İslami Şhifa 🌿
Open in Telegram
Əziz izləyicilər sünnə üzrə müxtəlif xəstəliklərin təbii bitkilərlə müalicəsi məcun və qarışımlarla tətbiq edilir. Çatdırılma rayonlara poçtla və ya kargo ilə, Bakı ərazisinə kargo ilə mövcuddur. Şəxsiyə yazmaq üçün: @salafi_uxti
Show more242
Subscribers
No data24 hours
+27 days
No data30 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '260
in 0 channels
August '26
+4
in 0 channels
Get PRO
July '26
+4
in 0 channels
Get PRO
June '26
+2
in 0 channels
Get PRO
May '26
+1
in 0 channels
Get PRO
April '26
+4
in 0 channels
Get PRO
March '26
+4
in 0 channels
Get PRO
February '26
+14
in 0 channels
Get PRO
January '26
+2
in 0 channels
Get PRO
December '25
+4
in 0 channels
Get PRO
November '25
+10
in 0 channels
Get PRO
October '25
+5
in 0 channels
Get PRO
September '25
+14
in 0 channels
Get PRO
August '25
+4
in 0 channels
Get PRO
July '25
+9
in 0 channels
Get PRO
June '25
+30
in 0 channels
Get PRO
May '25
+13
in 0 channels
Get PRO
April '25
+126
in 0 channels
Get PRO
March '250
in 0 channels
Get PRO
February '25
+136
in 2 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 08 September | 0 | |||
| 07 September | 0 | |||
| 06 September | 0 | |||
| 05 September | 0 | |||
| 04 September | 0 | |||
| 03 September | 0 | |||
| 02 September | 0 | |||
| 01 September | 0 |
Channel Posts
🌿 Əziz izləyicilər, artıq müalicə üçün müraciətləri qəbul edirəm.
Əgər sağlamlığınızla bağlı probleminiz varsa və təbii müalicə, bitkilər, təbii vasitələr və düzgün qidalanma ilə dəstək almaq istəyirsinizsə, mənə müraciət edə bilərsiniz.
📩 Müraciət zamanı:
• Yaşınızı
• Sizi narahat edən problemi
• Şikayətin nə vaxtdan başladığını
• Hazırda istifadə etdiyiniz dərman və əlavələri
• Əgər varsa, analiz və müayinə nəticələrinizi göndərin.
🌿 Təbii müalicə sadəcə bir bitki və ya bir qarışıq istifadə etmək deyil. Əsas məqsəd orqanizmi tanımaq, problemin mümkün səbəblərini nəzərə almaq və insana uyğun, düzgün və ölçülü təbii yanaşma seçməkdir. Təbii vasitələr düzgün seçildikdə və düzgün tətbiq olunduqda sağlamlığın qorunmasına və bədənin özünü bərpa proseslərinə dəyərli dəstək ola bilər. Hər insana eyni vasitəni tövsiyə etmək düzgün deyil. Buna görə müraciətlər fərdi şəkildə dəyərləndirilir.
📌Şəfa Allahdandır, biz isə səbəblərə sarılırıq. By Habiba
https://t.me/islami_shifa
| 2 | 🧂 DUZ HAQQINDA 7 HƏQİQƏT. BUNLARI BİLİRDİNİZ?
Duz tamamilə zərərlidirmi? Yoxsa orqanizmin ona ehtiyacı varmı?
Əslində, məsələ duzun özündə deyil, miqdarındadır. Duz orqanizm üçün lazımdır.
Duzun tərkibindəki natrium sinirlərin və əzələlərin normal fəaliyyətində, həmçinin maye-elektrolit balansında rol oynayır.
⚠️ Amma çoxu zərərlidir.Çox duz təzyiqi yüksəldə bilər.
Həddindən artıq natrium qəbulu qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Uzunmüddətli yüksək təzyiq isə ürək-damar sağlamlığı üçün risk yaradır.
Duzun hamısı duzqabından gəlmir. Bəzən insan “yeməyə az duz vururam” düşünür, amma gündəlik duzun əhəmiyyətli hissəsi hazır qidalardan gəlir:
• kolbasa və sosislər
• çipslər
• konservlər
• hazır souslar
• bəzi pendirlər
• hazır yeməklər
• çörək və un məmulatları
Çox su içməklə artıq duzu kompensasiya etmək olmaz. Su içmək vacibdir, amma “çox duz yedim, çox su içim” yanaşması düzgün deyil. Əsas məsələ duz qəbulunu normada saxlamaqdır.
Dəniz duzu da limitsiz deyil. Dəniz duzudur, təbiidir, deməli zərərsizdir düşüncəsi yanlışdır. Duzun növündən asılı olmayaraq, ümumi natrium qəbuluna diqqət etmək lazımdır.
Dad reseptorlarımız duza öyrəşə bilir. Yeməyi daim çox duzlu yedikdə az duzlu yemək dadsız gəlir. Duzu tədricən azaltmaqla zamanla daha az duzlu yeməyə alışmaq mümkündür.
📍Duzu azaltmağın ən sadə yolları:
✅ Yeməyə avtomatik duz əlavə etməyin.
✅ Hazır və işlənmiş qidaları azaldın.
✅ Etiketdə natrium miqdarına baxın.
✅ Dad üçün limon, sarımsaq, göyərti və ədviyyatlardan istifadə edin.
✅ Duzu birdən yox, tədricən azaldın.
📌Ümumdünya səhiyyə təşkilatı böyüklər üçün gündə 5 qramdan az duz qəbulunu tövsiyə edir. Bu miqdara gün ərzində bütün qidalardan alınan duz daxildir. Sağlam qidalanmanın əsası hər şeyi qadağan etmək deyil, ölçünü qorumaqdır.
📲 Daha çox faydalı məlumat üçün: https://t.me/islami_shifa | 39 |
| 3 | ▪️Evde 2 dəqiqəlik ayaq hərəkəti
Evdə oturarkən belə edə bilərsiniz:
✅Ayaq biləklərinizi 10 dəfə bir istiqamətə, 10 dəfə digər istiqamətə çevirin.
✅Ayaq barmaqlarınızı özünüzə doğru çəkib sonra irəli uzadın 10–15 dəfə.
✅Ayağa qalxıb 10–15 dəfə barmaqlarınızın üzərinə qalxıb-enin.
Bu hərəkətlər xüsusilə uzun müddət oturmalı olan insanlarda ayaqları hərəkətdə saxlamaq üçün sadə üsullardır.
⚠️ Vacib qeyd: Ayaqlarda davamlı ağrı, şişkinlik, keyimə, rəng dəyişikliyi, yeriyərkən yaranan ağrı və ya qəfil başlayan şikayətlər varsa, bunu yalnız ev üsulları ilə müalicə etməyə çalışmayın. Səbəb araşdırılmalıdır. Sağlamlıq bəzən böyük dəyişikliklərdən deyil, hər gün təkrarladığımız kiçik və doğru vərdişlərdən başlayır. Sağlamlığınıza əmanət kimi yanaşın.
🌿Sağlamlıq, təbii həyat və faydalı məlumatlar üçün: https://t.me/islami_shifa | 72 |
| 4 | 🩸 QAN DÖVRANINI YAXŞILAŞDIRMAQ ÜÇÜN 5 SADƏ VƏRDİŞ
Əlləriniz və ayaqlarınız tez-tez soyuq olur? Uzun müddət oturandan sonra ayaqlarınızda ağırlıq və keyimə hiss edirsiniz? Gün ərzində çox hərəkətsiz qalırsınız?
Qan dövranının yaxşı olması bədənin bütün toxumalarının oksigen və qida maddələrini alması üçün vacibdir. Bunun üçün hər zaman mürəkkəb üsullara ehtiyac yoxdur. Gündəlik kiçik vərdişlər belə faydalı ola bilər.
1. Hər saat bir neçə dəqiqə hərəkət edin. Uzun müddət oturmaq xüsusilə ayaqlarda qan dövranının zəifləməsinə səbəb ola bilər. Hər 45–60 dəqiqədən bir ayağa qalxın:
• Bir neçə dəqiqə gəzin
• Ayaq barmaqlarınızın üzərinə qalxıb-enin
• Ayaq biləklərinizi dairəvi hərəkət etdirin
• Ayaqlarınızı bir neçə dəfə büküb-açın
Kiçik hərəkətlər belə uzun müddət hərəkətsiz qalmaqdan daha yaxşıdır.
2. Gündəlik gəzintini vərdişə çevirin. Gəzinti qan dövranını dəstəkləyən ən sadə fiziki fəaliyyətlərdəndir. Hər gün imkan daxilində 20–30 dəqiqə orta tempdə gəzməyə çalışın. Vaxtınız yoxdursa, bunu bir dəfəyə etmək məcburiyyətində deyilsiniz. Gün ərzində 10 dəqiqəlik bir neçə gəzinti də hərəkətsiz qalmaqdan daha faydalıdır.
3. Kifayət qədər maye qəbul edin. Bədən susuz qaldıqda özünüzü halsız və yorğun hiss edə bilərsiniz. Gün ərzində müntəzəm olaraq su içmək vacibdir. Lakin “çox su içmək qan dövranını mütləq yaxşılaşdırır” deyə düşünmək də doğru deyil əsas məsələ bədənin ehtiyacına uyğun maye qəbul etməkdir.
4. Ayaqları uzun müddət aşağı vəziyyətdə saxlamayın. Xüsusilə uzun müddət oturan insanlarda ayaqlarda ağırlıq və şişkinlik yarana bilər. İstirahət zamanı ayaqları bir qədər yuxarı qaldırmaq rahatlıq verə bilər. Amma bir ayaqda qəfil yaranan şişkinlik, ağrı, qızartı və istilik sadəcə “qan dövranının zəifliyi” kimi qəbul edilməməlidir. Belə vəziyyətdə tibbi qiymətləndirmə lazımdır.
5. Qidalanmanıza diqqət edin. Qan damarlarının sağlamlığı üçün ümumi qidalanma tərzi də əhəmiyyətlidir.
Süfrənizdə daha çox: tərəvəz və göyərti, meyvə, paxlalılar, balıq, çərəzlər, tam taxılla, zeytun yağı kimi faydalı qidalar yer ala bilər. Həddindən artıq duzlu, şəkərli və çox işlənmiş qidaları isə azaltmaq faydalıdır.
📲 Daha çox faydalı məlumat üçün: https://t.me/islami_shifa | 66 |
| 5 | ▪️Siz səhhətiniz üçün hansı təbii vasitələrdən istifadə edirsiniz? | 81 |
| 6 | 🌿 Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) Xəstələrə Oxuduğu Şəfa Duası
Xəstəlik və sıxıntı anında həm bədənə, həm də ruha şəfa olacaq ən gözəl vasitə uca Allahın kəlamı və Peyğəmbərimiz Muhəmmədin (sallallahu aleyhi və səlləm) öyrətdiyi dualardır.
Möminlərin anası Hz. Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ailəsindən biri xəstələndikdə sağ əlini onun üzərinə qoyar və bu duanı oxuyardı:
📍Allahummə rabbən-nasi, muzhibəl-bəsi, işfi əntəş-şəfi, lə şifə-ə illə şifə-ukə şifə-ən lə yuğadiru saqamə.
📍Ey insanların Rəbbi, sıxıntını aradan qaldır! Şəfa ver, şifa verən Sənsən. Sənin şəfəndən başqa şəfa yoxdur, elə bir şəfa ver ki, heç bir xəstəlik izi qoymasın.
📚Buxari 5743 Müslim 219
https://t.me/islami_shifa | 76 |
| 7 | ✨ Təbii Botoks Maskası
Bu maska dərini qidalandırmağa, daha parlaq və hamar görünməsinə kömək edir. Müntəzəm istifadə edildikdə dəri daha canlı görünə bilər.
- 1 xörək qaşığı kartof kraxmalı
- 2 xörək qaşığı düyü suyu
- 1 xörək qaşığı təmiz aloe vera geli
Bütün ərzaqları şüşə və ya keramika qabda yaxşıca qarışdırın. Krem konsistensiyasında bir qarışıq əldə edin. Üzünüzü yuyub tam təmizləyin. Maskanı üz və boyun nahiyəsinə nazik qat şəklində çəkin. 20–25 dəqiqə saxlayın. İlıq su ilə yuyun. Ardınca nəmləndirici krem və ya bir neçə damcı təbii yağ (məsələn, badam və ya arqan yağı) tətbiq edin. Həftədə 2–3 dəfə tətbiq etmək kifayətdir.
📌Qeyd: İlk dəfə istifadə etməzdən əvvəl qarışığı qolun iç hissəsində yoxlayın. Qızartı, qaşınma və ya allergik reaksiya olarsa istifadə etməyin. Allahın izni ilə təbii qulluq davamlı olduqda dərinin sağlam və təravətli görünməsinə dəstək ola bilər.
🌿Sağlamlıq, təbii həyat və faydalı məlumatlar üçün: https://t.me/islami_shifa | 85 |
| 8 | 📍Əssələmu aleykum və rahmətullahi və bərakətuh, əziz izləyicilər. Son günlər aktivliyimin azalmasının səbəbi oğlumun əməliyyat keçirməsidir. Hazırda bütün diqqətim onun sağalmasına yönəlib. İn şə Allah, tezliklə hər şey qaydasına düşəcək və əvvəlki kimi faydalı paylaşımlarıma davam edəcəyəm. Bu müddətdə anlayış göstərməyinizi və kanalı tərk etməməyinizi xahiş edirəm.Əksinə, mənə dəstək olmaq istəyirsinizsə, aşağıdakı kanal linkini yaxınlarınıza və dostlarınıza paylaşaraq daha çox insanın faydalanmasına vəsilə ola bilərsiniz. Dualarınızı əsirgəməyin. Allah razı olsun 🤲
https://t.me/islami_shifa | 88 |
| 9 | 🧠 BEYİN DUMANI Nədir? Düşünə bilməmək, unutqanlıq və zehni yorğunluğun səbəbi
Heç olubmu ki, beyniniz sanki duman içindədir? Bir işi görmək istəyirsiniz, amma fikrinizi toplaya bilmirsiniz. Danışarkən söz yadınızdan çıxır, oxuduğunuzu tez unudursunuz, diqqətinizi bir yerə cəmləmək çətinləşir. Sanki beyniniz əvvəlki kimi sürətli işləmir. Buna xalq arasında “beyin dumanı” deyilir. Bu, ayrıca bir xəstəlik deyil, müxtəlif səbəblərlə ortaya çıxa bilən zehni yorğunluq və düşüncə bulanıqlığı vəziyyətidir.
📍Beyin dumanının əlamətləri:
• Diqqəti cəmləməkdə çətinlik
• Tez-tez unutqanlıq
• Sözləri xatırlamaqda çətinlik
• Düşüncələrin yavaşlaması
• Zehni yorğunluq
• Bir işi başlamağa və tamamlamağa çətinlik
• Oxuduğunu və ya eşitdiyini tez unutmaq
• Gün ərzində özünü “başım işləmir” kimi hiss etmək
📍Bəs bunun səbəbi nə ola bilər?
Beynimiz də digər orqanlarımız kimi düzgün qidalanmağa, kifayət qədər yatmağa və istirahətə ehtiyac duyur.
▪️Dəmir çatışmazlığı və qan azlığı — Beyinə oksigen daşınmasının azalması halsızlıq və diqqət problemlərinə səbəb ola bilər.
▪️ D vitamini çatışmazlığı — Bəzi insanlarda yorğunluq və ümumi halsızlıqla əlaqəli ola bilər.
▪️ B12 vitamini çatışmazlığı — Xüsusilə uzunmüddətli çatışmazlıqda yaddaş və sinir sistemi ilə bağlı problemlər yarana bilər.
▪️ Keyfiyyətsiz və az yuxu — Beyin gün ərzində topladığı məlumatları yuxu zamanı emal edir. Yuxusuzluq diqqət və yaddaşa ciddi təsir göstərə bilər.
▪️ Kifayət qədər su içməmək — Susuz qalmaq da yorğunluq və diqqət azalmasına səbəb ola bilər.
▪️Uzunmüddətli stress və zehni gərginlik — Beyin daim stress vəziyyətində olduqda diqqəti toplamaq çətinləşə bilər.
▪️ Qidalanma pozğunluğu — Bədənin ehtiyac duyduğu zülal, vitamin və mineralların kifayət qədər alınmaması da özünü zehni yorğunluqla göstərə bilər.
▪️Qalxanabənzər vəzinin funksiyalarında dəyişikliklər — Xüsusilə tiroid hormonlarının pozulması yorğunluq və diqqət problemləri ilə müşayiət oluna bilər.
📍 Beyin dumanını azaltmaq üçün nələr edə bilərik?
✅ Gecə kifayət qədər və keyfiyyətli yatmağa çalışın.
✅ Gün ərzində kifayət qədər su için.
✅ Dəmir, B12 və D vitamini kimi göstəriciləri ehtiyac olduqda yoxlatdırın.
✅ Zülal, tərəvəz, meyvə, faydalı yağlar və tam taxıllarla balanslı qidalanın.
✅ Hər gün bir qədər hərəkət edin və açıq havada gəzin.
✅ Telefon və sosial mediadan fasilələr verin.
✅ Eyni anda çox iş görmək əvəzinə bir işə fokuslanın.
✅ Gün ərzində beyninizə istirahət üçün vaxt ayırın.
📍 Bəzən “tənbəllik” və ya “iradəsizlik” kimi düşündüyümüz halın altında əslində yuxusuzluq, stress, qidalanma çatışmazlığı və ya başqa bir sağlamlıq problemi dayana bilər. Əgər zehni bulanıqlıq uzun müddət davam edirsə, gündəlik həyatınıza ciddi təsir edirsə və ya getdikcə artırsa, səbəbini araşdırmaq üçün həkimə müraciət etmək faydalıdır.
🌿Sağlamlıq, təbii həyat və faydalı məlumatlar üçün: https://t.me/islami_shifa | 116 |
| 10 | 📍 Yay aylarında susuzluq (dehidrasiya): Əlamətləri və qarşısını necə almaq olar?
İsti havalarda bədən tər vasitəsilə daha çox maye itirir. İtirilən su və minerallar vaxtında bərpa olunmadıqda susuzluq (dehidrasiya) yarana bilər. Bu vəziyyət həm böyüklərdə, həm də uşaqlarda halsızlıq və müxtəlif narahatlıqlara səbəb ola bilər.
📌 Susuzluğun ən çox rast gəlinən əlamətləri:
• Güclü susuzluq hissi
• Ağız və dodaqlarda quruluq
• Halsızlıq və tez yorulmaq
• Baş ağrısı və ya başgicəllənmə
• Diqqətin azalması
• Sidiyin tünd rəngdə olması və az ifraz edilməsi
• Dərinin quruması
📌 Uşaqlarda diqqət edilməli əlamətlər:
• Həmişəkindən daha sakit və ya həddindən artıq narahat olması
• Göz yaşı olmadan ağlaması
• Ağzının quruluğu
• Sidiyin azalması və ya bezin uzun müddət quru qalması
📌Susuzluğun qarşısını almaq üçün:
✅ Gün ərzində mütəmadi su için, yalnız susamağı gözləməyin.
✅ İsti saatlarda (xüsusilə günorta vaxtı) uzun müddət günəş altında qalmayın.
✅ Qarpız, yemiş, xiyar, pomidor kimi su tərkibi yüksək olan meyvə və tərəvəzlərdən istifadə edin.
✅ Həddindən artıq şəkərli və qazlı içkiləri məhdudlaşdırın. Onlar susuzluğu tam aradan qaldırmaya bilər.
✅ Körpələrə və uşaqlara isti havalarda kifayət qədər maye verilməsinə xüsusi diqqət edin.
📌Əgər susuzluq şiddətlidirsə, güclü başgicəllənmə, huşun bulanması, qusma, sidiyin uzun müddət olmaması və ya yüksək hərarət kimi əlamətlər yaranarsa, gecikmədən həkimə müraciət etmək lazımdır.
📌 Sağlamlığımız bizə Allahın əmanətidir. Özümüzü qorumaq da bu əmanətə sahib çıxmağın bir hissəsidir.
📲 Daha çox faydalı məlumat üçün: https://t.me/islami_shifa | 95 |
| 11 | 🌿 Şəfanı səbəblərdə deyil, Allahda axtaraq.
Dərmanlar, bitkilər və təbii vasitələr sadəcə səbəbdir. Şəfa verən isə yalnız Allahdır.
"Mən xəstələndiyim zaman mənə şəfa verən Odur." (Şuəra surəsi, 80)
📌Hər bir müalicəyə "Bismilləh" ilə başlayın və dua etməyi unutmayın.
📲 Daha çox faydalı məlumat üçün: https://t.me/islami_shifa | 71 |
| 12 | ⚠️ Varikoz müalicə olunmadıqda zamanla ağırlaşa bilər. Ayaqda davamlı şişkinlik, güclü ağrı, dəri rənginin dəyişməsi və ya yara əmələ gələrsə, damar cərrahına müraciət etmək vacibdir.
📲 Daha çox faydalı məlumat üçün: https://t.me/islami_shifa | 88 |
| 13 | 📍Varikoz – sadəcə estetik problem deyil!
Varikoz, ayaqlardakı venaların genişlənməsi və damar qapaqlarının zəifləməsi nəticəsində yaranan bir vəziyyətdir. Ən çox qadınlarda, xüsusilə hamiləlikdən sonra rast gəlinir.
Varikozun əlamətləri:
• Ayaqlarda ağırlıq və yorğunluq hissi.
• Günün sonunda şişkinlik.
• Yanma, sızıltı və ya gecələr qıcolmalar.
• Hörümçək toruna bənzər nazik damarlar və ya qabarıq damarlar.
• Uzun müddət ayaqüstə qaldıqda şikayətlərin artması.
📍Kimlər risk altındadır?
Hamilə qadınlar.
Ailəsində varikoz olanlar.
Uzun müddət ayaqüstə işləyənlər.
Artıq çəkisi olanlar.
Hərəkətsiz həyat tərzi keçirənlər.
Varikozun qarşısını almaq üçün:
✅ Hər gün müntəzəm gəzin.
✅ Uzun müddət ayaqüstə və ya oturaq qalmayın.
✅ Ayaqlarınızı gün ərzində bir neçə dəfə ürək səviyyəsindən yuxarı qaldırın.
✅ Sağlam çəki qoruyun.
✅ Həkim məsləhəti ilə uyğun kompression corabdan istifadə edin.
📍Ayaqlarınız sizi ömür boyu daşıyır. Sizdə onların sağlamlığına diqqət yetirin.
https://t.me/islami_shifa | 96 |
| 14 | 📍Yay aylarında özünüzü davamlı halsız və yorğun hiss edirsiniz?
Bu hal təəssüf ki, yay aylarında bir çox insanın qarşılaşdığı "yay yorğunluğu" (yay letargiyası) ilə əlaqəli ola bilər. Xüsusilə isti havalarda orqanizm daha çox yüklənir və bu da özünü halsızlıq, yuxululuq və enerjisizlik kimi göstərə bilər.
📍Əsas səbəblər:
1. İstilik stresi
Yüksək temperatur zamanı bədən özünü sərin saxlamaq üçün daha çox işləyir. Damarlar genişlənir, ürək daha sürətli döyünür və bu da enerji sərfini artıraraq yorğunluğa səbəb olur.
2. Susuzluq və mineral itkisi
Tərləmə ilə birlikdə bədəndən yalnız su deyil, natrium, kalium və maqnezium kimi vacib minerallar da itirilir. Bu isə halsızlıq, əzələ zəifliyi və bitkinlik yarada bilər.
3. Yuxu keyfiyyətinin azalması
İsti gecələr dərin və rahat yuxuya mane olur. Nəticədə insan kifayət qədər yatdığı halda belə, səhər yorğun oyanır.
4. Qidalanma və vitamin çatışmazlığı
Ağır və yağlı qidalar həzmi çətinləşdirir, enerji azalır. Bundan əlavə, dəmir (ferritin), B12, D vitamini və maqnezium çatışmazlığı da davamlı halsızlığın ən çox rast gəlinən səbəblərindəndir.
📍Nə etmək olar?
✅ Gün ərzində kifayət qədər su için və mineral balansını qorumağa çalışın.
✅ Mövsümi tərəvəz və meyvələrə üstünlük verin.
✅ Ağır, qızartma və xəmir yeməklərini məhdudlaşdırın.
✅ Otağı sərin saxlayın və keyfiyyətli yuxuya diqqət edin.
✅ Halsızlıq uzun müddət davam edirsə, ferritin, B12, D vitamini və maqnezium göstəricilərini yoxlatdırın.
⚠️ Əgər halsızlıqla yanaşı başgicəllənmə, ürək döyüntüsünün artması, təzyiqdə ciddi dəyişikliklər və ya huşun bulanması kimi əlamətlər varsa, mütləq həkimə müraciət edin.
🌱 Sağlamlığınızı qoruyun, bədəninizin verdiyi siqnallara laqeyd qalmayın.
https://t.me/islami_shifa | 100 |
| 15 | 🌿 Saç tökülməsinin əsas səbəbləri nələrdir?
Saç tökülməsi həm qadınlarda, həm də kişilərdə rast gəlinən bir problemdir. Gündə 50–100 tel saçın tökülməsi normal hesab olunsa da, bundan artıq tökülmə olduqda səbəb araşdırılmalıdır.
📌 Ən çox rast gəlinən səbəblər:
• Dəmir çatışmazlığı – xüsusilə qadınlarda ən yayılmış səbəblərdəndir.
• D vitamini, B12, sink və fol turşusu çatışmazlığı – saç köklərinin zəifləməsinə səbəb olur.
• Qalxanabənzər vəz xəstəlikləri (hipotiroidizm, Haşimoto və s.).
• Hormonal dəyişikliklər – hamiləlik, doğuşdan sonrakı dövr, menopauza, PKOS.
• Güclü stress və psixoloji gərginlik.
• Qeyri-kafi qidalanma və sürətli arıqlama.
• Genetik meyllilik – ailədə keçəllik və ya saç seyrəlməsi olması.
• Bəzi dərmanlar – hormonal preparatlar, qan durulaşdırıcılar, bəzi təzyiq və kimyaterapiya dərmanları.
• Saç dərisinin xəstəlikləri – göbələk, seboreya, iltihab və s.
• Saça tez-tez istilik tətbiqi, boya və kimyəvi prosedurlar.
📍 Saç tökülməsi bir xəstəlik deyil, əksər hallarda orqanizmdə olan başqa bir problemin əlamətidir. Buna görə də sadəcə şampun və ya yağ istifadə etmək kifayət etmir. Əsas səbəb müəyyən olunmalı və ona uyğun müalicə aparılmalıdır.
https://t.me/islami_shifa | 105 |
| 16 | 📱 Əziz izləyicilər!
Təbii müalicə, dua və zikrlərlə bağlı suallarınız varsa və ya şəxsi olaraq mənimlə əlaqə saxlamaq istəyirsinizsə, bu nömrə vasitəsilə WhatsApp üzərindən yaza bilərsiniz:
📞 0993430050
Sizə faydalı olmaqdan məmnun olaram. Allah şəfanıza səbəb etsin Allahummə əmin 🌿
https://t.me/islami_shifa | 109 |
| 17 | 📍Əssələmu aleykum, dəyərli izləyicilər!
Əgər kanalım sizin üçün faydalıdırsa, onun inkişafına dəstək olmaq üçün linki paylaşmağınızı xahiş edirəm. Allah hər birinizdən razı olsun.
https://t.me/islami_shifa | 103 |
| 18 | https://t.me/islami_shifa | 99 |
| 19 | ❓ Niyə qadınlarda D vitamini və kalsium çatışmazlığı daha çox rast gəlinir?
Qadın orqanizmi həyat boyu bir çox hormonal və fizioloji dəyişikliklərdən keçir. Bu səbəbdən D vitamini və kalsium ehtiyatları kişilərə nisbətən daha tez azala bilər.
🔹 Hormonal dəyişikliklər
Estrogen hormonu sümüklərin qorunmasında mühüm rol oynayır. Xüsusilə menopauza dövründə estrogen azaldıqda sümüklər kalsiumu daha sürətlə itirməyə başlayır.
🔹 Hamiləlik və ana südü dövrü
Körpənin sümük və dişlərinin formalaşması üçün ana orqanizmi öz ehtiyatlarından kalsium verir. Südvermə dövründə də kalsiuma olan ehtiyac daha da artır.
🔹 Sümük kütləsinin daha az olması
Qadınların sümük quruluşu kişilərə nisbətən daha incədir. Buna görə də kalsium itkisi daha tez hiss olunur və sümük zəifləməsi riski artır.
🔹 D vitamini və yağ toxuması
D vitamini yağda həll olan vitamindir. Qadınlarda yağ toxumasının nisbətən çox olması D vitamininin bir hissəsinin yağ toxumasında toplanmasına səbəb ola bilər.
🔹 D vitamini olmadan kalsium sovrulmur
D vitamini kalsiumun bağırsaqlardan sorulması üçün vacibdir. D vitamini az olduqda qəbul edilən kalsiumun böyük hissəsi orqanizm tərəfindən istifadə edilə bilmir.
⚠️ D vitamini və kalsium çatışmazlığı özünü aşağıdakı əlamətlərlə göstərə bilər:
• Sümük və oynaq ağrıları
• Əzələ zəifliyi
• Tez yorulma
• Saç tökülməsi
• Dırnaqların kövrəkləşməsi
• Diş problemləri
• Əhval dəyişiklikləri
🌱 Günəşdən kifayət qədər faydalanmaq, düzgün qidalanmaq və lazım olduqda həkim nəzarəti ilə D vitamini səviyyəsini yoxlatdırmaq sağlamlıq üçün vacibdir. Unutmayaq ki, güclü sümüklər və sağlam bədən üçün D vitamini ilə kalsium birlikdə çalışır.
https://t.me/islami_shifa | 98 |
| 20 | 🍯 "Bal şəkəri qaldırmır" düşüncəsi doğru deyil
Bəzi insanlar şəkər xəstələri üçün balın zərərsiz olduğunu, qan şəkərini qaldırmadığını düşünürlər. Bu isə doğru bilinən yanlışlardan biridir. Bal təbii məhsul olsa da, tərkibində əsasən qlükoza və fruktoza kimi şəkərlər vardır. Buna görə də bal qəbul edildikdə qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Balın təbii olması onun şəkər xəstələri üçün sərbəst şəkildə istifadə edilə biləcəyi mənasına gəlmir. Şəkər xəstələri balı "dərman" və ya "şəkərsiz qida" kimi qəbul etməməlidirlər. Hətta bəzi hallarda balın qan şəkərinə təsiri adi şəkərlə müqayisə edilə biləcək səviyyədə ola bilər. Unutmayaq ki, təbii olan hər şey hər kəs üçün zərərsiz deyil. Şəkər xəstələri qidalanmalarında baldan istifadə etməzdən əvvəl həkim məsləhəti almalıdırlar.
🌿 Sağlamlıq doğru məlumatla başlayır.
https://t.me/islami_shifa | 110 |
