Ormilitarism
Ir al canal en Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Mostrar más7 303
Suscriptores
Sin datos24 horas
-307 días
-7430 días
Archivo de publicaciones
7 303
SEPAH-ın FPV-dron operatorları təlim zamanı üzərində ABŞ-a məxsus UH-60 Black Hawk helikopterinin təsviri olan hədəfi vurarkən.
7 303
+3
Krımda Rusiya mobil atəş qrupuna qarşı uçuş zamanı uğursuz zərbə endirən reaktiv yaylım atəşi bloku ilə təchiz olunmuş Ukraynaya məxsus FP-2 kamikadze dronu.
7 303
Kuba ABŞ müdaxiləsinə hazırlaşmağa davam edir. Təlimlərin görüntülərində Kubaya xas yerli sistemlərin növbəti nümunələrini görmək mümkündür.
Videonun birinci hissəsində yerli “Jupiter” ailəsinə aid olan “Jupiter III” özüyeriyən artilleriya qurğusu görünür. Bu modifikasiya olunmuş KrAZ-255B üzərinə 122 mm-lik D-30 haubitsası quraşdırılan sadə ÖAQ-dır.
İkinci hissədə isə yerli modernizasiya edilmiş BM-21 yaylım atəşli reaktiv sistemi görülür. Burada ilkin platforma daha yeni “Ural NEXT” ailəsinə aid Rusiya istehsalı avtomobillə əvəz olunub.
7 303
Repost from 44th Ranger Regiment
Küveyt Xarici İşlər Nazirliyi İrana NOTA verib.
SEPAH Küveytin Bubiyan Adasına sızmağa cəhd edib. Altı İranlı əməliyyatçı icarəyə götürülmüş balıqçı gəmisində ada sahilinə çıxmağa cəhd edib. Silahlı dörd şəxs Küveyt qüvvələri tərəfindən həbs olunub, digər ikisi isə qaçıb. Atışmada bir Küveyt əsgəri yaralanıb…
🌐@GSSR44
7 303
ABŞ Hərbi Dəniz Qüvvələri nüvə silahı daşıyan Ohio sinifli ballistik raket sualtı qayığının Cəbəllütariqə yan aldığını təsdiqləyib. Bu, ABŞ-ın gizli hərbi vasitələrindən biri ilə bağlı nadir elədiyi açıq açıqlamadır.
Bu açıqlama Trampın İranın son atəşkəs təklifini “tamamilə qəbuledilməz” adlandırmasından bir neçə saat sonra verilib.
7 303
Donald Tramp İranla bağlı açıqlamasında deyib ki, Tehran ABŞ-ın təzyiqindən yorulacağını düşünür, lakin belə bir təzyiqin olmadığını və ABŞ-ın hərbi baxımdan artıq tam qələbə qazandığını iddia edib.
Onun sözlərinə görə, İran tərəfi nüvə obyektlərinin tamamilə məhv edildiyini bildirərək, “siz sadəcə nüvə tozunu əldə edə bilərsiniz” deyib və bunu yalnız ABŞ və Çinin edə biləcəyini vurğulayıb.
Tramp həmçinin qeyd edib ki, İranda iki qrup var: daha praqmatik olanlar və sona qədər mübarizə aparmaq istəyən “radikallar”. O əlavə edib ki, ABŞ daxilində də oxşar düşüncəli insanlar mövcuddur.
7 303
+1
Hizbullah İsrailə məxsus nadir Ofek ağır komanda maşınına FPV dronla zərbə endirildiyini göstərən görüntülər paylaşıb.
Ofek 2010-cu illərdən bəri köhnə Merkava Mk.2 və Mk.3 tanklarının bazasında hazırlanmış, az sayda istehsal olunan xüsusi zirehli idarəetmə maşınıdır.
7 303
Zelenskinin sabiq mətbuat katibi Luliya Mendel 2022-ci ildə İstanbulda aparılan danışıqlarla bağlı diqqətçəkən açıqlamalar verib.
Onun sözlərinə görə, həmin dövrdə Ukraynanı təmsil edən nümayəndələr kompromisə hazır olduqlarını bildiriblər. Mendel iddia edir ki, hətta Prezident Volodimir Zelenski Donbas məsələsində müəyyən güzəştlərə razılaşmağa yaxın olub və bu halda müharibənin dayandırılması mümkün görünürdü.
Lakin o qeyd edib ki, sonradan Zelenskinin mövqeyi dəyişib və o, Donbasdan imtinanın mümkün olmadığını bildirib.
Mendel həmçinin İstanbul danışıqları zamanı Qərb liderlərinin də prosesə cəlb olunduğunu deyib. Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron Vladimir Putinə zəng edərək Rusiyanın danışıqlara ciddi yanaşdığını göstərməsi üçün Kiyev ətrafından qoşunlarını çıxarmasını təklif edib. Bu müraciətin Zelenskinin xahişi ilə edildiyi iddia olunur və daha sonra Rusiya tərəfinin bu addıma razılaşdığı bildirilir.
7 303
+1
ABŞ ordusu Litva ərazisində keçirilən təlimlər zamanı Ukrayna modelinə bənzər mobil atəş qruplarından istifadə edib.
52-ci Hava Hücumundan Müdafiə briqadasının 4-cü zenit-artilleriya alayının 5-ci batalyonunun hərbçiləri HMMWV zirehli avtomobillərinə 12,7 mm-lik M2 Browning pulemyotları ilə təchiz olunmuş uzaqdan idarə olunan CROWS döyüş modulları quraşdırıblar.
Döyüş atışlı təlimlər pilotsuz aparatlara qarşı mübarizə sistemlərinin inteqrasiyasına yönəlmiş “Flytrap” layihəsi çərçivəsində keçirilib.
7 303
ABŞ ordusunun 25-ci piyada diviziyasının hərbçiləri Filippinlərdə keçirilən “Balikatan-2026” təlimləri zamanı üzən ZBD-05 tipli Çin PDM-lərini təqlid edən suüstü hədəflərə qarşı FPV dronlar və “Hornet” kamikadze dronlarından istifadə ediblər.
7 303
Ermənistan ən azı iki ədəd Fransaya məxsus 155 mm-lik CAESAR özüyeriyən haubitsanı qəbul edib. Bu sistemlər müdafiə naziri Suren Papikyan tərəfindən yayımlanan videoda görünüb.
2024-cü ilin iyununda əldə olunan razılaşmaya əsasən, Ermənistan Sherpa 5 yük maşını bazasında, 6×6 təkər formuluna malik Mk1 konfiqurasiyasında ümumilikdə 36 ədəd belə artilleriya sistemi alacaq.
Videoda arxa planda həmçinin Hindistana məxsus iki ədəd 155 mm-lik MaRG 155-BR özüyeriyən haubitsanı da görmək mümkündür.
7 303
+3
Təxminən on il əvvəl ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı adi bir yük gəmisini gizli şəkildə xüsusi hərbi bazaya və mobil komanda mərkəzinə çevirməyə başladı.
MV Ocean Trader gəmisi 200 dən çox xüsusi təyinatlı əsgəri daşıya bilir. O, 45 gün ərzində əməliyyat aparmaq üçün kifayət qədər ərzaq və təchizat saxlayır və dənizdə yanacaq və digər ehtiyatlarla təmin oluna bilir. Eyni zamanda, kiçik qayıqların və dronların buraxılması, qəbul edilməsi və təchizatı mümkündür.
Gəmidə helikopterlər üçün uçuş meydançası var və Chinook, Seahawk, Black Hawk, Kiowa, Apache, Osprey, Sea Stallion və Little Bird kimi helikopterlər gecə-gündüz istifadə edilə bilər. Arxa hissədə isə Zodiac, RHIB və jet ski tipli sürətli qayıqlar üçün buraxılış hissəsi mövcuddur.
Gəmi həm də komanda-idarəetmə sistemi və tam təchizatla təmin olunub. Uzun müddət açıq dənizdə qalaraq adi ticarət gəmiləri arasında fərqlənmədən hərəkət edə bilir.
7 303
Məşhur əməliyyat gəmisi olan SOCOM-un ana gəmisi Diego Garcia-da
7 may tarixli Sentinel-2 peyk görüntüləri MV Ocean Trader gəmisinin Hind okeanındakı NSF Diego Garcia hərbi bazasının akvatoriyasında lövbər saldığını göstərir. Bu gəmi ABŞ Xüsusi Əməliyyatlar Komandanlığına bağlı dəniz dəstək platformasıdır və Delta Force və SEAL Team 6 kimi bölmələrlə əlaqələndirilir.
Eyni ərazidə USNS Pililaau (T-AKR 304) təchizat gəmisi və Arleigh Burke sinifli bir esmines də müşahidə olunub.
Ocean Trader-in hərəkətləri nadir hallarda rəsmi şəkildə təsdiqlənir. Onun son təsdiqlənmiş mövqeyi 2025-ci ilin noyabrında Puerto Riko yaxınlığında olub.
Bu gəminin bölgəyə girişi adətən daha mürəkkəb xüsusi əməliyyat fəaliyyətlərinin başlanğıcı kimi qiymətləndirilir.
7 303
Türkiyənin Aselsan şirkəti bildirib ki, Tolun yüksək dəqiqlikli idarə olunan sursat ailəsi artıq geniş miqyaslı istehsala keçib və istifadəyə hazırdır.
Paylaşılan görüntülərdə yüzlərlə Tolun sursatının anbarlarda düzülməsi, zavodda yığılması, F-16 təyyarəsindən buraxılması və möhkəmləndirilmiş beton bunkerin dəqiq vurulması göstərilib.
Bu sursat təxminən 105 kq-lıq nüfuz edici döyüş başlığına və 1 metr qalınlığında dəmir-betonu yarmaq qabiliyyətinə sahibdir. INS və GNSS yönləndirmə sistemi ilə işləyir, radio maneələrə qarşı qorunur və hədəfi 10 metrdən aşağı yayınma ilə vurur.
Tolun-un müxtəlif versiyaları mövcuddur: Tolun-P, Tolun-F, Tolun-IIR, yerdən buraxılan Tolun-S və daha yeni Tolun-EW. Bu sursatların kütləvi istehsalı Türkiyənin uzaq məsafədən zərbə imkanlarını xeyli gücləndirir.
7 303
Rusiya Qara dəniz donanmasına məxsus Project 21980 “Grachonok” tipli diversiyaya qarşı mübarizə kateri dronlara qarşı qorunma üçün “cope cage” (metal qəfəs) ilə təchiz edilib.
7 303
Ukraynanın Azov Korpusu Mariupol şəhərinin dərinliyində, cəbhədən təxminən 160 km arxada dron zərbələri ilə bağlı video paylaşıb. Onlar bunu Mariupola “havadan qayıdış” kimi təqdim edib.
Bu hücumlar xüsusi kamikadze dronlarla edilir. Dronlar süni intellektlə hədəfi özü tapır və rabitə üçün Starlink istifadə edir.
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
