es
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Ir al canal en Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Mostrar más
Azerbaiyán410La categoría no está especificada

📈 Análisis del canal de Telegram Hebib Müntezir

El canal Hebib Müntezir (@hebmun) en el segmento lingüístico de Azerbaiyano es un actor destacado. Actualmente la comunidad reúne a 16 874 suscriptores, ocupando la posición en la categoría Otro y el puesto 410 en la región Azerbaiyán.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 16 874 suscriptores.

Según los últimos datos del 02 diciembre, 2024, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 03 diciembre, 2024), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

16 874
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
2 il öncə avtomobil qəzası zamanı ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyev bu gün vəfat edib.

Siyasətçi Tofiq Yaqublu bu gün "Saleh Rüstəmova azadlıq" aksiyasında saxlandıqdan sonra Azərbaycan polisi tərəfindən döyülərə
Siyasətçi Tofiq Yaqublu bu gün "Saleh Rüstəmova azadlıq" aksiyasında saxlandıqdan sonra Azərbaycan polisi tərəfindən döyülərək bu hala salınıb.

Günün Fotosu
Günün Fotosu

DSX-nın rəisi Elçin Quliyev: "Helikopter demək olar ki, yeni helikopterdir. Onun üzərində də yeni, qısa müddət öncə təmir işləri aparılmışdı".

Helikopter məsələsi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm: 1. Xalq hökumətin verdiyi açıqlamalara etibar etmir. Səbəb isə rəsmi qurumların xalqı adam yerinə qoyub, operativ və dürüst məlumatları vaxtında paylaşmamasındadır. Həmçinin o qədər yalanlar danışırlar ki, hadisə tam təbii qəza olsa belə, insanlar inanmır, o saat konspirologiya, şayiələr yayılır və dezinformasiya hasil olur. 2. Bütün bunların qarşısının alınması mümkünsüzdür. Çünki dövlət xeyli yalanlar danışıb və danışmağa davam etdikcə, daha da etibarsızlaşır və vətəndaşlara alternativ (daha çox saxta) məlumatlara inanmaq qalır. Bundan isə fürstəçilər istifadə edirlər. 3. Matəm elan olunma ilə əlaqədar qanunvericilikdə hər hansı maddə yoxdur. Bu sırf dövlət başçısının təşəbbüsündə olan bir məsələdir, hər şeydə olduğu kimi. O qərar verərsə, ölkədə matəm elan olunur. Olunmalıdırmı? Məncə olunmalıdır, bu qədər yüksək rütbəli zabitlərin faciəvi ölümü müzakirəedilməzdir. Bu arada qanunvericilik hərbi təlimlərdə həlak olan hərbi qulluqçulara avtomatik olaraq şəhid statusunun verilməsini nəzərdə tutur. 4. Hadisənin baş verməsinə gəldikdə, bəziləri deyirlər "Bu cür havada təlim keçərlər?" filan. Püxtələşmiş ekipaj heyətidir, əlbəttə keçilir. Bəzən bilərəkdən bu cür havalara salırlar ki, gələcəkdə olabiləcək hər hansı fövqəladə vəziyyətlərdə, qarda, tufanda, qasırğada hazırlıqlı olunsun. 5. Suallardan biri odur ki, "Niyə bu cür rütbəli hərbçilər bir helikopterdə təlim keçir?" Ümumiyyətlə hərbi aviasiya sistemində rütbəsiz hərbi qulluqçu demək olar ki, yoxdur. Özü də bu hərbçilərin demək olar ki, hamısı son müharibədə iştirak ediblər, onlardan ikisi lap aktiv fazada döyüşlərdə olublar, rütbələri daha da artırılıb. Odur ki, tam normaldır. 6. Rəsmi məlumatda bildirilir ki, helikopterin modeli Mİ-17 markasıdır. Rusiya istehsalıdır, dünyanın bir çox ölkəsində, əsasən Türkiyə, Azərbaycan və Əfqanıstan ordusunda istifadə olunur. Bunu sırf məlumat üçün yazdım. Mən hər hansısa Rusiyanın, yaxud xarici bir ölkənin müdaxiləsini istisna edirəm. Mənbələrdən aldığım məlumata görə hadisə sırf texniki nasazlıq səbəbindən qaynaqlanır. Hər bir halda ədalətli və peşəkar araşdırılmalı, varsa günahkarlar cəzalanmalıdır. 7. Hər şeyin pulla alınıb satıldığı, korrupsiyanın, rüşvətin, tanışlığın, otkatın, pul silmənin tüğyan etdiyi bir sistemdə təəssüf ki, texniki avadanlıqların dayanıqlığı və təhlükəsizliyinə zəmanət vermək olmur. Belədə də faciələr baş verir və insanlar bunun sırf təsadüf nəticəsində, qəzadan olduğuna inanmırlar cürbəcür versiyalara uydurub, ona inanmağa meyllənirlər.

Xızıda təlim zamanı 14 nəfərin həlak olduğu, 2 nəfərin ağır yaralandığı hərbi helikopter faciəsindən sonra Azərbaycan xalqına
Xızıda təlim zamanı 14 nəfərin həlak olduğu, 2 nəfərin ağır yaralandığı hərbi helikopter faciəsindən sonra Azərbaycan xalqına ilk başsağlığını Türkiyə və İran hökumətləri verib. Hadisənin texniki nasazlıq nəticəsində baş verdiyi bildirilir. Digər bütün yazılanlar isə versiyalar və ehtimallardır. Artıq bu faciə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

DSX rəsmi olaraq helikopterin qəzaya uğraması nətcəsində 14 nəfərin həlak olduğunu, 2 nəfərin isə yaralandığını açıqladı: 1. Polkovnik Cavadov Fizuli Əli İbram oğlu; 2. Polkovnik Nəzirov Emil Nəzir oğlu; 3. Mayor Həsənov Elmir Mircəlil oğlu; 4. Mayor Əhmədov Elbrus Səmrəddin oğlu; 5. Mayor Mayılov Emil Şahid oğlu; 6. Mayor Məmmədov Murad Yaşar oğlu; 7. Mayor Əliyev Emil Elman oğlu; 8. Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu; 9. Kapitan Bayramlı Cavid Əhliman oğlu; 10. Kapitan Əliyev Xəyyam Əlixan oğlu; 11. Kapitan Qaraisayev Teymur Ənvər oğlu; 12. Leytenant Süleymanov Abdulla Telman oğlu; 13. Baş leytenant Nağıyev Fərid Təyyar oğlu; 14. Texniki işçi Nəbiyev Elçin Fikrət oğlu. Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

4 saata yaxındır helikopter qəzası baş verib. DSX və digər qurumlar hadisə zamanı ölən və yaralananların kimliyini açıqlamır. Sosial mediada dəqiq olmayan ad və məlumatlar yayılır. Rəsmi qurumlar niyə belə edirlər? Niyə adları açıqlayıb, yalan informasiyaların qarşısını almırlar?

Bu gün baş verən helikopter qəzasında 18 ekipaj üzvü olub. Onlardan 14 nəfərin öldüyü bildirilir. Digər 4 nəfərin vəziyyəti ağırdır. Hərbçilərin əksəri yüksək rütbəlilərdir. Heç sonuncu müharibə zamanı DSX bu qədər zabit heyətini itirməmişdi. Bu qəza ciddi şəkildə araşdırılmalıdır.

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Daxili Qoşunların 2 hərbi qulluqçusu Füzuli rayonunda xidmətdə olarkən minaya düşüb.Rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşən hərbi qulluqçular - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə, 2002-ci il təvəlüdlü Murad Məmmədzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Putin son görüşlə bağlı açıq şəkildə aşağıdakı üç məsələni xüsusi vurğuladı: 1. Sərhədlərin müəyyən edilməsi məsələsi 2. Humanitar məsələlərin həlli (əsirlərin qaytarılması, qaçqınların qayıtması) 3. Ticari və nəqliyyat koridorların açılması (Bura "Zəngəzur dəhlizi" də daxildir)

Putin, Əliyev və Paşinyan sərhədlərin müəyyən olunması mexanizmini ilin sonuna qədər həll etməklə bağlı razılığa gəliblər. Həmçinin kommunikasiya xətlərinin (avtomobil və dəmiryolu) açılması ilə əlaqəli razılığa gəliblər.

Putin, Əliyev və Paşinyanın ictimaiyyətə açıq üçtərəfli görüşü bitdi. Sərhədlərin müəyyən olunması, kommunikasiya xətlərinin açılması, sülh müqaviləsinin bağlanması və dövlətlərin bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanıması barədə fikirlər səsləndirilib. Görüş hazırda bağlı qapılar arxasında davam edir. Görüşün sonunda hər hansı sənədlərin imzalanıb, imzalanmaması bəlli deyil.

Əliyevlə Putin Soçidə görüşüblər. Putin Dağlıq Qarabağda bəzən problemlər yarandığını və bunun itkisiz ötüşmədiyini, danışıqların vacibliyini vurğulayıb. İlham Əliyev isə bildirib ki, Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazilərdə ciddi insident baş verməyib. Paşinyanla da görüşün keçiriləcəyi gözlənilir.

Azərbaycan saxlanılan iki erməni əsiri qarşı tərəfə təhvil verib. Əsirlərdən biri son sərhəd qarşıdurmasında yaralanmış halda ələ keçirilmişdi, digəri isə Ağdamda saxlanılmışdı.

Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi qəbul olunsa: - Döyüşlərdə iştirak edən hərbçilərə 2-3 qat artıq maaş veriləcək. - Hərbçilərin təminat xərcliyi gəlir vergisindən azad ediləcək. - Hərbçilər məzuniyyətə çıxarkən verilən əlavə müavinət artırılacaq. - Məzuniyyət keçirilən yerə gedib-gəlmək üçün çəkilən nəqliyyat (taksidən başqa) xərcləri geri ödəniləcək. - Hərbçi hərbi xidmətdə xəsarət aldıqda sığorta məbləğinin (11 min manat) 15%-i qədər sığorta ödənişi alacaq. - Şəhid olan yaxud vəfat edən hərbçilərin (MAXE istisna) ailə üzvləri mənzillə təmin olunacaqlar.

Almaniyada 16 ildən sonra, üçpartiyalı yeni koalisiya hökuməti quruldu. Olaf Scholzun baş nazir olacağı hökumətin yeni planları isə bunlardır: - ikili vətəndaşlıq mümkün olacaq, - alman vətəndaşlığına keçid sadələşdirilir, - bir saatlıq minimum əmək haqqı 12 avro olacaq, (indi 9.60€) - seçkidə səs vermə yaşı 16-ya endirilir, - sürücülük vəsiqəsinin yaşı 16-ya endirilir, - marixuananın istifadəsi leqallaşdırılır, - kirayə ev qiymətlərinin aşağı salınması üçün ildə 400 min yeni mənzil tikiləcək, - pandemiya ilə mübarizə çərçivəsində tibb işçilərinə 1 milyard avroluq premiya veriləcək, - 2030-cu ilə qədər kömürdən tamamilə imtina ediləcək, elektrikli avtomobillərə keçiləcək.

Milyonluq məsləhətlərin tender qalibi olan Ekvita şirkəti kimindir? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu "rüşvətxorluğa qarşı mübarizənin idarəetmə sistemləri beynəlxalq standartının tətbiqi ilə əlaqədar, məsləhət xidmətlərinə dair elan etdiyi açıq tenderin qalibi kimi "Ekvita Consulting" MMC şirkətini seçib. Qalib şirkətə 30 min manat ödəniləcək. Bundan əvvəl də başqa bir tenderlə əlaqəli eyni şirkətə DSMF tərəfindən 52,5 min manat, ƏƏSMN tərkibindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən isə 920 min manat ödənilmişdi. Şirkətin direktoru İlqar Mehti adlı şəxsdir. O həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimovla yeznə-qayındır. Rüşvətxorluqla mübarizə aparmaq üçün məsləhət alırlar, amma korrupsiyaya yol verərək.

Paşinyan: “Zəngəzur dəhlizi” adını ortaya atıblar və deyirlər ki, verməsən, zorla alacağıq – bu, açıq-aşkar şantajdır və biz bu məsələni bütün beynəlxalq məkanlarda gündəmə gətirəcəyik. Azərbaycanın Naxçıvanla hansı yollarla əlaqəsi olacağına Ermənistan qərar verir, biz qərar veririk, yalnız biz".