Z İ K R
الذهاب إلى القناة على Telegram
🤍İnsanları zikr etmək dərd, Allahı zikr etmək isə dəvadır 📌Kanala İordaniya tələbəsi Bəhram Azadxanoğlu nəzarət edir.
إظهار المزيد3 987
المشتركون
لا توجد بيانات24 ساعات
-67 أيام
-730 أيام
أرشيف المشاركات
3 987
📍Rəvayət edilir ki, möminlərin anası Aişə (radıyallahu anhə) demişdir:
🔸 “Ya Rəsulullah, biz cihadın ən əfzəl əməllərdən olduğunu güman edirik. Elə isə biz cihadda iştirak edə bilərikmi?” Peyğəmbər ( Allahın ona salavat və salamı olsun) buyurdu: “Xeyr! (Siz qadınlar üçün) ən əfzəl cihad qəbul olunmuş həccdir!”
📚əl-Buxari, 1521🔗 t.me/z_zikr
3 987
Peyğəmbər (sallallahu aleyhi və səlləm) hansı əməl üçün demişdir: "O qadınların cihadıdır."
3 987
🔖İbn Qeyyim {rahiməhullah} demişdir:
🔸"Allahdan afiyət, salamatlıq üçün dualarınızı artırın. Bu gün müsibətə düçar olanlar dünən salamat olanlardır. Sabah bəlaya düşəcəklər isə bu gün salamatlıq sahibləridir."
📚 Uddətu's-Sabirin🔗 t.me/z_zikr
3 987
📍İcabət saat duaları çoxaldın
Allahım, mən zəifəm, Sən isə
Qüdrətlisən...mən bilmərəm, Sən isə hər şeyi bilənsən.Məni tək qoyma, məni özümə buraxma.Qəlbimi Sənə bağla və məni doğru yoldan ayırma
Allahım, içimdə olan qorxuları rahatlığa çevir, kədərimi sevincə, çətinliklərimi asanlığa çevir. Məni elə bir xoşbəxtliklə sevindir ki, keçmiş ağrılarımı unutdur.
Allahım, günahlarım çoxdur, amma Sənin rəhmətin daha böyükdür…
Məni bağışla, məni təmizlə, qəlbimi nurla doldur. Allahım, etdiyim səhvləri ört, məni utandıracaq əməllərdən uzaq et. Məni Sənin sevdiyin və razı qaldığın qullardan et.
Allahım, əgər gecikən dualarım varsa, onları xeyirlə tezləşdir,
əgər qəbul olunmayan istəklərim varsa, onları mənim üçün daha xeyirlisi ilə əvəz et. Məni Sənin razı qaldığın qullardan et.
3 987
Repost from ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ
📢Əssələmu aleykum və rahmətullahi və bərakətuh
🎀Əziz izləyicilər! Artıq Qurani-Kərimdə olan bütün cüzlər kanalımızdadır! Allaha sonsuz həmd olsun buna müvəffəq olduq.
Artıq hər biriniz istədiyiniz zaman daxil olaraq, istənilən cüzü rahatlıqla dinləyə bilərsiniz.
📒 Qəlblərə nur, könüllərə rahatlıq verən Allahın 💎 kəlamlarını fərqli qarillərin səsindən dinləyin.
☪☪☪☪☪
🎧 30-cu cüz
t.me/tekdinimizislam/1162
🎧 29-cu cüz
t.me/tekdinimizislam/1297
🎧 28-ci cüz
t.me/tekdinimizislam/1678
🎧 27-ci cüz
t.me/tekdinimizislam/2380
🎧 26-cı cüz
t.me/tekdinimizislam/3076
🎧 25-ci cüz
t.me/tekdinimizislam/3147
🎧 24-cü cüz
t.me/tekdinimizislam/3273
🎧 23-cü cüz
t.me/tekdinimizislam/3376
🎧 22-ci cüz
t.me/tekdinimizislam/4560
🎧 21-ci cüz
t.me/tekdinimizislam/4674
🎧 20-ci cüz
t.me/tekdinimizislam/4897
🎧 19-cu cüz
t.me/tekdinimizislam/6384
🎧 18-ci cüz
t.me/tekdinimizislam/6999
🎧 17-ci cüz
https://t.me/tekdinimizislam/7472
🎧 16-cı cüz
https://t.me/tekdinimizislam/7595
🎧 15-ci cuz
t.me/tekdinimizislam/7637
🎧 14-cü cüz
https://t.me/tekdinimizislam/7891
🎧 13-cü cüz
https://t.me/tekdinimizislam/7998
🎧 12-ci cüz
t.me/tekdinimizislam/8033
🎧 11-ci cüz
https://t.me/tekdinimizislam/8140
🎧 1-dən 10-cu cüzə qədər
t.me/tekdinimizislam/9854
❤️ Paylaşaraq başqalarının da faydalanmasına səbəb ola bilərsiz. Bu neyməti yaymağa dəstək olun Əziz müsəlmanlar!
🕋✉️ Tək Dinimiz İslam
3 987
Repost from 🌿 الحمد لله رب العالمين 🌿
Cümə günü niyə Kəhf surəsini oxuyuruq❓❗️
Kəhf surəsi özündə bunları cəmləyir:
4 hekayə = 4 fitnə = 4 nicat qayığı.
1️⃣Mağara sahibləri (Əshabi-Kəhf) = Din fitnəsi
Kafir bir ölkədə yaşayan imanlı gənclərin hekayəsidir. Onlar öz qövmləri ilə qarşıdurmadan sonra dinlərini qorumaq üçün hicrət etməyə və qaçmağa qərar verdilər.
Allah onları mağaranın rəhməti və günəşin himayəsi ilə mükafatlandırdı... Oyandıqda isə bütün kəndin iman gətirdiyini gördülər!
✅Bu fitnədən nicat qayığı: (Saleh ətraf/yaxşı dostlar).
2️⃣İki bağ sahibi = Mal-dövlət və övlad fitnəsi
Allahın ona nemət bəxş etdiyi, lakin onun bu neməti unudaraq alçaltdığı bir adamın hekayəsidir... O, azğınlaşdı, dostunun nəsihətlərinə rəğmən şübhə və tənələr edərək imanın təməllərinə qarşı çıxdı və nemətin şükrünü layiqincə yerinə yetirmədi.
Nəticədə əkinləri və bar-bəhəri məhv oldu... Peşmançılığın fayda vermədiyi andakı peşmanlıq!
✅Bu fitnədən nicat qayığı: (Dünyanın fani həqiqətini dərk etmək).
3️⃣Musa və Xızır = Elm fitnəsi
Musadan (ə) "Yer üzünün ən elmli insanı kimdir?" — deyə soruşulduqda, o: "Mənəm" — dedi.
Allah ona vəhy etdi ki, səndən daha elmli biri var. Musa ilahi hikmətin bəzən bizə gizli qala biləcəyini, lakin onu idarə edənin Müdrik (Həkim) olduğunu öyrənmək üçün onun yanına səfər etdi.
(Nümunə: Gəmi və oğlan uşağının hekayəsi)
✅Bu fitnədən nicat qayığı: (Təvazökarlıq).
4️⃣Zülqərneyn = Hakimiyyət/Səlahiyyət fitnəsi
Elm ilə gücü özündə birləşdirən, yer üzünü dolaşaraq insanlara kömək edən və hər tərəfə xeyir yayan əzəmətli bir hökmdarın hekayəsidir...
Sədd ucaldaraq Yəcuc və Məcuc probleminin öhdəsindən gəldi və demək olar ki, söz anlamayan bir qövmün potensialından düzgün istifadə etməyi bacardı!
✅Bu fitnədən nicat qayığı: (İxlas/Səmimiyyət).
❌Surənin tam ortasında bəlli olur ki, bütün bu fitnələrin əsas hərəkətverici qüvvəsi İblisdir:
"Siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Halbuki onlar sizin düşməninizdir. Zalimlər üçün bu nə pis mübadilədir!"
(Kəhf surəsi, 50)
💎Kəhf surəsinin Məsih Dəccalla nə əlaqəsi var?
✅Dəccəl qiyamətdən əvvəl məhz bu dörd fitnə ilə ortaya çıxacaq:
✅İnsanlardan Allahı qoyub ona ibadət etmələrini tələb edəcək (Din fitnəsi).
✅Səmaya yağış yağdırmağı əmr edəcək və əlindəki sərvətlərlə insanları imtahana çəkəcək (Mal-dövlət fitnəsi).
İnsanlara verəcəyi (bəzi qeybi) xəbərlərlə onları çaşdıracaq (Elm fitnəsi).
✅Yer üzünün böyük bir hissəsinə nəzarət edəcək (Hakimiyyət fitnəsi).
🌸Nicat qayıqları:
Saleh ətraf: "Səhər-axşam Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə bərabər özünü səbirli apar..."
(Kəhf: 28)
Dünyanın fani həqiqəti: "(Dünya həyatı) göydən endirdiyimiz suya bənzər ki, yerin bitkiləri onunla qarışıb (böyüyər), sonra isə küləyin sovurduğu quru çör-çöpə çevrilər. Allah hər şeyə qadirdir."
(Kəhf: 45)
🌸Təvazökarlıq: "(Musa) dedi: «İnşallah, mənim səbirli olduğumu görəcəksən və mən sənin heç bir əmrindən çıxmayacağam»".
(Kəhf: 69)
🌸İxlas: "De: «Mən də sizin kimi ancaq bir insanam...»"
(Kəhf: 110)
🎁Cümə günü Kəhf surəsini oxumağın sirri məhz bundadır: dünya fitnələrindən qorunmaq və Məsih Dəccalın şərindən sığınmaq❗️❗️
3 987
Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) “Hansı kəlmə ən fəzilətlidir?” deyə soruşulduqda, Onun cavabı nə oldu?
3 987
✨ S ə h ə r Z i k r l ə r i ✨
📖Zariyat surəsi, 55-ci ayə:
"Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir."
Paylaşaraq daha çox insanın zikr etməsinə vəsilə ol !
3 987
📍Peyğəmbər (sallAllahu aleyhi və səlləm) belə buyurub:
🔸«Sizin dininizdən ilk itirəcəyiniz şey doğruluq və dürüstlük olacaq. Ən axırıncı itirəcəyiniz şey isə, namaz olacaq.»
📚Şeyx Albani, Silsilətus-Sahihə, 1739.🔖 Abdullah İbn Məsud (radiyAllahu anhu) belə demişdir: 🔸"Kimin namazı ona yaxşılığı əmr edib, pislikdən də çəkindirmirsə, onun ancaq Allahdan uzaqlığı artar."
📚Əbu Davud "Zühd", 135🔗 t.me/z_zikr
3 987
Repost from İSLAMIN FƏZİLƏTİ
Dərs başlayır
https://t.me/islamfezileti?livestream=448b57fc215f8f7957
3 987
Repost from İSLAMIN FƏZİLƏTİ
Əssələmu aleykum möhtərəm müsəlmanlar
İnşəAllah Məğrib namazından sonra Əhli Sünnə vəl Camatın əqidə kitabından dərs olacaq.
https://t.me/islamfezileti
3 987
Repost from İslamla yaşa
Cənazə namazının qılınma qaydası:
1️⃣ Birinci təkbir edilir (Allahu Əkbər), sonra əl-Fatihə surəsi oxunulur.
2️⃣ İkinci təkbir edilir, sonra Peyğəmbərə (sallallahu aleyhi və səlləm)(namazda təşəhhüddə oxunan) İbrahimiyyə salavatı gətirilir.
3️⃣ Üçüncü təkbir edilir, sonra vəfat edən kəs üçün dua edilir.
4️⃣ Dördüncü təkbir edilir, qısa bir sükutdan sonra sağ tərəfə salam verilir.
📌 Cənazə namazında ruku və səcdə yoxdur. Dəstəmazlı olmaq şərtdir.
🌙✨Faydalanmaq üçün bizi izləyin
💎https://t.me/islamlayasha
💎https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎 https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
3 987
📍Peyğəmbər (sallAllahu aleyhi və səlləm) belə buyurub:
🔸“Axirətə yaxın bir çox gopçular və yalançılar meydana gələcək. Onlar sizə nə sizin, nə də atalarınızın eşitmədiyi (uydurma) hədisləri danışacaqlar. Onlardan uzaq olun, uzaq! Nəbadə-nəbadə sizi haqq yoldan sapdırıb fitnəyə məruz qoysunlar”
📚Səhih Muslim, 16.▪️Ali ibn abu Talib (radiyAllahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) belə buyurub: 🔸“Kim bir hədisin yalan olduğunu zənn etdiyi halda, onu mənim adımdan danışarsa, o iki yalançıdan biridir.”
📚İbn Macə 38. Şeyx Albani səhih demişdir.🔗t.me/z_zikr
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
