Farid Abdullah
Ir al canal en Telegram
Şəxsi inkişaf, psixologiya, din və tərbiyə üzrə dərin məzmunlar. Real həyatdan hekayələr və praktiki məsləhətlərlə inkişafımıza dəstək olaq. 💌 Mənə yazmaq istəsəniz 👇🏻👇🏻👇🏻 @by_faridabdullah
Mostrar más1 874
Suscriptores
-124 horas
+27 días
+430 días
Archivo de publicaciones
1 874
Yeniyetmə ikən 90-larda yığdığımız bəzi şeylər vardı. Kinder oyuncaqları, müxtəlif saqqız kağızları (Turbo, Minti və s), yapışqanlar, oyuncaqlar və s. İmkan düşdükcə hobbi kimi yenidən onları toplamağa çalışıram. Çünki topladıqlarım əldən çıxıb, kiməsə verilib, ya bir vaxt imkan olmayıb toplamağa və s.
Ola bilər ki, uşaq vaxtı adam edə bilmədiklərini böyüdükdə reallaşdırmağa çalışır. Həm də indi əksər məhsullar keyfiyyətsizdir, yaradıcılıq, kreativlik düşük səviyyədədir. Bu heç.
Keçən dəfə kolleksiyaya əlavə etmək üçün bir nəfərlə əlaqə saxladım. Qardaş Gəncədə idi. Ödəniş etdim və bəzi nadir tapılan, saqqız və kinder oyuncağını almaq istədim. Bir də gördüm, nə qədər yazdı ki, xahiş edirəm, kartınızı atın, ödənişi geri qaytarım, sizi səsinizdən tanıdım. Üstünə özündən də əlavə oyuncaq qoydu göndərdi. Həqiqətən də, çox sevindim. Heç bilmirəm bu statusu niyə yazdım.
Ola bilər ki, vaxt keçsə də, reallıq dəyişsə də, öz uşaqlığıma hədiyyə etmək mənə motivasiya verir. Məqsəd nəticə deyil, prosesin özüdür. Pazlları yerinə oturur. Hərədə bir şeydir. Məndə də bu cür :)
1 874
Fitr bayramınız mübarək olsun, əzizlərim. Ramazan ayı həyatımıza nizam, düzən, hədəf vernişdi. Ümid edirəm ki, təsiri qalmış olar. Fitr günü Allah bizə lütf edib, mükafatlandırsın. Müsəlmanlara izzət, birlik, səadət, nəsr, afiyət versin. Xoş mətləbləriniz qəbul olsun. ❤️
1 874
"(Allah) etdikləri barəsində sorğu-suala çəkilməz, onlar isə etdiklərindən sorğu-suala çəkilərlər".
Ənbiya, 23.
Nə maraqlı ayədir.
1 874
Hər şeyin xəzinələri Allahın yanındadır. Biz ondan ancaq müəyyən ölçüdə endiririk.
/Hicr, 21/
1 874
وَلَا تَحْسَبَنَّ اللَّهَ غَافِلًا عَمَّا يَعْمَلُ الظَّالِمُونَ
Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma.
/İbrahim, 42/
1 874
Onlardan sonra gələnlər deyərlər: "Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş (yaxud imanda bizdən öndə olmuş) qardaşlarımızı bağışla! İman gətirənlərə qarşı qəlblərimizdə heç bir kin-küdurətə yer vermə! Ey Rəbbimiz, həqiqətən, Sən şəfqətlisən, mərhəmətlisən!” (Həşr, 10)
Nəql olunub ki, Əşəs ibn Qeys Həzrət Əlini ölümlə təhdid etdikdə İmam Buyurdu: "Sən məni ölümləmi təhdid edirsən? Allaha and olsun, ölümün üzərinə düşüm, ya ölüm mənim üzərimə düşsün - mənim üçün heç bir fərqi yoxdur" (Əbülfərəc nəql edib. Habelə Nəhcüs-səadət, c.2, s. 707)
Həmçinin, nəql olunub ki, İmam Zeynülabidin İbn Ziyadın qarşısında olarkən, dedi: Ey Ziyadın oğlu, sən məni öldürməklə təhdid edirsən? Məgər bilmirsən ki, öldürülmək bizim üçün bir adətdir? Allah tərəfindən kəramətimiz şəhadətdir". (Biharul-ənvar, c.45, s.118)
Hamımız Allahınıq və Ona doğru qayıtmaqdayıq. (Bəqərə, 156)
1 874
وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا
"Onlar deyərlər: "Ey Rəbbimiz! Həyat yoldaşlarımızı və övladlarımızı gözlərimizin aydınlıq səbəbi et və bizi müttəqilərə imam et!"
/Furqan, 74/
1 874
İmam Əli buyurub: "Şeytan öz azdırıcı yollarını sizin üçün asan göstərir. O, (möhkəm bağları olan) dininizi düyün-düyün açmaq (dağıtmaq), birlik və əlaqə əvəzinə təfriqə yaratmaq və bu təfriqə vasitəsilə fitnə qoparmaq istəyir. Məsələ belə ikən: onun vəsvəsə və hiylələrindən üz döndərin və nəsihəti onu sizə hədiyyə edən kəsdən qəbul edin, sonra da onu öz canınızın dərinliyində möhkəm qoruyun".
/Nəhcül-Bəlağə, xütbə 121/
1 874
اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ .٦٢
Allah hər şeyin xaliqidir. O, hər şey üzərində vəkildir.
/Zumər, 62/
Qeyd: Vəkil, lüğətdə "qoruyan", "işləri idarə edən" mənasındadır.
1 874
وَهُوَ ٱلَّذِي يُحْيِۦ وَيُمِيتُ وَلَهُ ٱخْتِلَٰفُ ٱلَّيْلِ وَٱلنَّهَارِۚ أَفَلَا تَعْقِلُونَ
O Kəsdir ki, dirildir və öldürür. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir (Onun işidir). Məgər ağlınızı işlətmirsinizmi?
/Muminun, 80/
1 874
"Əl-Müraciat" kitabının müəllifi Seyid Şərəfuddin Cəbəl Amili deyir:
"Livanın varlı xristianlarından biri yanıma gəlib dedi: Mən müsəlman olmaq istəyirəm, vəzifəm nədir? Dedim: İki rükət sübh namazı qıl və üç rükət məğrib namazı.
Dedi: Müsəlmanlar on yeddi rükət namaz qılırlar!
Dedim: Onların müsəlmanlığı bir qədər möhkəmlənib, buna görə də İslam Peyğəmbəri, tarixi mənbələrə görə, yeni müsəlman olanlara iki rükət sübh namazı və üç rükət məğrib namazı qılmağı əmr edirdi. İndi ki sən müsəlman olmusan, bu əməlləri yerinə yetirməyin kifayətdir.
Tədricən bu yeni müsəlman şəxs möhkəmləndi, məscidlərə getməyə başladı və digər müsəlmanlar kimi beş vaxt namazını qılırdı.
Nəhayət, Ramazan ayı yetişdi. O, təlaş içində yanıma gəlib dedi: Mən də oruc tutmalıyam?
Dedim: «Xeyr, oruc köhnə müsəlmanlara aiddir. İslamın ilk dövrlərində, Peyğəmbərin bəsətindən uzun müddət keçdikdən sonra müsəlmanlara oruc tutmaq əmr olunub».
Dedi: Mən oruc tutmaq istəyirəm.
Dedim: Nə qədər hazırlığın varsa, o qədər oruc tut. Bu üsul nəticəsində ikinci ildə bütün Ramazan ayını oruc tutdu və indi o, Livanın qüdrətli müsəlmanlarındandır, gecə namazını tərk etmir və Cənubi Livanın ən mühüm büdcələrini və maliyyə çatışmazlıqlarını təmin edir.
«Hövzə» jurnalı, sayı 39, s. 48 və 49
---
Mən bu məsələnin əslini dəqiq bilmirəm. Amma mənə görə çox məntiqlidir. Bəzən biz zahirən müsəlman olsa da, necə ki, bizim kimi ölkələrdə ənənəvi müsəlman doğulurlar, zamanla ibadətə gələn insana ağır əməllər, qəzalar, kəffarələr yükləyirik. Bu adam hələ ibadətdə möhkəmlənməmiş ağır şərtlərlə üz-üzə gəlir, üstəlik müstəhəbbat, nəyisə səhv etsə, illərin qəzaları və s gəlir. Adam narahat olur. Peyğəmbərimizin əshabı iyirmi neçə il ərzində formalaşdılar, vacibat dərhal onlara vacib olmadı. Düzdür ki, bu məsələni mübahisə etmək olar, amma yeni ibadətə gələn, yaxud səhv edən kəsi yükləmək olmaz. Mən belə düşünürəm.
1 874
Bayaq manatlıq taksidə gedərkən, sürücü mənə bu il əksər valideynin verdiyi sualı verdi. O da budur ki, övladının oruc tutmasını istəmir.
Mənə bu il bir neçə valideyn, hətta dindar valideynlər də uşaqlarının oruc tutduğundan bərk narahat olmalarını deyiblər.
Deyirəm, siz niyə narahat olursuz, tuta bilməyəcək, pozacaq. Yaxud o qədər valideyn var, gecə-gündüz dua edir ki, kaş övladı namaz-oruca meyilli olaydı.
Sürücü deyir, uşağa yatırım etmişəm. Futbolçu olsun deyə. İki dəfə də pozdurmuşam ona. Məktəblərə gedirəm, nə qədər oruc tutan uşaq var. Belə olmamalıdır, elm öyrənməlidirlər.
Demədim ki, dünya şöhrətli oyunçular Yamal, Salah və s futbolçular, hətta maraq üçün xristianlar da oruc tuturlar müsəlmanlar kimi.
Lakin deyirəm, həqiqətən, oruc tutan məktəblilər çoxdur? Deyir, bəli. Namaz qılmasalar da, oruc tuturlar. Amma oxumurlar.
Deyirəm, qardaşım, əgər bu uşaq 11 ay oxuyub, Ramazanda səmərəli olması aşağı düşsə, etiraz etmək haqqın var. Lakin əgər 11 ayı oxumayıbsa, sən Ramazan ayını günahlandıra bilməzsən.
Gördüm, razılaşır ki, bəhanədir. Amma mən oruc tutan yeniyetmələrin çoxalmasını eşitdikdə bu qədər qadağa və narahatlığın haradan doğduğunu təxmin etdim.
Sadəcə narahatam ki, siz nə qədər o uşaqları əzsəniz, daha radikal dindarlar böyüyəcək. Yetkinliyə çatmış uşaqları ibadətə görə əzirsiz, daha sonra bu, sizin heç xoşunuza gəlməyən formada sizə geri qayıdacaq.
1 874
إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
"Rəbbin Onun yolundan azanları və hidayət tapmışları (haqq yolda olanları) hər kəsdən yaxşı bilir".
/Qələm, 7/
1 874
رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً إِنَّكَ أَنتَ الْوَهَّابُ
"Rəbbimiz, Sən bizi hidayət etdikdən sonra qəlblərimizi yana çevirmə və bizə Öz yanından bir rəhmət bəxş et. Heç şübhəsiz, bol-bol bəxş edən Sənsən".
/Ali-İmran, 8/
1 874
Ramazan ayının gəlişilə əlaqədar siz əzizləri təbrik edirəm. Quran ayı hesab edilən bu ayda Allah bizi Qurandan bəhrə aparanlardan qərar versin. Bu ay İlahi ziyafət ayıdır. Əməl ayıdır. Allahdan tofiq diləyirəm. Hər birimiz üçün. Bir-birimizi dualarımızda unutmayaq.
1 874
Geştalt duası
Mən öz işimi görürəm, sən isə öz işini.
Mən bu dünyada ona görə yaşamıram ki, sənin gözləntilərini doğruldum.
Sən də bu dünyada ona görə yaşamırsan ki, mənim gözləntilərimi doğruldasan
Sən - sənsən.
Mən də - mən
Əgər bir-birimizə rast gəlmək bizim üçün baş vermişsə, nə gözəl!
Əks təqdirdə, daha bir şey etmək olmaz.
---
Bu dua haqqında bir dəfə yazmışdım. Əlbəttə, ilahi dua deyil. İçində möcüzə də yoxdur. Sadəcə münasibətlər korlandıqda, kimsə sizi manipulyasiya etdikdə, oxuya bilərsiz. Sözləri aydın olduqda adamın içindəki yük qalxır. Emosialar sakitləşir. Vəziyyəti olduğu kimi qəbul edə bilirsən.
1 874
Axırıncı dəfə orucluq 33 il əvvəl Fevral ayına düşüb. Belə bir fikir çıxdı rastıma. Bu da 90-cı illərin əvvəllərinə düşür. Çox güman ki, o vaxtlar orucun nə olduğunu bilirdim. Gah tam, ya yarımçıq tutur, gah Qədr gecələrində tutur, gah tutmurdum. Bəlkə də ilin bütün fəsil və aylarında tutmaq yəqin ki, qismət ola bilər. Haradasa lap az yaşlarından namazı əyani şəkildə görüb tanış olmuşam. 10-11 yaşlarından yavaş-yavaş ibadəti öyrənməyə çalışmışam. Hələ də öyrənirəm. Sözüm ondadır ki, orucluq bir daha fevral ayının bu ərəflərinə 30-33 ildən sonra gəlib çatacaq. Haradasa 2058-filan. Təxminən. Sözüm odur ki, qəti olaraq əksəriyyətimiz ölüm tariximizin 20.. rəqəmi ilə olacağını bilirik. Amma bir daha o dövriyəyə gəlib çatacağımı mən bilmirəm. Sözüm odur ki, bəzi fürsətlər adama bir dəfə verilir. Burada zirəklik göstərənlərin xoş halına.
