Kapaz PFC
Ir al canal en Telegram
283
Suscriptores
Sin datos24 horas
-17 días
-130 días
Archivo de publicaciones
283
“Kəpəz” PFK-nın məlumatı ℹ️
“Kəpəz” PFK yeni baş məşqçisi ilə bağlı razılıq əldə edib. Klubumuz Azər Məmmədovla anlaşıb. 50 yaşlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Tərəflər arasında bağlanacaq müqavilə mövsümünün sonunadək qüvvədə olacaq.
Xatırladaq ki, Azər Məmmədov 2023-cü ildə də “Kəpəz”i çalışdırıb.
283
Təşəkkürlər, Məmməd Hüseynov🤚
Klubumuzla müqaviləsi başa çatan Məmməd Hüseynov komandamızı tərk edib. 2024-cü ilin yayında "Kəpəz"ə qoşulan 27 yaşlı qapıçı ötən mövsüm Misli Premyer Liqasında 7 matçda meydana çıxıb.
Klubumuz xidmətlərinə görə Məmməd Hüseynova təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.
283
Komandamızın heyətində Ryonosuke Ohorinin Misli Premyer Liqasının 15-ci turunda "Qəbələ"yə vurduğu qol bu mövsümün TOP-10 siyahısında yer alıb.
283
Təşəkkürlər, Rauf Hüseynli 🤚
Klubumuzla müqaviləsi başa çatan Rauf Hüseynli komandamızı tərk edib. 26 yaşlı müdafiəçi ötən mövsüm Ölkə çempionatı və kubokunda ümumilikdə 27 matçda meydana çıxıb və 6 qolla yadda qalıb.
Klubumuz xidmətlərinə görə Rauf Hüseynliyə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.
283
+2
🇦🇿 20 yaşlılardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışında iştirak edən komandamızın futbolçusu Şahnur İsmayılov
283
"Xəmsə"nin yaradıcısı Adil Məmmədovu vəfatının 7-cı ildönümündə dərin hörmət, sevgi və ehtiramla anırıq! 🥀
283
Təşəkkürlər, Azər Bağırov!🤝
Müqavilə müddəti başa çatan baş məşqçimiz Azər Bağırovla yeni anlaşma əldə olunmayıb. Mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulayırıq. Azər Bağırova klubumuzda çalışdığı müddətdə göstərdiyi əməyə və komandanın inkişafına verdiyi töhfəyə görə təşəkkür edirik.
283
Yolumuz davam edir 🤝
Klubumuz Əli Səmədovla müqaviləni yeniləyib. Komandanın kapitanı ilə 2 illik anlaşma imzalanıb. Əli Səmədov son mövsümdə 19 oyun keçirib.
283
Təbriklər, Məmməd Hüseynov 🎉
Bu gün komandamızın qapıçısı Məmməd Hüseynovun 27 yaşı tamam olur. "Kəpəz" kollektivinin adından futbolçumuzu təbrik edir, ona karyerasında uğurlar arzulayırıq.
Doğum günün mübarək, Məmməd!
283
🤝Klubumuz daha bir futbolçu ilə müqaviləni yeniləyib. "Sarı-göylər" Rəhman Hacıyevlə 1+1 illik anlaşma imzalayıb. Cinah yarımmüdafiəçisi bu ilin yanvarında komandamıza qoşulub. Hacıyev geridə qoyduğumuz mövsümdə 16 oyuna 2 qol vurub.
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
