ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Dövlət Proqramı

Dövlət Proqramı

الذهاب إلى القناة على Telegram

Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar

إظهار المزيد
1 746
المشتركون
-224 ساعات
-57 أيام
-1330 أيام
أرشيف المشاركات
📚✍🏻 Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın INHA Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair Ni
+2
📚✍🏻 Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın INHA Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair Niyyət məktubu imzalanıb. BMU-nun rektoru Yaqub Piriyev və INHA Universitetinin rəhbəri Cho Myong Voo tərəfindən imzalanan sənəd əlaqələrin gücləndirilməsi, eyni zamanda, hər iki tərəfin tələbələri üçün təhsil təcrübəsi və imkanlarını artırmaq məqsədi daşıyır. İmzalanma mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, nazirin müşaviri Nicat Məmmədli, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, eləcə də hər iki universitetin rəhbər şəxsləri iştirak ediblər. 👉🏻ƏTRAFLI

📚✍🏻 Böyük Britaniyanın “Warwick” Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında Bərpa olunan enerj
+4
📚✍🏻 Böyük Britaniyanın “Warwick” Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında Bərpa olunan enerji üzrə birgə İkili diplom proqramının həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr İngiltərədə Yay Məktəbinə cəlb olunublar 👉🏻Daha ətraflı

📚BMU-İNHA İDP tələbələri “Azərbaycan Günü” tədbirində təqdimatla çıxış ediblər Cənubi Koreya Respublikasının İNHA Universite
📚BMU-İNHA İDP tələbələri “Azərbaycan Günü” tədbirində təqdimatla çıxış ediblər Cənubi Koreya Respublikasının İNHA Universitetində Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Azərbaycan Günü” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Koreyadakı səfirliyimizin birgə əməkdaşlığı çərçivəsində baş tutan tədbirdə Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında birgə icra olunan ikili diplom proqramının (BMU - İNHA İkili Diplom Proqramı) tələbələri də iştirak ediblər. Daha ətraflı👇🏻 https://dp.edu.az/az/news/4796

"2022-2026 Dövlət Proqramı" çərçivəsində Türkiyə Respublikası "İstanbul Teknik Üniversitesi" ali təhsil müəssisəsində "Electr
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Türkiyə Respublikası "İstanbul Teknik Üniversitesi" ali təhsil müəssisəsində "Electronics and Communication Engineering (Elektronik və kommunikasiya mühəndisliyi)" ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan Nahid Qüdrətli 2023/2024-cü tədris ilinin yaz semestrini yüksək göstəricilərlə (“A” / “A”) başa vurmuşdur. Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik! #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #akademikuğur

📚🎓💬"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “Queen Mary University
📚🎓💬"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “Queen Mary University of London” ali təhsil müəssisəsində “İqtisadiyyat, maliyyə və idarəetmə” ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan Müjgan Bayramova “Azərbaycan müəllimi” qazetinə müsahibə verib Müsahibəni tam oxumaq üçün keçid edin. #ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #tələbəninfikri

🇦🇿 Bu gün Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür. Yaşasın Qalib Azərbaycan Ordusu! #ElmVəTəhsilNazirliy
🇦🇿 Bu gün Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür. Yaşasın Qalib Azərbaycan Ordusu! #ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #dövlətproqramı #26iyun #SilahlıQüvvələrGünü #Azərbaycan

✍🏻📚🎓 ADAU-EGE ikili diplom proqramının tələbəsi Ege Universitetindən birinciliklə məzun oldu 👉🏻ƏTRAFLI
+1
✍🏻📚🎓 ADAU-EGE ikili diplom proqramının tələbəsi Ege Universitetindən birinciliklə məzun oldu 👉🏻ƏTRAFLI

📚✍🏻 Azərbaycan Dövlət Pedaqoji Universitet və Corc Vaşinqton Universiteti arasında Niyyət Bəyannaməsi imzalanıb 👉🏻DAHA ƏT
+2
📚✍🏻 Azərbaycan Dövlət Pedaqoji Universitet və Corc Vaşinqton Universiteti arasında Niyyət Bəyannaməsi imzalanıb 👉🏻DAHA ƏTRAFLI

ℹ️ “2022-2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbulu yekunlaşıb “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssis
ℹ️ “2022-2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbulu yekunlaşıb “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üçün sənəd qəbulu başa çatıb. Dövlət Proqramına 16 ölkənin 103 ali təhsil müəssisəsi üzrə 835 namizəd müraciət edib. 209 nəfər bakalavriat, 626 nəfər isə magistratura səviyyəsi üzrə müraciət edib. 👉🏻Daha ətraflı

📚🎓 İyunun 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu universitetlə
+5
📚🎓 İyunun 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu universitetlərindən Corc Vaşinqton Universiteti (CVU) ilə birgə ikili diplom magistr proqramının üçüncü məzun buraxılışı keçirilib. Mərasimdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer və məktəbin professoru Kolin Qrin, habelə Elm və Təhsil Nazirliyinin və Dövlət Neft Fondunun məsul əməkdaşları, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri, ADPU və Corc Vaşinqton Universitetinin nümayəndələri və proqramın məzunları iştirak ediblər. 👉🏻Daha ətraflı

🎓📚 Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında birgə icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) il
+3
🎓📚 Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında birgə icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) ilk məzunları üçün Koreya (Cənubi) Respublikasında 2023/2024-cü tədris ili üzrə “Məzun Günü” təşkil edilib. 👉🏻Daha ətraflı

🎓📚 Ege Universitetində ADAU - Ege Universiteti ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirili
+6
🎓📚 Ege Universitetində ADAU - Ege Universiteti ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib 👉🏻Daha ətraflı

🕌🐑 Bu gün İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramıdır. Birlik, bərabərlik və qar
🕌🐑 Bu gün İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramıdır. Birlik, bərabərlik və qardaşlıq rəmzi olan bu bayramın hər evə sağlamlıq, əmin-amanlıq, xoşbəxtlik və bərəkət gətirməsi diləyi ilə Qurban Bayramınız mübarək olsun! Xalqımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirik! #ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #dövlətproqramı #qurbanbayramı

🇦🇿 Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. 15 İyun - Milli Qurtuluş Günü münasibətilə xalqımızı təbri
🇦🇿 Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. 15 İyun - Milli Qurtuluş Günü münasibətilə xalqımızı təbrik edirik! Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində böyük əhəmiyyəti olan 1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Ümummilli lider Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq. #ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #dövlətproqramı #15iyun #QurtuluşGünü #Azərbaycan

📢DİQQƏT! ℹ️ 2024–2025-ci tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına da
📢DİQQƏT! ℹ️ 2024–2025-ci tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbulunun müddəti uzadılıb. portal.edu.az üzərindən ərizəsini təsdiqləyə bilməyən namizədlər üçün sənəd qəbulu iyunun 20-dək davam edəcək. 👉🏻Daha ətraflı

📚🎓💬"2022-2026 Dövlət Proqramı" çərçivəsində Avstraliya İttifaqı "University of Sydney" ali təhsil müəssisəsində "Təhsilin
📚🎓💬"2022-2026 Dövlət Proqramı" çərçivəsində Avstraliya İttifaqı "University of Sydney" ali təhsil müəssisəsində "Təhsilin idarə edilməsi və liderlik” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Rəbiyyə Museyibzadə “Azərbaycan müəllimi” qazetinə müsahibə verib. 👉🏻DAHA ƏTRAFLI

📢 14 iyun 2024-cü il tarixində “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağl
📢 14 iyun 2024-cü il tarixində “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı məlumat sessiyası həyata keçiriləcək. ℹ️ Qeyd edək ki, məlumat sessiyasında “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq. ✅ Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək. ✍🏻Məlumat sessiyasına dair detallar: Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili Saat: 16:00 👉🏻QEYDİYYAT LİNKİ #ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #məlumatsessiyası

🅰️📚✍🏻 "2022-2026 Dövlət Proqramı" çərçivəsində Türkiyə Respublikası "Hacettepe University" ali təhsil müəssisəsində "İqtis
🅰️📚✍🏻 "2022-2026 Dövlət Proqramı" çərçivəsində Türkiyə Respublikası "Hacettepe University" ali təhsil müəssisəsində "İqtisadiyyat" ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Nurlan Paşayev 2023/2024 payız (qış) semestrini yüksək göstəricilərlə (“A” / “A+”) başa vurmuşdur. Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik! #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #akademikuğur

📚 ADAU - Ege Universiteti İkili diplom proqramının növbəti rəhbər komitə görüşü Ege Universitetində baş tutub 👉🏻Daha ətraf
📚 ADAU - Ege Universiteti İkili diplom proqramının növbəti rəhbər komitə görüşü Ege Universitetində baş tutub 👉🏻Daha ətraflı

​my.gov.az portalına təhsil məlumatları da inteqrasiya olunur! Vətəndaşlar təhsil haqqında elektron arayışlarını rəqəmsal portfel rolunu oynayan bu portaldan asanlıqla əldə edə bilərlər. Qeyd edək ki, my.gov.az portalında vətəndaşların bütün şəxsi məlumatları əks olunur.