cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Ümumi Tarix

📝Tarix– əsillərin az, surətlərinsə çox olduğu rəsm qalereyasıdır. #sonxeberler 💫Tarixə dair hər şey bu kanalda: https://t.me/umumitarix

Mostrar más
Advertising posts
11 774Suscriptores
-1324 hours
-1387 days
-81630 days

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

"Göytürkcə öyrənirəm" kitabının yazıçısı, Türk Dili Dərnəyinin başqanı Gökbey Uluç Bütöv Azərbaycan Dil Ocağında.
Qonu : Göytürkcənin önəmi və öyrənilməsi
Çağ : 20.04.2024 Bakı 22:00 Təbriz 21:30 İstanbul 21:00
t.me/BADM23
Mostrar todo...
👍 8
"Göytürkcə öyrənirəm" kitabının yazıçısı, Türk Dili Dərnəyinin başqanı Gökbey Uluç Bütöv Azərbaycan Dil Ocağında.
Qonu : Göytürkcənin önəmi və öyrənilməsi
Çağ : 20.04.2024 Bakı 22:00 Təbriz 21:30 İstanbul 21:00
t.me/BADM23
Mostrar todo...
1945-ci ilin yazında Berlin Zooparkından bir çox heyvan hərbi əməliyyatlar nəticəsində ölməmək üçün mülki mənzillərdə yaşayırdı.
Mostrar todo...
👍 6
II Dünya Müharibəsi zamanı Yapon kamikaze pilotların təyyarələrin üstünə çəkdiyi Sakura çiçəyi sürətli və ağrısız ölümü təmsil edirdi. Yapon mədəniyyətinin milli emblemi sayılan Sakura ağacları baharın təmsilçisidir. Hər il  minlərlə turist axınına səbəb olan Sakura bağçaları Yaponiyada üstün gözəlliyi və ağrısız ölümü təmsil edir.  Sakura ağacı ilk dəfə Azərbaycana 1978-ci ildə gətirilib. Son illərdə Bakıda və rayon mərkəzlərində bu ağacın əkilməsi diqqət mərkəzindədir. Yaponiyada bu ağaclar dövlət səviyyəsində qorunur və satışı qadağandır. Bu ağaclar sadəcə dost ölkə və təşkilatlara dostluq simvolu olaraq verilir. Sakura (albalı) Yaponiyaya Himalaydan gətirilib və cəmi 7-10 gün çiçəkləmə dövrünə malik ağacdır. Həmin zaman yaponlar üçün çox müqəddəs sayılır. 11 bioloji növün və gavalıkimilər yarımfəsiləsinə daxil olan bir neçə ağac çeşidinin ümumi adı. Çox vaxt Prunus serrulata da sakura adlandırılır.
Mostrar todo...
👍 7😍 3
...Xan qızı Ağabəyim ağanın vətən dərdi Fətəli şahı da ciddi şəkildə düşündürüb, rahatsız edirdi.Ağabəyim ağanın təkcə gözəlliyinə deyil, ağlına, dərrakəsinə, yüksək ləyaqətinə də məftun olan, onu həddən artıq çox sevən Fətəli şah çalışırdı ki, Ağabəyim ağa heç vaxt qəmlənməsin, dərd çəkməsin. Onun darıxmaması üçün əlindən gələni edən şah arvadının vətən həsrətini, dərdini azaltmaq üçün yollar axtarırdı. Buna görə Tehranda onun üçün Qarabağ üslubunda saray tikdirmişdi. Hətta bu sarayın ətrafındakı bağları, bağçaları, su arxlarını, bulaqları da Şuşadakı kimi düzəltdirmişdi. Ağabəyim ağa vətən xiffəti çəkməsin deyə çalışan şahın cəhdləri isə heç bir nəticə verməmişdi. Ağabəyim ağa üçün heç bir dəbdəbə, sərvət, yaradılan yüksək şərait Şuşanı əvəz edə bilmirdi. Deyilənə görə, bir dəfə oxuduğu, indi dillər əzbəri olan məşhur bayatını Fətəli şah da eşidib, ürəyi riqqətə gəlmişdir: Mən aşiqəm, Qarabağ, Şəki, Şirvan, Qarabağ. Tehran cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ...
Mostrar todo...
👍 6
Bu gün #Lələtəpə yüksəkliyinin düşməndən azad edildiyi gündür. Lələtəpə adlanan yüksəklik Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpədir. I Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə Ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən Ermənistan ordusunun nəzarətinə keçib. 2 aprel 2016-cı ildə Lələtəpə "Dördgünlük" müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.
Mostrar todo...
👍 9 2
🔊Səsli kitab 📍Müəllif:Tarixçi və yazar-İlbər Ortaylı 📚Osmanlı Toplumunda Ailə 🎧Səsləndirdi:Mazlum Kipər İlbər Ortaylının Osmanlı cəmiyyətində ailə strukturu ilə bağlı kitablarında, əsasən Osmanlı İmparatorluğunun müxtəlif dövrlərində ailə təşkilatının necə formalaşdığı, ailə daxilində münasibətlərin dinamikası və ailə strukturlarının cəmiyyət, iqtisadi və siyasi həyat üzərindəki təsirləri müzakirə olunur.Kitabında, evlilik, miras, cins fərqləri, ailə daxilində güc münasibətləri kimi mövzulara diqqət yetirilir və zaman-zaman ailə daxilində münaqişələr, cəmiyyətdə məşhur olan sərt və münasibətli mövzulara da toxunulur.Bundan başqa, Osmanlı cəmiyyətində ailə strukturlarının digər cəmiyyətlə müqayisəsi və bu strukturların Osmanlı İmparatorluğunun ümumi tarixinə olan təsiri də müzakirə olunur.
Mostrar todo...
👍 2
#Nadir xan 1723-cü ildən sonra #Osmanlıların tutduğu əraziləri boşaltmağı tələb etdi. #Osmanlıların rədd cavabı müharibəyə səbəb oldu. 1733-cü ilin yanvarında Nadir xan #Bağdad yaxınlığında #Osmanlıları ağır məğlubiyyətə uğratdıqda #Osmanlı qoşun komandanı #Əhmədpaşa sülh müqaviləsi imzaladı. #Bağdad müqaviləsinə görə Osmanlı son on ildə (1723-1732) tutduğu əraziləri tərk etməli idi. 1734-cü ildə Şirvan da Osmanlılardan azad edildi. Osmanlıların #Şirvandakı vassalı #Surxay @xan @Qazıqumuğa qaçdı. Oradan #Gəncəyə gedən Nadir xan 4 aydan sonra onu da Osmanlılardın aldı. Nadir xan rus ordusunun #Xəzəryanı bölgələrdən çıxarılmasını tələb etdi. Rusiya olnun tələbləri ilə razılaşdı. Bu zaman #Gəncəyə gələn rus çarının nümayəndəsi X.Qolitsin qızılbaşlar üçün əziz bir gündə – #martın21-i 1735 – ci ildə Nadir xanla müqavilə imzalandı.
Mostrar todo...
👍 6
1789-cu il Fransa inqilabı və XIX yüzilliyin əvvəllərindəki milli azadlıq hərəkatları klassik musiqinin görkəmli nümayəndəsi Lüdviq van Bethovenin yaradıcılığına güclü təsir göstərmişdi. O, “Üçüncü simfoniya”sını Avropaya demokratiya gətirdiyinə inandığı üçün əvvəlcə Napoleon Bonaparta həsr etmişdi. Lakin 1804-cü ildə Napoleon özünü imperator elan etdiyinə görə bəstəkar bu fikirdən daşınır.
Mostrar todo...
👍 14
‼️Müəllimlərin hazırladığı Anketlər,Youtube mövzu izahları,Online sınaqlar,Buraxılış və Bloka hazırlıq bu kanalda.Kanala istək at,qəbul ediləcək✅
Mostrar todo...