Ormilitarism
Ir al canal en Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Mostrar más7 132
Suscriptores
-624 horas
-57 días
-7130 días
Archivo de publicaciones
7 132
Çin ilk dəfə təkrar istifadə oluna bilən raketin uğurlu enişini həyata keçirib.
Sınaqlar Qobi səhrasında yerləşən poliqonda keçirilib. Raket təxminən 150 km hündürlüyə qalxdıqdan sonra əvvəlcədən müəyyən edilmiş nöqtəyə uğurla geri qayıdıb.
Çin bu cür sınaq keçirən ABŞdan sonra ikinci ölkədir.
Raketlərin təkrar istifadəsi texnologiyası buraxılış xərclərini əhəmiyyətli dərəcədə azaldır.
7 132
İraq, İran tərəfindən dəstəklənən silahlı qruplara dollar axınını dayandırmağa razılaşıb.
Tramp administrasiyası isə bunun qarşılığında dörd aylıq fasilədən sonra Bağdada ABŞ dolları göndərişlərini yenidən bərpa edib.
7 132
6 iyuldan 10 iyula qədər Ukrayna tərəfinfən Krım ətrafında 50 müxtəlif təyinatlı mülki gəmiyə zərbə endirilib.
7 132
Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Fars körfəzi ölkələrindən birinə satıb.
Bu barədə "Hurriyet" nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, sövdələşmə bu gün rəsmi şəkildə elan ediləcək.
7 132
Azərbaycan XİN-nin çağırışından sonra İsrail hökuməti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı rəsmi prosedurları dondurub.
7 132
İranın sahə komandiri mediaya müsahibəsində:
“Əgər kürd qrupları ABŞ və İsrailin dəstəyi ilə İranın suverenliyinə müdaxilə etməyə cəhd etsələr, biz onları təkcə geri çəkilməyə məcbur etməyəcəyik — həm də bir neçə kilometrlik təhlükəsizlik zonası yaradacağıq.”
7 132
İddialara görə, İran Ordusu və SEPAH-ın minlərlə döyüşçü və xüsusi təyinatlı qüvvəsi hazırda İraqın şimalı ilə sərhəd boyunca yerləşdirilib. Eyni zamanda, İran Silahlı Qüvvələri İraq Kürdüstanı ilə sərhəddə qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
7 132
+1
İranın MiQ-29 qırıcı təyyarələri, Xamenei və ailəsini daşıyan təyyarəni Məşhəd hava limanına qədər müşayiət edir.
7 132
+1
Rusiya Su-35S qırıcısını itirib. Qırıcı pilotu uğurla katapult edərək xilas olub.
Məlumata görə, təyyarə Ukraynaya məxsus F-16 tərəfindən, Patriot zenit-raket kompleksi ilə koordinasiyalı şəkildə vurulub.
7 132
İran Silahlı Qüvvələri bildirir ki, ABŞ-ın dünən Bandar Abbas və Buşehrdəki hərbi obyektlərə endirdiyi zərbələr nəticəsində İran İslam Respublikasının Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ümumilikdə səkkiz hərbçi həlak olub.
7 132
+1
Bandar Abbas hava limanının bir qədər şimalında yerləşən 27.25117, 56.38984 koordinatlarında NASA FIRMS-dən yanğın izi görünür. Bu bir obyektin ABŞ zərbələrinin hədəfi olduğu göstərir.
2025-ci ilə aid Google Earth peyk görüntüləri göstərir ki, həmin ərazi S-200 zenit-raket kompleksi mövqeyi kimi istifadə olunub və burada bir neçə müşahidə radarı yerləşib.
