Z İ K R
Ir al canal en Telegram
🤍İnsanları zikr etmək dərd, Allahı zikr etmək isə dəvadır 📌Kanala İordaniya tələbəsi Bəhram Azadxanoğlu nəzarət edir.
Mostrar más3 844
Suscriptores
+524 horas
-37 días
-7530 días
Archivo de publicaciones
3 844
Repost from 𝐒𝐢𝐫𝐚𝐭𝐚𝐥 𝐌𝐮𝐬𝐭𝐚𝐪𝐢𝐦
Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ﷺ) belə buyurdu:
"Allahın qəzəbi valideynin qəzəbindədir, Allahın razılığı valideynin razılığındadır."
📚 [Tirmizi, 1899]
https://t.me/siratal_mustagim
3 844
📍Peyğəmbərimizﷺ buyurmuşdur:
🔸“Kim müsəlmanın xətasından danışmağı azaldarsa, Allah da onun xətasını azaldar.”
📚Əbu Davud. Şeyx Albani hədisi səhihləşdirmişdir, bax: “əl-İrvəul Ğalil”, 1334🔗 t.me/z_zikr
3 844
📍Əbu Hureyra (radiyAllahu anhu) rəvayət edir ki
▪️ Peyğəmbər (sallAllahu aleyhi və səlləm) belə buyurub:
🔸“Sevdiyin kimsəni ehtiyat edərək sev, ola bilər ki, bir gün o, sənə düşmən kəsilsin. Nifrət etdiyin kimsəyə də ehtiyat edərək nifrət et, ola bilər ki, bir gün o, sənin dostun oslun.”
📚Tirmizi 1997. Tabərani, Mucamul Əvsat 3395. Şeyx Albani, Sahihul-Cəmi 178. (Səhih).🔗 t.me/z_zikr
3 844
Repost from 𝐒𝐢𝐫𝐚𝐭𝐚𝐥 𝐌𝐮𝐬𝐭𝐚𝐪𝐢𝐦
Əbu Məsud əl-Bədri (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ﷺ) belə buyurdu:
"Əgər kişi savabını Allahdan umaraq ailəsinə malından xərcləyərsə, bu onun üçün sədəqə olar".
📚[Muslim, 1002]
https://t.me/siratal_mustagim
3 844
📖TaHa Surəsi 124
Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”.
A x ş a m Z i k r l ə r i ...
3 844
Bu zikr nə zaman edilir ?
Bərakəllahu ləkə fi əhlikə və məlikə, innəmə cəzəus-sələfil-həmdu vələdau.
3 844
📍Peyğəmbərimiz ﷺ buyurmuşdur:
🔸“Allahın bol nemətlər verdiyi elə bir kəs yoxdur ki, ehtiyacı olan insanları ona yönəltməsin. Əgər onlardan bezərsə, ona verilən nemətlərin yox olmasına səbəb olar.”
📚Səhih ət-Tərğib vət-Tərhib, 2618🔗 t.me/z_zikr
3 844
✨ S ə h ə r Z i k r l ə r i ✨
📖Zariyat surəsi, 55-ci ayə:
"Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir."
Paylaşaraq daha çox insanın zikr etməsinə vəsilə ol !
3 844
📍Abdullah ibn Amr ibn As (radiyAllahu anhu) rəvayət edir ki
▪️ Peyğəmbər (sallAllahu aleyhi və səlləm) belə buyurub:
🔸“Uca Allah yanında ən xeyirli dost, öz dostuna yaxşılıq edən kimsədir. Həmçinin Allah yanında ən xeyirli qonşu isə, öz qonşusuna yaxşılıq edən kimsədir”.
📚Səhihdir. әl-Buxari, әl-Әdәbul Mufrad (115).▪️Peyğəmbər (sallAllahu aleyhi və səlləm) həmçinin buyurub: 🔸“Geniş ev, əməlisaleh qonşu və rahat minik, müsəlman kişinin səadətidir”.
📚Səhih li-ğeyrihi. әl-Buxari, әl-Әdәbul Mufrad (116).🔗 t.me/z_zikr
3 844
Repost from 𝐒𝐢𝐫𝐚𝐭𝐚𝐥 𝐌𝐮𝐬𝐭𝐚𝐪𝐢𝐦
Muaz bin Cəbəl (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ﷺ) belə dediyini eşitdim:
"Allah Əzzə və Cəllə Qiyamət günü belə deyəcək: Mənim rızam üçün bir-birlərini sevənlərə nurdan minbərlər vardır. Peyğəmbərlər və şəhidlər onlara qibtə edəcəklər".
📚 [Tirmizi, 2390]
https://t.me/siratal_mustagim
3 844
📍Tabiinlərdən Qatadə (rahiməhullah) belə demişdir:
🔸Sənə zülm edənə, sən zülm etmə! Səni söysə və təhqir etsə, sən onu söymə və təhqir etmə! Sənə qarşı günah etsə, sən ona qarşı günah etmə!
Sənə xəyanət etsə, sən ona xəyanət etmə! Həqiqətən mömin əmin və əhdə vəfa göstərən, günahkar isə xain və vəfasızdır.
📚Şuabul imən, 6/265🔗 t.me/z_zikr
3 844
✨ S ə h ə r Z i k r l ə r i ✨
📖Zariyat surəsi, 55-ci ayə:
"Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir."
Paylaşaraq daha çox insanın zikr etməsinə vəsilə ol !
3 844
📍Əbu Uməmə (radiyAllahu anhu) rəvayət edir ki
▪️ Peyğəmbər (sallAllahu aleyhi və səlləm) belə buyurub:
🔸“Əgər səni yaxşı əməllərin sevindirir, pis əməllərin (günahların) isə üzərsə, sən möminsən.”
📚Əhməd 22199. Şeyx Albani, Sahihul Cami 600. (səhih).▪️Peyğəmbər (sallAllahu aleyhi və səlləm) belə buyurub: 🔸“Xeyir danışaraq savab qazanan və ya pis danışmayaraq susub salamat qalan qula Allah rəhm etsin.”
📚Şeyx Albani, Sahihul Cami 3496. (həsən).🔗 t.me/z_zikr
3 844
Repost from 𝐒𝐢𝐫𝐚𝐭𝐚𝐥 𝐌𝐮𝐬𝐭𝐚𝐪𝐢𝐦
Ənəs bin Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ﷺ) belə buyurdu:
"Allaha dua etdiyiniz zaman duada əzmkar olun, sizdən biriniz: Əgər istəsən mənə ver deməsin, çünki, Allah üçün çətin olan şey yoxdur".
📚[Buxari, 7464]
https://t.me/siratal_mustagim
3 844
📍 icabet saatidir duanı coxaldin
Allahım, mən zəifəm, Sən isə
Qüdrətlisən...
mən bilmərəm, Sən isə hər şeyi bilənsən.
Məni tək qoyma, məni özümə
buraxma.
Qəlbimi Sənə bağla və məni doğru yoldan ayırma
Allahım, içimdə olan qorxuları rahatlığa çevir, kədərimi sevincə, çətinliklərimi asanlığa çevir. Məni elə bir xoşbəxtliklə sevindir ki, keçmiş ağrılarımı unutdur.
Allahım, günahlarım çoxdur, amma Sənin rəhmətin daha böyükdür…
Məni bağışla, məni təmizlə, qəlbimi nurla doldur. Allahım, etdiyim səhvləri ört, məni utandıracaq əməllərdən uzaq et. Məni Sənin sevdiyin və razı qaldığın qullardan et.
Allahım, əgər gecikən dualarım varsa, onları xeyirlə tezləşdir,
əgər qəbul olunmayan istəklərim varsa, onları mənim üçün daha xeyirlisi ilə əvəz et. Məni Sənin razı qaldığın qullardan et.
