7 303
订阅者
无数据24 小时
-307 天
-7430 天
帖子存档
7 303
USS Canberra (LCS-30) ABŞ Hərbi Dəniz Qüvvələrinin sahilə yaxın əməliyyatlar üçün nəzərdə tutulmuş yüngül döyüş gəmisidir.
7 303
USS Canberra (LCS-30) gəmisinə xəbərdarlıq məqsədilə iki ədəd anti-gəmi ballistik raket atılıb.
7 303
+1
İranın İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında (İranın Kuh Mobarak bölgəsindən BƏƏ-nin Füceyrə şəhərinin cənubuna qədər) yeni müəyyən edilmiş zonanı göstərən xəritə yayıb.
7 303
CENTCOM:
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir gəmi vurulmayıb. ABŞ qüvvələri “Project Freedom”əməliyyatını dəstəkləyir və İran limanlarına qarşı dəniz blokadasını icra edir.
7 303
+1
Peyk görüntüləri son Qeşm adası yaxınlığında 40-dan çox SEPAHa məxsus sürətli katerinin düzülüş halında hərəkət etdiyini görüntüləyib.
7 303
Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ qoşunlarının ixtisarının gözlənilən olduğunu və Avropanı daha fəal olmağa təşviq etməli olduğunu bildirib.
7 303
Hörmüz boğazında təhlükəsiz keçidi təmin etməyə çalışan ABŞ Hərbi gəmisinin SEPAH tərəfindən vurulduğu qeyd edilir.
7 303
ABŞ bu gündən Hörmüzü keçmək istəyən gəmilərə bələdçilik edəcəyini açıqlamışdı.
Bundan sonra İran tərəfi hərəkətdə olan gəmilərə raket zərbəsi endirib.
7 303
Avropanın yüksələn ulduzu Polşa. Mənə elə gəlirki bütün Avropanın qeyrətini elə Polşa özü çəkəcək.
7 303
Baltik ölkələrinə hər hansısa quru hücumu Rusiya üçün qurulmuş bir tələdir. NATO boşuna Finlandiyanı özünə qəbul etmədi tez tələsik.
7 303
O, 2026-cı ili “imkan pəncərəsi” kimi xarakterizə edir və hesab edir ki, məhz indi Ukraynanın müttəfiqlərinə qarşı hücumlar həyata keçirilməlidir. Çünki onun fikrincə Rusiya Avropa üzrə genişmiqyaslı raket zərbələri endirərək Ukraynanın müharibə səylərini dəstəkləyən zavodları və hərbi bazaları hədəfə ala bilər. İndiki vaxtda ABŞında Avropaya dəstək verməyəcəyinə güvənə bilər.
Böyük Britaniya kralı Çarlzın ABŞ-a səfərini və Konqresdə çıxışını misal gətirərək qeyd edir ki, noyabrdan sonra Tramp Ukrayna ilə bağlı sülh prosesinə təsir imkanlarını itirib və Respublikaçıların məğlubiyyətindən sonra onun ümumiyyətlə bu məsələdən uzaqlaşacağı ehtimal olunur.
Rusiya iqtisadiyyatı hazırda müharibə yükünü maksimum səviyyədə daşıyır və bunu “güclü büdcənin son ili” kimi qiymətləndirir. Demək olar ki, hər gün vurulan Ukrayna dronlarının qalıqları Rusiya ərazisindəki neft emalı zavodlarına, sursat istehsalı müəssisələrinə və digər strateji obyektlərə düşür.
Cəbhədə Rusiya qüvvələri müəyyən təzyiq yaratsa da, hər kilometr uğrunda ağır döyüşlər gedir. Eyni zamanda sanksiyaların çoxluğu, ixracata zərbələr və “kölgə donanması” kimi mexanizmlər səbəbindən Rusiya büdcəsinin xarici amillərdən asılılığı artır və bu vəziyyətin 2027-ci ilə qədər davam etməsi çətin görünür.
Avropa hələ tam hazır olmadan hərəkət etmək lazımdır.
Polşa, Böyük Britaniya, Fransa və Almaniyada 2030-cu ilə qədər Rusiya ilə münaqişəyə hazırlaşmaq çağırışları artır və bu ölkələrdə müdafiə sistemi ilə hərbi-sənaye kompleksi bu istiqamətdə yenidən qurulmağa başlayıb.
Avropa hələ də Rusiya ilə uzunmüddətli və genişmiqyaslı konvensional müharibəyə hazır deyil. Çünki hərbi-sənaye kompleksi tam müharibə rejiminə keçməyib, səfərbərlik qərarları təxirə salınıb və cəmiyyət psixoloji baxımdan belə bir qarşıdurmaya hazır vəziyyətdə deyil.
Onun fikrincə nüvə çəkindirmə mexanizmi mövcud olsa da, Avropa siyasi elitaları üçün nüvə qarşıdurmasına keçid hələ də qəbuledilməz hesab olunur və bu da Rusiyaya müəyyən manevr imkanı yaradır.
Ukrayna münaqişəsində qələbə əldə etmək üçün Rusiyanın vaxtı məhdudlaşır.
Jivov İranın təcrübəsini nümunə göstərərək deyir ki, İran üçüncü ölkələrdə düşmənin maraqlarına zərbələr endirməklə, proxy qüvvələrdən istifadə etməklə və nəzarətli eskalasiya yolu ilə daha güclü rəqibləri belə öz “qırmızı xətləri”ni nəzərə almağa məcbur edib.
Jivovun fikrincə bu yanaşma Avropa İttifaqı ilə birbaşa müharibə kimi təqdim olunmur, əksinə Ukraynanın maraqlarına xidmət edən “qanuni hədəflərin” məhv edilməsi kimi əsaslandırılır və o bildirir ki, Ukrayna üçün dron və raket istehsalı getdikcə daha çox Avropaya köçürülür, eyni zamanda elektronika və digər silah komponentləri də burada hazırlanır.
Bundan sonra Ukraynanın enerji sistemi, internet və bank xidmətləri ciddi şəkildə məhdudlaşdırılmalı, nəqliyyat və mərkəzi logistika sistemi iflic edilməli, liman infrastrukturu isə tam şəkildə sıradan çıxarılmalıdır. Yalnız bu addımlardan sonra cəbhədə real dəyişikliklər baş verə bilər.
Rusiya İran kimi bəyan edə bilər ki, Avropa ölkələri ilə müharibə aparmır.
Aİ ilə NATO daxilində qərarvermə prosesi yavaşdır, üstəlik Rusiyanın nüvə silahına malik olması əlavə çəkindirici rol oynayır.
Noyabra qədər vəziyyəti kəskinləşdirmək və Avropanı 2028–2030-cu illərdə Rusiya ilə birbaşa qarşıdurma kursundan imtina etməyə məcbur etmək hələ mümkündür, lakin, Moskva nə qədər passiv davransa, qarşı tərəf bir o qədər daha cəsarətli və sistemli hərəkət edəcək.
Uzaqmənzilli zərbələrlə paralel olaraq Rusiya özü də sənaye, iqtisadiyyat, dövlət idarəçiliyi və ictimai rəy səviyyəsində tam hərbi səfərbərlik vəziyyətinə keçməlidir ki, qarşı tərəf Rusiyanın “bütün gücü ilə” cavab verməyə hazır olduğuna şübhə etməsin.
7 303
Bloqer Aleksey Jivov bildirir ki, Avropaya hücum etmək üçün indiki vaxtdan daha uyğun bir dövr olmayacaq. Onun fikrincə Ukraynada qələbə perspektivi getdikcə zəiflədiyi üçün Rusiya İranın istifadə etdiyi yanaşmaya bənzər şəkildə Ukraynaya dəstək verən Avropadakı bütün obyektlərə zərbələr endirməlidir.
7 303
Bu hücum hazırda real hesab olunur. Bunun bir neçə əsas səbəbi göstərilir.
Bu yanaşmaya görə vəziyyət ən azı üç əsas arqument üzərində qurulub :
Birinci və ən vacib səbəb ondan ibarətdir ki, Rusiya faktiki olaraq ciddi risklə üzləşmir. Baltik ölkələrinin işğalı ilə bağlı hadisələr hansı istiqamətdə inkişaf etsə də, Rusiya üçün vəziyyətin daha da pisləşməsi ehtimalı aşağı qiymətləndirilir. Sanksiyalar artıq tətbiq olunub və əlavə təzyiq imkanları məhduddur. Avropa ölkələri artıq Rusiyadan neft və qaz almır. Eyni zamanda Ukraynaya silah tədarükü də davam edir. Yəni mövcud təzyiq mexanizmləri artıq işlək vəziyyətdədir və yeni, daha ağır tədbirlərin tətbiqi çətin görünür. Hərbi baxımdan da oxşar məntiq var. Rusiyanın nüvə silahına malik olması əsas amil kimi göstərilir. Bu arqumentə görə, əgər Rusiya Baltik ölkələrini və ya onların müəyyən hissəsini işğal etsə, nüvə faktoruna görə heç bir ölkə onu birbaşa hərbi yolla oradan çıxarmağa cəhd etməyəcək. Digər tərəfdən, əgər Rusiya belə bir münaqişədə uğur qazana bilməsə, bu halda da öz ərazisini itirmə riski yoxdur. Sadəcə geri çəkilərək öz sərhədlərinə qayıdacaq. NATO-nun isə eyni nüvə səbəbindən Rusiya ərazisinə daxil olmayacağı düşünülür. Bu məntiq çərçivəsində sual yaranır: əgər risklər bu qədər məhduddursa, niyə belə bir addım atılmasın?
İkinci
səbəb müharibənin daha geniş məqsədləri ilə bağlıdır. Rusiyanın hədəfləri yalnız Baltik ölkələrinin işğalı ilə məhdudlaşmır. Əsas strateji məqsəd NATO-nu və Avropa İttifaqını zəiflətmək, hətta mümkün olarsa, onları parçalamaqdır. Bu baxımdan Baltik regionunda əldə ediləcək istənilən ərazi uğuru strateji qələbə kimi təqdim oluna bilər. Hətta Rusiya Vilnüs və ya Tallin kimi paytaxt şəhərlərini ələ keçirməsə belə, yalnız bir neçə sərhəd yaşayış məntəqəsini nəzarətə götürməsi belə kifayət edə bilər. Çünki bu hal NATO-nun öz üzvlərini effektiv şəkildə müdafiə edə bilmədiyini göstərən simvolik və siyasi nəticə kimi qiymətləndirilə bilər.
Üçüncü
səbəb isə Rusiyanın potensial münaqişə bölgəsində kifayət qədər hərbi qüvvə və resurslara malik olması ilə əlaqələndirilir. Məsələn, Leninqrad Hərbi Dairəsində təxminən 70 min nəfərlik döyüşə hazır ordu olduğu qeyd olunur. Bu qüvvələrin Ukrayna cəbhəsindən gətiriləcək ehtiyatlarla daha da gücləndirilə biləcəyi bildirilir. Sözügedən qüvvələr mexanikləşdirilmişdir və təxminən 700 tank, eləcə də böyük sayda zirehli texnika ilə təchiz olunub. Bundan əlavə, pilotsuz uçuş aparatları xüsusi vurğulanır. Qeyd olunur ki, bu sahədə Rusiyanın malik olduğu imkanlar NATO üçün tam analoqu olmayan üstünlük yarada bilər və mümkün münaqişə zamanı qüvvələr balansını əhəmiyyətli dərəcədə dəyişə bilər. Beləliklə, bu yanaşmaya əsasən ortaya belə bir mənzərə çıxır: Rusiya Baltik regionunda hərbi məqsədlərinə çatmaq üçün kifayət qədər resurslara malikdir və hadisələrin inkişafının heç bir ssenarisində onun üçün açıq şəkildə mənfi nəticə görünmür. Bu vəziyyət müəyyən mənada Ukraynaya qarşı genişmiqyaslı hücumdan əvvəlki dövrlə müqayisə olunur. Xüsusilə də Rusiya rəhbərliyinə “xaricdə yaşayan rusları qorumaq” hüququ verən qanunun qısa müddətdə qəbul edilməsi bu paraleli daha da gücləndirən amil kimi təqdim olunur.Sonda qeyd olunur ki, Baltik ölkələri Ukraynaya ən çox dəstək verən dövlətlər sırasında olub və onların müharibə ilə üzləşməməsi arzu olunur. Lakin sülhün qorunması üçün ciddi müharibəyə hazır olmaq vacib hesab edilir. Bu baxımdan Baltik ölkələrinin Ukraynanın təcrübəsindən nəticə çıxararaq müdafiə xətləri və istehkamlar qurması müsbət addım kimi qiymətləndirilir.
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
