ELM yolu
Closed channel
Yalnız qadınlar üçün: https://t.me/+g9Yx7Jx3Rho3OWUy Bu kanal elm yoluna qədəm qoyanlara dəstək üçün açılıb. Kanalın məqsədi: elm öyrənməyi asanlaşdırmaq, elmə təşviq etmək və bir-birimizə yardım edərək bu mübarək yolda birgə addımlamaqdır.
Show more658
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '25
September '25
+658
in 2 channels
Channel Posts
| 2 | 📕 Elmin fəziləti | 473 |
| 3 | 📕 Elm əhli dostları üç qismə ayırır:⬇️
1⃣. "Mənfəət dostu".
💰🪙 Bu, səninlə dünyəvi mənfəət üçün dostluq edən kəsdir. Mənfəət bitdikdə səni tərk edər. Məsələn, mal, şöhrət və ya vəzifə üçün səninlə dostluq edən kəs. Bunlar əlindən çıxanda səni buraxar. Bu, dostların ən pisi sayılır.
2⃣. "Ləzzət dostu".
☕️ Səninlə oturmaqdan, söhbət etməkdən, gəzməkdən, səyahət etməkdən zövq alır. Amma nə o sənə fayda verir, nə də sən ona fayda verirsən. Nə sənin dininə xeyri dəyir, nə də sənə elmdən bir fayda qazandırır.
Həmişə kef, yemək, içmək, gəzmək, əylənmək axtarışındadır. Amma dərsə gəldikdə, kənara çəkilir. Elm tələbi və ya elm müzakirəsi istəsən, bəhanə gətirir.
Bu, ləzzət dostudur. O da əvvəlki kimi sənə fayda vermir. Beləsi ilə münasibəti azaltmaq, uzaqdan-uzağa dostluq etmək daha münasibdir.💡
3⃣. "Fəzilət dostu".
✨ Səni hər bir fəzilətə çağıran, buna təşviq edən, Rəbbinə yaxınlaşdıran şeylərə sövq edən dostdur. O, elm müzakirəsində və elmi əldə etməkdə sənə kömək edir. Beləsini tapsan, ondan dişinlə yapış və buraxma! Çünki bu, saleh dostdur. Sənə həm dinində, həm də dünyanda fayda verən odur! 🌺
Bəs biz özümüz necə bir dostuq? 🤔
📝(elm tələb edənlər üçün bir dərsdən alıntıdır) | 645 |
| 4 | 🕯️Necə də gözəl xatırlatmadır..
📚 Ey elmə yönələn bacım! Himmənin zəiflədiyi, yolun çətin göründüyü anlarda bunları özünə xatırlat.. Sən artıq qazanmısan!
Əgər insanlar elmin dəyərini bilsəydi, əsla yatmazdı.. | 641 |
| 5 | No text... | 841 |
| 6 | 🎧 Elm yolunda sənin səssiz köməkçin - bluetooth qulaqcıqlar.
Bəli, bəli.. Bu qulaqcıqlar sizdə yoxdursa, onu əldə etməyi çox tövsiyə edirəm.🛒
Bu, Elm yolunda sizə vermək istədiyim ilk praktiki məsləhətlərdəndir.. 💕
❓Sorğudan görürük ki, bacılarımızın bir çoxu artıq bu qulaqcıqları istifadə edir. Buna çox sevindim.🌷Allah kimə nəsib edibsə, Onun razılığını qazanmaq üçün istifadə etməyə də müvəffəq etsin. 🤲
Amma hələ istifadə etməyən və ya tərəddüd edən bacılarımız da var.🩷Allah hər birinizə bərəkət versin.
🎯 Sizə tanış səslənirmi?
“Yoldaşım gəldi deyə dərsdən çıxdım.”
“Evdə naməhrəmlər var deyə dinləyə bilmirəm.”
“Uşaqların səsindən fikrim dağılır.”
“Ev işləri qurtarmır ki, oturub dinləyim…”
💡Bu qulaqcıqlar isə bu maneələrin çoxunu aradan qaldırır və vaxtı daha faydalı keçirməyə imkan verir.
✅Qulaqcıqlarla siz evi yığışdıranda, yemək hazırlayanda, paltar ütüləyəndə, qab yuyanda, yolda olanda, növbə gözləyəndə və daha çox halda dərsləri dinləyə bilərsiniz.
Üstəlik qulaqcıqla:
🔘səsi daha aydın eşidirsən,
🔘diqqətin daha az dağılır,
🔘telefonu rahat başqa yerə qoyub sərbəst hərəkət edə bilirsən,
🔘 yoldaşın evdə olanda belə dinləmək mümkündür – çünki səs yalnız sənə çatır.
(Heç hər iki qulaqcığı taxmağa ehtiyac olmur. Bir qulaq uşaqlarda, və ya evdəkilərdə, digəri isə "dərsdə" ola bilir😊)
⏳Beləcə, bir çox “ölü vaxt”ını elm ilə dirildirsən. İmanını artırır, şeytanın sənə atdığı mənasız, səni kədərləndirən düşüncələrin qarşısını alırsan. Çünki qulağın çox vaxt dərs, faydalı sözlər dinləyir.. Vaxtının daha böyük hissəsini əzəmətli əməl içərisində keçirə bilərsən. O əməl ki, sən böyük günahlardan çəkindiyin müddətcə, sənin kiçik günahlarını pozar..
💡Qulaqcıq alarkən nə tövsiyə edərdik?
Ən ucuz modellərə qaçmamağı. Bilin ki, qiymət nə qədər aşağıdırsa bir o qədər keyfiyyət də daha zəifdir. Nəticədə qulaqcıqlar sizi "incidəcək" deyə, onları istifadə etməyəcəksiniz.
📚 Elm üçün xərclənən pul ən gözəl yerə xərclənən pul deyilmi?
Əgər bu aləti elm almağı asanlaşdırmaq niyyəti ilə alarsansa, bu Allah yolunda xərclənmiş mal olar. Allah da onu qat-qat xeyirlisi ilə əvəz edər. 🌧️
Odur ki, yaxşısını almağa çalışın. Allah sizə ən xeyirli olanını nəsib etsin!
🔑Bu cihaz zahirən kiçik olsa da, elm yolunda sənin böyük bir köməkçin ola bilər..
©️ Artıq bluetooth qulaqcıqları olan bacılarıma da dərsləri dinləməklə bağlı kiçiiik bir məsləhətim olacaq. Amma bu, inşallah, başqa bir paylaşımda.. 😄
#praktikimeslehetler | 855 |
| 7 | Bluetooth qulaqcıq istifadə edirsizmi? 🎧 | 709 |
| 8 | 📝 ELMin fəziləti (1)
Şeyx Saleh Əli Şeyx (حفظه الله) elmin fəziləti barəsində olan mühazirələrinin birində buyurur ki..
📚"Elm tələb etmək insanın günahlarının bağışlanmasına və həsənətlərinin artmasına səbəbdir. Necə?
🔖Allah سبحانه وتعالى buyurur:
{إِنَّ ٱلۡحَسَنَـٰتِ یُذۡهِبۡنَ ٱلسَّیِّـَٔاتِ}
“Həqiqətən, yaxşı işlər pis əməlləri yuyub aparır.” (Hud, 114)
🔖Peyğəmbər ﷺ buyurmuşdur: “Harada olsan Allahdan qorx. Pislik etdikdən sonra yaxşılıq et ki, onu silsin.”
Elm tələb etmək, bilirik ki, fəzilət və savab baxımından ən əzəmətli ibadətlərdəndir. Belə isə, elm tələb etmək – günahları pozan ən yaxşı işlərdəndir.
📕 Bu isə o deməkdir ki, sən hər dəfə saleh niyyətlə kitab oxuyanda, yazanda, dərsə daxil olanda, elm məclisinə gələndə, təkrar və əzbər edəndə – böyük günahlardan çəkindiyin müddətcə – bu əməllər sənin günahlarını pozur.
🌟Elm onun əhli üçün Allahın dinində güclü olma yoludur.
⏺️Elm tələbəsi dinində güclüdür. Şeytan onu ələ keçirə bilməz.
⏺️Elm tələbəsi imanında güclüdür. Çünki o, imanı dəlili ilə bilir.
⏺️Elm tələbəsi əməlində də güclüdür. Çünki o, ibadət etdikdə Peyğəmbərin ﷺ necə ibadət etdiyini bilir."
Ey elm tələb edən bacım! 🎀 Bu yolda daha da möhkəm ol. Gör, sən necə böyük fəzilətə nail olursan. Və elm yolunu tərk etdikdə, gör, nələrdən məhrum ola bilərsən... | 819 |
| 9 | 📚 Şeyx Muhammad ibn Saleh əl-Useymin (rahiməhullah) belə bir sual ilə müraciət edildi:
⏳“Vaxtdan səmərəli istifadə etmək və onu hədər getməkdən qorumaq üçün tövsiyəniz nədir?”
🔖Şeyxin cavabı:
Elm tələbəsi vaxtını boş keçirməkdən (onu zay etməkdən) qorumalıdır. Vaxtın hədər olması isə bir neçə şəkildə ola bilər:
📎. Oxuduqlarını müzakirə və təkrar etməyi tərk etmək.
[Bu necə vaxtın hədər olmasına səbəb olur? İnsan vaxt sərf edib bir kitab oxuyur, nəyisə əzbərləyir, öyrənir. Əgər sonradan onu təkrar etməsə, oxuduqlarını yaddan çıxarır. Nəticədə öyrəndiyi elm ona fayda vermir. Və ya onu yenidən oxuyub öyrənməyə məcbur qalır. Beləliklə, həm ilk dəfə oxuyarkən sərf etdiyi vaxt boşa çıxır, həm də yenidən öyrənmək üçün əlavə vaxt xərcləməli olur. Bu səbəbdən öyrəndiklərini təkrar etməyi tərk etmək, vaxtın hədər olmasına gətirib çıxarır.]
📎. Dostlarla oturub heç bir fayda daşımayan boş-boş söhbətlərlə məşğul olmaq.
📎. Üçüncü - və bu, elm tələbəsi üçün ən zərərli olanıdır – onun bütün qayğısının insanların sözlərini izləmək, "kim nə dedi" , "nə baş verdi", ona aid olmayan işlərlə məşğul olmasıdır. Bu isə, şübhəsiz ki, islamın zəifliyindəndir.
🌟 Çünki Peyğəmbər ﷺ buyurmuşdur:
“İnsanın islamının gözəlliyindəndir ki, özünə aid olmayan işləri tərk etsin".
Dedi-qodu ilə məşğul olmaq və çoxlu sual vermək vaxtı zay edir. Əslində bu, bir xəstəlikdir. Əgər insana yol taparsa – Allahdan afiyət diləyirik – onun bütün qayğısına çevrilər. Nəticədə o, düşmənliyə layiq olmayanlarla düşmənçilik edər, dostluğa layiq olmayanlarla dost olar. Bu, onu elm tələbindən məşğul edən bu işlərə həddindən artıq maraq göstərdiyi üçün (baş verər). Bunu “haqqa yardım” adı ilə edir, halbuki bu belə deyil. Bu, sadəcə nəfsi ona aid olmayan işlərlə məşğul etməsidir.
Əgər xəbər sənə, sən onu axtarmadan, tələb etmədən, gələrsə.. Hər kəs xəbər alır. Amma elm tələbəsi onunla məşğul olmamalı və onu həyatının ən böyük qayğısına çevirməməlidir. Çünki bu, tələbəni elm yolundan yayındırır, işini pozur və ümmətdə "hizbçilik" qapısını açır; nəticədə ümmət parçalanır".
🌟 [Kitəbul-'ilm, şeyx Muhammad ibn Saleh əl-Useymin] | 942 |
| 10 | 📚 Əziz elm tələb edənlər, Allah sizə rəhm etsin! ELM yolu kanalına xoş gəlmisiniz!
💡Bu kanal elm yoluna qədəm qoyanlara dəstək və yol yoldaşlığı məqsədilə açılıb.
📎Kanalda nələr paylaşılacaq?
⏺️Elm tələb etmə yolunda alimlərin nəsihətləri və xatırlatmaları
⏺️Elm tələbinə aid canlı dərslər
⏺️Elmə təşviq edən motivasiyaedici yazılar
⏺️Elm tələb etmə yolunda praktiki məsləhətlər
⏺️Şəri elmlərə dair dərslər və digər faydalar...
🔖Məqsədimiz — elm öyrənməyi asanlaşdırmaq, bir-birimizə dəstək olaraq bu mübarək yolda birlikdə irəliləməkdir.
Elm yolunda tək deyilsən... 🤍 | 957 |
| 11 | sticker.webp | 913 |
