سفارت جمهوری اسلامی ایران - باکو
الذهاب إلى القناة على Telegram
1 422
المشتركون
-124 ساعات
-37 أيام
-130 أيام
أرشيف المشاركات
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi və Beynəlxalq məsələlər üzrə müavininin Bakıda keçirilən AQEM-in (CICA) VII Zirvə görüşündə iştirakı və çıxışı
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi və Beynəlxalq məsələlər üzrə müavini Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM / CICA) Bakıda keçirilən VII Zirvə görüşündə çıxış edərək, İranın təhlükəsizlik təhdidləri, eləcə də ABŞ və sionist rejiminin son təcavüzləri qarşısında mövqeyini izah etmiş, bu rejimin AQEM mexanizmindən xaric olunmasını tələb etmişdir. Həmçinin İran nümayəndə heyəti digər 13 ölkə ilə birlikdə əlaqələndirilmiş şəkildə sionist rejimin nümayəndəsinin çıxışı zamanı iclas zalını tərk etmişdir.
Cənab Kazım Qəribabadi İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi və Beynəlxalq məsələlər üzrə müavini qismində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə səfər etmişdir.
Zirvə görüşünün ümumi iclasının gedişində cənab Qəribabadinin başçılıq etdiyi İran İslam Respublikasının nümayəndə heyəti sionist rejimi başçısının iştirakı və çıxışına etiraz olaraq iclas zalını tərk etmişdir. Bu addım digər 13 ölkənin nümayəndə heyətləri tərəfindən də dəstəklənmişdir. Cənab Kazım Qəribabadi tədbirdəki rəsmi çıxışında bölgənin həssas təhlükəsizlik şəraitinə və BMT Nizamnaməsinə toxunaraq, İran İslam Respublikasının mövqeyini aşağıdakı kimi açıqlamışdır:
- İran xalqı son aylarda ABŞ və sionist rejimi tərəfindən qeyri-qanuni hərbi hücumların və suverenlik pozuntularının hədəfi olmuşdur. Mühüm infrastrukturun, Agentliyin nəzarəti altında olan dinc nüvə obyektlərinin hədəfə alınması, günahsız vətəndaşların və məktəblilərin şəhid edilməsi beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır. İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünü müdafiə etmək üzrə hüququndan istifadə etmiş və istənilən təcavüzə qətiyyətli cavab verəcəkdir.
- Sionist rejimi Qərbi Asiyada əsas təhlükə mənbəyidir. AQEM-ə üzv olan ölkələrin bu cinayətlər qarşısında səssiz qalmayaraq bu rejimi AQEM mexanizmindən xaric etmək üçün tədbir görmələrinin vaxtı çatmışdır.
- Regiondankənar qüvvələrin iştirakı heç vaxt sabitlik gətirməmişdir. Fars körfəzinin və Hörmüz boğazının qorunması region ölkələrinin borcudur. Gəmiçilik təhlükəsizliyi sahil ölkələrinin təhlükəsizliyindən ayrı deyil və bunun praktiki həlli təcavüzlərə son qoyulması, dəniz blokadasının tamamilə ləğv edilməsi və İranın ərazi bütövlüyünə hörmət edilməsidir.
- İran İslam Respublikası qonşuları ilə ən yaxşı münasibətlər arzulayır, lakin gözləyir ki, heç bir ölkə İrana hücum etmək məqsədilə öz ərazisini təcavüzkarların ixtiyarına verməsin.
1992-ci ildə əsası qoyulmuş AQEM (CICA) mexanizminin İran İslam Respublikası da daxil olmaqla 28 üzvü var və onun yeddinci zirvə toplantısı Bakının ev sahibliyi ilə keçirilmişdir.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi və Beynəlxalq məsələlər üzrə müavininin Bakıda keçirilən AQEM-in (CICA) VII Zirvə görüşündə iştirakı və çıxışı
*İran nümayəndə heyəti İsrail rejimi prezidentinin çıxışına etiraz olaraq Bakıda CICA (AQEM) sammitinin zalını tərk edib*
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA / AQEM) Yeddinci Zirvə Görüşünə qatılan İran İslam Respublikasının nümayəndə heyəti, Bakıdakı ümumi iclas zamanı İsrail prezidenti İsxak Hersoqun çıxışı vaxtı etiraz əlaməti olaraq iclas zalını tərk edib. Qeyd etmək lazımdır ki, İran nümayəndə heyəti ilə yanaşı, digər 13 ölkənin təmsilçiləri də iclas zalını tərk ediblər.
Xatırladaq ki, sözügedən sammitdə CICA-nın 28 üzv ölkəsinin nümayəndəsi iştirak edirdi.
هیئت نمایندگی ایران در اعتراض به سخنرانی رئیس رژیم اسرائیل، سالن اجلاس سیکا در باکو را ترک کرد
هیئت نمایندگی جمهوری اسلامی ایران که در هفتمین اجلاس سران کنفرانس تعامل و اقدامات اعتمادساز در آسیا (CICA / AQEM) شرکت کرده بود، هنگام سخنرانی اسحاق هرتزوگ، رئیسجمهور رژیم اسرائیل، در نشست عمومی این اجلاس در باکو، در اعتراض به این سخنرانی، سالن اجلاس را ترک کرد.
شایان ذکر است که علاوه بر هیئت نمایندگی ایران، نمایندگان ۱۳ کشور دیگر نیز سالن اجلاس را ترک کردند.
یادآوری میشود که نمایندگان ۲۸ کشور عضو سیکا در این اجلاس حضور داشتند.
· "APA" İnformasiya Agentliyinin xəbər materialında irəli sürülmüş iddialara dair mətbuat cavabı
"APA" İnformasiya Agentliyinin baş direktoru Vüsalə Xanım Mahirqızı;
13 oktyabr 2026-cı il tarixində həmin agentlikdə "Azərbaycana qarşı ideoloji təxribat cəhdləri: Bəzi qüvvələr məktəbli forması bəhanəsi ilə ölkəmizin daxili işlərinə qarışır - TƏHLİL" başlıqlı material dərc olunduğu və bu yazıda İran İslam Respublikasının ünvanına uydurma, habelə əsassız iddia və ittihamlar səsləndirildiyi nəzərə alınaraq, səfirliyimiz etibarsız məlumatların tirajlanmasından, əsassız iddialardan və qərəzli təxribat xarakterli fikirlərdən təəssüf duyduğunu bildirir. Səfirlik ictimaiyyəti məlumatlandırmaq və ölkəmizin prinsipial mövqeyini bir daha bəyan etmək məqsədilə aşağıdakı məqamları diqqətə çatdırır:
· İran İslam Respublikasının prinsipial xarici siyasəti həmişə qarşılıqlı hörmət, yaxın qonşuluq və digər dövlətlərin milli suverenliyinə ehtiram üzərində qurulmuşdur. Azərbaycan Respublikası vətəndaşlarının hər hansı etirazını, aksiya və ya narazılığını İran İslam Respublikası ilə əlaqələndirmək tamamilə əsassız və həqiqətdən uzaqdır.
· Qeyri-obyektiv xəbərlərin yayılması və cari proseslərlə İran İslam Respublikası arasında süni bağlantılar yaratmağa cəhd göstərilməsi yalnız və yalnız iki ölkənin və ümumilikdə müsəlmanların düşmənlərinin maraqlarına xidmət edir. Həmin dairələr müsəlmanlar arasında nifaq salmağa, İslam ölkələrini zəiflətməyə çalışır və bu kimi yanaşmalar ikitərəfli münasibətlərdə lüzumsuz anlaşılmazlıqlara münbit zəmin yaradır.
İran İslam Respublikasının Bakıdakı Səfirliyi dövlətlərimiz arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayaraq, bu cür əsassız iddia və ittihamların səsləndirilməsindən çəkiniləcəyini gözləyir.
بیانیه مطبوعاتی سفارت جمهوری اسلامی ایران
در باکو به ادعاهای مطرحشده در گزارش خبری خبرگزاری آپا
خانم ووصاله ماهرقیزی
رئیس محترم خبرگزاری آپا
با عنایت به درج مطلبی در آن خبرگزاری در تاریخ 13 اکتبر 2026 تحت عنوان " پشتپرده تحریکات ایدئولوژیک علیه آذربایجان:چگونه موضوع پوشش مدارس به ابزار دخالت تبدیل شد؟" و طرح ادعاها و اتهاماتی بی اساس در خصوص جمهوری اسلامی ایران، این سفارت ضمن ابراز تأسف از نشر مطالب فاقد اعتبار، ادعاهای بی اساس و طرح مطالب تحریکآمیز و مغرضانه، موارد زیر را جهت روشنگری افکار عمومی و تبیین مواضع اصولی اعلام میدارد:
- سیاست اصولی جمهوری اسلامی ایران همواره بر پایه احترام متقابل، حسن همجواری و احترام به حاکمیت ملی دیگر کشورها بوده و نسبت دادن هرگونه تجمع، اعتراض یا نارضایتی شهروندان جمهوری آذربایجان به جمهوری اسلامی ایران، ادعایی بیاساس و عاری از حقیقت است.
- انتشار اخبار نادرست و تلاش برای ایجاد ارتباط ساختگی بین تحولات جاری و با جمهوری اسلامی ایران صرفاً در راستای منافع دشمنان دو کشور و مسلمانان بوده که درصدد ایجاد تفرقه و اختلاف بین مسلمانان و تضعیف کشورهای اسلامی بوده و زمینهساز سوءتفاهمهای بیدلیل در روابط دوجانبه میگردد.
سفارت جمهوری اسلامی ایران در باکو با تاکید بر لزوم توسعه روابط دوستانه، برادرانه و متکی بر احترام متقابل بین دو کشور انتظار دارد از طرح ادعاها و اتهامات بی اساس پرهیز شود.
بیانیه مطبوعاتی به ادعاهای مطرحشده در گزارش خبری خبرگزاری آپا
خانم ووصاله ماهرقیزی
رئیس محترم خبرگزاری آپا
با عنایت به درج مطلبی در آن خبرگزاری در تاریخ 13 اکتبر 2026 تحت عنوان " پشتپرده تحریکات ایدئولوژیک علیه آذربایجان:چگونه موضوع پوشش مدارس به ابزار دخالت تبدیل شد؟" و طرح ادعاها و اتهاماتی بی اساس در خصوص جمهوری اسلامی ایران، این سفارت ضمن ابراز تأسف از نشر مطالب فاقد اعتبار، ادعاهای بی اساس و طرح مطالب تحریکآمیز و مغرضانه، موارد زیر را جهت روشنگری افکار عمومی و تبیین مواضع اصولی اعلام میدارد:
- سیاست اصولی جمهوری اسلامی ایران همواره بر پایه احترام متقابل، حسن همجواری و احترام به حاکمیت ملی دیگر کشورها بوده و نسبت دادن هرگونه تجمع، اعتراض یا نارضایتی شهروندان جمهوری آذربایجان به جمهوری اسلامی ایران، ادعایی بیاساس و عاری از حقیقت است.
- انتشار اخبار نادرست و تلاش برای ایجاد ارتباط ساختگی بین تحولات جاری و با جمهوری اسلامی ایران صرفاً در راستای منافع دشمنان دو کشور و مسلمانان بوده که درصدد ایجاد تفرقه و اختلاف بین مسلمانان و تضعیف کشورهای اسلامی بوده و زمینهساز سوءتفاهمهای بیدلیل در روابط دوجانبه میگردد.
سفارت جمهوری اسلامی ایران در باکو با تاکید بر لزوم توسعه روابط دوستانه، برادرانه و متکی بر احترام متقابل بین دو کشور انتظار دارد از طرح ادعاها و اتهامات بی اساس پرهیز شود.
İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Azərbaycan Respublikasının Media və Yayım Şurasının bəyanatına dair mətbuat cavabı
İran İslam Respublikasının Bakıdakı Səfirliyi Azərbaycan Respublikasının Media və Yayım Şurasının bəyanatında yer alan və İran İslam Respublikası ilə Azərbaycan Respublikasındakı məktəblərdə hicab mövzusuna dair hadisələr arasında əlaqə olduğunu qeyd edən əsassız iddia və ittihamları qətiyyətlə rədd edir.
İran İslam Respublikasının Səfirliyi qonşu ölkələri Azərbaycan Respublikasında məktəblərdə geyim və hicabla bağlı cari məsələlərə cəlb etmək cəhdlərindən təəccübləndiyini bildirərək vurğulayır ki, İran İslam Respublikasının prinsipial siyasətinin əsasını qarşılıqlı hörmət, milli suverenliyə ehtiram, eləcə də dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi təşkil edir.
İran İslam Respublikasının Səfirliyi bu əsassız ittihamları rədd edərək, lazımsız gərginliklərin yaradılmasından çəkinməyin və iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsinin vacibliyini bir daha vurğulayır.
بیانیه مطبوعاتی سفارت جمهوری اسلامی ایران در باکو به بیانیه شورای رسانه و پخش
جمهوری آذربایجان در خصوص حجاب و پوشش در موسسات آموزشی جمهوری آذربایجان
سفارت جمهوری اسلامی ایران در باکو، ادعاها و اتهامات بی اساس مندرج در بیانیه شورای رسانه و پخش جمهوری آذربایجان در خصوص ارتباط جمهوری اسلامی ایران با تحولات مرتبط با موضوع حجاب در جمهوری آذربایجان را شدیداً رد مینماید.
سفارت جمهوری اسلامی ایران با ابراز تعجب از تلاشهای صورتگرفته برای کشاندن پای کشورهای همسایه به مسائل جاری در جمهوری آذربایجان در موضوعات مرتبط با پوشش و حجاب در مدارس تاکید مینماید که سیاست اصولی جمهوری اسلامی ایران مبتنی بر احترام متقابل، احترام به حاکمیت ملی و توسعه روابط دوستانه و برادرانه است.
سفارت جمهوری اسلامی ایران ضمن رد این اتهامات بی اساس، بر لزوم پرهیز از ایجاد تنشهای غیرضروری و تقویت روابط دوستانه، برادرانه و مبتنی بر احترام متقابل میان دو کشور تاکید می نماید.
· İranın daxili işlər naziri Azərbaycan Respublikasının fövqəladə hallar naziri ilə görüşüb
İranın daxili işlər naziri Azərbaycan Respublikasının fövqəladə hallar naziri ilə görüşündə təbii fəlakət və böhranların baş verdiyi bir bölgədə yerləşdiyimizi qeyd edərək, təbii fəlakətlərlə mübarizə sahəsində iki ölkə arasında rəsmi əməkdaşlıq sənədinin hazırlandığını və bunun praktiki olaraq həyata keçiriləcəyini bildirmişdir.
Cənab Mömini görüş zamanı iki ölkənin tarixi əlaqələrinə və müxtəlif sahələrdəki zəngin ortaq cəhətlərinə toxunaraq bildirmişdir: "Azərbaycan Respublikası İran İslam Respublikasının xarici siyasətində xüsusi prioritetə malikdir."
Daxili işlər naziri hər iki ölkədə daşqın və zəlzələ kimi ümumi təbii fəlakətlərin və böhranların mövcud olduğunu qeyd edərək, bütün səviyyələrdə qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulamışdır.
O, təbii fəlakətlərlə mübarizə sahəsində iki ölkə arasında rəsmi əməkdaşlıq sənədinin hazırlandığını və icra olunacağını bildirərək əlavə etmişdir: "Bizim 700 kilometrdən çox quru sərhədimiz var ki, bu da bütün səviyyələrdə qarşılıqlı əlaqələrimizin artırılmasını zəruri edir."
Cənab Mömini fövqəladə hallarla mübarizədə iki ölkə arasındakı münasibətlərin sistemli və planlı olmasının önəmini qeyd edərək bildirmişdir: "İki ölkə arasında qarşılıqlı Anlaşma Memorandumu imzalananadək biz elə indidən əməkdaşlığımıza və koordinasiyamıza başlaya bilərik. Təcrübə mübadiləsi və təlimlərin keçirilməsi ortaq əməkdaşlıq istiqamətlərindəndir."
Daxili işlər naziri koronavirus pandemiyası, zəlzələ və Xoy bölgəsindəki meşə yanğınları zamanı Azərbaycan Respublikasının göstərdiyi yardımlara, həmçinin Hirkan meşələrindəki yanğınların söndürülməsi ilə bağlı bu ölkənin ifadə etdiyi hazırlığa görə minnətdarlığını bildirərək qeyd etmişdir: "Biz hesab edirik ki, fəlakət zamanı qonşu hətta qardaşdan da daha vacib rol oynayır və siz bizim üçün məhz bu mövzunun bariz nümunəsisiniz."
Cənab Mömini, həmçinin xüsusilə Xəzər dənizi hövzəsində birgə təlimlərin keçirilməsini mühüm hesab etmiş və iki nazirlik arasında əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının fövqəladə hallar nazirini Tehrana dəvət etmişdir.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri də öz növbəsində görüşdə iki ölkənin ortaq sərhədlərinə toxunaraq, elmi sahədə əlaqələrin artırılmasının və qarşılıqlı maraq doğuran məsələlərin hüquqi bazalar üzərində irəlilədilməsinin vacibliyini vurğulamışdır. O, həmçinin qeyd etmişdir: "Fövqəladə hallarla daha səmərəli mübarizə aparmaq üçün iki ölkə arasında məlumat və təcrübə mübadiləsi çox faydalıdır və ümidvarıq ki, səfəriniz əməkdaşlığın canlanmasına və münasibətlərin inkişafına təkan verəcək."
Böhranların İdarə Olunması Təşkilatının sədri cənab Sacediniya görüş zamanı birgə təlimlər, süni intellekt, sosial media və peyk texnologiyalarından istifadə sahəsində əməkdaşlıq imkanlarına hazır olduqlarını bildirmişdir. Ərdəbil və Gilan əyalətlərinin valiləri də görüşdə öz fikir və təkliflərini səsləndirmişlər.
· İranın daxili işlər naziri Azərbaycan Respublikasının fövqəladə hallar naziri ilə görüşüb
Bakıya səfər edən İranın daxili işlər naziri iki ölkə arasında qarşılıqlı əlaqələrin və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayaraq, təhlükəsizlik və sərhəd sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, mütəşəkkil cinayətkarlıq və narkotik vasitələrə qarşı mübarizəni, eləcə də miqrasiya və gediş-gəlişlə bağlı məsələlərin tənzimlənməsini ikitərəfli danışıqların əsas prioritetləri kimi qiymətləndirmişdir.
İsgəndər Mömini Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazovun rəsmi qarşılanma mərasimi ilə Bakıya daxil oldu. Səfərin əvvəlində İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlərin qədim köklərə və sıx qohumluq-dostluq bağlarına malik olduğunu vurğulayan nazir bildirmişdir: "İki ölkənin zəngin mədəni, dini və tarixi ortaq cəhətləri mövcuddur, həmçinin uzun quru sərhədlərimiz var; İran İslam Respublikasının xarici siyasətinin əsas təməlini qonşuluq münasibətlərinə, habelə qonşu dövlətlərə və regiona verilən xüsusi önəm təşkil edir."
Azərbaycan Respublikası daxili işlər nazirinin rəsmi dəvəti ilə bu ölkəyə səfər edən Cənab Mömini əlavə etmişdir: "Qonşu dövlətlərlə əlaqələrin inkişafı İran İslam Respublikasının xarici siyasətinin başlıca prioritetlərindəndir və Azərbaycan Respublikası da İranın xarici siyasətində xüsusi mövqeyə malikdir. Təbii ki, bu səfər zamanı təhlükəsizlik məsələləri, sərhədlərdən gediş-gəliş, mütəşəkkil cinayətkarlıqla mübarizə, miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər gündəliyin əsas mövzularındandır."
İki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən nazir bildirmişdir: "Sərhədlərin etibarlı təhlükəsizliyi məhz sərhədin hər iki tərəfində yerləşən ölkələrin sıx təması, qarşılıqlı əməkdaşlığı və əlaqələndirilmiş fəaliyyətindən birbaşa asılıdır."
Nazir qeyd etmişdir ki, ikitərəfli, o cümlədən təhlükəsizlik və sərhəd münasibətlərinin daha da dərinləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının daxili işlər naziri, fövqəladə hallar naziri və digər rəsmi şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Səfər zamanı daxili işlər nazirini ölkənin Böhranların İdarə Olunması Təşkilatının sədri cənab Səcediniya, Ərdəbil əyalətinin valisi cənab İmami Yeqane, Gilan əyalətinin valisi cənab Haqqşünas, parlamentin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü cənab Rzazadə, nazirin müşaviri və İnformasiya Mərkəzinin rəhbəri cənab Xacenejad, həmçinin Daxili İşlər Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri və nazirin müşaviri cənab Cavahiri müşayiət edirlər.
· Daxili işlər naziri azərbaycanlı həmkarı ilə görüşündə: İran və Azərbaycan arasında təhlükəsizlik və sərhəd sahəsində əməkdaşlıq daha da genişləndirilir
· Azərbaycan-İran əlaqələrinin gələcək perspektivləri səfir cənab Dəmirçilu ilə XİN rəhbəri cənab Əraqçinin görüşündə müzakirə edilib
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri xarici işlər naziri ilə görüşündə iki ölkə arasında baş verən cari prosesləri, habelə əlaqələrin gücləndirilməsi yollarını müzakirə etmişdir.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu çərşənbə axşamı, oktyabrın 6-da xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşərək Tehran və Bakı arasındakı münasibətlərin son vəziyyətini və qarşıdakı perspektivləri nəzərdən keçirmişdir.
Görüş zamanı ikitərəfli münasibətlərə dair ən son proseslər təhlil olunmuş, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial, eləcə də iki ölkə arasında qarşılıqlı əlaqələrin və müntəzəm məsləhətləşmələrin gücləndirilməsi yolları ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
رد_ادعاها_و_اتهامات_بی_اساس_انجمن_ملی_سازمان_های_مردم_نهاد_جمهوری.docx0.14 KB
Azərbaycan Respublikası Milli Qeyri-Hökumət Təşkilatları Forumunun əsassız iddia və ittihamlarının İran İslam Respublikasının Bakıdakı Səfirliyi tərəfindən qətiyyətlə rədd edilməsi
Daxili işlər naziri: İran və Azərbaycan Respublikası arasında iki əməkdaşlıq sənədi hazırlanacaq
Daxili işlər naziri: İran və Azərbaycan Respublikası arasında iki əməkdaşlıq sənədi hazırlanacaq
İranın daxili işlər naziri İran və Azərbaycan Respublikası arasında iki əməkdaşlıq sənədinin hazırlanması barədə razılıq əldə olunduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti ilə görüşdə iki ölkə prezidentlərinin əldə etdiyi razılaşmaların həyata keçirilməsi mexanizmləri və ikitərəfli əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub.
Bakıda səfərdə olan İskəndər Mömini İlham Əliyevlə görüşdən sonra bildirib: Görüşdə İran və Azərbaycan Respublikası prezidentlərinin Türkmənistanda keçirilən görüşü zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi müzakirə edilib. Azərbaycan Respublikasının Prezidenti bu razılaşmaların icrası ilə bağlı müvafiq göstərişlər verib. Həmçinin razılaşmaların icrasına nəzarət edəcək məsul şəxslər müəyyənləşdirilib.
İskəndər Mömini İranın Daxili İşlər Nazirliyi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq bildirib: Təxminən on il ərzində iki ölkə arasında daxili işlər nazirləri səviyyəsində qarşılıqlı səfərlər və ikitərəfli təmaslar olmayıb. Nəticədə, araşdırılması və müzakirə edilməsi üçün çoxsaylı məsələlər toplanıb.
İranın daxili işlər naziri əlavə edib: Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti əməkdaşlığın gücləndirilməsi üçün bu ölkənin daxili işlər nazirinə və fövqəladə hallar nazirinə müvafiq göstərişlər verib.
Tehran və Bakı arasında münasibətlərin genişləndirilməsinin zəruriliyini vurğulayan Mömini bildirib: İki ölkənin münasibətlərinin inkişafı üçün heç bir məhdudiyyət yoxdur və bütün sahələrdə əməkdaşlıq imkan daxilində genişləndirilməlidir.
O, həmçinin iki əməkdaşlıq sənədinin hazırlanmasının nəzərdə tutulduğunu bildirərək deyib: Sənədlərdən biri İranın Daxili İşlər Nazirliyi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, digəri isə İranın Daxili İşlər Nazirliyi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında hazırlanacaq. Bununla da tərəflər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi hədəflənir
