Vebinar "2019-2023 Dövlət Proqramı" çərçivəsində Malayziyanın "University of Malaya" ali təhsil müəssisəsində humanitar və sosial ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Elçin Hüseynov tərəfindən həyata keçiriləcəkdir.
ℹ️ Vebinara dair detallar:
Tarix: 26 aprel
Saat: 20:00
Platforma: Microsoft Teams platforması
İştirak etmək üçün link:
https://us06web.zoom.us/j/82730448654
1 783
📢 DİQQƏT!
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “2022-2026 Dövlət Proqramı”nın müvafiq seçim qaydasının 3.1-ci yarımbəndi, “2022-2026 Dövlət Proqramı” çərçivəsində daha öncə həyata keçirilmiş sənəd qəbulu tarixləri və proqram çərçivəsində seçiləcək namizədlərin vaxtında təhsil ölkəsində olması əsas götürülərək proqram iştirakçılarının seçimi barədə elan hər tədris ilinin başlanmasına azı 6 (altı) ay qalmış Nazirliyin rəsmi internet saytında verilir.
👉🏻ƏTRAFLI
1 783
📚✅ "2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Edinburgh" ali təhsil müəssisəsində "Dövlət siyasəti" ixtisası üzrə Magistratura səviyyəsində təhsil alan Cəvahir Ələkbərli Avropa parlamentində təşkil edilən "Level Up!" adlı gənclər forumunda Azərbaycanı təmsil edib.
👉🏻ƏTRAFLI
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #proqramiştirakçıları #tələbəninuğuru
1 783
📢25 aprel 2024-cü il tarixində “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı canlı məlumat sessiyası həyata keçiriləcək.
ℹ️ Qeyd edək ki, məlumat sessiyasında “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.
✅ Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək.
✍🏻Məlumat sessiyasına dair detallar:
Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili
Saat: 16:00
👉🏻QEYDİYYAT
1 783
+3
🏆🇦🇿 20-21 aprel 2024-cü il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “Robotex Türkiyə” Milli Cempionatında çıxış edən BMU-İNHA İDP tələbələrindən ibarət komandaları-“ROBOXIDE” (Mayis Əzizov, Mentor - Əli Həsənov; tələbələr: Alpər Qəhrəmanlı, Məhəmməd Qurbanzadə, Nicat Məlikli) və “A-MAZE” (Mentor - Elməddin Hüseynov; tələbələr: Nihad Məhərrəmov, Şahanə Mirəliyeva, Murad Kərimli, Yelmar Fərhadov, Elturan Əliyev) birinci yerin qalibi olub.
Dünyanın ən böyük robototexnika yarışması olan “Robotex”in yarımfinal mərhələsində böyük uğura imza atan “ROBOXIDE” “1 Kg-Lego Sumo” kateqoriyası, “A-MAZE” isə “Maze solving” (“Labirint həlli”) kateqoriyası üzrə ilk yeri tutub. Komandalara “Robotex Türkiyə” Milli Cempionatının sertifikatları təqdim olunub.
👉🏻Ətraflı
1 783
🎓📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş məzunlarımızı tanıyaq!
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #məzun
1 783
❗️📚✅ Dövlət Proqramı iştirakçısının elmi-tədqiqat nəticələri ABŞ Dövlət Departamentində dinlənilib
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatları "University of Michigan-Ann Arbor" ali təhsil müəssisəsində "Dövlət siyasəti" ixtisası üzrə Magistratura səviyyəsində təhsil alan Raul Məmmədov, ötən il bir neçə tələbə yoldaşları ilə ABŞ Dövlət Departamenti üçün tədqiqat aparmaq hüququnu qazanmışdı.
12 aprel, 2024-cü il tarixində Raul Məmmədov tələbə yoldaşlarından ibarət qrupa rəhbərlik edərək, paytaxt Vaşinqtonda yerləşən Dövlət Departamentində "Şərqi Avropada Lüstrasiya Siyasətin İnsan Haqlarına Təsiri” mövzusunda aparılan tədqiqatlarının nəticələri haqqında təqdimatla çıxış edib.
👉🏻ƏTRAFLI
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #proqramiştirakçıları #tələbəninuğuru
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
