es
Feedback
Ormilitarism

Ormilitarism

Ir al canal en Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Mostrar más
7 262
Suscriptores
-124 horas
-197 días
-8530 días
Archivo de publicaciones
Türkiyə Daxili İşlər Nazirliyi: Bu axşam saat 20:10-da Ankara Esenboğa Hava Limanından Tripoliyə getmək üçün havaya qalxan, quyruq nömrəsi 9H-DFJ olan Falcon 50 tipli iş reaktiv təyyarəsi ilə saat 20:52-də əlaqə kəsilib. Təyyarədən Haymana ətrafında təcili eniş siqnalı alınıb, lakin bundan sonra təyyarə ilə yenidən əlaqə yaratmaq cəhdləri nəticəsiz qalıb. Təyyarədə Liviya Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd əl-Həddad daxil olmaqla beş sərnişin olub. Yeniliklər olduqca ictimaiyyətə məlumat veriləcək.

Qəzaya uğrayan təyyarənin Liviya Baş Qərargah rəisini daşıyan Falcon 50 tipli təyyarə olduğu iddia edilir.

Ankara Esenboğa Hava Limanından qalxan şəxsi təyyarə ilə radar əlaqəsi kəsilib. Təyyarənin qəzaya uğradığı və göyərtəsində Liviya Baş Qərargah rəisinin olduğu iddia edilir.

ABŞ Prezidenti Donald J. Tramp rəsmi olaraq “Trump” sinifli döyüş gəmisi elan edib. Sinfin ilk gəmisi USS Defiant olacaq. Tra
+2
ABŞ Prezidenti Donald J. Tramp rəsmi olaraq “Trump” sinifli döyüş gəmisi elan edib. Sinfin ilk gəmisi USS Defiant olacaq. Trampın sözlərinə görə, bu gəmi dünyanın tarixində ən sürətli ən böyük döyüş gəmisi olacaq. Ümumilikdə on gəminin inşası planlaşdırılır və onlardan ikisinin ABŞ-dakı gəmiqayırma zavodlarında tikintisinə təsdiq verildiyi bildirilir.

Son Pentagon layihə hesabatına görə, Çin ən son üç silo sahəsinə 100-dən çox DF-31 qitələrarası ballistik raket yerləşdirmiş
Son Pentagon layihə hesabatına görə, Çin ən son üç silo sahəsinə 100-dən çox DF-31 qitələrarası ballistik raket yerləşdirmiş ola bilər. Bu sahələr Çin–Monqolustan sərhədinə yaxın ərazidə yerləşir. Hesabata əsasən, Çin Xalq Azadlıq Ordusu nüvə arsenalının genişləndirilməsini davam etdirir və 2030-cu ilə qədər 1 000-dən çox nüvə başlığına sahib olmağı planlaşdırır.

Karib dənizi və Puerto Riko, Venesuela istiqamətində davam edən hərbi toplaşmanın yeganə məkanı deyil. Tampa, Florida’dakı Ma
+2
Karib dənizi və Puerto Riko, Venesuela istiqamətində davam edən hərbi toplaşmanın yeganə məkanı deyil. Tampa, Florida’dakı MacDill Hava Bazasında çəkilmiş görüntülər burada böyük bir təyyarə yığınının olduğunu göstərir. Görüntülərdə 2 ədəd E-3C “Sentry” Havadan Xəbərdarlıq və İdarəetmə (AWACS) təyyarəsi və 28 ədəd KC-135R “Stratotanker” hava-yanacaq doldurma tankerinin olduğu görünür. Təyyarələrin əksəriyyəti 6-cı Əməliyyat Qrupu’na məxsusdur.

Vermont Hava Milli Qvardiyasının 134-cü Döyüş Sqadronuna məxsus F-35A-ların gəlişindən sonra ümumi 20 ədəd F-35A/B Puerto Rik
Vermont Hava Milli Qvardiyasının 134-cü Döyüş Sqadronuna məxsus F-35A-ların gəlişindən sonra ümumi 20 ədəd F-35A/B Puerto Riko, Roosevelt Roads Dəniz Bazası uçuş-enmə zolağında görünür. Bu təyyarələr Marine Fighter Attack Squadron 225 (VMFA-225)-in F-35B-lərini tamamlayacaq şəkildə yerləşdirilib.

Fransa Prezidenti Emmanuel Makron bazar günü Əbu-Dabidəki hərbi bazada əsgərlər qarşısında çıxışı zamanı köhnəlmiş “Charles d
Fransa Prezidenti Emmanuel Makron bazar günü Əbu-Dabidəki hərbi bazada əsgərlər qarşısında çıxışı zamanı köhnəlmiş “Charles de Gaulle” aviadaşıyıcısını əvəz etmək üçün yeni, daha böyük və daha müasir bir aviadaşıyıcının inşa edilməsi planlarını elan edib. 2001-ci ildə xidmətə qəbul edilmiş “Charles de Gaulle” Fransa Hərbi Dəniz Qüvvələrinin flaqmanıdır və ABŞ-a məxsus aviadaşıyıcılardan başqa dünyada yeganə nüvə enerjisi ilə işləyən aviadaşıyıcı olaraq qalır.

Moskvada Yasenevskaya küçəsində Kia Sorento markalı avtomobil əldəqayırma partlayıcı qurğu ilə partladılıb. Partlayıcı qurğu
+3
Moskvada Yasenevskaya küçəsində Kia Sorento markalı avtomobil əldəqayırma partlayıcı qurğu ilə partladılıb. Partlayıcı qurğu avtomobilin alt hissəsində yerləşdirilib və mühərrik işə salındığı anda işə düşüb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, partlayış nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat hazırlığı idarəsinin rəisi, general-leytenant Fanil Sarvarov aldığı ağır xəsarətlərdən həyatını itirib.

21 Dekabr ABŞ Sahil Mühafizəsi Qayana bayrağı altında üzən BELLA 1 neft tankerini Venesuela sahilləri yaxınlığında saxlayıb.
21 Dekabr ABŞ Sahil Mühafizəsi Qayana bayrağı altında üzən BELLA 1 neft tankerini Venesuela sahilləri yaxınlığında saxlayıb. Bildirildiyinə görə, gəmi İranın “kölgə donanması”nın bir hissəsi olub. Bu, amerikalılar tərəfindən ələ keçirilən artıq üçüncü neft tankeridir.

Rus XİN yalanlasa da, bu normal bir hadisədir.

Avropalı bir kəşfiyyat rəsmisinin sözlərinə görə, Rusiya Venesueladakı diplomatlarının ailə üzvlərini təxliyə etməyə başlayıb
Avropalı bir kəşfiyyat rəsmisinin sözlərinə görə, Rusiya Venesueladakı diplomatlarının ailə üzvlərini təxliyə etməyə başlayıb. Qadın və uşaqları da əhatə edən bu addım Moskvanın vəziyyəti getdikcə daha “kritik” kimi qiymətləndirməsinə görə cümə günü başlayıb.

PKK/YPG terror təşkilatı Hələbin şərqində yerləşən Deyr Hafir xəttinə əlavə qüvvələr göndərir.

Suriya Ordusu bəzi təhdidləri zərərsizləşdirdikdən sonra SDF-nin atəş mövqelərini hədəf almağı dayandırdığını açıqlayıb. Bildirilir ki, toqquşmalar mülki şəxslərdən uzaqda, məhdud miqyasda baş verib və nəzarət xətlərini dəyişməyə yönəlmiş hər hansı cəhd olmayıb, yalnız müdafiə xarakterli cavab verilib. Atəşkəs üçün danışıqlar davam edir.

Suriyanın cənubunda, Süveyda vilayətində Suriya hökumət qüvvələri druz qrupları ilə toqquşub.

SDF terror təşkilatının minaatan hücumları Suriyanın Hələb şəhərində yerləşən Əl-Razi Xəstəxanasının ətrafını vurub.

Suriya Ordusu Şeyx Maksud məhəlləsindəki YPG mövqelərini bombalayır.

Əşrəfiyə Hələb şəhərinin şərq hissəsində yerləşir. Strateji baxımdan Hələb–İdlib yoluna yaxınlığı ilə önəm daşıyır.

Hələbin Əşrəfiyyə məhəlləsində Suriya qüvvələri ilə SDF arasında baş verən toqquşmalar.

Hələbdə SDF terror təşkilatı ilə baş verən toqquşmalardan sonra Suriya Ordusu İdlib–Hələb yolu boyunca əlavə qüvvələr yerləşdirib. Şəhərdə şiddətli döyüşlər davam edərkən, SDF-nin minaatan atəşi ilə mülki şəxsləri təsadüfi şəkildə hədəf aldığı bildirilir.