es
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Ir al canal en Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Mostrar más
Azerbaiyán410La categoría no está especificada

📈 Análisis del canal de Telegram Hebib Müntezir

El canal Hebib Müntezir (@hebmun) en el segmento lingüístico de Azerbaiyano es un actor destacado. Actualmente la comunidad reúne a 16 874 suscriptores, ocupando la posición en la categoría Otro y el puesto 410 en la región Azerbaiyán.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 16 874 suscriptores.

Según los últimos datos del 02 diciembre, 2024, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 03 diciembre, 2024), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

16 874
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
İlham Əliyev: "Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək". İkicə dəqiqəmi ayırdım ki, baxım düz deyir ya yox, bunlar çıxdı qabağıma: - 2022-ci il fevralın 4-də Avropa İttifaqı Azərbaycana 2 milyard avro vəsait ayırıb. - 2021-ci il Dünya Bankı Azərbaycanın yol layihəsinə 65 milyon dollar kredit ayırıb. - 2021-ci il B.Britaniya Qarabağ münaqişəsindən sonra BMT İnkişaf Proqramı çərçivəsində 500 min funt sterlinq maliyyə ayırıb. - 2021-ci il BMT münaqişədən zərər çəkmiş bölgələrdə humanitar fəaliyyəti dəstəkləmək üçün 2 milyon ayırıb. - 2021-ci il Yaponiya Azərbaycana müharibədən sonra humanitar böhranla bağlı 1,2 milyon dollar humanitar yardım ayırdı. - 2021-ci il Asiya İnfrastruktur İnvestisiya Bankı Azərbaycana 100 milyon dollar kredit ayırıb. - 2020-ci il ərzində Dünya Bankı Azərbaycanda 150 mln. dollar həcmində vəsait ayırıb.

Əliyev Zəfər Günü ilə əlaqədar Şuşadakı çıxışında sülhməramlıların Qarabağda müvəqqəti olduğunu xatırladaraq Rusiyaya, Ermənistana dəstək olaraq hərbi təlim keçirənləri qınayaraq da İrana mesajını ötürdü. Ermənistana da öhdəlikləri yerinə yetirməsə lazımı addımlar atacağını dedi.

Almaniyada yeni sosial yardım qanun layihəsinə görə 2 uşaqlı ailənin valideynləri dövlətdən 902 avro, uşaqlar üçün isə 696 avro ala biləcəklər. Bununla da bir ailə heç çalışmadan ayda 1598 avro pul əldə edə biləcək. Bundan başqa evin kirayə pulu və bəzi kommunal ödəmələr də qarşılanacaq. İndi almanlar etiraz edirlər ki, daha niyə işləyirik, doğub pulumuzu alaq da?! Camaatın dərd-sərinə bax da.

Gəncənin Dədə Qorqud küçəsində yaşayan qadının evinə 10 il ərzində dəfələrlə su damır, aidiyyatı qurumlara müraciət edir ki, bəs gəlin üst qonşunun evinə baxın, məhkəmələr filan, xeyri olmur. 10 il sonra qonşu özü qapını sındırıb girir içəri və görür ki, 93 yaşlı tənha rus qadın Yelifolida Strelkovanın çürümüş cəsədi yerdədir. Polis, JEK, bələdiyyə, prokurorluq zad indi əl-ayağa düşüb araşdırma aparırlar.

Əvvəcə MN-nin qeyri-rəsmi sosial media kanalı xəbər yaydı ki, ruslar Laçın dəhlizindən Qarabağa silah daşıyır. Sonra xəbər yayıldı ki, Azərbaycan Rusiyadan Ermənistana gedən təyyarəyə silah daşıdığı üçün öz ərazisindən uçmağa icazə verməyib. Sonra Aztv dilləndi ki, Qarabağda bir dənə də rus əsgəri qalmayacaq. Görünür Əliyev Soçidən xeyli narazı qayıdıb, vəziyyət ruscadır.

Kürdəmirdə 15 yaşında valideynləri tərfindən ərə verilən Şəbnur İsmiyeva 17 yaşında doğuş zamanı vəfat edib. Onun dünyaya gətirdiyi körpə sağdır, lakin vəziyyəti yaxşı deyil. Ailə isə yeniyetmə qızın ölümünə görə həkimləri günahlandırır. Bildirilir ki, evlilərin rəsmi nikahı olmayıb.

Eks Səhiyyə naziri Əli İnsanov İlham Əliyevin əsasən Qarabağ və xarici siyasətini dəstəklədiyini bildirərək, ölkədəki islahatları yüksək qiymətləndirdiyini bildirib. O, 14 il həbsdən çıxdıqdan sonra hakimiyyətə müxalif olduğunu bəyan edərək Haqq Ədalət Partiyasını yaratmışdı.

Rəsmi olaraq Azərbaycanda "TikTok"un fəaliyyətinə qoyulmuş məhdudiyyətin aradan qaldırıldığı bildirilir.

44 günlük müharibənin komandanlarından biri olan Mayis Bərxudarova general-leytenant rütbəsi, Hərbi Dəniz Qüvvələrinin Komandanı Sübhan Bəkirova isə vitse-admiral ali hərbi rütbəsi verildi.

17 il Azərbaycanın vergilər naziri olmuş Fazil Məmmədov müalicə aldığı Türkiyədə xəstəlikdən vəfat edib. Vəzifədə olarkən kurasiyasında olan Bakının Binəqədi rayonu, Şəmkir, Gədəbəy və Yardımlı rayonlarında restoran, hotelləri, zavod və müəssisələri, biznes obyektləri sayəsində 15 milyardlıq vəsait əldə edərək ofşorlara çıxardığı bildirilir.

Azərbaycan Müdafiə naziri Zakir Həsənov və çoxunun "Bəxiyar Paşa" kimi tanıdığı, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-leytenant Bəxtiyar Ersay İranla həmsərhəd olan cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb.

Dünən xəbər çıxdı ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev DTX tərəfindən saxlanılıb. Bu gün nazirlik rəsmi olaraq məlumatı təkzib edərək bildirdi ki, müavin işə çıxır. İndi də rəsmi olaraq sərəncam imzalandı və vəzifəsindən azad olundu.

Goranboyda 44 günlük müharibədə şəhid olan hərbçinin adına küçə verilib. Şəhidin qaynatası götürüb şəhidin şəklini küçədən asmaq istəyib, şəhidin atası onun mənəvi haqqının olmadığını bildirərək, buna mane olub. Mübahisə böyüyüb, şəhidin atası əvvəlcə küt alətlə qudasına zərbə yetirib sonra “Niva” markalı maşınla üstündən keçərək qətlə yetirib. 66 yaşlı Ə.Nağlyevə 14 il 6 ay müddətinə həbs cəzası verilib.

Milyonlarla dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunan Şəmkirin 7 il icra başçısı olmuş, hazırda həbsxanada olan Alimpaşa Məmmədovun 10 milyon manat dəyərindəki əmlakları üzərinə həbs qoyulub: 1. "Azfarel" MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat) 2. "Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat) 3. Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat)

İranın Azərbaycanla sərhəddəki təlimlərindən sonra Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə İranla cənub sərhədlərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin təlimləri keçirilir.

Dünən Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə məxsus olan hərbçilərin Azərbaycanda qalma müddətinin daha bir il uzadılması ilə bağlı qanun layihəsini qəbul etdi.

Paşinyan: "Rusiya tərəfi "Qarabağın statusu" məsələsini gələcəyə buraxmağı təklif edib və Ermənistan bununla təmamən razıdır. Erməni tərəfi sülhməramlıların Qarabağda qalma müddətinin 5-15-20 ilə uzadılması təklifi ilə çıxış edib, amma bu təklif rədd edilib".

DTX-nın Azərbaycanda İran xüsusi xidmət orqanlarının nəzarəti altında yaradıldıldığı iddia edilən qanunsuz silahlı birləşmənin ifşa edildiyi və 19 nəfər şəxsin saxlanaraq istintaqa cəlb edildiyi bildirilir.

Şəhid Səbuhi Əhmədovun qardaşına "şəhid ailəsi statusu"nun verilməsi ilə bağlı rəsmi müraciətinə təkrar baxılıb və bu gün ona yenidən şəhid statusu VERİLMƏYİB.

DTX-nın əməliyyatı nəticəsində mədəniyyət nazirinin birinci müavini, maliyyə məsələlərinə nəzarət edən Elnur Əliyevin saxlanıldığı deyilir. O, İlham Əliyevin sərəncamı ilə 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Elnur Əliyevdən başqa daha bir neçə şəxsin saxlandığı bildirilir.