Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
İlham Əliyev: "Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək".
İkicə dəqiqəmi ayırdım ki, baxım düz deyir ya yox, bunlar çıxdı qabağıma:
- 2022-ci il fevralın 4-də Avropa İttifaqı Azərbaycana 2 milyard avro vəsait ayırıb.
- 2021-ci il Dünya Bankı Azərbaycanın yol layihəsinə 65 milyon dollar kredit ayırıb.
- 2021-ci il B.Britaniya Qarabağ münaqişəsindən sonra BMT İnkişaf Proqramı çərçivəsində 500 min funt sterlinq maliyyə ayırıb.
- 2021-ci il BMT münaqişədən zərər çəkmiş bölgələrdə humanitar fəaliyyəti dəstəkləmək üçün 2 milyon ayırıb.
- 2021-ci il Yaponiya Azərbaycana müharibədən sonra humanitar böhranla bağlı 1,2 milyon dollar humanitar yardım ayırdı.
- 2021-ci il Asiya İnfrastruktur İnvestisiya Bankı Azərbaycana 100 milyon dollar kredit ayırıb.
- 2020-ci il ərzində Dünya Bankı Azərbaycanda 150 mln. dollar həcmində vəsait ayırıb.
16 874
Əliyev Zəfər Günü ilə əlaqədar Şuşadakı çıxışında sülhməramlıların Qarabağda müvəqqəti olduğunu xatırladaraq Rusiyaya, Ermənistana dəstək olaraq hərbi təlim keçirənləri qınayaraq da İrana mesajını ötürdü. Ermənistana da öhdəlikləri yerinə yetirməsə lazımı addımlar atacağını dedi.
16 874
Almaniyada yeni sosial yardım qanun layihəsinə görə 2 uşaqlı ailənin valideynləri dövlətdən 902 avro, uşaqlar üçün isə 696 avro ala biləcəklər. Bununla da bir ailə heç çalışmadan ayda 1598 avro pul əldə edə biləcək. Bundan başqa evin kirayə pulu və bəzi kommunal ödəmələr də qarşılanacaq. İndi almanlar etiraz edirlər ki, daha niyə işləyirik, doğub pulumuzu alaq da?! Camaatın dərd-sərinə bax da.
16 874
Gəncənin Dədə Qorqud küçəsində yaşayan qadının evinə 10 il ərzində dəfələrlə su damır, aidiyyatı qurumlara müraciət edir ki, bəs gəlin üst qonşunun evinə baxın, məhkəmələr filan, xeyri olmur. 10 il sonra qonşu özü qapını sındırıb girir içəri və görür ki, 93 yaşlı tənha rus qadın Yelifolida Strelkovanın çürümüş cəsədi yerdədir. Polis, JEK, bələdiyyə, prokurorluq zad indi əl-ayağa düşüb araşdırma aparırlar.
16 874
Əvvəcə MN-nin qeyri-rəsmi sosial media kanalı xəbər yaydı ki, ruslar Laçın dəhlizindən Qarabağa silah daşıyır. Sonra xəbər yayıldı ki, Azərbaycan Rusiyadan Ermənistana gedən təyyarəyə silah daşıdığı üçün öz ərazisindən uçmağa icazə verməyib. Sonra Aztv dilləndi ki, Qarabağda bir dənə də rus əsgəri qalmayacaq. Görünür Əliyev Soçidən xeyli narazı qayıdıb, vəziyyət ruscadır.
16 874
Kürdəmirdə 15 yaşında valideynləri tərfindən ərə verilən Şəbnur İsmiyeva 17 yaşında doğuş zamanı vəfat edib. Onun dünyaya gətirdiyi körpə sağdır, lakin vəziyyəti yaxşı deyil. Ailə isə yeniyetmə qızın ölümünə görə həkimləri günahlandırır. Bildirilir ki, evlilərin rəsmi nikahı olmayıb.
16 874
Eks Səhiyyə naziri Əli İnsanov İlham Əliyevin əsasən Qarabağ və xarici siyasətini dəstəklədiyini bildirərək, ölkədəki islahatları yüksək qiymətləndirdiyini bildirib. O, 14 il həbsdən çıxdıqdan sonra hakimiyyətə müxalif olduğunu bəyan edərək Haqq Ədalət Partiyasını yaratmışdı.
16 874
Rəsmi olaraq Azərbaycanda "TikTok"un fəaliyyətinə qoyulmuş məhdudiyyətin aradan qaldırıldığı bildirilir.
16 874
44 günlük müharibənin komandanlarından biri olan Mayis Bərxudarova general-leytenant rütbəsi, Hərbi Dəniz Qüvvələrinin Komandanı Sübhan Bəkirova isə vitse-admiral ali hərbi rütbəsi verildi.
16 874
17 il Azərbaycanın vergilər naziri olmuş Fazil Məmmədov müalicə aldığı Türkiyədə xəstəlikdən vəfat edib. Vəzifədə olarkən kurasiyasında olan Bakının Binəqədi rayonu, Şəmkir, Gədəbəy və Yardımlı rayonlarında restoran, hotelləri, zavod və müəssisələri, biznes obyektləri sayəsində 15 milyardlıq vəsait əldə edərək ofşorlara çıxardığı bildirilir.
16 874
Azərbaycan Müdafiə naziri Zakir Həsənov və çoxunun "Bəxiyar Paşa" kimi tanıdığı, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-leytenant Bəxtiyar Ersay İranla həmsərhəd olan cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb.
16 874
Dünən xəbər çıxdı ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev DTX tərəfindən saxlanılıb. Bu gün nazirlik rəsmi olaraq məlumatı təkzib edərək bildirdi ki, müavin işə çıxır. İndi də rəsmi olaraq sərəncam imzalandı və vəzifəsindən azad olundu.
16 874
Goranboyda 44 günlük müharibədə şəhid olan hərbçinin adına küçə verilib. Şəhidin qaynatası götürüb şəhidin şəklini küçədən asmaq istəyib, şəhidin atası onun mənəvi haqqının olmadığını bildirərək, buna mane olub. Mübahisə böyüyüb, şəhidin atası əvvəlcə küt alətlə qudasına zərbə yetirib sonra “Niva” markalı maşınla üstündən keçərək qətlə yetirib. 66 yaşlı Ə.Nağlyevə 14 il 6 ay müddətinə həbs cəzası verilib.
16 874
Milyonlarla dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunan Şəmkirin 7 il icra başçısı olmuş, hazırda həbsxanada olan Alimpaşa Məmmədovun 10 milyon manat dəyərindəki əmlakları üzərinə həbs qoyulub:
1. "Azfarel" MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat)
2. "Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat)
3. Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat)
16 874
İranın Azərbaycanla sərhəddəki təlimlərindən sonra Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə İranla cənub sərhədlərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin təlimləri keçirilir.
16 874
Dünən Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə məxsus olan hərbçilərin Azərbaycanda qalma müddətinin daha bir il uzadılması ilə bağlı qanun layihəsini qəbul etdi.
16 874
Paşinyan: "Rusiya tərəfi "Qarabağın statusu" məsələsini gələcəyə buraxmağı təklif edib və Ermənistan bununla təmamən razıdır. Erməni tərəfi sülhməramlıların Qarabağda qalma müddətinin 5-15-20 ilə uzadılması təklifi ilə çıxış edib, amma bu təklif rədd edilib".
16 874
DTX-nın Azərbaycanda İran xüsusi xidmət orqanlarının nəzarəti altında yaradıldıldığı iddia edilən qanunsuz silahlı birləşmənin ifşa edildiyi və 19 nəfər şəxsin saxlanaraq istintaqa cəlb edildiyi bildirilir.
16 874
Şəhid Səbuhi Əhmədovun qardaşına "şəhid ailəsi statusu"nun verilməsi ilə bağlı rəsmi müraciətinə təkrar baxılıb və bu gün ona yenidən şəhid statusu VERİLMƏYİB.
16 874
DTX-nın əməliyyatı nəticəsində mədəniyyət nazirinin birinci müavini, maliyyə məsələlərinə nəzarət edən Elnur Əliyevin saxlanıldığı deyilir. O, İlham Əliyevin sərəncamı ilə 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Elnur Əliyevdən başqa daha bir neçə şəxsin saxlandığı bildirilir.
