سفارت جمهوری اسلامی ایران - باکو
Ir al canal en Telegram
1 422
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
-130 días
Archivo de publicaciones
Bölgəmizin yadellilərin təhriki ilə xaosa sürüklənməsinə imkan verməyək
ABŞ-ın vitse-prezidenti C.D. Vensin son açıqlamaları və İrana qarşı həyata keçirilən “maksimum təzyiq” siyasəti çərçivəsində Azərbaycan Respublikasının adını açıq şəkildə hallandırması bir daha aydın şəkildə göstərir ki, özünü qlobal fövqəldövlət kimi təqdim edən bu rejim İran xalqının iradəsini qırmaq istiqamətində uğursuzluğa düçar olub. Məhz buna görə də hazırda əvvəlkindən daha çox İranla onun qonşuları arasında parçalanma və ixtilaf yaratmağa çalışır. Halbuki son aylarda sionist rejimi və bəzi Qərb mediası tərəfindən də buna bənzər addımların və açıqlamaların şahidi olmuşuq.
Görünür, belə parçalanma siyasətini hazırlayanlar mühüm bir tarixi həqiqəti unudurlar: İran və Azərbaycan Respublikasının siyasi sərhədlərinin hər iki tərəfində yaşayan xalqlar arasında əsrlər boyu – daha dəqiq desək, ABŞ-nin yaranma tarixindən qat-qat artıq – sıx sivilizasiya, mədəniyyət, din, dil və hətta ailə bağları mövcuddur. Belə olan halda sual yaranır: ABŞ və sionist rejimi İranla Azərbaycan Respublikası arasında münasibətlərdə gərginlik yaratmaqda nə üçün bu qədər maraqlıdır?
Cavab aydındır. ABŞ və sionist rejimi son illər ərzində müxtəlif vasitələrdən istifadə etməklə İran xalqına qarşı zalımca sanksiyalar tətbiq edib, siyasi və diplomatik təzyiqlər göstərib. Son bir il ərzində isə ən müasir və qabaqcıl hərbi silahlardan istifadə etməklə İranın mülki əhalisini hədəfə alıb, ölkənin iqtisadi infrastrukturuna zərər vurub. Lakin Uca Allahın lütfü ilə onlar başıuca İran xalqını məğlub edə bilməyiblər. Məhz buna görə də indi düşünürlər ki, İrana qarşı təzyiqləri daha da artırmaq, əlavə iqtisadi sanksiyalar tətbiq etmək, eləcə də İranla onun şimal qonşusu arasında ixtilaf və gərginlik yaratmaq yolu ilə öz məkrli məqsədlərinə nail ola bilərlər.
Şübhəsiz ki, onlar mühüm bir tarixi həqiqəti nəzərə almırlar: xalqları dərin sivilizasiya telləri ilə bağlı olan, ortaq şairləri, musiqisi, sözləri, din və məzhəbi, ortaq tarixi xatirələri olan və dünyada bənzəri olmayan qədim Novruz bayramını ən gözəl şəkildə qeyd edən iki ölkə minlərlə kilometr uzaqlıqdakı yad bir qüvvənin təhriki ilə necə bir-birinin qarşısında dayana bilər?
Bu bölgənin tarixini dərindən bilən hər kəs bilir ki, region xalqları arasındakı münasibətləri bəzi qərb siyasi dərsliklərində yazılmış standart meyarlarla qiymətləndirmək qeyri-mümkündür. Məhz elə buna görə də heç bir kənar qüvvə bir neçə əsassız cümlə, iddia və ya xəbər uydurması ilə iki millət arasında divar çəkə bilməz. Düşmənin iki xalq arasındakı qardaşlıq münasibətlərini məhv etməsinə imkan vermək olmaz.
Nəticə etibarilə, bölgənin xalqları və rəsmiləri, xüsusilə də İran və Azərbaycan Respublikası elə yüksək ayıq-sayıqlıq nümayiş etdirməlidirlər ki, düşmənlər tərəfindən səsləndirilən hər hansı fikir onların arasında dostluq münasibətlərinin pozulmasına, əsassız anlaşılmazlıqlara və bədbinliyə yol açmasın.
Bu gün, hər zamankından daha çox, belə bir sual verməliyik: İranla Azərbaycan Respublikası arasında fikir ayrılığından kim faydalanır?
Cavab birmənalıdır. Qonşular arasındakı düşmənçilikdən yalnız bu regiondan minlərlə kilometr uzaqda oturan və bölgə xalqlarının təhlükəsizliyini, sabitliyini və qarşılıqlı dostluğunu öz maraqları ilə ziddiyyətli görənlər faydalanacaqlar.
ABŞ və digər müdaxiləçi güclər natamam məlumatlar yaymaqla, təhrikedici bəyanatlar səsləndirməklə və şübhə mühiti formalaşdırmaqla İran və Azərbaycanı üz-üzə qoymağa, siyasi gərginlik yaratmaqla onları qarşıdurmaya sürükləməyə nə qədər çalışsalar da, yaxşı bilməlidirlər ki, iki qonşu, dost və qardaş ölkənin əsrlər boyu formalaşmış köklü ortaq dəyərlərini və sarsılmaz bağlarını heç vaxt bir gecədə məhv edə bilməzlər.
Buna görə də İran və Azərbaycan Respublikası yadelli müdaxiləçilərin fitnəkar bəyanatlarının təsirinə qətiyyən düşmədən, vaxtında və prinsipial reaksiya verməklə bölgədə hər hansı gərginlik və böhranın yaranmasının qarşısını almaq üçün kifayət qədər dərin mədəni, siyasi potensiala və tarixi rasionallığa malikdirlər.
Bölgəmizin yadellilərin təhriki ilə xaosa sürüklənməsinə imkan verməyək.
Tehran və Bakı tranzit və infrastruktur sahələrində əməkdaşlığın inkişaf etdirilməsini vurğulayıblar
İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan-İran Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı Azərbaycan-İran münasibətlərinin son vəziyyəti və iqtisadi əlaqələrin genişləndirilməsi yolları, xüsusilə tranzit, enerji və sərhəd infrastrukturu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.
Trampın əmri ilə toy sevinci qanli matəmə çevrildikdə;
Məlum olduğu kimi, ötən gecə İranın Hörmüzqan vilayətinin Sirik rayonunun Kuhestək qəsəbəsində keçirilən toy mərasimi ABŞ hərbçilərinin raket hücumu nəticəsində cinayət və qan səhnəsinə çevrilib. Bu cinayət nəticəsində azı dörd nəfər, o cümlədən dörd yaşlı bir uşaq həyatını itirib, onlarla insan isə yaralanıb. Hadisə yerindən yayılan görüntülərdə dağıdılmış bir ev, dağıntı və tələfat izləri, xəstəxanadan yayılan görüntülərdə isə yaralı qadın və uşaqlar əks olunub.
Görünən odur ki, cinayətkar Amerika rejimi günahsız mülki vətəndaşların qətlə yetirilməsində doyumsuz bir iştaha sahibdir və bu baxımdan uşaq qatili olan İsrail rejimini geridə qoymağa, adını dünya cinayətkarları siyahısının ilk sıralarında qeyd etdirməyə çalışır.
ABŞ hərbçilərinin ötən gecə İranın cənubundakı Sirikdə toy mərasiminə endirdiyi zərbə bu rejimin Minab məktəbi və Lamerd stadionu kimi qeyri-hərbi obyektləri hədəfə alan silsilə cinayətkar əməllərinin davamıdır. Buna görə də Sirik hadisəsini müharibədə sadəcə bir «əməliyyat səhvi» kimi qələmə vermək qeyri-mümkündür.
Minab məktəbinə hücum zamanı çox sayda şagird və mülki şəxs həyatını itirdi. Lamerddə isə bir idman komandasının üzvləri məşq zamanı son dərəcə məzlumcasına qətlə yetirilmişdilər; bu dəfə isə növbə Sirikə çatdı və ailə məclisinin keçirildiyi məkan ən müasir hərbi texnikanın hədəfinə çevrildi.
Son bir ildə Amerika və İsrailin beynəlxalq hüquq müdafiə təşkilatlarının sükutundan sui-istifadə edərək İrana qarşı səbəbsiz yerə müharibə başlatmasından asılı olmayaraq, şübhəsiz ki, hər bir müharibədə mülki şəxslər məhz mülki olaraq qalırlar və beynəlxalq humanitar hüquq da məhz onları müdafiə etmək və qorumaq üçün yaradılmışdır.
Humanitar hüququn ən təməl prinsiplərindən biri hərbi hədəflərlə qeyri-hərbi hədəflərin bir-birindən ayrılması prinsipidir; bu prinsip müharibə edən tərəfləri hərbi hədəflər ilə mülki əhali və əmlak arasında fərq qoymağa məcbur edir. Hücumlar yalnız hərbi hədəflərə yönəlməli, evlər, məktəblər, stadionlar və bu kimi digər qeyri-hərbi məkanlar isə qorunmalıdır.
Buna görə də məsələ təkcə döyüş meydanında kimin qalib gəlməsi deyil; məsələ müharibənin ortasında kimin bəşəriyyəti və insanlığı müdafiə etməsidir. Müasir dünyada bəzən «insan hüquqları» ifadəsi uca səslə səsləndirilir, bəzən isə elə həmin insan hüquqları yaralı uşaqların və onların yaslı ailələrinin şəkilləri qarşısında dərin sükuta qərq olur. Nəticə etibarilə, Avropadakı hər hansı bir uşağın həyatı nə qədər dəyərlidirsə, bir iranlı uşağın həyatı da məhz o qədər dəyərlidir.
Ona görə də əgər insan hüquqları həqiqətən də ümumbəşəridirsə, onun «şərqli» və «qərbli», «dost» və «düşmən» və ya «özgə» və «öz» kimi ayrı-seçkilikləri olmamalıdır. Dünya ictimaiyyətinin Birləşmiş Millətlər Təşkilatından haqlı olaraq sual vermək hüququ vardır: İnsan hüquqları yalnız qurban olan şəxs Amerikanın siyasi müttəfiqi olduqda mı hörmətə layiq görülür? İnsanların həyatının dəyəri onların başı üzərində dalğalanan bayrağa əsasənmi müəyyən edilir?
Əlirza Cəbbari,
İran İslam Respublikasının Bakıdakı səfirinin müavini
Tonight USA attacked a wedding in Sirik and turned it into a mourning...
We will seek revenge
«Yeni Müsavat»ın Azərbaycan Respublikasının media məkanında əsassız və parçalanma xarakterli iddialar yaymasına etiraz
