285
订阅者
无数据24 小时
+27 天
+230 天
帖子存档
285
Komandamızın heyətində Ryonosuke Ohorinin Misli Premyer Liqasının 15-ci turunda "Qəbələ"yə vurduğu qol bu mövsümün TOP-10 siyahısında yer alıb.
285
Təşəkkürlər, Rauf Hüseynli 🤚
Klubumuzla müqaviləsi başa çatan Rauf Hüseynli komandamızı tərk edib. 26 yaşlı müdafiəçi ötən mövsüm Ölkə çempionatı və kubokunda ümumilikdə 27 matçda meydana çıxıb və 6 qolla yadda qalıb.
Klubumuz xidmətlərinə görə Rauf Hüseynliyə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.
285
+2
🇦🇿 20 yaşlılardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışında iştirak edən komandamızın futbolçusu Şahnur İsmayılov
285
"Xəmsə"nin yaradıcısı Adil Məmmədovu vəfatının 7-cı ildönümündə dərin hörmət, sevgi və ehtiramla anırıq! 🥀
285
Təşəkkürlər, Azər Bağırov!🤝
Müqavilə müddəti başa çatan baş məşqçimiz Azər Bağırovla yeni anlaşma əldə olunmayıb. Mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulayırıq. Azər Bağırova klubumuzda çalışdığı müddətdə göstərdiyi əməyə və komandanın inkişafına verdiyi töhfəyə görə təşəkkür edirik.
285
Yolumuz davam edir 🤝
Klubumuz Əli Səmədovla müqaviləni yeniləyib. Komandanın kapitanı ilə 2 illik anlaşma imzalanıb. Əli Səmədov son mövsümdə 19 oyun keçirib.
285
Təbriklər, Məmməd Hüseynov 🎉
Bu gün komandamızın qapıçısı Məmməd Hüseynovun 27 yaşı tamam olur. "Kəpəz" kollektivinin adından futbolçumuzu təbrik edir, ona karyerasında uğurlar arzulayırıq.
Doğum günün mübarək, Məmməd!
285
🤝Klubumuz daha bir futbolçu ilə müqaviləni yeniləyib. "Sarı-göylər" Rəhman Hacıyevlə 1+1 illik anlaşma imzalayıb. Cinah yarımmüdafiəçisi bu ilin yanvarında komandamıza qoşulub. Hacıyev geridə qoyduğumuz mövsümdə 16 oyuna 2 qol vurub.
285
⚽️ Kəpəz Futbol Akademiyası seçimlərə başlayır!
2026–2027-ci illər mövsümü üçün akademiyamız yeni futbolçu seçimlərinə start verir. Klubumuz aşağıdakı yaş qrupları üzrə seleksiya məşqlərinə iştirakçı qəbul edir:
👦 Oğlanlar:
2012–2020-ci il təvəllüdlü (6–14 yaş)
👧 Qızlar:
2015–2017-ci il təvəllüdlü (9–11 yaş)
📅 Seçim tarixləri: 6 və 7 iyun
🕙 Başlama saatı: 10:00
📍 Məkan: Klubumuzun Məşq Mərkəzi
Seleksiya mərhələsini uğurla keçən iştirakçılar akademiyanın müvafiq yaş qrupu komandalarına qəbul olunacaqlar.
📞 Qeydiyyat üçün əlaqə nömrəsi: 051 872 13 15
⚽ Böyük futbola gedən yol “Kəpəz”dən başlayır!
285
+1
Premyer Liqada daha iki debüt
Akademiyamızın yetirmələri Ruslan Quliyev və Elgün Bayramov Azərbaycan Premyer Liqasının son turunda debüt ediblər. Ruslan Quliyev ilk oyununa 17 yaş 240 günlüyündə çıxıb. Elgün Bayramov isə Premyer Liqada debüt edərkən 23 yaş 81 günlük olub.
285
Komandamızın üzvü Şahnur İsmayılov 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə dəvət alıb. Komanda 2026-cı il mayın 25-dən iyunun 10-dək Qəbələ şəhərində təlim-məşq toplanışı keçirəcək.
285
Klubumuz Dioqo Verdaska ilə müqaviləni yeniləyib. Portuqaliyalı müdafiəçi ilə 2 illik anlaşma imzalanıb.
Dioqo son çempionatda 28 oyun keçirərək 1 qol vurub. Verdaska 2024-2025-ci il mövsümündə də "Kəpəz"in formasını geyinib.
285
Təbriklər, Azər Bağırov 🎉
Bu gün komandamızın baş məşqçisi Azər Bağırovun 45 yaşı tamam olur. “Kəpəz” kollektivinin adından təcrübəli mütəxəssisi təbrik edir, karyerasında uğurlar arzulayırıq.
Doğum gününüz mübarək!
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
