Ormilitarism
الذهاب إلى القناة على Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
إظهار المزيد7 265
المشتركون
-124 ساعات
-197 أيام
-8530 أيام
أرشيف المشاركات
7 263
Əşrəfiyə Hələb şəhərinin şərq hissəsində yerləşir. Strateji baxımdan Hələb–İdlib yoluna yaxınlığı ilə önəm daşıyır.
7 263
Hələbin Əşrəfiyyə məhəlləsində Suriya qüvvələri ilə SDF arasında baş verən toqquşmalar.
7 263
Hələbdə SDF terror təşkilatı ilə baş verən toqquşmalardan sonra Suriya Ordusu İdlib–Hələb yolu boyunca əlavə qüvvələr yerləşdirib.
Şəhərdə şiddətli döyüşlər davam edərkən, SDF-nin minaatan atəşi ilə mülki şəxsləri təsadüfi şəkildə hədəf aldığı bildirilir.
7 263
+2
Çin son bir neçə on il ərzində S-300 ailəsinə aid zenit-raket komplekslərinin kifayət qədər böyük parkını formalaşdırıb.
1993–2010-cu illər arasında beş müqavilə çərçivəsində Çin Rusiyadan ümumilikdə 8 divizion S-300PMU, 12 divizion S-300PMU-1 və 16 divizion S-300PMU-2 alıb. Yekunda bu, cəmi 36 divizion deməkdir. Hər divizyonda 3 baterya və hər bateryada 4 buraxıcı qurğu olur.
Hazırda isə Çin HHM sistemi üçün bu komplekslər tədricən öz əvəzolunmaz statusunu itirməyə başlayır.
Bir tərəfdən Çin HHM-ni vahid, fasiləsiz və avtomatlaşdırılmış sistem kimi qurur.
Digər tərəfdən, oxşar texnoloji səviyyəyə malik zenit-raket komplekslərini (müxtəlif HQ-9 və digərləri) yerli hərbi-sənaye kompleksi artıq mənimsəyib, onları böyük istehsal edir və hətta ixrac edir.
Bu fonda S-300-lərin əvəzolunmazlığı və nisbi üstünlükləri tədricən azalır.
7 263
Ukrayna Silahlı Qüvvələrinin yeni tip müdafiə xətlərinə aid video.
Bu müdafiə xətləri aralarında torpaq sədləri və maneələr olan bir neçə davamlı, dərin xəndəkdən ibarətdir. Bu xəndəklər Rusiya piyadasını və texnikasını dayanmağa məcbur edir ki, bu da onları dronlar və artilleriya üçün əlverişli hədəfə çevirir.
7 263
Keniya İsrail istehsalı olan Spyder zenit-raket kompleksinin alınması ilə bağlı müqavilə imzalayıb. Müqavilənin dəyəri cəmi 26 milyon ABŞ dollarıdır ki, bu da böyük ehtimalla Spyder-SR kompleksinin ən sadə variantının alınacağını göstərir. Söhbət EL/M-2106 ATAR radiolokasiya stansiyası ilə təchiz olunmuş və zenit raketləri kimi Python-5 (vuruş məsafəsi 15 km-ə qədər) və I-Derby (20 km-ə qədər) raketlərindən istifadə edən versiyadan gedir.
Razılaşma çərçivəsində İsrail Keniya tərəfinə müqavilənin dəyəri həcmində kredit təqdim edəcək. Keniya Müdafiə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, HHM sisteminin alınması Somalidən fəaliyyət göstərən və PUA-lar, eləcə də gəzən sursatlardan istifadə etməyə başlayan “Əş-Şəbab” və digər islamçı qruplaşmaların yaratdığı asimmetrik müharibə təhdidlərinə qarşı məqsəd daşıyır.
7 263
Yaxınlarda toqquşmalar və bombardımanlar davam edərkən, mülki şəxslərin Hələbin Əşrəfiyyə məhəlləsindən qaçdığı görülür.
7 263
+4
Ukrayna Milli Qvardiyasının tərkibində olan bölmələr PUA-larla mübarizənin effektivliyini artırmaq məqsədilə silahlanmada olan ZSU-23-4 “Şilka” zenit qurğularının modernizasiyasını həyata keçirib.
16 qurğunun ZSU-23-4M-A1 versiyasına qədər yeniləndiyi bildirilib. Bu modernizasiya çoxfunksiyalı “Rokaç-AS” radiolokasiya stansiyasının və rəqəmsal atəş idarəetmə sisteminin quraşdırılmasını nəzərdə tutur.
7 263
+2
Avstraliya Müdafiə Nazirliyi Ukraynaya 49 ədəd M1A1SA Abrams tankının tədarükünün başa çatdığını elan edib.
Avstraliyanın ABŞ-dan bu texnikanın
ixracı üçün icazə aldığı vaxt, Ukrayna Silahlı Qüvvələrinin silahlanmasında ABŞ-dan alınmış 31 M1A1SA Abrams tankından təxminən 9–10-u döyüş qabiliyyətli vəziyyətdə idi.
Avstraliyadan əldə edilən ilk tanklar, rota komplektinə qədər sayda, yay aylarında 425-ci əlahiddə hücum piyada alayı “Skala”nın silahlanmasına verilib. Ehtimal olunur ki, qalan maşınlar “Abrams” itkiləri vermiş 47-ci əlahiddə mexanikləşdirilmiş briqadaya, eləcə də digər tank və ağır mexanikləşdirilmiş briqadalara göndərilib.
7 263
Fiber optik naqil qatları ilə örtülmüş Liman şəhəri.
Təsəvvür edin ki, belə dronların aktiv tətbiqi ilə döyüşlər daha bir neçə il davam edərsə, şəhərlər və tarlalar necə bir mənzərəyə çevriləcək.
7 263
+1
VDV üçün sınaq məqsədilə Omsk mühəndisləri tərəfindən hazırlanmış çoxfunksiyalı “Omiç-2” pilotsuz yerüstü robot kompleksi.
“Omiç” 650 kq çəkiyə malikdir və üzərində 350 kq-a qədər yük daşıya bilir. Robot 40 dəqiqəlik avtonom iş üçün nəzərdə tutulub və bu müddətdə 20 kilometr məsafə qət edə bilir.
Kompleksin funksional təyinatına hücum qruplarının və yüklərin daşınması, həmçinin yaralıların təxliyəsi daxildir.
7 263
+1
ABŞ Sahil Mühafizəsinin Dəniz Xüsusi Reaksiya Qrupu (MSRT) üzvləri Cənubi Karib dənizində USS Gerald R. Ford (CVN-78) gəmisinin uçuş göyərtəsində M/T CENTURIES neft supertankeri əməliyyatından əvvəl MH-60S “Knighthawk” Xüsusi Əməliyyat Helikopterlərinə minməyə hazırlaşırkən.
7 263
Qərb kəşfiyyat agentlikləri son vaxtlar İranın İslam İnqilab Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrində qeyri-adi fəaliyyət müşahidə ediblər. Bu, dron, ballistik raket və hava müdafiə bölmələrinin koordinasiyalı hərəkətini, həmçinin komanda və idarəetmə siqnallarını, yerləşdirmələri və logistika hərəkətlərini əhatə edir.
7 263
ABŞ Daxili Təhlükəsizlik Departamenti bu gün ABŞ Sahil Mühafizəsinin Dəniz Xüsusi Reaksiya Qrupu (MSRT) və Donanmanın dəstəyi ilə, Panamanın bayrağı altında üzən, Çinə məxsus sanksiya altında qalmış M/T CENTURIES neft supertankerini Cənubi Karib dənizinin beynəlxalq sularında, Venesuela sahilləri yaxınlığında ələ keçirib.
7 263
Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) dekabrın 18-i gecə dronlar ilə həyata keçirilən bir sıra zərbələrin görüntülərini yayıb. Hücumlar Rusiya kölgə donanmasının tərkibinə daxil olan, Oman bayrağı altında üzən xam neft tankerinə, M/T QENDIL-ə qarşı həyata keçirilib.
7 263
Dekabrın 16-da Ərəb dənizdən keçid zaman ABŞ Hərbi-Dəniz Qüvvələri İran istehsalı Shahed-136-nın surəti sayılan yeni tip kamikadze dronunu Independence sinifli sahilyanı döyüş gəmisi USS Santa Barbara-nın (LCS-32) göyərtəsindən atəşləyib.
Low-cost Unmanned Combat Attack System (LUCAS) adlandırılan dron Task Force Scorpion Strike tərkibində fəaliyyət göstərən və yaxın zamanda Yaxın Şərqə yerləşdirilmiş hücum dron eskadrilyası olan Task Force 59 tərəfindən buraxılıb və idarə olunub.
7 263
+3
Ata Navy Seals operatoru , əmilərdən biri Dəniz Piyadası digəri Ranger anası hərbi donanma qadın hərbi qulluqçusu , baba qırıcı pilotu özü isə 25 yaşında Devgru operatoru DJ Shimpley.
7 263
Ukraynanın Təhlükəsizlik Xidməti Belbek aerodromunda Rusiya Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd Su-27 qırıcı təyyarəsini məhv edib.
SBU-nun yaydığı məlumata görə, təyyarələrdən biri tam döyüş sursatı ilə hərəkət yolunda olub və döyüş tapşırığını yerinə yetirməyə hazır vəziyyətdəymiş.
Hücum zamanı hava hərəkətinin idarə olunması qülləsi də vurulub ki, bu da aerodromda uçuşların idarə edilməsini ciddi şəkildə çətinləşdirib.
Hər iki təyyarənin ümumi dəyərinin təxminən 70 milyon dollar olduğu bildirilir. Qeyd olunur ki, bu, son günlər ərzində SBU-nun Belbek aerodromuna həyata keçirdiyi ikinci uğurlu hücumdur.
