es
Feedback
Ormilitarism

Ormilitarism

Ir al canal en Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Mostrar más
7 303
Suscriptores
Sin datos24 horas
-307 días
-7430 días
Archivo de publicaciones
Ukrayna əsgəri Çin istehsalı FN-16 DZRK ilə görüntülənib.
+2
Ukrayna əsgəri Çin istehsalı FN-16 DZRK ilə görüntülənib.

Hizbullah FPV tipli dronla İsrail hərbçilərindən birini hədəf alıb.

Çinin peyk görüntüləri şirkəti MizarVision, ABŞ Xəzinədarlığı tərəfindən sanksiyaya məruz qalıb. Səbəb isə ABŞ–İsrailin İrana
Çinin peyk görüntüləri şirkəti MizarVision, ABŞ Xəzinədarlığı tərəfindən sanksiyaya məruz qalıb. Səbəb isə ABŞ–İsrailin İrana qarşı hücumları zamanı Amerika bombardmançılarına dair açıq mənbəli görüntüləri izləyib yayımlaması olub.

Alman avtomobil istehsalçısı Volkswagen İsrailin müdafiə şirkəti Rafael ilə birgə müəssisə yaratmağa yaxındır. Plan Osnabrükd
Alman avtomobil istehsalçısı Volkswagen İsrailin müdafiə şirkəti Rafael ilə birgə müəssisə yaratmağa yaxındır. Plan Osnabrükdəki VW zavodunun avtomobil istehsalından hərbi yük maşınlarının istehsalına keçirilməsini nəzərdə tutur. Bu maşınlar “Iron Dome” və ehtimal ki, “Iron Beam” lazer hava müdafiə sistemləri üçün istifadə olunacaq. Raketlər və əsas komponentlər İsraildə istehsal olunmağa davam edəcək. Almaniya isə nəqliyyat vasitələrinin istehsalı və yekun yığılmasına cavabdeh olacaq.

Serbiya və NATO tarixdə ilk dəfə birgə hərbi təlim keçirir. Təlimdə təxminən 600 hərbçi iştirak edir. Təlimlər mayın 23-dək d
Serbiya və NATO tarixdə ilk dəfə birgə hərbi təlim keçirir. Təlimdə təxminən 600 hərbçi iştirak edir. Təlimlər mayın 23-dək davam edəcək. Qeyd edək ki, NATO Belqradı bombalamışdı.

8–10 nəfərlik maskalı qrup Niderlandın Brunssum şəhərində, NATO-nun əməliyyat qərargahı yaxınlığında iki alman əsgərinə hücum
8–10 nəfərlik maskalı qrup Niderlandın Brunssum şəhərində, NATO-nun əməliyyat qərargahı yaxınlığında iki alman əsgərinə hücum edib. Əsgərlər xidmətdən kənar və mülki geyimdə olublar. Qrup onları saxlayaraq pul tələb edib, sonra isə “NATO-ya nifrət edirik” deyə qışqıraraq onlardan birini döyüb.

Dünən Çinə səfər edən Trumpun qarşılanması.

BƏƏ hazırda neft anbarlarının ətrafında dronlara qarşı müdafiə sistemləri qurur.
BƏƏ hazırda neft anbarlarının ətrafında dronlara qarşı müdafiə sistemləri qurur.

Eyni zamanda Çin səssiz bir şəkildə ən müasir stealth qırıcı təyyarəsi üçün istehsal sürətini iki dəfədən çox artırıb. Çendu
Eyni zamanda Çin səssiz bir şəkildə ən müasir stealth qırıcı təyyarəsi üçün istehsal sürətini iki dəfədən çox artırıb. Çendu şəhərindəki zavodlardan biri tam avtomatlaşdırılmış rejimə keçirilib. Burada süni intellektlə idarə olunan maşınlar və avtonom nəqliyyat vasitələri demək olar ki, fasiləsiz işləyir. Bu zavodda işıqlandırmaya və insana ehtiyac yoxdur. Bu müəssisə hazırda Çinin F-22 analoqu sayılan J-20 “Mighty Dragon” qırıcısının struktur hissələrini istehsal edir. İnsan iştirakı minimuma endirilib, xərclər azaldılıb və gecə-gündüz işçi saxlanmasına ehtiyac qalmayıb. J-20-nin seriyalı istehsalına 2020-ci ildə başlanılıb.

Çinin raket proqramı sürətlə genişlənir. Ölkənin iki əsas raket istehsalçısına CASIC və CASC-a təchizat verən 81 Çin şirkətin
Çinin raket proqramı sürətlə genişlənir. Ölkənin iki əsas raket istehsalçısına CASIC və CASC-a təchizat verən 81 Çin şirkətinin statistikası bunu göstərir. 2025-ci ildə bu şirkətlərin təxminən 40 faizi rekord gəlir əldə edib. Bu, Si Cinpinin 2013-cü ildə hakimiyyətə gəlməsindən bəri ən yüksək göstəricidir. Ümumi satışlar isə 20 faiz artaraq 28 milyard dollara çatıb. Pentaqonun qiymətləndirməsinə görə, Çin hazırda 3150-dən çox ballistik raketə malikdir və bu, 2015-ci ildən bəri 147 faiz artım deməkdir. Bu arsenal Quam, Tokio və daha uzaq bölgələrə çatmaq imkanına malikdir. Yüksək vəzifəli generallar və müdafiə sahəsində çalışan alimlərə qarşı korrupsiya təmizləmələri tədarük prosesini ləngidə bilər. Bundan əlavə, müdafiə büdcəsinin artım tempi 2022-ci ildən bəri ən aşağı səviyyədədir.

İsrail FPV dronlara qarşı müdafiə üçün Hizbullahın tez-tez hədəf aldığı nəqliyyat vasitələrinin park yerləri üzərində qoruyuc
İsrail FPV dronlara qarşı müdafiə üçün Hizbullahın tez-tez hədəf aldığı nəqliyyat vasitələrinin park yerləri üzərində qoruyucu torlar quraşdırır.

Avstriya, ABŞ hərbi təyyarələrinin icazə olmadan hava məkanına daxil olması səbəbi ilə sonra iki gün ardıcıl olaraq Eurofighter qırıcılarını havaya qaldırıb. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus PC-12/U-28A tipli kəşfiyyat təyyarələri aşkar edilərək geri qaytarılıb.

Lukaşenko: “Biz bölmələri müharibəyə hazırlamaq üçün seçmə şəkildə səfərbər etməyə davam edəcəyik. Allahın köməyi ilə bunun qarşısını almaq mümkün olar.”

Rusiya XİN İrəvana : “Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mixail Kalugin bildirib ki, Ermənistanın Avropa istiqamətində hərəkəti davam edərsə, bu, Moskva ilə münasibətlərdə köklü dəyişikliklərə gətirib çıxara bilər. Onun sözlərinə görə, Avropa İttifaqı təhlükəsizlik, iqtisadi sabitlik və rifah baxımından Ermənistana konkret və real alternativ təqdim etmir. Kalugin əlavə edib ki, Brüsselin əsas məqsədi region ölkələrinə dəstək vermək deyil, Rusiyaya qarşı geosiyasi maraqlarını həyata keçirməkdir”

Rusiya “Sarmat” qitələrarası ballistik raketinin uğurlu sınaqlarını keçirib.
Rusiya “Sarmat” qitələrarası ballistik raketinin uğurlu sınaqlarını keçirib.

ABŞ və Ukrayna dron texnologiyası və birgə istehsala yönəlmiş müdafiə sazişi üzərində işləyir. Sazişə əsasən Ukrayna hərbi te
ABŞ və Ukrayna dron texnologiyası və birgə istehsala yönəlmiş müdafiə sazişi üzərində işləyir. Sazişə əsasən Ukrayna hərbi texnologiyalarını ABŞ-a ixrac edəcək və Amerika şirkətləri ilə əməkdaşlıq edərək dronların istehsalını həyata keçirəcək. Təklif olunan razılaşma Ukraynaya ABŞ maliyyəsi hesabına müdafiə istehsalını genişləndirməyə kömək edə, eyni zamanda ABŞ-a döyüş şəraitində sınaqdan keçmiş dron texnologiyalarına çıxış imkanı verə bilər.

ABŞ Danimarka ilə Cənubi Qrenlandiyada üç yeni hərbi baza açmaq üçün gizli və müntəzəm danışıqlar aparır. Yeni bazaların ABŞ
ABŞ Danimarka ilə Cənubi Qrenlandiyada üç yeni hərbi baza açmaq üçün gizli və müntəzəm danışıqlar aparır. Yeni bazaların ABŞ suveren ərazisi kimi müəyyənləşdirilməsi planlaşdırılır. Bu bazalar əsasən GIUK boşluğunda Rusiya və Çin dəniz fəaliyyətinin izlənməsinə yönələcək. Hazırda ABŞ-ın Qrenlandiyada yalnız bir bazası var — Pituffik Kosmik Bazası. Soyuq müharibə dövründə bu say təxminən 17 idi.

Kim Çen 155 mm-lik özüyeriyən topun sınaq yürüşləri, çətin relyef maneələrinin aşılması, su maneələrinin keçilməsi, eləcə də
+3
Kim Çen 155 mm-lik özüyeriyən topun sınaq yürüşləri, çətin relyef maneələrinin aşılması, su maneələrinin keçilməsi, eləcə də yenilənmiş mərmilərlə keçirilmiş təcrübi atışların nəticələri barədə mütəxəssislərin hesabatlarını dinləyib. Bildirib ki, müxtəlif operativ-taktiki raket sistemləri və güclü reaktiv artilleriya ilə birlikdə ön hissələrə veriləcək iriçaplı yivli topların atəş məsafəsi 60 km-i keçir. Atəş radiusunun bu cür artımı və hədəfləri məhv etmə qabiliyyətinin kəskin yüksəlməsi quru əməliyyatlarında ciddi dəyişikliklər yaradacaq. Yeni silahların tətbiqi şəraitində əməliyyat anlayışının yenidən formalaşdırılması zəruridir.

KXDR mediası Kim Çen Inın müdafiə sənayesi müəssisəsinə səfəri barədə məlumat yayıb. Bu dəfə xarici mənbələrdə M-2018 indeksi
+5
KXDR mediası Kim Çen Inın müdafiə sənayesi müəssisəsinə səfəri barədə məlumat yayıb. Bu dəfə xarici mənbələrdə M-2018 indeksi ilə tanınan, 155 mm-lik özüyeriyən artilleriya qurğusu ilə bağlı fotolar və məlumatlar dərc olunub. Bu sistem əvvəllər paradlarda, atışlarda və müxtəlif sənaye və elmi müəssisələrə səfərlər zamanı görünmüşdü. Ona aid sursatlarla bağlı vəziyyət də oxşardır. Kim Çen In bu il ərzində partiyanın IX çağırış Mərkəzi Komitəsinin I plenumunun qərarına əsasən cənub sərhədində yerləşən uzaqmənzilli artilleriya hissələrinin təchiz olunacaq yeni özüyeriyən topların üç divizion dəstinin istehsal vəziyyəti ilə tanış olub.

Ötən gecə Rus kamikadze dronları Xarkovda, Odessada, Dnepropetrovsk vilayətində, Poltavada, Krivoy Roqda hədəflərə zərbələr e
+4
Ötən gecə Rus kamikadze dronları Xarkovda, Odessada, Dnepropetrovsk vilayətində, Poltavada, Krivoy Roqda hədəflərə zərbələr endirib.