Farid Abdullah
前往频道在 Telegram
Şəxsi inkişaf, psixologiya, din və tərbiyə üzrə dərin məzmunlar. Real həyatdan hekayələr və praktiki məsləhətlərlə inkişafımıza dəstək olaq. 💌 Mənə yazmaq istəsəniz 👇🏻👇🏻👇🏻 @by_faridabdullah
显示更多1 828
订阅者
-324 小时
-37 天
-4830 天
帖子存档
1 828
✍️ Ayətullah Yəqubi Qaini:
"Gecənin qaranlığında, heç kimin olmadığı tənha və xəlvət bir yerdə Allahla tək qal!
De ki: "Allahım! Ömrüm hədər oldu, bundan yaxşı ola bilmirəm, Sən məni düzəlt..." 💔
Gücsüzlüyünü və çarəsizliyini bəyan etdikdə (mənəvi) qüvvət yaranır. Allahın dərgahına Onda olmayan bir şeyi aparın!
⚠️ Allahda fəqirlik (ehtiyac), qəlbiqırıqlıq və möhtaclıq yoxdur.".
1 828
✍ Seyid Musa Şübeyri Zəncanini qeyd edib:
"Ayətullah Bürucirdi öz dövründə təəssüf hissi ilə bildirərdi ki, nə üçün tələbələr (din elmləri tələbələri) xarici dil öyrənmədilər ki, daha böyük təsir və fayda sahibi olsunlar".
1 828
Əmirəlmöminîn Əli (ə) buyurmuşdur:
رُبَّمَا أُتِيتَ مِنْ مَأْمَنِكَ
"Çox vaxt sənə təhlükə (zərbə), tam əmin olduğun, sığınacaq bildiyin yerdən gələr".
📚Təsnifu Ğurər, 10261
1 828
✍️ Musa Sədr: "Dinlər" bir idi, çünki vahid bir məqsədə xidmət edirdilər: Allaha tərəf dəvət və insana xidmət. Bu ikisi isə tək bir həqiqətin təzahürləridir. Dinlər özlərinə xidmət etmək ardınca olduqları zaman isə aralarında ixtilaf yarandı. Hər dinin özünə olan diqqəti o həddə çatdı ki, demək olar ki, əsas məqsədin unudulması ilə nəticələndi. İxtilaflar şiddətləndi və insanın əzabları artdı.
📚 Dinlər insana xidmətdə, səh. 14
1 828
Bir nəfərdən soruşdular: Necə zəngin və dövlətli oldun?
Dedi: Allah verdi, mən verdim. Allah verdi, mən verdim. Yarışmaqmı olar? O qalib gəldi.
1 828
İmam Cәfәr Sadiq buyurmuşdur: "Quranı falçılığa alәt etmәyin!" (Әl-Kafi, c.2, s.629, h.7)
1 828
İmam Əli (ə) buyurur:
لَا عَدُوَّ أَعْدَی عَلَی الْمَرْءِ مِنْ نَفْسِهِ
“İnsan üçün öz nəfsindən daha təhlükəli bir düşmən yoxdur”.
Təsnifu Ğurər, 4686.
1 828
Deyir, uzun illər bir yerdə yaşamış ərlə xanımından soruşurlar ki, necə oldu, bu uzun müddət bir yerdəsiz? Cavab verdilər, biz o dövrdən gəlirik ki, bir şey nasaz olduqda onu dərhal atmır, təmir etməyə çalışırdılar.
Zarafat bir yana, 21-ci əsrdir, restovrasiya və təmir özünün ən çöküş tarixini yaşayır. İstər insan olsun, ya da əşya.
1 828
💚 Maddi baxımdan zəif (kasıb) olan iman qardaşlarınızı xor görməyin (həqir saymayın)...
Möminlərin Əmiri Əli ibn Əbu Talib (ə) buyurdu: "Zəif (kasıb) qardaşlarınızı həqir saymayın! Zira hər kəs bir mömini həqir saysa (xor görsə), tövbə etməyincə Allah-Taala cənnətdə onların ikisini bir yerə toplamaz (yəni həmin şəxsi cənnətə onun yanına qoymaz)'.
📚 Mənbə:
Əl-Xisal (Şeyx Səduq), səh. 614, hədis 10.
1 828
Bəlkə də bu məsələni dəfələrlə eşidibsiniz. Osman ibn Hüneyf Bəsrədə bir qonaqlıqda iştirak edibmiş. Həmin məclisdə nə olmuşdu? Allah eləməmiş, orada araq içilmişdimi? Xeyr! Qumar oynanılmışdımı? Xeyr! Pozğunçuluq olmuşdumu? Xeyr! Bəs nə olmuşdu?
Osman ibni Huneyfin günahı tam əşraf, bu günkü dillə desək, aristokratlar məclisində iştirak etməsidir. Belə ki, həmin məclisdə yoxsullardan heç kəs olmayıb. Təəssüflər olsun ki, bizlər bu gün belə şeylərə tamamilə laqeyidliklə yanaşırıq.
Əliyə (ə) xəbər çatır ki, sənin nümayəndə və hakimin yoxsullardan bir nəfərin belə iştirak etmədiyi varlı, əşraf və pulluların qonaqlıq məclisində iştirak edib.
Əli (ə) belə buyurur: «Ey Osman ibn Hüneyf! Mən sənin ancaq varlılar dəvət edilmiş və kasıbların dəvət edilməyərək qapı arxasında qaldıqları süfrədə oturmaq dəvətini qəbul etməyinə inanmazdım.
Əli (ə) sonra öz dərdləri barəsində danışaraq bu yerə çatır: Əli xəlifədir! öz-özünə deyir ki, istəsəm mənim üçün hər bir imkan hazırdır. İstədiyim ən yaxşı yeməli, içməli və geyinməli şeyləri özüm üçün əldə edə bilərəm. Amma mənim belə etməyim qeyri-mümkündür.
Mənim öz cilovumu hərislik və nəfsi istəklərimin əlinə verməyim mümkün olmayan bir şeydir.
(Ustad Mütəhhərinin "Kamil insan"ından)
1 828
💚 Dostluğun həddi və ölçüsü
Möminlərin əmiri İmam Əli (ə) buyurur:
"Dostuna bütün səmimiyyətini və sevgini göstər, lakin ona tam (mütləq) bel bağlama. Onunla tam həmdərd və köməkçi ol, lakin bütün sirrərini ona açma."
📚 Ğurərul-hikəm, hədis 2463
1 828
Bir nəfər İmam Sadiqdən soruşdu: "Mən bir xanımla evlənmək istəyirəm, ancaq valideynlərim başqasıyla evlənməyimi istəyir".
İmam dedi: "Meyil etdiyin xanımla evlən və valideynlərinin (sənin razılığın olmadan) seçdiklərini boşla".
Təhzib, c.7, s.392; Kafi, c.5, s.401.
1 828
✅ Səlim qəlb və düzgün əxlaq ruzisi
Əmirəl-möminin (ə) buyurub:
إِذَا أَحَبَّ اللَّهُ سُبْحَانَهُ عَبْداً رَزَقَهُ قَلْباً سَلِيماً وَ خُلُقاً قَوِيماً
"Sübhan Allah bir bəndəni sevərsə, ona səlim (sağlam) bir qəlb və doğru-düzgün bir əxlaq bəxş”.
📚 Təsnifu Ğurəril-hikəm / 895
1 828
Həzrət Fatimə (s.ə) buyurmuşdur:
حضرت فاطمةُ(س) : مَن أصعَدَ إلَی اللّهِ خالِصَ عِبادَتِهِ، أهبَطَ اللّهُ عز و جل إلَیهِ أفضَلَ مَصلَحَتِهِ .
"Hər kim Allaha öz xalis ibadətini ucaldarsa, Böyük və Qüdrətli Allah ona özünün ən yaxşı məsləhətini (salahını) nazil edər”.
1 828
Bayaq İmam Həsən Əskəri (ə) haqqında mütaliə edərkən bir neçə maraqlı məqamlar diqqətimi çəkdi:
1 - Bəni-Abbasın təzyiqləri daha pis artmışdı. İmamı tərəfdarları bəzən yolda görə bilirdilər. İmam onlara deyirdi ki, kimsə mənə salam verməsin. Hətta mənə işarə belə etməsin. Çünki sizin özünüz də təhlükədəsiniz.
Ümumiyyətlə, imamların liderlik qabiliyyətlərindən biri tərəfdarın arxasında yox, önündə olmaları olub. Əsla razı olmayıblar ki, kimsə onlara görə təhlükəyə düşsün.
2 - İmam Əskərinin dövründə bəzi işlər vəkillər vasitəsilə aparılırdı. Bəzən İmam kimisə vəkil təyin edirdi. Məktubla qeyd edirdi. Lakin bəzi tərəfdarlar şübhə edirdi ki, görəsən həqiqətdir, ya yox. İmam ikinci dəfə məktub yazıb məsələni izah edirdi. Lakin və amma. Bir sıra vəkillər olurdu ki, daim maliyyə işlərinin içində olduqlarından xəyanət edirdilər, malları mənimsəyirdilər və İmam bu dəfə məktub yazıb həmin şəxsdən uzaq olmağı əmr edirdi. Dəhşətdir ki, İmamın vəkili məsələnin içində ola-ola aza bilirdi. Əlbəttə, bu, çox az, nadir vəkillərə aid idi. Əksəriyyəti etibarlı idi.
3 - Digər məqam o idi ki, İmam gənc yaşlarından həbsxanalarda olub və ona qarşı şiddət və təzyiq göstərilməsi əmr edilirdi. Lakin nə çox əmr almış adam sadəcə ona valeh olurdu. Onun bəndəliyindən, əxlaqından, insanlığından dəhşətə gəlir və İmama böyük hörmət bəsləyənlərdən birinə çevrilirdi.
4 - Qeyb dövrü yaxınlaşdığı üçün şiələrin imamlarla əlaqəsi kəsilirdi. Karantin idi. Və burada alimlərin vəzifəsi daha da ağırlaşırdı ki, onlar İslam maarifini fərqli bölgələrə çatdırmalı idilər. İrsi qoruyub saxlamalı idilər. Nə çox əziyyətlər çəkilib. Nadan dost və mənfur düşmən əlindən.
1 828
♥️ Kim bir möminin sıxıntısını yatızdırsa, Allah ona dünya və axirət sıxıntısından fərəc verər. /İmam Hüseyn/
***
👉 Maraqlı odur ki, "kərb" ifadəsi adətən ruhsal sıxıntı və tədirginlik kimi istifadə olunur. Habelə "nəffəsə" feili işlədilib. Sanki bir nəfərə nəfəs verirsən, "oxxay" deyib özünü yükdən azad edilmiş hiss edir.
1 828
💚 "Bilin ki, insanların sizə olan ehtiyacı Allahın nemətlərindəndir. Bu nemətlərdən bezməyin və narahat olmayın, yoxsa qəzəb şəklinə çevrilər (bəla şəklində üstünüzə qayıda bilər)”.
/İmam Hüseyn (ə)/
1 828
✅️ İmam Kazım (ə) buyurmuşdur:
"Zəifə (köməksizə) yardım etməyin ən fəzilətli sədəqələrdəndir".
📚 Tuhəful-uqul ən Ali-Rəsul (ə), c. 1, s. 414
1 828
Mərhum Ayətullah Bürucerdi Qumun bürkülü yay günlərində Vəşnuh yaylağına gedərdi. Seyidin xidmətçisi Hacı Əhməd nəql edir:
Bir gün ehtiyac olan şeyləri almaqdan bağa qayıdanda gördüm ki, Ağa dəstəmaz almaq üçün arxın kənarında əyləşib, lakin gözlərindən yaş axır və ağlayır!
Ərz elədim: "Ağa, bir şey olub?"
Buyurdu: "Bu axan və bir daha geri qayıtmayan suyu görəndə ömrüm yadıma düşdü. Bizim də ömrümüz gedir və bir daha geri qayıtmayacaq; bir halda ki, heç bir iş görməmişəm və azuqəm boşdur..."
Ərz elədim: "Ağa, belə danışmayın, bu qədər iş görmüsünüz; Avropada, Amerikada Böyük İslam Mərkəzi, o qədər məscid və mədrəsə tikdirmisiniz, bu qədər müctəhid tərbiyə etmisiniz və s..."
Buyurdu: "Məgər eşitməmisən ki, buyurublar: «Əxlisil-əmələ fə innən-naqidə bəsirun bəsiir" (Əməlini xalis et! Çünki əməli sınaqdan keçirən çox bəsirətlidir, çox iti nəzərlidir)?!"
Buyurdu: "Qorxuram ki, əməllərim xalis olmamış olsun, qorxuram..."
