Farid Abdullah
Ir al canal en Telegram
Şəxsi inkişaf, psixologiya, din və tərbiyə üzrə dərin məzmunlar. Real həyatdan hekayələr və praktiki məsləhətlərlə inkişafımıza dəstək olaq.
Mostrar más1 827
Suscriptores
-124 horas
-47 días
-830 días
Archivo de publicaciones
1 827
Deyir, İlahi, bu gün Səndən bir şey diləmək istəmirəm. Sadəcə demək istəyirəm ki, mənə vermiş olduğun şeylərə görə Sənə təşəkkür edirəm.
1 827
İnsanlar düşünür ki, harasa köçsələr, xoşbəxt olacaqlar. Sonra məlum olur ki, sən demə, hara getsən də, özünü də yanında daşıyırsan.
1 827
Təəssüf ki, sosial şəbəkələrdə bir trend getdikcə güclənməkdədir. O da açıq-aşkar kimisə küçə söyüşlərilə söyməkdir. Və bizim bəzi xalq nümayəndələri, hətta aralarında dindarlar olsa da, bir tezisləri var: Söyülməsin. Belə etməyəydi, söyülməyəydi. Edibsə, haqq olub.
Hətta bir neçə qardaş tərəfindən mənə də təhdid göndərilmişdi ki, adını filankəsə verəcəyik, səni söysün.
Bundan öncə telegram kanallarında əxlaqsız kanallar vardı. Nə qədər ailələr də bədbəxt oldu. Kimin kimdən xoşu gəlmirdi, nömrəsini verirdi ki, bəs bu, "yüngül əxlaqlı" qadındır. Problem başlayırdı.
Cəmiyyət də döyənin tərəfində olmaq istəyir. Çünki barmaq silkələnir, ya bizimləsən, ya əleyhimizəsən. Əleyhimizəsənsə, bizə hər şey mübahdır.
Qadın-uşaq, böyük-kiçik görmədən, hamısını ictimaiyyət qarşısında küçə söyüşlərilə söymək trendi çox pisdir.
Cahil və fasiq adamlarla işim yox, lakin buna dəstək verən bəzi dindarlar da olur.
Adam birini deyir, on beşini demir. Dilindən Əmirəlmöminin Əlinin adı düşməyən və belə şeylərə bəraət qazandıran kəslərə bir daha xatırlatma edək. Həzrət Əlinin adı ilə pislik etmək məsuliyyətdir. Unutmayaq ki, "Əli şiəsi" məhz həzrətin yolunu gedəndir.
İmam Əlinin (ə) bəzi tərəfdarları Müaviyənin ardıcıllarını söyməyə başladıqda, Həzrət onlara belə xəbərdarlıq etdi:
"Sizin ağzıpozuq olub, təhqiramiz sözlər deməyiniz, söyüş söyüb lənət yağdırmağınız mənim xoşuma gəlmir. Lakin onların çirkin əməllərini xatırladıb: "Rəftarları bu cür, əməlləri isə bura qədərdir" desəniz, bu, daha doğru və üzrxahlıq üçün daha məqbuldur.
Lənət oxuyub üz çevirməkdənsə, belə dua etməyiniz daha layiqdir: "Ey Rəbbim! Bizim də, onların da qanını nahaq tökülməkdən qoru, aramızda sülh yarat və onları azğınlıqdan doğru yola yönəlt ki, haqqı batildən ayırd bilsinlər, əyrilikdən çəkinib haqq əhlinə düşmənçilik etməkdən əl çəksinlər". [Nəhcül-Bəlağə, xütbə, 206]
Hələ bu, həzrət Əlinin Müaviyənin əshabına qarşı davranışı idi. O ki qalsın sıravi inanclı adamları incitmək olsun. Bunu yazdım ki, camaat həzrət Əlinin yolunu meyar olaraq götürsünlər.
1 827
🟡 Həqiqətin aydınlığı şahidliyin şərtidir...
🔴 Allahın Rəsulu (s) şahidlik haqqında sualın cavabında buyurur:
Günəşi görürsənmi? Məsələ eynilə bu cür aydın olduğu zaman şahidlik et, əks halda özünü saxla (şahidlik etmə).
📚 Mənbə: Vəsailuş-Şiə, c. 18, səh. 250, hədis 3.
1 827
Allahummə mən kādənī fəkidhu, və mən ərādənī fə-əridhu, və-fulə ənnī həddə mən nəsabə lī həddəh, və ətfi ənnī nārə mən şəbbə lī vəqūdəh, vəkfinī məkrəl-məkərəh, vafqa’ ənnī uyūnəl-kəfərəh, vakfinī həmmə mən ədxələ ələyyə həmməh, vədfə’ ənnī şərrəl-həsədəh, və’simnī min zālikə bis-səkīynəh, və əlbisnī dir’əkəl-hasīynəh, vəxbə'nī fī sitrikəl-vāqī, və aslih lī hālī, və saddiq qavlī bifə’ālī, və bārik lī fī əhlī və mālī”.
1 827
💙 Ruzi üçün dualar
👉🏻 1 – Bunu de: “Allahummərzuqni min fadlikəl-vasi’il-həlalit-tayyib, rizqən vasi’ən həlalən tayyiba, bəlağən lid-dunya vəl-axirəh, sabbən sabbə, həni’ən məri’a, min ğayri kəddin və la mənnin min əhədin min xəlqikə illa sə’ətən min fadlikəl-vasi’, fə-innəkə qult: “Vəs’əlullahə min fadlih” fə-min fadlikə əs’əl, və min ətıyyətikə əs’əl, və min yədikəl-məl’ə əs’əl”
👉🏻 2 – Bunu de: “Allahummə innəkə təkəffəltə birizqī və rizqi kulli dabbətin, ya xəyrə məd’uvvin, və ya xəyrə mən ə’tā, və ya xəyrə mən su’il, və ya əfdalə murtəcā, if’əl bī kəzā və kəzā” (Kəza və kəza yerinə istəyini de)
👉🏻 3 – Bunu de: “La havlə və la quvvətə illa billahil-əliyyil-əzīm, təvəkkəltu ələl-həyyilləzī la yəmut, vəl-həmdu lillahilləzī ləm yəttəxiz sahibətən və la vələda, və ləm yəkul-ləhu şərīkun fil-mulk, və ləm yəkul-ləhu vəliyyun minəz-zull, və kəbbirhu təkbīrā”.
👉🏻 4 – Vacib namazların səcdəsində ruzi istəmək üçün belə dua et: “Ya xəyrəl-məs’ūlīn, və ya xəyrəl-mu’tīn, urzuqnī vərzuq ‘iyalī min fadlikəl-vasi’, fə-innəkə zūl-fadlil-’azīm”.
👉🏻 5 – Gecə namazının sonunda, səcdədə olarkən belə de: “Ya xəyrə məd’uvvin, və ya xəyrə məs’ūlin, və ya əvsə’ə mən ə’tā, və ya xəyrə murtəcā, urzuqnī və əvsi’ ‘ələyyə min rizqikə, və səbbib lī rizqan min qibəlikə, innəkə ‘alā kulli şəy’in qədīr”.
👉🏻 6 – Kamil şəkildə dəstəmaz al, sonra rükusunu və səcdəsini tam, qüsursuz yerinə yetirməklə iki rükət namaz qıl. Namazdan sonra belə de: “Ya Macidu, ya Vahidu, ya Kərīmu, ya Da’imu, ətəvəccəhu iləykə bi-Muhəmmədin nəbiyyikə nəbiyyir-rəhməti sallallahu ‘ələyhi və alih. Ya Muhəmmədu, yə Rasūlallah, innī ətəvəccəhu bikə iləllahi rabbikə və rabbī və rabbi kulli şəy’in ən tusalliyə əlā Muhəmmədin və əhli bəytih, və əs’əlukə nəfhətən kərīmətən min nəfəhatik, və fəthən yəsīrā, və rizqən vasi’ən əlummu bihī şə’sī, və əqdī bihī dəynī, və əstə’īnu bihī əlā ‘iyalī”.
👉🏻 7 – Peyğəmbər (s) bu duanı öyrətdi: “Ya raziqəl-muqillīn, ya rahiməl-məsakīn, ya vəliyyəl-mu’minīn, ya zəl-quvvətil-mətīn, salli əlā Muhəmmədin və əhli bəytih, vərzuqnī və afinī, vəkfinī ma əhəmmənī”.
👉🏻 8 – Belə de: “Allahummə innī əs’əlukə rizqən vasi’ən tayyibən min rizqik”.
👉🏻 9 – Belə de: “Əs’əlukə min rizqikəl-vasi’”.
👉🏻 10 – Bunu de: “Allahummə əvsi’ ‘ələyyə fī rizqī, vəmdud lī fī ‘umurī, vəc’əlnī mimmən təntəsıru bihī li-dīnik, və la təstəbdil bī ğayrī”.
👉🏻 11 – Ruzi haqqında duadır: “Ya Allahu, ya Allahu, ya Allah, əs’əlukə bihəqqi mən həqquhū ələykə əzīmun ən tusalliyə əlā Muhəmmədin və āli Muhəmməd, və ən tərzuqəniyəl-əmələ bimā əlləmtənī min mə’rifəti həqqik, və ən təbsuta ələyyə ma hazartə min rizqik”.
👉🏻 12 – Bunu de: “Allahummə innəkə təkəffəltə birizqī və rizqi kulli dabbətin, fə-ya xəyrə mən du’iyə, və ya xəyrə mən su’ilə, və ya xəyrə mən ə’tā, və ya afdala murtəcā, if’əl bī kəzā və kəzā”.
👉🏻 13 – İmam Səccad belə dua edərdi:
“Allahummə innī əs’əlukə husnəl-mə’īşəti, mə’īşətən ətəqəvvā bihā əlā cəmī’i həvāicī, və ətəvassalu bihā fīl-həyāti ilā āxirətī min ğayri ən tutrifənī fīyhā fə-atğā, əv təqturə bihā ələyyə fə-əşqā. Əvsi’ ələyyə min həlāli rizqik, və əfid ələyyə min səybi fadlikə ni’mətən minkə sābiğətən, və ətā`ən ğayra məmnūn. Summə lā təşğalnī ən şukri ni’mətikə bi-iksārin minhā tulhīynī bəhcətuh, və təftinnī zəhərātu zəhvəhtihi, və lā bi-iqlālin ələyyə minhā yəqsuru bi-əməlī kədduh, və yəmlə’u sadrī həmmuh. Ə’tinī min zālikə yā İlāhī ğinən ən şirāri xəlqik, və bəlāğən ənālu bihī ridvānək. Və ə’ūzu bikə yā İlāhī min şərrid-dunyā və şərri mā fīyhā, lā təc’əlid-dunyā ələyyə sicnā, və lā firāqəhā ələyyə huznā. Əxricnī min fitnətihā mardiyyən ənnī, məqbūlən fīyhā əməlī ilā dāril-həyəvāni və məsākinil-əxyār, və əbdilnī bid-dunya əl-fāniyəti nə’īyməd-dāril-bāqiyəh.
Allahummə innī ə’ūzu bikə min əzlihā və zilzālihā və satavāti şəyātīynihā və səlātīynihā və nəkālihā, və min bəğyi mən bəğā ələyyə fīyhā.
1 827
❓ Sual: Neyləyək ki, şeytan bizdən uzaq olsun?
✅ Ayətullah Behcət:
Şeytan düşməndir. Hücum edir və gəlir. Bizik ki, qaçmalıyıq. (فقد هربتُ الیک – "Həqiqətən, Sənə tərəf qaçdım").
Allaha tərəf qaçmaq lazımdır! Düşmənin işi hücum etməkdir. Deyil ki, dayanıb deyəsən: "Düşmən, irəli gəlmə!" Bu ki döyüş meydanının yolu və üsulu deyil.
1 827
💛 Əbu Malikdən rəvayət olunub ki, dedi:
Əli ibn Hüseynə (ə) dedim: "Mənə dinin bütün şəriətlərini (hökmlərini) xəbər ver".
Buyurdu: "Haqqı söyləmək, ədalətlə hökm etmək və əhdə vəfa etmək".
🟥 İmam Səccadın (ə) kəlamında dinin bütün göstərişləri: Haqqı demək, ədalətli qəzavət (mühakimə) və əhdə vəfa.
👉 əl-Xisal, cild 1, səh. 113
1 827
Deyir, uzun illər bir yerdə yaşamış ərlə xanımından soruşurlar ki, necə oldu, bu uzun müddət bir yerdəsiz? Cavab verdilər, biz o dövrdən gəlirik ki, bir şey nasaz olduqda onu dərhal atmır, təmir etməyə çalışırdılar.
Zarafat bir yana, 21-ci əsrdir, restovrasiya və təmir özünün ən çöküş tarixini yaşayır. İstər insan olsun, ya da əşya.
1 827
💚 Əmirəlmöminin (ə) buyurmuşdur:
"Həqiqətən, cəzaların ən tezi, zülm və təcavüzün cəzasıdır".
📚Təsnifi Ğurər / 10452
1 827
✍️ Ayətullah Yəqubi Qaini:
"Gecənin qaranlığında, heç kimin olmadığı tənha və xəlvət bir yerdə Allahla tək qal!
De ki: "Allahım! Ömrüm hədər oldu, bundan yaxşı ola bilmirəm, Sən məni düzəlt..." 💔
Gücsüzlüyünü və çarəsizliyini bəyan etdikdə (mənəvi) qüvvət yaranır. Allahın dərgahına Onda olmayan bir şeyi aparın!
⚠️ Allahda fəqirlik (ehtiyac), qəlbiqırıqlıq və möhtaclıq yoxdur.".
1 827
✍ Seyid Musa Şübeyri Zəncanini qeyd edib:
"Ayətullah Bürucirdi öz dövründə təəssüf hissi ilə bildirərdi ki, nə üçün tələbələr (din elmləri tələbələri) xarici dil öyrənmədilər ki, daha böyük təsir və fayda sahibi olsunlar".
1 827
Əmirəlmöminîn Əli (ə) buyurmuşdur:
رُبَّمَا أُتِيتَ مِنْ مَأْمَنِكَ
"Çox vaxt sənə təhlükə (zərbə), tam əmin olduğun, sığınacaq bildiyin yerdən gələr".
📚Təsnifu Ğurər, 10261
1 827
✍️ Musa Sədr: "Dinlər" bir idi, çünki vahid bir məqsədə xidmət edirdilər: Allaha tərəf dəvət və insana xidmət. Bu ikisi isə tək bir həqiqətin təzahürləridir. Dinlər özlərinə xidmət etmək ardınca olduqları zaman isə aralarında ixtilaf yarandı. Hər dinin özünə olan diqqəti o həddə çatdı ki, demək olar ki, əsas məqsədin unudulması ilə nəticələndi. İxtilaflar şiddətləndi və insanın əzabları artdı.
📚 Dinlər insana xidmətdə, səh. 14
1 827
Bir nəfərdən soruşdular: Necə zəngin və dövlətli oldun?
Dedi: Allah verdi, mən verdim. Allah verdi, mən verdim. Yarışmaqmı olar? O qalib gəldi.
1 827
İmam Cәfәr Sadiq buyurmuşdur: "Quranı falçılığa alәt etmәyin!" (Әl-Kafi, c.2, s.629, h.7)
1 827
İmam Əli (ə) buyurur:
لَا عَدُوَّ أَعْدَی عَلَی الْمَرْءِ مِنْ نَفْسِهِ
“İnsan üçün öz nəfsindən daha təhlükəli bir düşmən yoxdur”.
Təsnifu Ğurər, 4686.
1 827
Deyir, uzun illər bir yerdə yaşamış ərlə xanımından soruşurlar ki, necə oldu, bu uzun müddət bir yerdəsiz? Cavab verdilər, biz o dövrdən gəlirik ki, bir şey nasaz olduqda onu dərhal atmır, təmir etməyə çalışırdılar.
Zarafat bir yana, 21-ci əsrdir, restovrasiya və təmir özünün ən çöküş tarixini yaşayır. İstər insan olsun, ya da əşya.
1 827
💚 Maddi baxımdan zəif (kasıb) olan iman qardaşlarınızı xor görməyin (həqir saymayın)...
Möminlərin Əmiri Əli ibn Əbu Talib (ə) buyurdu: "Zəif (kasıb) qardaşlarınızı həqir saymayın! Zira hər kəs bir mömini həqir saysa (xor görsə), tövbə etməyincə Allah-Taala cənnətdə onların ikisini bir yerə toplamaz (yəni həmin şəxsi cənnətə onun yanına qoymaz)'.
📚 Mənbə:
Əl-Xisal (Şeyx Səduq), səh. 614, hədis 10.
1 827
Bəlkə də bu məsələni dəfələrlə eşidibsiniz. Osman ibn Hüneyf Bəsrədə bir qonaqlıqda iştirak edibmiş. Həmin məclisdə nə olmuşdu? Allah eləməmiş, orada araq içilmişdimi? Xeyr! Qumar oynanılmışdımı? Xeyr! Pozğunçuluq olmuşdumu? Xeyr! Bəs nə olmuşdu?
Osman ibni Huneyfin günahı tam əşraf, bu günkü dillə desək, aristokratlar məclisində iştirak etməsidir. Belə ki, həmin məclisdə yoxsullardan heç kəs olmayıb. Təəssüflər olsun ki, bizlər bu gün belə şeylərə tamamilə laqeyidliklə yanaşırıq.
Əliyə (ə) xəbər çatır ki, sənin nümayəndə və hakimin yoxsullardan bir nəfərin belə iştirak etmədiyi varlı, əşraf və pulluların qonaqlıq məclisində iştirak edib.
Əli (ə) belə buyurur: «Ey Osman ibn Hüneyf! Mən sənin ancaq varlılar dəvət edilmiş və kasıbların dəvət edilməyərək qapı arxasında qaldıqları süfrədə oturmaq dəvətini qəbul etməyinə inanmazdım.
Əli (ə) sonra öz dərdləri barəsində danışaraq bu yerə çatır: Əli xəlifədir! öz-özünə deyir ki, istəsəm mənim üçün hər bir imkan hazırdır. İstədiyim ən yaxşı yeməli, içməli və geyinməli şeyləri özüm üçün əldə edə bilərəm. Amma mənim belə etməyim qeyri-mümkündür.
Mənim öz cilovumu hərislik və nəfsi istəklərimin əlinə verməyim mümkün olmayan bir şeydir.
(Ustad Mütəhhərinin "Kamil insan"ından)
