es
Feedback
SALEH▪️NASIROV

SALEH▪️NASIROV

Ir al canal en Telegram

🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər

Mostrar más

📈 Análisis del canal de Telegram SALEH▪️NASIROV

El canal SALEH▪️NASIROV (@nasirovsaleh) en el segmento lingüístico de Azerbaiyano es un actor destacado. Actualmente la comunidad reúne a 35 042 suscriptores, ocupando la posición 7 257 en la categoría Noticias y medios y el puesto 79 en la región Azerbaiyán.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 35 042 suscriptores.

Según los últimos datos del 25 junio, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 3 699, y en las últimas 24 horas de 2, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 22.60%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 17.00% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 7 919 visualizaciones. En el primer día suele acumular 5 958 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 31.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 26 junio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Noticias y medios.

35 042
Suscriptores
+224 horas
+1 4547 días
+3 69930 días
Archivo de publicaciones

İçəri Şəhər Qoduğ İdarəsi hara baxır? Hərçənd ki, şəhəri kəbabxanaya döndərən üçün bu zakuska, desertdir 🤦🏻‍♂️

❄️ Quba və Qusarda yollar buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib Hava şəraiti ilə əlaqədar Dövlət Yol Polisi əməkda
❄️ Quba və Qusarda yollar buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib Hava şəraiti ilə əlaqədar Dövlət Yol Polisi əməkdaşları və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları əraziyə cəlb olunublar. Yolun hərəkət hissəsi qardan təmizlənərək qum-duz qarışığı səpilir. Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Qusar yolundan istifadə etməsi tövsiyə olunmur. Hazırda Qusarın rayon mərkəzində 3-4 sm, Qubada isə 2 sm-ə qədər qar var. Səhər saatlarından başlayan qar hazırda yağmağa davam edir.

🇹🇷⚡Zəlzələ Mərmərə dənizində 4.2 bal gücündə baş verib.

From Şuşa with Qar ❄️

🌬️ Bakıda və Abşeron yarımadasında dekabrın 17-si gündüzdən 18-i səhərədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. 17-si gecəyə doğru, 17-dən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enərək, gecə 1-3° isti, gündüz 4-7° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 17-də gündüz şimal və qərb rayonlarından başlayaraq 18-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 ° aşağı enərək, aran rayonlarında gecə 1-6° isti, gündüz 6-11° isti, dağlıq rayonlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

🤩

PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü. Allah şəfa versin!
+4
PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü. Allah şəfa versin!

Bu linkə👇daxil olun və 5 AZN qazanaq 🦁 https://leobank.az/r/gkxc
Bu linkə👇daxil olun və 5 AZN qazanaq 🦁 https://leobank.az/r/gkxc

+1
Ələt-Astara yolunda ağır qəza: Ölən və yaralanan var. 16.12.2023-cü il tarixində saat 10:18 radələrində Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisində baş vermiş avtoqəza ilə əlaqədar xəsarət alan 1995-ci il təvəllüdlü və 1965-ci il təvəllüdlü 2 nəfər (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili yardım vasitəsilə daxil olub. Yaralılara travmatik amputasiya, başın təpə nahiyəsi və sol gicgah nahiyəsinin irihəcmli kəsilmiş, cırılmış yarası diaqnozları təyin edilib. Xəsarət alanlardan biri dərhal Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, vətəndaş vəfat edib. Digər vətəndaşa zəruri tibbi yardım göstərilib vəziyyəti stabil olaraq qiymətləndirilir.

Niyə bizim insanlar Tənqidi qəbul etmirlər, edə bilmirlər? ÇÜNKİ: ▪️Tənqidi Təhqir kimi qəbul edirlər. ▪️Özlərini digərlərindən daha təcrübəli və bilikli sanırlar. ▪️Öyrənmək və İnkişaf etmək istəmirlər. Halbuki, məhz tənqidin sayəsində insan daha çox öyrənir, təcrübə toplayır, inkişaf edir, hədəfinə çatır və uğur qazanır! ▪️Ağsaqqal/Ağbirçək məsələsi; böyüklər nə deyirsə düz deyir! Onların dediklərini nəinki tənqid, hətta müzakirə etmək olmaz kimi stereotip və stiqmalı yanaşma. ✅ TƏNQİDİN qəbul edilməsi üçün onu DÜZGÜN formada etmək labüddür! ☝️Çalışın tənqid edərkən, qarşı tərəfin xətrinə dəyməyəsiniz, həddi aşmayasınız. O incə cizgini pozanda tenqidi qebul etmek istemir adam. 🍔 BURQER yanaşmasından istifadə edin. İlk öncə, aponentinizin fikrini tərifləyin, deyin “əla fikirdi, afərin, bəyənilsin!” Sonra, açar sözlərdən istifadə edərək tənqidinizi əlavə edin. Məsələn: “Yaxşı olardı ki,..... Bunu da əlavə etsəniz möhtəşəm olar..... və sair....” Sonda isə, yenədə tərifdən istifadə edin: “Amma, buna baxmayaraq gözəl ideyadır, təklifdir...və sair” İndi siz daha çox bilirsiniz! 😎 Paylaşın və tənqidə dözümlülüyü artırın ❤️ S▪️N

DİN 🚨"Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Vəliyeva Ləman polis əməkdaşları tərə
DİN 🚨"Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Vəliyeva Ləman polis əməkdaşları tərəfindən saxlanılıb".

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı m
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müvəqqəti olaraq Quba rayonunda yaşayan Cəfər Məmmədov saxlanılıb. C.Məmmədov 25-dən artıq şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara külli miqdarda ziyan vurub. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 30 980 manat pulunu ələ keçirib. Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib. O, həmçinin bir neçə xanıma onlarla evlənəcəyinə dair vədlər verib, həmin şəxslərin və onların ailə üzvlərinin adına bankdan kredit götürərək dələduzluq edib. Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Cəfər Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Əslində bu çox dəhşətli, utancverici və üzücü bir səhnədir! 💔 Uşaqlar küçələrdə bu şəkildə yox, evlərdə, baxça və məktəblərdə olmalıdır! Uşaqlar küçələrdə pul dilənməməli, salfetka satmamalı, maşınlarının təkərlərini qaraltmamalıdır! Uşaqlar öz uşaqlığını yaşamalıdır! Uşaqlara ailə, valideyn baxa bilmirsə və ya baxmırsa, o ailə, valideyn və uşaqlarla aidiyyatı dövlət qurumları məşğul olmalıdır! UŞAQ BÖYÜK BİR MƏSULİYYƏTDİR! Tam məsuliyyətlə deyirəm, taki Azərbaycanda 2014-cü ildən bəri sosial şəbəkələrdə, tədbirlərdə, TV efirlərdə dəfələrlə vurğuladığım UŞAQ MÜDAFİƏSİ SİSTEMİ və SOSİAL İŞ İNTİTUTU yaradılmasa uşaq və məişət zorakılıq halları getdikcə artacaq və bu da öz növbəsində cəmiyyətdə dini radikalizmə, terrorizmə, quldurluğa, dələduzluğa, fahişəliyə, pedofiliyaya, aqressiyaya, nifrətə, intiharlara və digər sosial-siyasi problemlərə gətirib çıxaracaq! Nəzarətsiz, diqqətsiz, sevgisiz, qayğısız və təhsildən kənar qalmış uşaqların gələcəyi yoxdur! Bu da sabah sivil cəmiyyət üçün təhlükə, dövlət üçün isə əlavə maddi, mənəvi və siyasi yük deməkdir! Necə deyərlər, “nə əkərsən, onu da becərsən”! S▪️N

Dəlidir, xəstədir, nədir? 🫣🤦🏻‍♂️ Ukraynanın Zakarpatiya vilayətində deputat kənd sovetinin iclası zamanı qumbaraatanları partladıb. İnsident nəticəsində 26 nəfər yaralanıb. Onlardan 6-nın vəziyyəti ağırdır. Partlayışı törədən deputat isə ölüb.