en
Feedback
REAL TRADING ️📊

REAL TRADING ️📊

Open in Telegram

BU QAYDANI OXUMADAN KANALDAN İSTİFADƏ ETMƏYİN ⛔ Paylaşılan əməliyyatlar qəti olaraq yatırım tövsiyyəsi deyildir. RİSK özünüzə aiddir⛔ Adminlə əlaqə: @Realtrading177 ✅ YouTube 👇 https://youtube.com/@realtrading17

Show more
648
Subscribers
+2624 hours
+997 days
+16830 days
Posts Archive
"Ehtimal nəzəriyyəsinin treydinqdə rolu" Buda çox marağlı məqalədir 💡 Buyurun oxuyun faydalanın 🤝

🚨 “Mənim yaşım çoxdur, artıq Trading öyrənmək üçün gecdir…” ❌ YOX. Bu, yaş problemi deyil. Düşüncə problemidir. 🧠 Trading ü
🚨 “Mənim yaşım çoxdur, artıq Trading öyrənmək üçün gecdir…” ❌ YOX. Bu, yaş problemi deyil. Düşüncə problemidir. 🧠 Trading üçün sənə 20 yaşında olmaq lazım deyil. 📊 Sənə bilik, intizam, səbr və düzgün risk idarəetməsi lazımdır. 30 yaş? — Gec deyil. 40 yaş? — Gec deyil. 50 yaş? — Yenə gec deyil. 🔥 Çünki Tradingdə yaş yox, qərarlarının keyfiyyəti önəmlidir. 🎯 💭 “Kaş daha əvvəl başlasaydım...” Bu cümlə sənə heç nə qazandırmayacaq.❌ ⏳ İllər onsuz da keçəcək. Sual budur: Bir neçə il sonra “kaş başlayaydım” deyəcəksən, yoxsa “yaxşı ki, başlamışam”? 🚀 Unutma: 🔹 Yaş — sadəcə rəqəmdir. 🔹 Öyrənmək — seçimdir. 🔹 Nəticə — intizamın məhsuludur. 📈 Tradingi hər kəs öyrənə bilər. Amma hər kəs öyrəndiyini tətbiq edib intizamla davam edə bilmir. 🔥 Başlamaq üçün gec deyil. Gec olan yalnız heç vaxt başlamamaqdır.

Dəyərli izləyicilərin nəzərinə✋ Kanalın Çat qismində hər-hansısa bir FENOMENİN, Mentorun, TikTokcunun, Kanalın, QRUPUN, Şəxsin adını çəkmək qəti QADAĞANDIR ❗ Bir-birimizə hörmətlə yanaşaq. Əgər bu günki gündə Kanal qurucusu olaraq bunu deyirəmsə o zaman hörmətlə qarşılamaq lazımdır ✅ Çünki mən heç kəsə burada hörmətsizlik etmirəm ✍️ Anlayışınız üçün təşəkkür edirəm 🫂

Eurusd-də açdığım Long əməliyyatları TP ✅ Çox şükür bü gündə əziyyətimiz yerdə qalmadı 👍 Sizlərədə qismət inşallah 🤝
Eurusd-də açdığım Long əməliyyatları TP ✅ Çox şükür bü gündə əziyyətimiz yerdə qalmadı 👍 Sizlərədə qismət inşallah 🤝

Ticarətin Qızıl🎖️ Qanunu:💡 Məhsulu hər zaman Ucuzdan al, Bahadan sat ✅ Aşağı yuxarı istənilən ticarət növü olsun Fiziki və ya Rəqəmsal fərq etmir hər kəs eyni şeyi edir ✍️

Qızılın qalxışı zamanı açdığım Long əməliyyatı TP ✅ Market hara bizdə ora 🤝
Qızılın qalxışı zamanı açdığım Long əməliyyatı TP ✅ Market hara bizdə ora 🤝

Salam dostlar sabahınız xeyir olsun 🤝 Həyatda ən xoşlamadığım şeylərdən biridə kimdənsə Bəyəni istəməkdir. Ama dostlar imkan daxilində oxuyub bəyəndiyiniz postları bəyənməyi unutmayaq 💡 Bu bizim kanalın inkişafı üçün çox vacibdir 🤝

📊 TRADİNGDƏ LOTU HƏMİŞƏ EYNİ SAXLAMAQ NİYƏ DÜZGÜN DEYİL? ⚠️ Bir çox Trader belə düşünür: ❌ “Mən həmişə 0.01 lot açacam.” ❌ “
📊 TRADİNGDƏ LOTU HƏMİŞƏ EYNİ SAXLAMAQ NİYƏ DÜZGÜN DEYİL? ⚠️ Bir çox Trader belə düşünür: ❌ “Mən həmişə 0.01 lot açacam.” ❌ “Hesab böyüsə də 0.01, azalsa da 0.01.” Amma professional yanaşmada əsas məsələ Lotu sabit saxlamaq yox, RİSKİ sabit saxlamaqdır. 🎯 Məsələn, hesabın $1.000-dır və hər əməliyyatda 1% = $10 risk edirsən. 💵 Stop Loss məsafən dəyişəndə eyni lotu istifadə etmək düzgün risk yaratmır. 📉 🔹 Dar Stop Loss → daha böyük lot mümkün ola bilər 🔹 Geniş Stop Loss → daha kiçik lot lazım ola bilər Çünki Stop Loss məsafəsi dəyişdikcə, eyni lotun pul ilə ifadə olunan riski də dəyişir. 🧮 Hesabın böyüyəndə də eyni prinsip işləyir: 📈 $1.000 hesab → 1% risk = $10 📈 $2.000 hesab → 1% risk = $20 Beləliklə, lot hesaba və Stop Loss məsafəsinə uyğun hesablanır. 🧠 🔥 Professional Trader Lotu yox, RİSKİ idarə edir! Sabit Lot ≠ Sabit RiskSabit Risk = daha sistemli Trading ✅ Paylaşımın sənin üçün faydalı olduğunu düşünürsənsə postu ❤️ bəyənərək dəstək ola bilərsən 🤝

💱 NƏYƏ GÖRƏ PROFESSİONAL TRADERLƏR FOREX-Ə ÜSTÜNLÜK VERİR? 🏦📊 Crypto populyar ola bilər, amma professional Trading mühiti
💱 NƏYƏ GÖRƏ PROFESSİONAL TRADERLƏR FOREX-Ə ÜSTÜNLÜK VERİR? 🏦📊 Crypto populyar ola bilər, amma professional Trading mühiti baxımından Forex daha üstündür. 🎯 💧 Yüksək likvidlik — əsas valyuta cütlüklərində böyük həcmdə kapital dövr edir. 🏦 İnstitusional bazar — banklar, fondlar və böyük maliyyə qurumları Forex-də aktiv iştirak edir. 📊 Real iqtisadi əsaslar — FED, ECB, faiz dərəcələri, inflyasiya və iqtisadi göstəricilər qiymətlərə ciddi təsir edir. 🛡️ Daha stabil struktur — Crypto ilə müqayisədə ekstremal və ani hərəkətlər(manipulativ) nisbətən azdır. 🎯 Daha sistemli Trading — London və New York sessiyaları, likvidlik və fundamental xəbərlər daha aydın şəkildə analiz edilə bilir. 🔥 Qısası: Crypto daha çox yüksək volatilite və manipulyasiya ilə seçilir. Forex isə likvidlik, struktur, institusional iştirak və daha idarəolunan mühit baxımından professional Trader üçün daha üstün seçimdir. 💱🏆 🧠 Professional Trading adrenalini yox, sistemi tələb edir!

Pulsuz heç bir qəpikdə vermədən TAM PULSUZ 100000$ Həcmində fon hesabı istəyirsiz⁉️ O zaman bu Videoma baxın ✅ https://youtu.be/Txrh2SWj_jQ?si=wTlls6wcM7aZYE_m

🛑 TRADINGDƏ STOP LOSS NİYƏ MÜTLƏQ VACİBDİR? Təsəvvür et ki, maşın sürürsən 🚗 Təhlükəsizlik kəmərini ona görə taxmırsan ki, qəza mütləq olacaq. Qəza olarsa, səni qorumaq üçün taxırsan. Tradingdə Stop Loss da eyni məntiqdir. 🛡️📉 🔹 Stop Loss nə edir? Sən əvvəlcədən qərar verirsən: «“Əgər qiymət bu səviyyəyə gəlsə, deməli analizim yanılıb və mən bu əməliyyatdan az zərərlə çıxıram.”» Beləliklə, bazar əleyhinə getdikdə zərərin nə qədər olacağını əvvəlcədən bilirsən. 🎯 ❌ Stop Loss istifadə etməyən treyder isə çox vaxt belə düşünür: “Bir az da gözləyim...” “Bəlkə geri qayıtdı...” “Onsuz da bağlamayacam, düzələr...” 😬 Və kiçik zərər böyüyüb hesab üçün ciddi problemə çevrilə bilər. 💥 📌 Ən vacib məqam: Stop Loss səni hər trade-də zərərdən qorumur.❌ Səni bir trade-də böyük zərərdən qoruyur. 🛡️ Çünki tradingdə məqsəd hər əməliyyatı qazanmaq deyil. Məqsəd uduzduğun trade-lərdə az itirmək, qazandığın trade-lərdə isə üstünlük əldə etməkdir. 📊 💡 Unutma: Stop Loss qorxunun göstəricisi deyil. Stop Loss peşəkarlığın göstəricisidir. 🧠📈 Riskini əvvəlcədən müəyyən et. Kapitalını qoru. Çünki sabah bazarda olmaq üçün bu gün hesabını qorumaq lazımdır. 💰🛡️

Bitcoində Mikro Skalp olaraq açdığım Şort (Sell) əməliyyatı TP ✅ Allah bərəkət versin bu gündə çörək pulumuz çıxdı 🤲 Hər kəs
Bitcoində Mikro Skalp olaraq açdığım Şort (Sell) əməliyyatı TP ✅ Allah bərəkət versin bu gündə çörək pulumuz çıxdı 🤲 Hər kəsə qismət inşallah 🤝

Keçdiyim təlimlərin effekti necədir ❓ Təlimdə nələr baş verir❓ Bu təlimləri keçməyə dəyərmi❓ Görəsən təlimə verdiyim ödəniş hədər olmayacaqmı ❓ Digər təlimlərdən fərqi nədir ❓ Görəsən bu təlimçi işini biləndi yoxsa maşennikdi ⁉️🤔 Bu təlimi keçməyə dəyərmi ümumiyyətlə ❓ ƏGƏR BU SUALLARDA SİZİ ÇOX DÜŞÜNDÜRÜRSƏ O ZAMAN İNDİYƏDƏK KEÇDİYİM TƏLƏBƏLƏRİN ÖZ DİLİNDƏN TƏLİMİN EFFEKTİVLİYİ BARƏDƏ,EŞİDİN, DİQQƏTLƏ QULAQ ASIN✅ 👇 https://youtube.com/playlist?list=PL-lZyi1OobDhgOjme7bs56SxulnIHU4Tf&si=5W2QuZCP9XMRN98t

Düzünü deyim aramızda necə nəfər bu cür analiz edib trade edir? 😁 Bilməyənlər üçün deyim ki bunlar sadəcə illüziyadır. Belə analiz olunmur

Çox heyf mənim bu kanalda çəkdiyim əziyyətdən həqiqətən... İnsanlarımızın 95%-i bu videoda göstərilən həyata adlanırlar. İndi məndə Bu Kanalda Tradingi bu cür təbliğ etsəydim (Manipulyasiya edərək) o zaman elə bəh bəhlə paylaşımları bəyənərdizki o qədər sevərək izləyərdizki. Biz sevirik axı Xəyallar, Nağıllar dünyasında yaşamağı. Ama mən Tradingin Reallıqlarını düzgün formada göstərdiyimə görə əksəriyyətinə sərf etmir.. Ama yenədə mübarizəyə davam inanıramki aranızda düzgün sorğulama, düzgün qərar verə biləcək insanlar var və mən onlar üçün bacardığım qədər Tradingi doğru düzgün təbliğ edəcəm

Dostlar başqa hansı mövzüda məlumat istəyirsiz postda paylaşım ⁉️ (STRATEGİYA XARİC ❌) Yazın Commentdə 👇✍️

💱 FOREX NƏDİR? Çox sadə dillə desək, Forex — valyutaların bir-birinə qarşı alınıb-satıldığı qlobal bazardır. 🌍💰 Məsələn: 🇪🇺 EUR/USD 🇬🇧 GBP/USD 🇺🇸 USD/JPY Burada sən əslində “dollar aldım, avro satdım” məntiqi ilə hərəkət edirsən. 📌 Sadə nümunə: Tutaq ki, düşünürsən: ➡️ Dollar Avroya qarşı zəifləyəcək. ➡️ EUR/USD qalxacaq. Sən BUY açırsan. 📈 Əgər bazar düşündüyün istiqamətdə hərəkət etsə — qazanc əldə edə bilərsən. 💵 Əksinə, bazar sənin əleyhinə getsə — zərər edə bilərsən. 📉 🌍 Forex-in əsas xüsusiyyətləri: 🔹 Dünyanın ən böyük maliyyə bazarlarından biridir 🔹 Valyuta cütləri ilə işləyir 🔹 Bazar əsasən həftəiçi 24 saat aktivdir 🔹 Qiymətlər iqtisadi xəbərlərdən, faiz qərarlarından, inflyasiyadan və digər amillərdən təsirlənir 🔹 Leverage istifadə etmək mümkündür ⚠️ 💡 Amma vacib məqam: Forex = asan pul qazanmaq yeri deyil. ❌💰 Burada düzgün analiz, risk idarəetməsi, strategiya və ən əsası psixologiya böyük rol oynayır. 🧠📊 🎯 Qısaca: Forex — valyutaların qiymət dəyişikliklərindən istifadə edərək alqı-satqı etdiyin bazardır. Amma məqsəd sadəcə “trade açmaq” yox, nə vaxt, niyə və nə qədər risklə trade açdığını bilməkdir. 🎯

❗ UZUN POSTDUR AMA AXIRA QƏDƏR OXUSAZ ÇOX "DOĞRU" BİLDİYİNİZ YANLIŞLARI BAŞA DÜŞƏCƏKSİZ ✅ 💥 “Tradingdən yaxşı pul qazansaydın, təlim keçməzdin...” Bu cümləni deyənlərə bir sualım var: Əgər insan öz sahəsində uğurludursa, niyə bildiklərini başqalarına ödəniş qarşılığında öyrətməsi avtomatik olaraq onu “uğursuz” edir? 🤔 Gəlin bir az məntiqlə baxaq. 👇 Warren Buffett dünyanın ən tanınmış investorlarından biridir. 💰 Amma Buffett illərdir öz təcrübəsini və düşüncə tərzini kitablar, müsahibələr, çıxışlar və müxtəlif tədbirlər vasitəsilə insanlarla bölüşür. İndi kimsə çıxıb desə: “Buffett həqiqətən bu qədər varlıdırsa, niyə kitab satır, niyə çıxış edir?” Absurd səslənir, elə deyilmi? 😂 Çünki pul qazanmaqla bilikdən pul qazanmaq bir-birinə zidd deyil. 📚 Bir məsələni də çoxları nəzərə almır: Siz elə bilirsiniz təlimçi olmaq asandır? 🤔 Tradingi bilmək başqa şeydir, bildiyini başqasına düzgün öyrətmək isə tamam başqa bacarıqdır. 🎯 Bir strategiyanı özün tətbiq etmək başqa məsələdir. Amma qarşındakı insanın: 🧠 düşüncə tərzini, 📚 bilik səviyyəsini, 👀 bazara baxışını, ❓ başa düşmədiyi məqamları nəzərə alaraq eyni mövzunu fərqli formada izah etmək artıq pedaqoji bacarıq tələb edir. Bir tələbə vizual izahla daha yaxşı anlayır. Digəri rəqəmlərlə. Başqası real qrafik üzərində görəndə anlayır. Peşəkar təlimçinin işi sadəcə məlumat ötürmək deyil. Mürəkkəb bir mövzunu qarşı tərəfin anlaya biləcəyi səviyyəyə endirib, mahiyyətini itirmədən çatdıra bilməkdir. 🎓 Yəni təlimçi olmaq sadəcə kameranı açıb danışmaq deyil. 🎥 🔥 VƏ DAHA BİR VACİB MƏQAM: Trading etməyən bir insanın sənə Trading öyrədə bilməyəcəyini düşünmək də yanlışdır. Bəli, praktiki bazar təcrübəsi çox önəmlidir. 📈 Amma bir insanın müəyyən anda aktiv şəkildə trade etməməsi, onun bazarı, nəzəriyyəni, risk idarəetməsini, texniki analizi və ya Tradingin digər aspektlərini bilmədiyi anlamına gəlmir. Məsələn, universitetdə professorun hər gün laboratoriyada işləməməsi onun öz sahəsini bilmədiyini göstərmir. 🎯 Təlimçinin dəyəri yalnız “bu gün neçə trade açdı?” sualı ilə ölçülmür. Əsas məsələ: Nə bilir? Nə qədər dərindən bilir? Nə öyrədir? Necə öyrədir? Və dediklərini əsaslandıra bilirmi? 📈 Tradingə gələndə isə nədənsə qaydalar dəyişir: “Tradingdən qazanırsansa, təlim keçmə.” Bəs niyə? 🤷‍♂️ Mən gün ərzində bazarda maksimum 2–4 saat işləyirəmsə və axşam 1–1.5 saat öz bildiklərimi başqa insanlara öyrədirəmsə, bunun harasında problem var? Bu, iki ayrı fəaliyyətdir: 📈 Trading — bazarda tətbiq etdiyim peşəm. 🎓 Təlim — illərlə topladığım təcrübəni sistemləşdirib paylaşdığım fəaliyyət. Bir insan həm praktik olaraq işləyə, həm də öyrədə bilər. Həkim işləyib dərs deyə bilər. Proqramçı işləyib kurs keçirə bilər. Hüquqşünas işləyib seminar keçirə bilər. Amma trader bunu edəndə: “Deməli tradingdən qazanmır, üstəlik fırıldaqçıdı ” 🤡 Bu artıq arqument deyil. Bu, sadəcə cahillikdi ⚠️ Amma bir şeyi dəqiq ayıraq: Təlim keçmək = avtomatik peşəkar olmaq deyil. İnsan təlim alarkən müəllimin: ✅ təcrübəsinə, ✅ biliyinə, ✅ risk idarəetməsinə, ✅ şəffaflığına, ✅ öyrətdiyi sistemə, ✅ nəticələrini necə təqdim etdiyinə baxmalıdır. Sadəcə “mən traderəm” deyən hər kəsə kor-koranə pul vermək düzgün deyil. Amma “təlim keçirirsənsə, deməli tradingdən qazanmırsan” demək də eyni dərəcədə məntiqsizdir. 💣 İnsan öz biliyini və təcrübəsini monetizasiya edə bilər. Çünki bəzən insanın ən böyük kapitalı hesabındakı pul yox, illərlə topladığı təcrübə və bilikdir. 🧠💰 🔥 Əsas sual “Təlim keçir?” deyil. 🎯 Əsas sual budur: “NƏ ÖYRƏDİR və BUNU NƏ QƏDƏR KEYFİYYƏTLİ ÖYRƏDİR?” Qalanı? 🥱 Sadəcə səs-küydür.

Təlimlərim haqqında şəxsiyə yazıb maraqlanan dostlar burada birdəfəlik qeyd edirəm ✅ BAŞLANĞIC təlimi 350 AZN✅ MASTER təlimi 600 AZN ✅ ❗ Qarabağ veteranlarına -50 AZN endirim ✅ (Yalnız Qarabağ Veteranlarına aiddir Endirim ✅) ❗ Qiymətin baha olduğunu düşünən dostlar, gedin başqa təlimlərin qiymətini maraqlanın, Əsasəndə TikTok və İnstagramda özünü "Professional" adlandıran bəzi Fenomenlərin qiymiynə baxın sora müqayisə edin 🤝

Bir sual verim. Təsəvvür elə ki, sabah sənə deyirlər:💁🏻 “Tradingdən ömür boyu yalnız 1 ayda 5% qazana biləcəksən.”✅ Amma həmin 5% sabit olacaq. Sən razı olardın? Yoxsa deyərdin: “5% nədir ki? Mən ayda 20-30% istəyirəm.” 🤔 Əslində Traderlərin böyük hissəsinin problemi də elə buradadır.❗ Qazanmaq istəyirlər, amma kifayət qədər qazanmaq yox — mümkün qədər çox qazanmaq istəyirlər.🧐 Və “çox” istədikcə: → daha çox risk → daha çox trade → daha çox leverage → daha çox stress Axırda isə bir səhv bütün ayı silir.❌ Məncə Tradingdə ən çətin sual: “Nə qədər qazana bilərəm?” deyil. “Nə qədər qazanmaq mənə kifayətdir?” Sən olsan hansını seçərdin? 👇 A) Ayda stabil +5% B) Ayda +20% potensialı, amma böyük risklə