7 296
订阅者
-424 小时
-87 天
-6430 天
帖子存档
7 283
Atom və hidrogen silahlarını bir-birindən fərqləndirən iki mühüm məsələ:
1. Güc Həddi: Atom silahlarının (fission) partlayış gücü müəyyən bir hədlə məhdudlaşdığı halda, hidrogen silahları (termonüvə) istənilən yüksək güc və tutumda hazırlana bilər. 2. Təsir Sahəsi: Eyni çəkidə olan hər iki silah növü müqayisə edildikdə, hidrogen silahının təsir radiusu atom silahından 2,5 dəfə daha genişdir.
7 283
Nüvə və Klassik Silahların Fərqləri
Nüvə silahları eyni anda bir neçə dağıdıcı təsir göstərməsi ilə klassik silahlardan fərqlənir. Klassik bombanın təsir sahəsi binalarla məhdudlaşdığı halda, nüvə silahının təsiri kilometrlərlə ölçülür. Partlayış təzyiqinin müddəti klassik bombalarda saniyənin 1/100-i qədər olsa da, atom bombasında 0.7 saniyə, meqatonluq hidrogen bombasında isə 5 saniyəyə çatır. Ən əsas fərq isə nüvə partlayışının ölümcül xəstəliklər yaradan radioloji təsir və geniş əraziləri zəhərləyən radioaktiv sərpinti törətməsidir.
7 283
Nüvə Silahları və Mühafizə:
Nüvə silahları atomun parçalanması (fission) və ya birləşməsi (fusion) nəticəsində yaranan nəhəng enerjiyə əsaslanır. Bu silahlar işləmə prinsipinə görə iki qrupa bölünür: • Atom Silahları (Nüvə): Uran və ya plutonium kimi ağır metalların atomlarının parçalanması ilə fəaliyyət göstərir. Güc vahidi kiloton (KT) ilə ölçülür (1.000 ton trotilin partlayış gücü). • Hidrogen Silahları (Termonüvə): Ağır hidrogen atomlarının yüksək istilik altında birləşməsi ilə yaranır. Bu reaksiyanı başlatmaq üçün lazım olan istilik yalnız bir atom bombası partlayışı ilə əldə edilə bilər. Güc vahidi meqaton (MT) ilə ölçülür (1.000.000 ton trotilin partlayış gücü).Hər iki silah növü partlayışdan sonra oxşar dağıdıcı təsirlər göstərdiyi üçün ümumi olaraq "Nüvə Silahı" adlandırılır.
7 283
Körfəz ölkələrində Qətər içməli suyun demək olar ki, 100%-ni, Küveyt və Bəhreyn 90%-ni, Oman isə 86%-ni duzsuzlaşdırma yolu ilə əldə edir.
Səudiyyə Ərəbistanında bu göstərici 70%-dir.
İran isə bu texnologiyadan xeyli dərəcədə az asılıdır, lakin ölkənin cənub bölgələrində istehlak edilən şirin suyun 30%-i duzsuzlaşdırma qurğularından təmin olunur.
7 283
Digər körfəz ölkələrində də eyni zərbə qeydə alınsa bu böyük dərəcədə şirin su qıtlığına gətirib çıxarda bilər.
7 283
Bəhreyn Daxili İşlər Nazirliyi İrana məxsus pilotsuz uçuş aparatının hücumu nəticəsində suyun duzsuzlaşdırması zavoduna ziyan dəydiyini bildirib.
7 283
Dünən dediyim kimi, İranın balistik raket atış gücü azalıb və qeyri təhlükəli olacaq dərəcədə minimuma enib.
7 283
İsrail Hərbi Hava Qüvvələrinin İranın şimalındakı neft anbarlarına endirdiyi zərbələrdən sonra, yanan neft İranın paytaxtı Tehranın küçələrinə sızıb.
7 283
İsrail Hərbi Hava Qüvvələrinin Livanın Beyrut şəhərində otel otağına zərbə endirib.
Livan mediasının verdiyi məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun mərkəzindəki "Ramada" otelindəki otağa pilotsuz uçuş aparatı ilə endirdiyi zərbə nəticəsində üç nəfər ölüb, azı altı nəfər yaralanıb.
7 283
İrana bağlı qrupların İraqdakı ABŞ bazalarına və infrastrukturuna hücum etmək üçün mülki platformalardan istifadə edir.
7 283
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yayımlanan görüntülərdə Körfəz ölkələrinə və İsrailə qarşı ballistik raketlərin buraxılışı əks olunub.
7 283
+3
Tehranın "Mehrabad" beynəlxalq hava limanına endirilən kütləvi hava zərbələri zamanı məhv edilmiş bir neçə Boeing 747, Boeing 707, İl-76 və digərləri.
7 283
+5
Az sayda PUA , heyətlə birlikdə göndəriləcək. Nəşrin mənbələrinin məlumatına görə, Ukrayna, ehtimal ki, təlimatçılar göndərəcək.
"Merops" kompleksi hədəfi aşkar etmək üçün RLSdən operator tərəfindən idarə olunan və ya hədəfə öztuşlanan, 280 km/saat-a qədər uçuş sürətinə malik "AS3 Surveyor" dronlarından ibarətdir.
Keçən il "Merops" ələkeçiriciləri Ukraynadakı sınaqlardan sonra, Polşa və Rumıniyada yerləşdirilib.
Nəşrin materialında həmçinin qeyd olunur ki, martın 4-də ondan çox Qətər rəsmisi Ukraynanın adı açıqlanmayan iri müdafiə şirkətinin istehsalat obyektlərinə, eləcə də "Merops" sisteminin istifadə edildiyi poliqona baş çəkib.
7 283
İran Hərbi Dəniz Qüvvələrinin artıq ikinci gəmisi batırılmaqdan yayınmaq üçün üçüncü ölkədən sığınacaq istəyib.
Bloomberg-in yazdığına görə, sığınacaq istəyən gəmi "Lavan" böyük desant gəmisi olub.
Üstəlik bu, hələ müharibənin ilk günü, fevralın 28-də, "Dena" freqatı ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığı tərəfindən məhv edilməzdən əvvəl baş verib.
"Lavan" desant gəmisi Hindistan hakimiyyətinə texniki problemlərlə bağlı raport edib ki, bu da rəsmi olaraq onlara Koççi limanında lövbər salmağa imkan verib. Hindistanın Xarici İşlər Naziri bunu "humanitar qərar" adlandırıb.
7 283
Açıqlamalar və son sifarişlərdən elə anlaşıkır ki, İranda hava zərbələri ən az 10-15 gün davam edəcək.
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
