SALEH▪️NASIROV
前往频道在 Telegram
📈 Telegram 频道 SALEH▪️NASIROV 的分析概览
频道 SALEH▪️NASIROV (@nasirovsaleh) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 35 042 名订阅者,在 新闻与媒体 类别中位列第 7 257,并在 阿塞拜疆 地区排名第 79 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 35 042 名订阅者。
根据 25 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 3 699,过去 24 小时变化为 2,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 22.60%。内容发布后 24 小时内通常能获得 17.00% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 7 919 次浏览,首日通常累积 5 958 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 31。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”
凭借高频更新(最新数据采集于 26 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
35 042
订阅者
+224 小时
+1 4547 天
+3 69930 天
帖子存档
35 040
İçəri Şəhər Qoduğ İdarəsi hara baxır? Hərçənd ki, şəhəri kəbabxanaya döndərən üçün bu zakuska, desertdir 🤦🏻♂️
35 040
❄️ Quba və Qusarda yollar buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib
Hava şəraiti ilə əlaqədar Dövlət Yol Polisi əməkdaşları və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları əraziyə cəlb olunublar. Yolun hərəkət hissəsi qardan təmizlənərək qum-duz qarışığı səpilir. Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Qusar yolundan istifadə etməsi tövsiyə olunmur.
Hazırda Qusarın rayon mərkəzində 3-4 sm, Qubada isə 2 sm-ə qədər qar var. Səhər saatlarından başlayan qar hazırda yağmağa davam edir.
35 040
🌬️ Bakıda və Abşeron yarımadasında dekabrın 17-si gündüzdən 18-i səhərədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. 17-si gecəyə doğru, 17-dən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enərək, gecə 1-3° isti, gündüz 4-7° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 17-də gündüz şimal və qərb rayonlarından başlayaraq 18-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.
Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 ° aşağı enərək, aran rayonlarında gecə 1-6° isti, gündüz 6-11° isti, dağlıq rayonlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
35 040
Ələt-Astara yolunda ağır qəza: Ölən və yaralanan var.
16.12.2023-cü il tarixində saat 10:18 radələrində Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisində baş vermiş avtoqəza ilə əlaqədar xəsarət alan 1995-ci il təvəllüdlü və 1965-ci il təvəllüdlü 2 nəfər (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili yardım vasitəsilə daxil olub.
Yaralılara travmatik amputasiya, başın təpə nahiyəsi və sol gicgah nahiyəsinin irihəcmli kəsilmiş, cırılmış yarası diaqnozları təyin edilib.
Xəsarət alanlardan biri dərhal Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, vətəndaş vəfat edib.
Digər vətəndaşa zəruri tibbi yardım göstərilib vəziyyəti stabil olaraq qiymətləndirilir.
35 040
Niyə bizim insanlar Tənqidi qəbul etmirlər, edə bilmirlər?
ÇÜNKİ:
▪️Tənqidi Təhqir kimi qəbul edirlər.
▪️Özlərini digərlərindən daha təcrübəli və bilikli sanırlar.
▪️Öyrənmək və İnkişaf etmək istəmirlər.
Halbuki, məhz tənqidin sayəsində insan daha çox öyrənir, təcrübə toplayır, inkişaf edir, hədəfinə çatır və uğur qazanır!
▪️Ağsaqqal/Ağbirçək məsələsi; böyüklər nə deyirsə düz deyir! Onların dediklərini nəinki tənqid, hətta müzakirə etmək olmaz kimi stereotip və stiqmalı yanaşma.
✅ TƏNQİDİN qəbul edilməsi üçün onu DÜZGÜN formada etmək labüddür!
☝️Çalışın tənqid edərkən, qarşı tərəfin xətrinə dəyməyəsiniz, həddi aşmayasınız. O incə cizgini pozanda tenqidi qebul etmek istemir adam.
🍔 BURQER yanaşmasından istifadə edin.
İlk öncə, aponentinizin fikrini tərifləyin, deyin “əla fikirdi, afərin, bəyənilsin!”
Sonra, açar sözlərdən istifadə edərək tənqidinizi əlavə edin. Məsələn: “Yaxşı olardı ki,..... Bunu da əlavə etsəniz möhtəşəm olar..... və sair....”
Sonda isə, yenədə tərifdən istifadə edin: “Amma, buna baxmayaraq gözəl ideyadır, təklifdir...və sair”
İndi siz daha çox bilirsiniz! 😎
Paylaşın və tənqidə dözümlülüyü artırın ❤️
S▪️N
35 040
DİN 🚨"Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Vəliyeva Ləman polis əməkdaşları tərəfindən saxlanılıb".
35 040
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müvəqqəti olaraq Quba rayonunda yaşayan Cəfər Məmmədov saxlanılıb.
C.Məmmədov 25-dən artıq şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara külli miqdarda ziyan vurub.
Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 30 980 manat pulunu ələ keçirib.
Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.
O, həmçinin bir neçə xanıma onlarla evlənəcəyinə dair vədlər verib, həmin şəxslərin və onların ailə üzvlərinin adına bankdan kredit götürərək dələduzluq edib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Cəfər Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.
35 040
Əslində bu çox dəhşətli, utancverici və üzücü bir səhnədir! 💔
Uşaqlar küçələrdə bu şəkildə yox, evlərdə, baxça və məktəblərdə olmalıdır!
Uşaqlar küçələrdə pul dilənməməli, salfetka satmamalı, maşınlarının təkərlərini qaraltmamalıdır!
Uşaqlar öz uşaqlığını yaşamalıdır!
Uşaqlara ailə, valideyn baxa bilmirsə və ya baxmırsa, o ailə, valideyn və uşaqlarla aidiyyatı dövlət qurumları məşğul olmalıdır!
UŞAQ BÖYÜK BİR MƏSULİYYƏTDİR!
Tam məsuliyyətlə deyirəm, taki Azərbaycanda 2014-cü ildən bəri sosial şəbəkələrdə, tədbirlərdə, TV efirlərdə dəfələrlə vurğuladığım UŞAQ MÜDAFİƏSİ SİSTEMİ və SOSİAL İŞ İNTİTUTU yaradılmasa uşaq və məişət zorakılıq halları getdikcə artacaq və bu da öz növbəsində cəmiyyətdə dini radikalizmə, terrorizmə, quldurluğa, dələduzluğa, fahişəliyə, pedofiliyaya, aqressiyaya, nifrətə, intiharlara və digər sosial-siyasi problemlərə gətirib çıxaracaq!
Nəzarətsiz, diqqətsiz, sevgisiz, qayğısız və təhsildən kənar qalmış uşaqların gələcəyi yoxdur!
Bu da sabah sivil cəmiyyət üçün təhlükə, dövlət üçün isə əlavə maddi, mənəvi və siyasi yük deməkdir!
Necə deyərlər, “nə əkərsən, onu da becərsən”!
S▪️N
35 040
Dəlidir, xəstədir, nədir? 🫣🤦🏻♂️
Ukraynanın Zakarpatiya vilayətində deputat kənd sovetinin iclası zamanı qumbaraatanları partladıb.
İnsident nəticəsində 26 nəfər yaralanıb. Onlardan 6-nın vəziyyəti ağırdır.
Partlayışı törədən deputat isə ölüb.
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
