𝐷𝐼𝑁𝐼 - 𝑆𝑈𝐴𝐿- 𝐶𝐴𝑉𝐴𝐵- 𝑀𝑈𝑍𝐴𝐾𝐼𝑅𝐸.
Ir al canal en Telegram
Hərgün Anket-Suallar Paylaşılır Əlavə Dini Əqaid və Əhkam Müzakirə olacaq inşəAllah buyrun.🤲 #Kanalın qaydaların hərkəs oxusun.! #Reklam etmək olmaz.! 🚫 #Link paylaşmaq olmaz.! 🚫 #Qadınları şəxsi narahat etmək olmaz 🚫 #Əxlaqsız tərbiyəsiz mesajlar.🚫
Mostrar más282
Suscriptores
-124 horas
-27 días
-530 días
Carga de datos en curso...
Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
septiembre '26
septiembre '26
+1
en 0 canales
agosto '260
en 0 canales
Get PRO
julio '260
en 0 canales
Get PRO
junio '26
+6
en 0 canales
Get PRO
mayo '260
en 0 canales
Get PRO
abril '260
en 0 canales
Get PRO
marzo '26
+2
en 0 canales
Get PRO
febrero '26
+1
en 0 canales
Get PRO
enero '260
en 0 canales
Get PRO
diciembre '25
+1
en 0 canales
Get PRO
noviembre '25
+1
en 0 canales
Get PRO
octubre '25
+1
en 0 canales
Get PRO
septiembre '250
en 0 canales
Get PRO
agosto '250
en 0 canales
Get PRO
julio '250
en 0 canales
Get PRO
junio '25
+1
en 0 canales
Get PRO
mayo '25
+1
en 0 canales
Get PRO
abril '250
en 0 canales
Get PRO
marzo '250
en 0 canales
Get PRO
febrero '250
en 0 canales
Get PRO
enero '25
+1
en 0 canales
Get PRO
diciembre '24
+1
en 0 canales
Get PRO
noviembre '24
+1
en 0 canales
Get PRO
octubre '24
+1
en 0 canales
Get PRO
septiembre '24
+2
en 0 canales
Get PRO
agosto '240
en 0 canales
Get PRO
julio '24
+5
en 0 canales
Get PRO
junio '24
+3
en 0 canales
Get PRO
mayo '24
+3
en 1 canales
Get PRO
abril '24
+15
en 46 canales
Get PRO
marzo '24
+4
en 0 canales
Get PRO
febrero '24
+115
en 0 canales
Get PRO
enero '24
+136
en 0 canales
Get PRO
diciembre '23
+91
en 3 canales
Get PRO
noviembre '23
+163
en 19 canales
Get PRO
octubre '23
+314
en 30 canales
Get PRO
septiembre '23
+10
en 0 canales
Get PRO
agosto '23
+34
en 0 canales
Get PRO
julio '23
+24
en 0 canales
Get PRO
junio '23
+14
en 0 canales
Get PRO
mayo '23
+23
en 0 canales
Get PRO
abril '23
+74
en 0 canales
Get PRO
marzo '23
+64
en 0 canales
Get PRO
febrero '23
+65
en 0 canales
Get PRO
enero '23
+263
en 0 canales
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 06 septiembre | 0 | |||
| 05 septiembre | 0 | |||
| 04 septiembre | 0 | |||
| 03 septiembre | 0 | |||
| 02 septiembre | 0 | |||
| 01 septiembre | +1 |
Publicaciones del Canal
Repost from İslam Fədailəri
Möminlər möminləri qoyub kafirləri özlərinə dost va hami seçməsinlər! Belə edən şəxsin Allahla heç bir əlaqəsi yoxdur. (Onun Allahla olan əlaqəsi tamamilə kəsilər.) Ancaq onlardan ehtiyat etməyiniz (daha mühüm hədəflər üçün təqiyyə etməyiniz) istisnadır. Allah sizi Özündən (Ona itaətsizlik göstərməkdən) çəkindirir. Dönüş yalnız Allahadır. (Ali-İmran/28)Əvvəlki ayələrdə izah olundu ki, izzət və zillət, bütün xeyirlər Allahın əlindədir və bu ayə həmin münasibətlə möminləri kafirlərlə dostluqdan şiddətlə çəkindirir; çünki əgər bu dostluqlar güc, sərvət və izzət qazanmaq üçün edilirsə, bütün bunlar Allahın əlindədir. Bu ayə o zaman nazil oldu ki, müsəlmanlarla müşriklər arasında yəhudi və nəsranilərlə əlaqələr vardı və bu əlaqələrin davamı müsəlmanlara zərərli idi, buna görə də qadağan olundu. Ayə əslində müsəlmanlara mühüm siyasi-ictimai dərs verir ki, yadları dost və himayədar, yoldaş və köməkçi kimi qəbul etməsinlər və onların cazibədar sözlərinə, guya səmimi məhəbbət göstərmələrinə aldanmasınlar; çünki tarix boyu möminlərə və məqsədli insanlara vurulan ağır zərbələrin çoxu bu yoldan gəlmişdir. İstismar tarixində görünür ki, zalım istismarçılar həmişə dostluq, qayğıkeşlik, abadlıq libasında meydana çıxmışlar. Unutmaq olmaz ki, “istimar” sözü də abadlıq mənasından götürülmüşdür; onlar abadlıq adı ilə daxil olur, mövqelərini möhkəmlədikdən sonra isə amansızcasına həmin cəmiyyətə hücum edir, hər şeyini talan edirdilər. Təfsiri-Nümunə 📗
https://t.me/fadayaneislam
| 2 | Bu yaxınlarda bir çıxış gördüm. Çıxış edən şəxs deyirdi ki, “İslam məzlumdur”. Mənim zənnimcə, bu, doğru ifadə deyil. İslam məzlum deyil; İslamı məzlum vəziyyətə salan bizim öz əməllərimiz olub. Müdafiə etməli olduğumuz yerdə susmuşuq, addım atmalı olduğumuz zamanda geri durmuşuq, üzərimizə düşən məsuliyyəti yerinə yetirməmişik. Məsumların (ə) başına gələn zülmlərdə də bizim bu süstlüyümüzün acı nəticələrini görmək mümkündür. Onlar işgəncələrə məruz qalıb, şəhid ediliblər, biz isə dəfələrlə onları müdafiə etməli olduğumuz halda susmuşuq və geri çəkilmişik. Bir daha bu hallar təkrarlanmasın deyə Allah sonuncu Höccətini (ə.s) qoruyub saxlayıb və onu insanların gözündən qeyb edib. Əsl problem din deyil. Əsl problem bizim doğru hesab edib zehnimizdə qurduğumuz, lakin mahiyyət etibarilə İslamdan çox uzaq olan saxta din təsəvvürümüzdür. Biz öz əllərimizlə yaratdığımız bu bütə əsir olmuşuq və sonra da onun adını İslam qoymuşuq.
Telman Cəfəri
https://t.me/fadayaneislam | 1 |
| 3 | Əgər insan zamanın ruhunu tanımasa, dövrün mahiyyətini anlamasa, dünyanın gedişatını dərk etməsə, mütləq aldadılar; çünki zamanını tanımyan adam düşmənin hiyləsini də tanımaz, tələsini də görməz, oyunun necə qurulduğunu da anlamaz. İnsan zamanını tanımalıdır ki, düşməni tanısın, hiylələri və tərtibləri görsün, qarşıya çıxan tələlərə qarşı öz vəzifəsinin və məsuliyyətinin tələb etdiyi hazırlığı görüb yerinə yetirə bilsin.
Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
https://t.me/fadayaneislam | 1 |
| 4 | Dostlar, dünən xalqın inancını təhqir edən ateist "Çevik"in sərgüzəştləri haqqında iki variant irəli sürdük. Yayılan son xəbərlərə görə, bu şəxsin döyülməsi xəbəri yalandır və çəkilən fotosu yeni deyil. Bu xəbər doğru olduğu halda, hakimiyyət növbəti həbs dalğasını başlada və ya dindarların üzərində nəzarəti daha da artıra bilər.
Bunu da qeyd etmək istəyirəm ki, rəylərdə yazıb həmin ateistin tərəfini tutanlar yəhudi profilləridir. Biz bu şəbəkə haqqında dəfələrlə danışmışıq və qeyd etmişik ki, çox təcrübəli və gizlincəsinə iş görürlər. Yəni, o rəyləri yazanlara aldanmayın. Əksəriyyəti bizim dili bilən yəhudilərdir.
https://t.me/fadayaneislam | 3 |
| 5 | Düşməni vaxtında tanımaq.
Mənim bu sözlərdən məqsədim heç də ölkənin mədəni məsələləri ilə bağlı narahat olan insanların narahatlığını azaltmaq deyil. Xeyr, mən hamınızdan daha çox narahatam. Hətta mərhum İmamın sağlığından etibarən mədəni məsələlər məni daim narahat edib. Buna görə də narahatlıq olmalıdır. Lakin narahatlığın çarəsi mübarizədir; layiqli və məqsədəuyğun mübarizə aparmaq, meydana çıxmaq, düşünmək — bu elə bir meydandır ki, burada düşünmək digər bütün sahələrdən daha çox əhəmiyyət daşıyır — mütaliə etmək, işi peşəkarcasına və biliklə görmək, vaxtında meydana daxil olmaq, düşməni tam şəkildə tanımaq və onun istifadə etdiyi üsulları diqqətlə öyrənmək lazımdır. Mənim fikrimcə, bizim fəaliyyətimizdəki problemlərdən biri də dövrün və zamanın vəziyyətini düzgün tanımamağımızdır. Bəzi insanların elmi və təqvası da var, lakin buna baxmayaraq, dayanmalı və fəaliyyət göstərməli olduqları mövqeyi, tutmalı olduqları səngəri müəyyən edə bilmirlər. Bu, dost qüvvələrlə düşmən qüvvələrin arasında öz səngərini və mövqeyini itirən, düşmənin istiqamətini səhv salan bir insan kimidir. Atəş açmaq imkanına da malikdir, lakin bəzən atəşi düşmənin üzərinə deyil, öz dostlarının başına yağdırır. Dünyanın siyasi və ideoloji xəritəsini, eləcə də düşmənin kin və nifrət yayından buraxdığı oxun hansı nöqtəyə yönəldiyini, baxış xəttinin və hədəfinin haradan keçdiyini düzgün tanımamaq bizi ciddi çətinliklərlə üz-üzə qoyur. Biz elmi sahədə çalışmalıyıq; siyasi sahədə də özümüz üçün düzgün məlumat və şüur formalaşdırmalıyıq; özümüzü saflaşdırmalı və şəxsi həyatımızda da mənəvi tərbiyə və özünütəmizləmə əhli olmalıyıq.
Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
https://t.me/fadayaneislam | 2 |
| 6 | Deyilənlərə görə, bütün günü TikTok platformasında canlı yayım açıb, özü əslən yəhudi olan və yəhudilərdən dəstək alan "Çevik" ləqəbli "ateist" iki nəfər tərəfindən ağır şəkildə döyülüb. Əgər məsələ həqiqətən doğrudursa və deyildiyi kimidirsə, bu, atılmalı addım idi və çoxdan yerinə yetirilməli idi. Gec də olsa, Allaha həmd olsun ki, xalqın içindən bu addımı atan kəslər tapıldı.
Yox, əgər şou-planın növbəti bir hissəsidirsə, böyük solo-konsertə hazır olmaq lazımdır. Mümkündür ki, bu işi özləri qəsdən görmüş olsunlar və bu məsələdən dindarların əleyhinə istifadə etsinlər.
https://t.me/fadayaneislam | 2 |
| 7 | Salam əzizlər. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm: bizi sosial şəbəkədən tanıyan və şəxsi tanışlığım olmayan şəxslər media sahəsində fəaliyyət göstərən digər qardaşlara özlərini hansısa məsələdə və ya hər hansı bir mövzuda sübut etməyə çalışarkən mənim adımı vasitə kimi çəkməsinlər. Heç kimin gördüyü işə görə mən məsuliyyət daşımıram və hər hansı məsələdə mənim adımı çəkərək qərar verməyə və ya öz mövqeyinizi əsaslandırmağa çalışmağınız heç nəyi həll etmir. Əgər kiməsə qarşı hər hansı iddia irəli sürülübsə, özünü müdafiə edən zaman bunun üçün başqa üsullardan istifadə etsin. Xahiş edirəm, mənim adımı şəxsi məsələlərinizə və fəaliyyətinizə alət etməyin. Anlayışınız üçün təşəkkür edirəm.
Telman Cəfəri
https://t.me/fadayaneislam | 2 |
| 8 | Düşmənin hiylələrini öz dövründə tanımaq.
Düşmənin keçmişdə hansı addımları atdığından daim xəbərdar olmaq insana öz dövründə də onun istifadə etdiyi hiylələri və üsulları tanımağa imkan verir. Əlbəttə, zaman keçdikcə üsullar dəyişir. Məsələn, idman yarışlarında belə məşqçilər oturub rəqib komandanın fəaliyyətini və oyun tərzini diqqətlə izləyirlər ki, onun hansı üsullardan istifadə etdiyini öyrənsinlər. İran xalqı son yüz il ərzində, İslam İnqilabından əvvəl, ən azı iki mühüm hadisədə Amerika və İngiltərə ilə qarşı-qarşıya gəlib. Bunlardan biri Məşrutə hərəkatı, digəri isə neft sənayesinin milliləşdirilməsi uğrunda milli hərəkat idi. Hər iki hadisədə onlar müəyyən hiylələrə əl ataraq İran xalqını əldə etdiyi qələbənin sevincini tam yaşamaqdan məhrum etdilər və bu iki dövrün hər birində ölkədə ağır və qaranlıq bir diktatura rejimi formalaşdırdılar.
Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
https://t.me/fadayaneislam | 2 |
| 9 | Əvvəldən hazırlanmış planlar var idi. Mən heç kimi ittiham etmirəm. Amma düşmənin fəaliyyətinin arxasındakı məntiqi və gedişatı tanıyıram, onu görür və müəyyən edə bilirəm; bunu inkar edə bilmərəm. Düşmənin fəaliyyətinin özünəməxsus və müəyyən bir sxemi var idi. Onlar dünyanın başqa yerlərində də buna bənzər üsullardan istifadə ediblər. Beynəlxalq hegemon güclər hansısa siyasi sistemdən narazı və narahat olduqları zaman tətbiq etdikləri üsullardan biri belədir: seçki fürsətini gözləyirlər. Sonra seçki zamanı onların istəmədiyi şəxslər hakimiyyətə gəlsə və arzuladıqları şəxslər hakimiyyətə gəlməsə, nümayişkaranə şəkildə xalqı meydana çıxarmaq yolu ilə vəziyyəti dəyişdirməyə çalışırlar. Müxtəlif şüarlarla insanların bir qismini küçələrə çıxarır, küçələrdə təzyiq yaradaraq qanuni yolla əldə edilmiş nəticəni zor tətbiq etməklə dəyişdirməyə çalışırlar. Bu, artıq tanınmış bir ssenaridir. Seçkidən sonra baş verən hadisələrin müstəqil, dürüst və uzaqgörən insanların, eləcə də analitiklərin düşüncəsində xarici və kənar amillərlə əlaqələndirilməsinin səbəbi də budur. Hətta insan hadisələrin pərdəarxasında baş verənlər barədə heç bir məlumata malik olmasa belə, məlumatlı şəxslərin əldə etdiyi xəbərlər onun əlinə çatmasa belə, hadisələrin gedişatına və işin formasına baxdıqda bunun xalqın düşmənlərinin, yəni xaricilərin işi olduğunu anlaya bilər. Bir seçki keçirilir, qanuni bir proses baş verir və bunun nəticəsində müəyyən nəticə ortaya çıxır. Sonra isə həmin nəticəni zor və şiddət yolu ilə dəyişdirməyə çalışırlar. Bir qrup insanı küçələrə çıxarır, lazım gəldikdə zorakılığa əl atır, yanğınlar törədir, bankları və avtobusları yandırırlar ki, qanuni yolla əldə edilmiş nəticəni dəyişdirsinlər. Halbuki belə bir hərəkət həm şəriətə, həm də qanuna ziddir. Aydındır ki, belə bir hərəkət xarici qüvvələr tərəfindən istiqamətləndirilən və yönləndirilən bir fəaliyyətdir. Onlar ölkədə məhz belə bir vəziyyət yaratmaq istəyirdilər.
Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
https://t.me/fadayaneislam | 2 |
| 10 | Son günlər ərzində bir çıxışa rast gəldim. Çıxışda danışan bir ruhani Azərbaycanda hicab məsələsi ilə bağlı verilən şəri suala cavab verirdi. Sual belə idi: Azərbaycanda hicablı şəkildə şəkil çəkdirməyə icazə verilmir, nəticədə qadınların başıaçıq fotosuna naməhrəm kişilər baxır. Belə bir vəziyyətdə onların vəzifəsi nədir? Suala verilən qısa cavab isə belə oldu: “Eybi yoxdur.” Hər halda, bu məsələni tənqid edərkən insaf prinsipini qorumağa və ədalət çərçivəsindən kənara çıxmamağa çalışacağam.
İlk növbədə bunu qeyd etmək istəyirəm ki, həmin ruhani bu sözü öz şəxsi fikri kimi söyləmir. O, məsələyə müəyyən bir şəri hökm əsasında cavab verir. Buna görə də onu sanki hicab məsələsinə laqeyd yanaşan və ya mövcud vəziyyəti bəyənən biri kimi təqdim etmək ədalətli olmaz. Əksinə, ümidvaram ki, o da bizim kimi bu məsələyə qəlbən yanır və qadınların dini həssaslığını anlayır. Məsələnin ümumi tərəfinə gəldikdə isə mənim düşüncəm belədir:
Şəri bir məsələni insanlara bəyan edərkən ölkədə yaşayan müsəlmanların və dini camiənin real vəziyyəti də nəzərə alınmalıdır. Müctəhid ümumi hökmü bəyan edir, lakin həmin hökmün tətbiq olunduğu şərait, insanların qarşılaşdığı problemlər və vəzifələrin müəyyənləşməsi müxtəlif ölkələrdə fərqli ola bilər. Əgər verilən cavabın cəmiyyətdə necə anlaşılacağı, hansı nəticələr doğuracağı və insanların dini məsələlərə münasibətinə necə təsir göstərəcəyi də nəzərə alınmazsa, fiqhi cavabın ictimai tərəfi diqqətdən kənarda qala bilər. Əgər belə bir ifadə dini camiənin haqlı narazılığını səngidir, tağut sisteminə olan qəzəb atəşini söndürür, insanlarda mövcud qadağanın dəyişməz və qəbul edilməli olduğu təsəvvürünü yaradır və nəticə etibarilə hakimiyyətin dini həssaslığa zidd olan bu məhdudiyyətinə legitimlik (rəsmilik) qazandırırsa, düşünürəm ki, bu məsələyə ciddi şəkildə etiraz edilməli, haqqı tapdalanan insanların hüququnun bərpası üçün fəaliyyət göstərilməlidir. Yaxşı olar ki, bu cür həssas və ictimai əhəmiyyət daşıyan şəri məsələlərə cavab verən əzizlər yalnız hökmü insanlara çatdırmaqla kifayətlənməsin, eyni zamanda problemin həlli yollarını, çıxış imkanlarını və insanların öz dini haqlarını qorumaq üçün hansı vasitələrdən istifadə edə biləcəklərini də izah etsinlər.
Telman Cəfəri
https://t.me/fadayaneislam | 6 |
| 11 | İslam siyasi düşüncəsində hakimiyyətin dəyəri, gücün özündə deyil, ədalətə xidmət etməsindədir. Bir dövlət güclü ordusu, böyük iqtisadiyyatı və geniş səlahiyyətləri ilə qüdrətli görünə bilər. Lakin əgər həmin güc insanın haqqını tapdalayırsa, o zaman İslamın nəzərində məqsədindən uzaqlaşmış olur. Tövhid insanı yalnız Allah qarşısında qul edir; buna görə də heç bir siyasi rəhbər özünü insanların üzərində qeyri-məhdud və hesabsız bir hakim kimi görə bilməz. Hakimiyyət nə qədər böyükdürsə, onun məsuliyyəti də bir o qədər böyükdür.
Telman Cəfəri
https://t.me/fadayaneislam | 6 |
| 12 | Hakimiyyət İslam düşüncəsində insanın əlində verilmiş mütləq imtiyaz deyil, məsuliyyətdir. Hakim olan şəxs öz iradəsini xalqın və cəmiyyətin üzərinə istədiyi kimi qoymaq üçün deyil, ədaləti bərqərar etmək və insanların haqqını qorumaq üçün hakimiyyətə sahib olur. Bu baxımdan hökmdarın gücü onun nə qədər geniş səlahiyyətə malik olması ilə deyil, həmin səlahiyyəti nə qədər ədalətli və məsuliyyətli şəkildə istifadə etməsi ilə ölçülür. Hakimiyyətin Allah qarşısında məsuliyyət daşıması isə onu nəzarətsiz gücə çevrilməkdən qoruyan ən mühüm mənəvi prinsiplərdən biridir.
Telman Cəfəri
https://t.me/fadayaneislam | 6 |
| 13 | Həqiqətən vəziyyətimiz çox acınacaqlıdır. Bəlkədə, əksi olmalı idi ki, ruhanilər xalqa müraciət edib desinlər ki, bizi düşmənlə mübarizədə tənha buraxmayın. Azərbaycanda isə bunun əksi müşahidə olunur. Sadə bir dindar xalqın ruhanilərinə müraciət edərək bildirir ki, meydana çıxıb bu, dinsizlərə cavab verməlisiniz!
https://t.me/fadayaneislam | 6 |
| 14 | “Firon və Musa: Zülmə Qarşı Haqqın Müqaviməti”
Musa və Firon qissəsinə yalnız ictimai və siyasi prizmadan baxanda, məncə, Qurandakı ən güclü hakimiyyət–cəmiyyət analizlərindən biri ortaya çıxır. Fironun əsas problemi sadəcə zalım olması deyildi; o, öz hakimiyyətini insanların şüuruna yerləşdirmişdi. Quranda onun xalqını müxtəlif təbəqələrə böldüyü və onlardan bir qismini zəiflədərək əzdiyi bildirilir. Burada hakimiyyətin klassik bir mexanizmini görmək mümkündür: cəmiyyəti vahid və güclü bir toplum kimi deyil, bir-birindən ayrılmış qruplar kimi saxlamaq. Çünki parçalanmış cəmiyyətin hakimiyyət qarşısında müqavimət göstərməsi daha çətindir. Fironun ikinci mühüm xüsusiyyəti özünü yalnız hökmdar kimi deyil, insanların düşüncəsinə istiqamət verən mütləq hakim kimi təqdim etməsi idi. O, insanlara “mən sizə yalnız gördüyümü göstərirəm” məntiqi ilə müraciət edir, alternativ həqiqətin mövcudluğunu qəbul etmirdi. Yəni məsələ yalnız fiziki zorakılıq deyildi; həqiqətin müəyyənləşdirilməsi üzərində monopoliya da hakimiyyətin bir alətinə çevrilmişdi. Musa (ə) isə bu sistemə qarşı əvvəlcə silahla deyil, sözlə və dəlillə çıxır. Bu da qissənin mənim üçün çox mühüm tərəfidir: dəyişiklik əvvəlcə insanın şüurunda başlayır. Musa (ə) Fironun qarşısına çıxıb onun hakimiyyətini qəbul etmədiyini, insanları azad buraxmasını tələb edir. Firon isə arqumentə cavab vermək əvəzinə əvvəlcə qorxutma, sonra təhqir, daha sonra təzyiq və nəhayət zorakılıq vasitələrinə əl atır. Burada hakimiyyətin özünü müdafiə mexanizmini görürük: arqument zəiflədikcə təzyiq artır. Məncə, qissənin ən maraqlı ictimai dərslərindən biri də budur. Fironun hakimiyyəti təkcə Fironun gücündən ibarət deyildi. Onun ətrafında saray adamları, sehrbazlar, hərbi və inzibati aparat, qorxu içində yaşayan kütlə və müəyyən mənada mövcud sistemdən faydalanan insanlar vardı. Deməli, zalım sistemləri yalnız bir zalım insan yaratmır; həmin sistemi yaşadan sosial mexanizmlər də olur. Musa (ə)-ın mübarizəsində isə bunun əksi görünür: əvvəlcə azsaylı və zəif görünən bir qrup meydana çıxır, sonra sehrbazlar həqiqəti gördükdən sonra Fironun qarşısında dayanırlar. Onlar əvvəlcə Fironun sisteminin bir hissəsi idilər, lakin həqiqəti dərk etdikdən sonra həmin sistemə qarşı çıxırlar. Bu mənada qissə mənə göstərir ki, insanın mövqeyi onun əvvəlki statusundan daha önəmlidir; insan həqiqəti gördüyü anda tərəfini dəyişə bilər. Fironun ən böyük səhvi isə öz gücünü mütləq və əbədi hesab etməsi idi. O, qarşısındakı insanların sayına, öz ordusuna və hakimiyyət aparatına güvənirdi. Musa (ə) isə zahirən bütün bunlardan məhrum idi. Lakin qissənin sonu göstərir ki, siyasi və hərbi güc həmişə həqiqi güc demək deyil. Buradan mənim çıxardığım daha ümumi nəticə budur: bir hakimiyyət xalqın qorxusuna nə qədər çox söykənirsə, öz legitimliyini bir o qədər zəif hiss edir. Çünki həqiqi razılığa ehtiyacı olmayan hakimiyyət insanları inandırmaq əvəzinə onları qorxutmağa başlayır. Musa və Firon qissəsini buna görə yalnız “peyğəmbər və zalım hökmdar” hekayəsi kimi görmək məncə, onun ictimai dərinliyini azaltmaqdır. Burada hakimiyyətin necə qurulduğu, cəmiyyətin necə parçalandığı, qorxunun necə idarəetmə vasitəsinə çevrildiyi, təbliğatın necə işlədiyi, insanların hansı məqamda sistemə tabe olmaqdan imtina etdiyi və bir insanın həqiqəti müdafiə etməsinin necə daha böyük ictimai hərəkata çevrilə bildiyi göstərilir. Ən düşündürücü nəticə isə budur: Fironun qarşısında duran Musa (ə) əvvəlcə ordusu olan güclü bir lider deyildi; onun əsas silahı haqqı söyləmək və insanlara qorxunun dəyişməz olmadığını göstərmək idi. Məncə, qissənin siyasi-ictimai baxımdan ən böyük mesajı məhz budur: hakimiyyət nə qədər böyük görünsə də, onun davamlılığı yalnız gücündən deyil, insanların ona münasibətindən asılıdır.
(Mənbə - Qəsəs, 4; Taha, 43–79 📗)
https://t.me/fadayaneislam | 8 |
| 15 | Düşmənə ümid bağlamaq?! Bu düşmənin meydana daxil olduğunu gördükdə, bunu anlamalı və tanımalıyıq. Əgər hansısa xəta və ya səhvə yol vermişiksə, həmin səhvi aradan qaldırmalıyıq. Elə ilk gündən amerikalılar İslam Respublikasına qarşı müxtəlif sui-qəsdlər və planlar hazırlayıblar. Bu planların təsirsiz olduğunu deməyə ehtiyac belə yoxdur; onların təsirsiz olduğu açıq-aydındır. Əgər bu sui-qəsdlər təsirli olsaydı, indi İslam Respublikasından heç bir əsər-əlamət qalmamalı idi. Halbuki görürsünüz ki, İslam Respublikası bu gün ilk günlə müqayisədə onlarla dəfə daha güclüdür. Deməli, bu planlar nəticəsiz qalıb. Bu gün də yeni ssenarilər hazırlayır, yenə də sui-qəsdlər qururlar və keçmişdən dərs də çıxarmırlar. Mən təəccüblənirəm! Keçmiş barədə düşünmürlər ki, bu qədər sui-qəsd hazırladıq, İslam Respublikasına qarşı bu qədər pul xərclədik, orada-burada bu hadisəni, o hadisəni gördük, ölkə daxilində muzdurlar yetişdirdik, xaricdə müxtəlif şəxsləri İslam Respublikasına qarşı səfərbər etdik, amma heç bir nəticə əldə etmədik.
Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
https://t.me/fadayaneislam | 8 |
| 16 | 2030 planının bəlalarından biri də cəmiyyətimizdə evliliyə və ailə qurmağa təşviqdən daha çox boşanma, nikahdankənar övlad dünyaya gətirmə kimi halların bəzən açıq, bəzən isə şüuraltı şəkildə təbliğ olunmasıdır. Heç görmüsünüzmü ki, sağlam ailə həyatı yaşayan insanlardan müsahibə alıb cəmiyyətə sağlam ailə dəyərlərindən, ailə qurmağın faydalarından danışsınlar? Bu ölkədə 18 yaşı tamam olmayan, hətta bir-biri ilə qohum olan şəxslərin evlənməsi qadağandır. Amma 18 yaşı tamam olmayan gənclərin nikahdankənar intim münasibətlər yaşamasının qarşısını almaq üçün dövlət tərəfindən ciddi tədbirlər görülmür, hətta bir addım belə atılmır. 2030 planının hədəflərindən biri də ailə dəyərlərimizin məhv edilməsidir!
Telman Cəfəri
https://t.me/fadayaneislam | 8 |
| 17 | Düşmən mövcuddur və bu, danılmaz bir reallıqdır. Düşmənin olmamasını və ya düşmənin düşmənçilik etməməsini gözləmək yanlışdır. Düşmən var, düşmənçilik də edir və maddi baxımdan onun üçün mənfəət və fayda gətirən bütün sahələrə əl uzatmaq istəyir; bunun üçün bütün vasitələrdən də istifadə edir. Düşməni ümidsizliyə salan amil isə İslam ümmətinin öz qədrini, əhəmiyyətini, gücünü və dəyərlərini tanıması, birlik içində olduğu zaman malik olduğu əzəməti dərk etməsi və Uca Allahın ona bəxş etdiyi müqavimət göstərmək qüdrətinin qədrini bilməsidir.
Şəhid İmam Ayətullah Seyyid Əli Xamenei / Düşmənşenasi 📗
https://t.me/fadayaneislam | 10 |
| 18 | 2030 planının növbəti tərkib hissəsi ölkə üzrə "demoqrafik qocalma" və ya "demoqrafik daralmadır". Sadə dildə desək, insanlara təbliğ olunan az uşaqlı ailə modelidir. Təbii ki, bunu təbliğ etməklə yanaşı, əhalinin çox uşaq dünyaya gətirməməsi üçün zəmini elə hazırlayırlar ki, ailələr məcbur qalıb bir və ya iki uşaqdan çox övlad dünyaya gətirə bilmir. Çox uşaqlı ailə üçün dövlət büdcəsindən lazım olan vəsait ayrılmır və imkanlar yaradılmır. Yəhudilərin göstərişi ilə hakimiyyət tərəfindən Azərbaycanda yerli müsəlman-şiə xalqının sayının süni şəkildə azaldılması prosesi gedir. 2030 məsələsinin bəlalarından biri də budur.
Telman Cəfəri
https://t.me/fadayaneislam | 10 |
| 19 | Hz. İbrahimin inancında səhv olan cəmiyyətə qarşı mübarizəsi
Hz. İbrahim bütpərəstliyin hakim olduğu bir cəmiyyətdə yaşayırdı. İnsanlar daşdan və müxtəlif bütlərdən ilahlar düzəldir, onlara ibadət edirdilər. İbrahim isə hələ gənc yaşlarından bu inancı qəbul etmədi və xalqının qarşısında onların inanclarını sorğulamağa başladı. O, atasına dedi: "Bu heykəllər nədir ki, siz onlara ibadət edirsiniz?" (Ənbiya, 52) İbrahim məsələni sadəcə şəxsi inanc kimi saxlamadı. Cəmiyyətin qarşısında açıq şəkildə onların məntiqsizliyini göstərdi. Onlara bildirdi ki, insanın öz əlləri ilə düzəltdiyi və heç bir şeyə qadir olmayan bütlər ilah ola bilməz. Quranda onun atasına belə müraciət etdiyi bildirilir: "Ey atam! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda verməyən şeylərə ibadət edirsən?" (Məryəm, 42) Daha sonra İbrahim xalqının bütlərə münasibətini sarsıdan daha ciddi bir addım atdı. Onlar şəhərdən uzaqlaşdıqdan sonra İbrahim bütlərin yanına daxil oldu və ən böyük büt istisna olmaqla hamısını sındırdı. Sonra baltanı böyük bütə söykədi. Xalq geri qayıdanda bütlərin sındırıldığını gördü və İbrahimi sorğu-suala çəkdi. İbrahim isə onlara dedi: "Bəlkə bunu onların böyüyü edib. Əgər danışa bilirlərsə, özlərindən soruşun!" (Ənbiya, 57–63)
Bu, əslində çox güclü bir ictimai arqument idi: İbrahim onların öz inanclarının məntiqsizliyini öz qarşılarına qoyurdu. Xalq başa düşürdü ki, bütlər danışa və özlərini belə müdafiə edə bilmirlər. Bundan sonra məsələ artıq yalnız dini mübahisə olaraq qalmadı. Cəmiyyətin hakim ideologiyasına qarşı çıxan İbrahim siyasi hakimiyyətin də reaksiyası ilə üzləşdi. Onu cəzalandırmaq qərarına gəldilər və dedilər: "Onu yandırın və ilahlarınızı müdafiə edin!" (Ənbiya, 68) Nəticədə İbrahimi böyük bir oda atdılar, lakin Allah onu xilas etdi: "Ey od! İbrahim üçün sərin və salamat ol!" (Ənbiya, 69) Burada Əshabi-Kəhflə maraqlı bir paralel var. Əshabi-Kəhf öz cəmiyyətlərinin batil inancını qəbul etməyərək ondan uzaqlaşdılar; İbrahim isə həmin batil sistemin içində qalaraq onun ideoloji əsaslarını açıq şəkildə sorğuladı. Əshabi-Kəhf mağaraya çəkildi, İbrahim isə xalqının qarşısında mübarizəsini davam etdirdi.
Mənbə - Qurani-Kərim, (Ənbiya 51–70; Bəqərə 258) 📗
https://t.me/fadayaneislam | 6 |
| 20 | Əshabi-Kəhf gənclərinin hekayəsi
Onlar öz dövrlərində Allaha şərik qoşmağın və bütpərəstliyin hakim olduğu bir cəmiyyətdə yaşayan imanlı gənclər idilər. Rəvayət edilən hadisəyə görə, həmin gənclər öz hökmdarlarının və cəmiyyətin batil inancına tabe olmaqdan imtina etdilər və açıq şəkildə yalnız Allaha iman gətirdiklərini bildirdilər. Onların qarşısında iki yol vardı: ya hakim sistemin və cəmiyyətin inancına uyğunlaşmaq, ya da öz əqidələrini qorumaq. Onlar ikinci yolu seçdilər. Quranda onların belə dediyi bildirilir: “Bizim Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir məbuda dua etməyəcəyik. Əks halda, olduqca böyük bir yalan danışmış olarıq.” Öz əqidələrindən dönmədikləri üçün gənclər təzyiq altında qaldılar və dinlərini qorumaq məqsədilə yaşadıqları yerdən uzaqlaşıb mağaraya sığındılar. Onların mübarizəsi zalım və batil inanc üzərində qurulmuş hakimiyyətə mənəvi və əqidəvi cəhətdən boyun əyməməkdən ibarət idi. Allah da onları mağarada uzun müddət qorudu və yuxuya verdi. Onlar oyandıqda isə nə qədər müddət yatdıqlarını bilmirdilər və içlərindən birini şəhərə göndərərək yemək almağı tapşırdılar. Lakin şəhərə gedən gəncin istifadə etdiyi pul və onun davranışı insanların diqqətini çəkdi. Beləcə, onların hekayəsi üzə çıxdı və Allahın qüdrətinin bir nişanəsi kimi insanlar tərəfindən tanındı. Qurandakı əsas məna budur ki, bu gənclər imanlarını qorumaq üçün dövrün batil hakimiyyət və ictimai təzyiqinə boyun əymədilər; Allah isə onları qorudu və onların hadisəsini sonrakı nəsillərə ibrət olaraq saxladı.
Mənbə: Qurani-Kərim, Kəhf surəsi, 9–26-cı ayələr 📗
https://t.me/fadayaneislam | 7 |
