es
Feedback
Ormilitarism

Ormilitarism

Ir al canal en Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Mostrar más
7 296
Suscriptores
-424 horas
-87 días
-6430 días
Archivo de publicaciones
Atom və hidrogen silahlarını bir-birindən fərqləndirən iki mühüm məsələ: 1. Güc Həddi: Atom silahlarının (fission) partlayış
Atom və hidrogen silahlarını bir-birindən fərqləndirən iki mühüm məsələ:
1. Güc Həddi: Atom silahlarının (fission) partlayış gücü müəyyən bir hədlə məhdudlaşdığı halda, hidrogen silahları (termonüvə) istənilən yüksək güc və tutumda hazırlana bilər. 2. Təsir Sahəsi: Eyni çəkidə olan hər iki silah növü müqayisə edildikdə, hidrogen silahının təsir radiusu atom silahından 2,5 dəfə daha genişdir.

Nüvə və Klassik Silahların Fərqləri
Nüvə silahları eyni anda bir neçə dağıdıcı təsir göstərməsi ilə klassik silahlardan fərqlənir. Klassik bombanın təsir sahəsi binalarla məhdudlaşdığı halda, nüvə silahının təsiri kilometrlərlə ölçülür. Partlayış təzyiqinin müddəti klassik bombalarda saniyənin 1/100-i qədər olsa da, atom bombasında 0.7 saniyə, meqatonluq hidrogen bombasında isə 5 saniyəyə çatır. Ən əsas fərq isə nüvə partlayışının ölümcül xəstəliklər yaradan radioloji təsir və geniş əraziləri zəhərləyən radioaktiv sərpinti törətməsidir.

Nüvə Silahları və Mühafizə:
Nüvə silahları atomun parçalanması (fission) və ya birləşməsi (fusion) nəticəsində yaranan nəhəng enerjiyə əsaslanır. Bu silahlar işləmə prinsipinə görə iki qrupa bölünür: • Atom Silahları (Nüvə): Uran və ya plutonium kimi ağır metalların atomlarının parçalanması ilə fəaliyyət göstərir. Güc vahidi kiloton (KT) ilə ölçülür (1.000 ton trotilin partlayış gücü). • Hidrogen Silahları (Termonüvə): Ağır hidrogen atomlarının yüksək istilik altında birləşməsi ilə yaranır. Bu reaksiyanı başlatmaq üçün lazım olan istilik yalnız bir atom bombası partlayışı ilə əldə edilə bilər. Güc vahidi meqaton (MT) ilə ölçülür (1.000.000 ton trotilin partlayış gücü).
Hər iki silah növü partlayışdan sonra oxşar dağıdıcı təsirlər göstərdiyi üçün ümumi olaraq "Nüvə Silahı" adlandırılır.

İran üzrə yeni peyk görüntüləri.

Körfəz ölkələrində Qətər içməli suyun demək olar ki, 100%-ni, Küveyt və Bəhreyn 90%-ni, Oman isə 86%-ni duzsuzlaşdırma yolu ilə əldə edir. Səudiyyə Ərəbistanında bu göstərici 70%-dir. İran isə bu texnologiyadan xeyli dərəcədə az asılıdır, lakin ölkənin cənub bölgələrində istehlak edilən şirin suyun 30%-i duzsuzlaşdırma qurğularından təmin olunur.

Həmçinin dünən İranın Qeşm adasındakı duzsuzlaşdırma qurğusunada hücum edilib.

Böyük ehtimal İranın növbəti məqsədi bu olacaq.

Digər körfəz ölkələrində də eyni zərbə qeydə alınsa bu böyük dərəcədə şirin su qıtlığına gətirib çıxarda bilər.

Bəhreyn Daxili İşlər Nazirliyi İrana məxsus pilotsuz uçuş aparatının hücumu nəticəsində suyun duzsuzlaşdırması zavoduna ziyan
Bəhreyn Daxili İşlər Nazirliyi İrana məxsus pilotsuz uçuş aparatının hücumu nəticəsində suyun duzsuzlaşdırması zavoduna ziyan dəydiyini bildirib.

Dünən dediyim kimi, İranın balistik raket atış gücü azalıb və qeyri təhlükəli olacaq dərəcədə minimuma enib.

Növbəti zərvə videoları

İsrail Hərbi Hava Qüvvələrinin İranın şimalındakı neft anbarlarına endirdiyi zərbələrdən sonra, yanan neft İranın paytaxtı Tehranın küçələrinə sızıb.

+1
İsrail Hərbi Hava Qüvvələrinin Livanın Beyrut şəhərində otel otağına zərbə endirib. Livan mediasının verdiyi məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun mərkəzindəki "Ramada" otelindəki otağa pilotsuz uçuş aparatı ilə endirdiyi zərbə nəticəsində üç nəfər ölüb, azı altı nəfər yaralanıb.

İrana bağlı qrupların İraqdakı ABŞ bazalarına və infrastrukturuna hücum etmək üçün mülki platformalardan istifadə edir.
İrana bağlı qrupların İraqdakı ABŞ bazalarına və infrastrukturuna hücum etmək üçün mülki platformalardan istifadə edir.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yayımlanan görüntülərdə Körfəz ölkələrinə və İsrailə qarşı ballistik raketlərin buraxılışı əks olunub.

Tehranın "Mehrabad" beynəlxalq hava limanına endirilən kütləvi hava zərbələri zamanı məhv edilmiş bir neçə Boeing 747, Boeing
+3
Tehranın "Mehrabad" beynəlxalq hava limanına endirilən kütləvi hava zərbələri zamanı məhv edilmiş bir neçə Boeing 747, Boeing 707, İl-76 və digərləri.

Az sayda PUA , heyətlə birlikdə göndəriləcək. Nəşrin mənbələrinin məlumatına görə, Ukrayna, ehtimal ki, təlimatçılar göndərəc
+5
Az sayda PUA , heyətlə birlikdə göndəriləcək. Nəşrin mənbələrinin məlumatına görə, Ukrayna, ehtimal ki, təlimatçılar göndərəcək. "Merops" kompleksi hədəfi aşkar etmək üçün RLSdən operator tərəfindən idarə olunan və ya hədəfə öztuşlanan, 280 km/saat-a qədər uçuş sürətinə malik "AS3 Surveyor" dronlarından ibarətdir. Keçən il "Merops" ələkeçiriciləri Ukraynadakı sınaqlardan sonra, Polşa və Rumıniyada yerləşdirilib. Nəşrin materialında həmçinin qeyd olunur ki, martın 4-də ondan çox Qətər rəsmisi Ukraynanın adı açıqlanmayan iri müdafiə şirkətinin istehsalat obyektlərinə, eləcə də "Merops" sisteminin istifadə edildiyi poliqona baş çəkib.

İran Hərbi Dəniz Qüvvələrinin artıq ikinci gəmisi batırılmaqdan yayınmaq üçün üçüncü ölkədən sığınacaq istəyib. Bloomberg-in
İran Hərbi Dəniz Qüvvələrinin artıq ikinci gəmisi batırılmaqdan yayınmaq üçün üçüncü ölkədən sığınacaq istəyib. Bloomberg-in yazdığına görə, sığınacaq istəyən gəmi "Lavan" böyük desant gəmisi olub. Üstəlik bu, hələ müharibənin ilk günü, fevralın 28-də, "Dena" freqatı ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı tərəfindən məhv edilməzdən əvvəl baş verib. "Lavan" desant gəmisi Hindistan hakimiyyətinə texniki problemlərlə bağlı raport edib ki, bu da rəsmi olaraq onlara Koççi limanında lövbər salmağa imkan verib. Hindistanın Xarici İşlər Naziri bunu "humanitar qərar" adlandırıb.

Açıqlamalar və son sifarişlərdən elə anlaşıkır ki, İranda hava zərbələri ən az 10-15 gün davam edəcək.